Azərbaycanda uşaqlı ailələrə hansı güzəştlər var? .....                        Bakıda xəstəxanadan oğurluq edildi .....                        Ermənistanda Azərbaycan benzininin satış qiyməti AÇIQLANIB .....                        Dəmir Yolları maliyyə vəziyyətini açıqladı .....                        Azərbaycanın bəzi universitetlərinin diplomları Türkiyədə tanınmır - Əli Əsədov .....                        Probasiya 10 mindən artıq məhkuma tətbiq olunacaq .....                        "Azneft"in 31 ildə məhsuldarlığı olmayıb - İqtisadçı .....                        “Kəpəz” iki əcnəbi futbolçu ilə yollarını ayırdı .....                        Xırdalanda dəm qazından zəhərlənən 3 nəfərin son durumu AÇIQLANDI .....                       
Bu gün, 17:00
Azərbaycanda uşaqlı ailələrə hansı güzəştlər var?


Azərbaycanda uşaqlı ailələrə hansı güzəştlər var?

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 80 802 doğulan körpə qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 10.1-dən 9.5-ə düşüb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən bildirilib ki, əhalinin artımı üçün bir sıra aktiv proqramlar mövcuddur:
"Bu gün ölkədə sosial təminat sisteminin mühüm bir istiqaməti uşaqlı ailələrə yönəlib. Uşağın anadan olmasına görə birdəfəlik müavinət, 5-dən çox uşağı olan qadınlara hər uşağa görə aylıq müavinət ödənilir. Ünvanlı yardım proqramı ilə əhatə olunan ailələrin üzvlərinin böyük əksəriyyəti uşaqlardır və həmin ailələrdəki 1 yaşınadək uşaqlara əlavə olaraq aylıq müavinət verilir.
Uşağa bilavasitə qulluq edən işləyən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın 3 yaşı tamam olanadək ona qulluq etmək üçün qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdir.
Son illər ardıcıl sosial islahatlar nəticəsində qeyd olunan ödənişlərdə dəfələrlə artıma nail olunub. Həmçinin çoxuşaqlı analara daha erkən dövrdə yaşa görə pensiya hüququ verilir.
Digər tərəfdən, qanunvericilikdə hamilə, 14 yaşına çatmamış uşağı və yaxud əlilliyi müəyyən edilmiş uşağı olan qadınlar, uşağını təkbaşına böyüdən valideynlər üçün əmək münasibətlərində bir sıra güzəştlər də nəzərdə tutulub.
Bundan başqa, nazirlik tərəfindən cəmiyyətdə uşaqların, xüsusilə qız övladlarının dəyərinin yüksəldilməsi, sağlam ailə modeli və gender bərabərliyi prinsiplərinin təşviqi, həmçinin reproduktiv sağlamlıq və analığın mühafizəsi istiqamətləri üzrə də mütəmadi olaraq maarifləndirici və məlumatlandırıcı layihələr və tədbirlər də həyata keçirilir".
Xatırladaq ki, 2015-ci il iyulun 1-dən etibarən 5-dən çox uşağı olan ailələrə hər uşaq üçün 140 manat aylıq sosial müavinət verilir.
Bu gün, 16:44
Bakıda xəstəxanadan oğurluq edildi


Bakıda xəstəxanadan oğurluq edildi

Paytaxtın Nərimanov rayonunda yerləşən tibb müəssisələrinin birində oğurluq hadisəsi baş verib.
Zərərçəkən şəxs polisə müraciət edərək bank kartından 180 manatlıq alış-veriş edildiyini, həmçinin içərisində 300 manat olan pul kisəsinin oğurlandığını bildirib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər oğurluq və narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş İ.Kərimov müəyyən edilərək saxlanılıb.
Onun bir qadına məxsus içərisində 1500 manat, sənəd və bank kartları olan çantasını oğurlaması da məlum olub.
Araşdırma aparılır.
Bu gün, 16:33
Ermənistanda Azərbaycan benzininin satış qiyməti AÇIQLANIB


Ermənistanda Azərbaycan benzininin satış qiyməti AÇIQLANIB

Ermənistanın Azərbycandan idxal etdiyi "Aİ-95" markalı benzinin satış qiyməti açıqlanıb.
Bu barədə Ermənistanın "Birlik Qanadları" siyasi təşəbbüs qrupunun üzvü Raffi Aslanyan öz Facebook səhifəsində yazıb. Onun sözlərinə görə, sabahdan etibarən idxal olunan "Aİ-95" benzini "Run Oil" şirkətinin yanacaqdoldurma məntəqələrində satılacaq və premium benzinin qiyməti 440 dram (1,97 manat) olacaq.
Xatırladaq ki, Azərbaycanda "Aİ-95" markalı benzinin satış qiyməti 1,60 manat təşkil edir.
Bu gün, 16:26
Dəmir Yolları maliyyə vəziyyətini açıqladı


Dəmir Yolları maliyyə vəziyyətini açıqladı

Bu il yanvarın 1-nə "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) aktivləri 4 milyard 464,545 milyon manat təşkil edib.
Sənədə əsasən, hesabat tarixinə səhmdar cəmiyyətinin öhdəlikləri 1 milyard 174,485 milyon manat, balans kapitalı isə 3 milyard 290,06 milyon manat olub.
Ötən il ADY 446,246 milyon manat gəlir əldə edib ki, bu da əvvəlki ilə nisbətən 0,65 % çoxdur.
Xatırladaq ki, ADY ölkə Prezidentinin 20 iyul 2009-cu il tarixli sərəncamı ilə yaradılıb. Nazirlər Kabinetinin 15 fevral 2010-cu il tarixli qərarı ilə qurumun nizamnaməsi və strukturu təsdiq edilib. Onun nizamnamə kapitalı 1 milyard 996,078 milyon manatdır. Səhmdar cəmiyyəti 100 % dövlətə məxsusdur.
Bu gün, 16:25
Azərbaycanın bəzi universitetlərinin diplomları Türkiyədə tanınmır - Əli Əsədov


Azərbaycanın bəzi universitetlərinin diplomları Türkiyədə tanınmır - Əli Əsədov

Baş nazir Əli Əsədov Azərbaycanın bəzi universitetlərinin məzunlarının təhsillərini Türkiyədə davam etdirə bilmədiklərindən narahatlığını ifadə edib.
Bununla bağlı o, Azərbaycan-Türkiyə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasında çıxışı zamanı danışıb.
Baş nazir iki ölkə arasında təhsil sahəsində gözəl ənənələrin olduğunu diqqətə çatdırıb.
"Minlərlə Azərbaycan və Türkiyə vətəndaşı hər iki ölkənin ali təhsil ocaqlarında təhsil alırlar. Bununla belə, Azərbaycanın bəzi universitetlərinin məzunları təhsillərini Türkiyədə davam etdirmək istəsələr də bunu edə bilmirlər. Səbəb isə həmin universitetlərin diplomlarının Türkiyənin Ali Təhsil Şurası tərəfindən tanınmamasıdır. Azərbaycan tərəfi bu məsələnin müsbət həllinə ümidvardır", - Əli Əsədov vurğulayıb.
Bu gün, 16:16
Probasiya 10 mindən artıq məhkuma tətbiq olunacaq


Probasiya 10 mindən artıq məhkuma tətbiq olunacaq

Amnistiya aktı Probasiya ilə bağlı 10 mindən artıq şəxsə tətbiq olunacaq.
Bunu Ədliyyə Nazirliyi Probasiya Xidmətinin rəisi Vüqar Ağayev deyib.
O bildirib ki, onların 7 min nəfəri azadlığın məhdudlaşdırılması cəzaları ilə bağlı, digər 3 mini isə digər cərimə, islah işləri və s. məhkum olunmuş şəxsləri əhatə edir:
"Amnistiya aktı 4 ay ərzində icra olunacaq. Biz gecə-gündüz çalışaraq aktın vaxtında icrasını təmin edəcəyik".
Bu gün, 15:55
"Azneft"in 31 ildə məhsuldarlığı olmayıb - İqtisadçı


"Azneft"in 31 ildə məhsuldarlığı olmayıb - İqtisadçı

"SOCAR-ın Macarıstanın MOL Group ilə əməkdaşlığı kəşfiyyat mərhələsindədir, neft hasilatında real nəticələr 2028-ci ildən sonra məlum olacaq".
Bu sözləri iqtisadçı İlham Şaban deyib.
O qeyd edib ki, Macarıstanın ən böyük neft şirkətlərindən biri olan MOL Group ilə bağlanan əməkdaşlıq müqaviləsi növbəti ildə Milli Məclis tərəfindən təsdiqlənməlidir. Müqavilənin hüquqi qüvvəyə minməsi üçün isə təxminən bir aylıq prosedur müddəti tələb olunur:
"Macarıstan və Azərbaycan neft şirkətləri arasında birgə əməkdaşlıq çərçivəsində kəşfiyyat layihəsinə start veriləcək. Bu mərhələ hələ hasilat mərhələsi deyil. Kəşfiyyat işləri üçün müəyyən edilən ərazi Şamaxı–Qobustan bölgəsini əhatə edir və söhbət yalnız geoloji tədqiqatlardan gedir. Kəşfiyyatın daha geniş ərazilərə yayılması haqda müqavilədə qeyd yoxdur.
Kəşfiyyat çərçivəsində layihənin Azərbaycan və tərəfdaş ölkə üçün iqtisadi səmərəliliyindən danışmaq hələ tezdir. Sözügedən ərazidə neft və qaz ehtiyatlarının rentabelliyini müəyyən etmək üçün quyu qazılmalıdır. Real nəticələri isə yalnız 3 illik kəşfiyyat mərhələsi başa çatdıqdan sonra – 2028-ci ildə görmək mümkün olacaq.
Dənizdə isə real layihə “Qarabağ” yatağıdır. BP şirkəti "Qarabağ" yatağında tədqiqat işlərinə başlayıb. Yataq 1998-ci ildə aşkar edilib, 2019–2020-ci illərdə isə real potensialı təsdiqlənib. Bununla belə, burada böyük ehtiyatların olmadığı qeyd olunur".
Ekspertin sözlərinə görə, yataqda ehtiyatlar 21 milyon ton həcmində qiymətləndirilir:
"BP-nin açıqlamasında bildirilir ki, həmin yataqdan neft hasilatına 2029-cu ilin dördüncü rübündə başlanılması planlaşdırılır.
Neft hasilatı təkcə yatağa sahib olmaqla bitmir. Sıfırdan yaranmış bir şirkət üçün belə təxminən on il lazımdır ki, kommersiya və texniki məsələləri həll edib tam fəaliyyət göstərə bilsin.
“Azneft” şirkəti kəşfiyyat və hasilat işlərinə təhkim olunsa da, bu istiqamətdə yetərli nəticə göstərə bilmir. 1994-cü ildən fəaliyyət göstərməsinə və bu illər ərzində bir çox şirkətlə əməkdaşlıq müqavilələri imzalamasına baxmayaraq, təxminən 31 il ərzində effektiv nəticəyə nail ola bilməyib".
O, bunun səbəblərindən biri kimi şirkətin dövlətlə sıx bağlı fəaliyyət modelini göstərib.
İ.Şabanın fikrincə, əgər “Azneft” müstəqil kommersiya xətti yürütmüş olsaydı, daha məhsuldar nəticələr əldə edilə bilərdi.
Bu gün, 15:50
“Kəpəz” iki əcnəbi futbolçu ilə yollarını ayırdı


“Kəpəz” iki əcnəbi futbolçu ilə yollarını ayırdı

“Kəpəz” Katsper Rosa və Perdo Qomeşlə yollarını ayırıb.
Klubdan bildirilib ki, polşalı qapıçı və portuqaliyalı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Hər iki oyunçu Gəncə təmsilçisinə cari mövsümün əvvəlində cəlb olunmuşdu.
Bu gün, 15:42
Xırdalanda dəm qazından zəhərlənən 3 nəfərin son durumu AÇIQLANDI


Xırdalanda dəm qazından zəhərlənən 3 nəfərin son durumu AÇIQLANDI

Ötən gün Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri, Məmməd Əmin Rəsulzadə küçəsində yerləşən yaşayış binasında vətəndaşların bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
TƏBİB-dən bildirilib ki, dəm qazının toksik zəhərləri diaqnozu təyin edilən şəxslərə ilkin tibbi xidmət göstərilib. Onlar daha ixtisaslı tibbi xidmət almaq üçün Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə təxliyə olunublar.
Qeyd edilib ki, onlara dərhal zəruri tibbi xidmətlər göstərilib. Hazırda 1940-cı il təvəllüdlü şəxsin müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyəti ağırdır.
1979 və 2013-cü il təvəllüdlü şəxslərin vəziyyətləri isə qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıblar.

Bu gün, 15:30
RİNN nümayəndələri Şanxayda konfransda iştirak ediblər - FOTO


RİNN nümayəndələri Şanxayda konfransda iştirak ediblər - FOTO

18-19 dekabr 2025-ci il tarixlərində Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Elmir Vəlizadə Çin Xalq Respublikasının Şanxay şəhərində keçirilən “ByteDance” şirkətinin “Volcano Engine” platformasının təşkil etdiyi “FORCE Original Power Conference – Winter” tədbirində iştirak ediblər.
Konfrans çərçivəsində sənaye və biznes üçün agent əsaslı Süni İntellekt (Sİ) yanaşmalarının təsiri, Sİ həllərinin real sektorlarda tətbiqi, eləcə də böyük dil modellərinin və agent inkişaf ekosisteminin yenilənmələri müzakirə olunub. Tədbirdə, o cümlədən “Doubao” model xəttinin yenilənməsi və Agent inkişaf alətlərinin təkmilləşdirilməsi təqdim olunub.
Səfər çərçivəsində “BytePlus” şirkətinin direktoru Yongliang Zhang ilə işgüzar görüş keçirilib. Görüşdə Azərbaycan Respublikası ilə “ByteDance/BytePlus” arasında əməkdaşlıq perspektivləri, “BytePlus” tərəfindən təqdim olunan süni intellekt həllərinin Azərbaycanda tətbiqi, ölkəmizdə məlumat mərkəzinin yaradılması və Sİ sahələrində birgə sərmayə və tərəfdaşlıq imkanları müzakirə edilib.
Əməkdaşlığın davamı olaraq tərəflər arasında koordinasiyanın gücləndirilməsi məqsədilə birgə işçi qrupunun yaradılması barədə razılıq əldə edilib. İşçi qrupunun əsas məqsədi prioritet istiqamətlərin müəyyənləşdirilməsi, mümkün birgə layihələrin qiymətləndirilməsi və əməkdaşlıq üzrə praktik yol xəritəsinin formalaşdırılması olacaq.
“ByteDance” 2012-ci ildə təsis edilmiş, süni intellektlə dəstəklənən innovativ platformaların yaradılmasına fokuslanan qlobal texnologiya şirkətidir. Şirkət insanların məlumatları kəşf etməsinə, yaratmasına və paylaşmasına kömək edən məzmun və məhsuldarlıq həllərini inkişaf etdirir. Bu məhsullara “TikTok”, “Douyin”, “CapCut”, “Lark” və digər müasir həllər daxildir.



����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!