“Qarabağ” güclü komandadır və asan rəqib deyil .....                        Son 10 gündə ikinci əfv fərmanı .....                        Sabah şansımız var - Qurban Qurbanov .....                        “Qiyamət Saatı”nın əqrəbləri dörd saniyə irəli çəkildi .....                        Bayden sükutu pozdu: Trampı tənqid etdi .....                        Azərbaycanda qəribə toy: gəlin onlayn qoşuldu - VİDEO .....                        Baş nazir Bakı buxtası ilə bağlı iclas keçirdi .....                        Ləğv edilən vəzifələrin yerinə bu ştatlar yaradıldı .....                        Sahibə Qafarova Əbu-Dabidə Forumunda .....                       
18-12-2025, 19:14
Gözün arxada qalmasın, Gülüm!


İki qərinəlik ömür yaşamışam. İlk dəfədir ki, qaynana itkisindən təsirlənib yazan gəlinin ağısı çıxır qarşıma. Gülnarə Babaşovanın yazdıqlarından duyğulandım. İstədim ki, “Bütöv Azərbaycan” qəzetinin, “Butov.az” portalının oxucuları ilə bölüşüm. Yol-ərkan gözləyənlərə sayğıyla: Tamxil Ziyəddinoğlu

Gözün arxada

qalmasın, Gülüm!



İnanmağım gəlmir, heç inana bilmirəm. Həyatımın yarıdan çoxunu bərabər yaşadığım, canım qaynanam. Dostum deyim, sirdaşım deyim, ikinci anam deyim, mən axı nə deyim ki, ürəyim soyusun. Məni tək qoymayacağını demişdin, bəs niyə tərk etdin bizi. Biz bərabər necə çətinliklərin öhdəsindən gəlmişdik, Gülüm. Bu xəstəlik necə dizini yerə gətirdi? Sən axı güclü idin. Ürəyi yaralım, necə məni tək qoya bildin. Evimin isti ocağı idin. Nəvələrini niyə belə gözü yaşlı qoydun. Sən axı onlara tək nənə yox, həm də ana idin. Məndən çox səni ana görürdülər. Balalarına qovuşdun, indi dincəl. Ayrılıq həsrətin bitti, amma mənim ailəmdə böyük bir boşluq qoydun. Canım mənim, qəlbinin, bədəninin yaralarına qurban olduğum rahat yat, məkanın cənnət olsun! Nəvələrinə sənin istədiyin kimi baxacağam, gözün arxada qalmasın, Gülüm!
18-12-2025, 17:30
Paşinyan Qarabağ ermənilərinə çağırış etdi


Paşinyan Qarabağ ermənilərinə çağırış etdi

"Tutaq ki, Qarabağ ermənilərinin geri qaytarılması gündəliyini qəbul etdik, bəs bundan kim faydalanacaq? Onlar bundan faydalanacaqmı?”
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan 18 dekabrda jurnalistlərlə söhbətində bildirib.
O, səhvlərdən dərs və nəticə çıxarmağın vacibliyini vurğulayıb.
Paşinyan deyib ki, Qarabağ ermənilərinin geri qaytarılması tələbini qaldıranlar onları sərgərdan statusuna məhkum etməyə çağırırlar.
“Amma artıq onların ünvanı var. Və bu, beynəlxalq səviyyədə tanınmış suveren ərazisi olan Ermənistandır", - deyə Paşinyan qeyd edib.
Baş nazir Qarabağ ermənilərini Ermənistan vətəndaşlığını qəbul etməyə çağırıb.
18-12-2025, 17:22
Paşinyan NATO baş katibinin müavinini qəbul edib


Paşinyan NATO baş katibinin müavinini qəbul edib

Paşinyan NATO baş katibinin müavini Radmila Şekerinskanı İrəvanda qəbul edib.
NATO rəsmisi Ermənistanla tərəfdaşlığı yüksək qiymətləndirib.
Paşinyan isə bildirib ki, o, "regionda təhlükəsizlik və sabitlik gündəliyini irəli aparmaq üçün NATO da daxil olmaqla beynəlxalq tərəfdaşlarla əməkdaşlığa böyük əhəmiyyət verir".
18-12-2025, 17:17
Şahruddin əməliyyat olundu


Şahruddin əməliyyat olundu

Azərbaycan millisinin və “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev bu gün Almaniyanın Plattlinq şəhərində əməliyyat olunub.
31 yaşlı qolkiper adıçəkilən şəhərdə özəl klinikaların birində sol bud oynağından uğurlu əməliyyat keçirib.
Ş. Məhəmmədəliyevin əməliyyat və müalicə xərcləri AFFA tərəfindən qarşılanıb.
18-12-2025, 17:10
Bakıda “Nəqliyyat Təlim Mərkəzi” yaradıldı


Bakıda “Nəqliyyat Təlim Mərkəzi” yaradıldı

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) tabeliyində “Albalılıq” avtoparkı MMC-nin nizamnaməsi və adı dəyişdirilib.
Şirkətin adı “Nəqliyyat Təlim Mərkəzi” olub.
Şirkət bundan sonra avtobus parkı olaraq deyil, nəqliyyat sahəsində təlimlərin təşkili üzrə fəaliyyət göstərəcək.
Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalı stansiyasıdır. Lakin Nəqliyyat Təlim Mərkəzi Bakı şəhəri, Zığ qəsəbəsində fəaliyyət göstərəcək.
Məlumat üçün deyək ki, hazırda Buzovna qəsəbəsi, Albalılıq ərazisində yeni avtobus parkı tikilir.
18-12-2025, 17:05
Kupyansk Rusiyanın nəzarətində qalır - Zaxarova


Kupyansk Rusiyanın nəzarətində qalır - Zaxarova

“Xarkov bölgəsindəki Kupyansk şəhəri Rusiya silahlı qüvvələrinin nəzarəti altında idi və hazırda da qalır”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə deyib.
"15 dekabrda Ukraynanın xarici işlər naziri Andrey Sibiha Brüsseldə xarici işlər nazirləri səviyyəsində keçirilən Avropa İttifaqı Şurasının iclasında Kupyanskda guya uğurlu hərbi əməliyyat aparıldığını elan etməyə tələsdi və təbii ki, Rusiyanın dediklərinin hamısının yalan olduğunu dedi", - deyə diplomat qeyd edib.
"Xeyr, Rusiyanın dedikləri yalan deyil, çünki biz faktlar təqdim edirik və faktlar inadkar şeylərdir. Kiyev sadəcə olaraq etiraf edə bilməz ki, yerdəki vəziyyət saniyələr içində pisləşir.
Azad edilmiş Kupyansk Rusiya silahlı qüvvələrinin nəzarəti altında idi və qalır", - Zaxarova vurğulayıb.
Diplomatın sözlərinə görə, son günlərdə Ukrayna lideri Volodimir Zelenski Kupyansk bölgəsindəki döyüşə daha çox ehtiyat ayırıb:
"Kiyevin əvvəlcə hansısa irəliləyiş əldə etmək üçün uğursuz cəhdləri dəf edildi və düşmən texnika və canlı qüvvə baxımından çoxlu itki verdi. Bütün bunlar nə üçün idi? Sadəcə Kiyev rejimi liderinin bu cinayətkar lovğalığı naminə. Hamısı Zelenski üçün". Zaxarova deyib.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski dekabrın 12-də Xarkov vilayətindəki Kupyansk şəhərinə səfər edib. Rusiya qoşunları ilə döyüşlərin davam etdiyi şəhərə gedən Zelenski orada döyüşçülərə təşəkkür edib, tezliklə bütün şəhərin rus hərbiçlərindən azad ediləcəyini bildirib. Zelenski şəhərin girişindən video da paylaşıb.
18-12-2025, 16:41
Bəylər Eyyubova xüsusi imtiyaz verildi


Bəylər Eyyubova xüsusi imtiyaz verildi

Nazirlər Kabinetinin qərarı ilə “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nda dəyişiklik edilib.
Qərara əsasən, “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”na “Azərbaycan Respublikası Prezidentinin Katibliyinin rəisi və onun müavini” sözləri əlavə edilib.
Xatırladaq ki, hazırda Azərbaycan Respublikası Prezidentinin Katibliyinin rəisi general-polkovnik Bəylər Eyyubovdur.
Bəylər Eyyubov 2003-2020-ci illərdə Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi - Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin birinci müavini vəzifəsini tutub.
16 mart 2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi təyin edilib.
Bu ilin iyun ayında Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsindən azad edilən general-polkovnik Bəylər Eyyubov daha sonra Prezident Katibliyinin rəisi təyin olunub.
18-12-2025, 16:33
Yeni sədr kollektivə təqdim olundu


Yeni sədr kollektivə təqdim olundu

Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun yeni sədri Nicat Məmmədli kollektivə təqdim edilib.
Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Təqdimat mərasimində çıxış edən elm və təhsil naziri Emin Əmrullayev Nicat Məmmədlini yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Nazir fondun təhsil sahəsində həyata keçirilən islahatların dəstəklənməsində mühüm rol oynadığını vurğulayıb, prioritet istiqamətlər və əsas hədəflər barədə fikirlərini bölüşüb.
Emin Əmrullayev fondun fəaliyyətinin səmərəliliyinin artırılmasının, innovativ təşəbbüslərin dəstəklənməsinin və dövlət–özəl tərəfdaşlığının genişləndirilməsinin vacibliyini qeyd edib.
Tədbirdə çıxış edən Nicat Məmmədli ona göstərilən etimada görə təşəkkür edib, Təhsilin İnkişafı Fondunun fəaliyyətinin inkişafı istiqamətində məqsədyönlü və sistemli işlərin aparılacağını və bunun üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.
18-12-2025, 16:24
Dövlət hesabına dərmanlar: Pozitiv siyahı mərhələli şəkildə artacaq


Dövlət hesabına dərmanlar: Pozitiv siyahı mərhələli şəkildə artacaq

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi dərman vasitələrinin pozitiv siyahıya daxil edilməsini mərhələli şəkildə həyata keçirəcək. Siyahıya daxil edilən dərmanlar Xidmətlər Zərfində nəzərdə tutulan beynəlxalq patentləşdirilməmiş adlara uyğun seçiləcək.
Agentlikdən bildirilib ki, ilkin mərhələdə ürək-qan damar sistemi xəstəliklərinin müalicəsində istifadə olunan dərman vasitələri pozitiv siyahıya salınacaq. Növbəti mərhələlərdə isə həzm və tənəffüs sistemi xəstəlikləri üçün dərmanların əlavə olunması nəzərdə tutulur.
Qeyd olunub ki, pozitiv siyahıya daxil edilən hər bir dərman klinik protokollara uyğun seçiləcək. Ekvivalent dərman qruplarında ən azı bir preparat tam şəkildə sığorta hesabına, yəni müştərək maliyyələşmə olmadan təmin edilə bilər.
Ambulator dərman təminatının icrası üçün Agentlik özəl apteklərlə əməkdaşlıq quracaq. Lisenziyası olan və sertifikatlı əczaçılardan ibarət heyətə malik apteklər könüllü əsaslarla müraciət edə bilərlər. Müraciətlər əsasında Agentliklə apteklər arasında müvafiq müqavilələr bağlanacaq.
Pozitiv siyahının formalaşdırılmasında yerli və xarici dərman istehsalçıları ilə əməkdaşlıq da nəzərdə tutulur. Yerli istehsal olunan dərmanların siyahıya daxil edilməsi üçün meyarlar daha sadə müəyyən edilib ki, bu da dərmanların əlçatanlığını artırmağa xidmət edir.
Agentlik vurğulayıb ki, ölkədə dərman qiymətləri tənzimləndiyi üçün yalnız qlobal bahalaşma və tələbatın artması maliyyə dayanıqlığına təsir göstərə bilər.

18-12-2025, 16:19
Narkotik satmaqda təqsirləndirilən ata və iki övladına hökm oxundu


Narkotik satmaqda təqsirləndirilən ata və iki övladına hökm oxundu

Bakıda narkotik satışını təşkil etməkdə təqsirləndirilən bir ailənin 3 üzvü - Hümbət Cəfərov, Əli Cəfərov və Şəlalə Cəfərovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Hümbət Cəfərov 11 il, Əli Cəfərov 9 il, Şəlalə Cəfərova isə 8 il müddətinə azadlıqdan məhrum ediliblər.
Dövlət ittihamçısı Hümbət Cəfərovun 12 il, Əli Cəfərovun 11 il, Şəlalə Cəfərovanın isə 10 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən, ötən il dekabrın 24-də Xətai rayonu ərazisində əvvəllər narkotiklə əlaqəli cinayətlərə görə məhkum olunmuş - 56 yaşlı Hümbət Cəfərov, oğlu 33 yaşlı Əli Cəfərov və qızı 35 yaşlı Şəlalə Cəfərova saxlanılıblar. Məlumata görə, onlara məxsus avtomobildən 14 kiloqramdan artıq heroin, metamfetamin və tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana aşkar edilərək götürülüb.
Bildirilib ki, bu şəxslər aşkar olunmuş narkotik vasitələri və psixotrop maddələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsi ilə Astara rayonu ərazisində gizlədilən yerdən Bakı şəhərində ayrı-ayrı yerlərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiklərini bildiriblər. Saxlanılan şəxslər Bakı şəhərində narkotik vasitələrin əsas tədarükçülərindən olublar.
Faktla bağlı cinayət işi başlanılıb. Onların hər üçünə qarşı qarşı Cinayət Məcəlləsinin 234.4-1-ci , (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!