Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
22-12-2025, 15:18
Azərbaycanda elan olunmuş illərin SİYAHISI


Azərbaycanda elan olunmuş illərin SİYAHISI

Azərbaycanın son illərdə keçdiyi inkişaf yolu siyasi, iqtisadi, sosial, mədəni, idman və mənəvi prioritetlərin müəyyənləşdirilməsi ilə seçilir. Hər il Prezident İlham Əliyevin sərəncamı ilə müəyyən bir sahəyə həsr olunur. Bu təşəbbüs həm dövlət siyasətinin əsas hədəflərini cəmiyyətə aydın göstərir, həm də insanların həmin sahəyə diqqətini artırır, eyni zamanda həmin istiqamətdə dövlət və vətəndaş təşəbbüslərini birləşdirmək məqsədi daşıyır.
Qeyd edək ki, bu ənənənin əsası 2007-ci ildən qoyulub. Ölkə başçısının imzaladığı sərəncamlar dövlətin strateji istiqamətini göstərməklə yanaşı, milli-mənəvi dəyərlərə önəm verildiyini də nümayiş etdirir. Məsələn, "Sənaye ili" və ya "Könüllülər ili"nin elan olunmasında məqsəd bu sahələrin inkişafına diqqəti artırmaq idisə, "Nizami Gəncəvi ili" və ya "Heydər Əliyev ili" həmin görkəmli şəxslərin yubileyini qeyd etmək üçün idi.
“Multikulturalizm ili”nin elan edilməsi Azərbaycanın tolerantlıq dəyərlərini dünyaya tanıtmaq, müxtəlif din və millətlərin sülh içində yaşadığı ölkə obrazını daha da möhkəmləndirmək məqsədi daşıyırdı. “Nəsimi ili” isə elm, poeziya və humanizmin təntənəsi kimi yadda qaldı.
“Şuşa ili”nə gəldikdə, o, Qarabağın azad edilmiş mədəni paytaxtının 270 illiyinə həsr olunmuşdu.
Bu illərin elan edilməsi yalnız rəmzi xarakter daşımır. Hər belə qərardan sonra müvafiq dövlət proqramları, layihələr, tədbirlər və sosial təşəbbüslər həyata keçirilir. Dövlət başçısının sərəncamlarına əsasən, elan olunmuş illə bağlı keçiriləcək tədbirlər planı Prezident Administrasiyası və ya Nazirlər Kabineti tərəfindən hazırlanır. İl çərçivəsində ölkədə bir çox tədbirlər keçirilir, poçt markaları buraxılır.
İllərin tematik elan olunması ənənəsi artıq Azərbaycan üçün bir dövlətçilik simvoluna çevrilib. Hər yeni ilin adı Azərbaycanın sabahına bir mesaj, ya da yol xəritəsi kimi cəmiyyətə istiqamət verir.
Qeyd edək ki, 2008-ci ildə Azərbaycanda Prezident seçkilərinin keçirilməsinin ölkə miqyaslı tədbir olması ilə əlaqədar oxşar sərəncam imzalanmayıb.
2026-cı ilin nə ili elan olunacağı maraqla gözlənilirdi.
Nəhayət Prezident bu gün gözləntilərə nöqtə qoydu. 2026-cı il Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edildi.
Dövlət başçısının budəfəki Sərəncamı Azərbaycanın çoxəsrlik tarixə malik şəhərsalma və memarlıq mədəniyyəti ənənələrinin yaşadılması, eləcə də ölkədə bu sahədə yeni çağırışlara cavab verən mütərəqqi yanaşmaların təşviqi və tətbiqinin genişləndirilməsi məqsədilə imzalanıb.
Sənədə əsasən, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı tədbirlər planına dair təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
Azərbaycanda elan olunmuş illərin siyahısı:

2007-ci il - Gənclər ili;
2009-cu il - Uşaq ili;
2010-cu il - Ekologiya ili;
2011-ci il - Turizm ili;
2012-ci il - İdman ili;
2013-cü il - İnformasiya-kommunikasiya texnologiyaları ili;
2014-cü il - Sənaye ili;
2015-ci il - Kənd təsərrüfatı ili;
2016-cı il - Multikulturalizm ili;
2017-ci il - İslam Həmrəyliyi ili;
2018-ci il - Azərbaycan Xalq Cümhuriyyəti ili;
2019-cu il - Nəsimi ili;
2020-ci il - Könüllülər ili;
2021-ci il - Nizami Gəncəvi ili;
2022-ci il - Şuşa ili;
2023-cü il - Heydər Əliyev ili;
2024-cü il - Yaşıl dünya naminə həmrəylik ili;
2025-ci il - Konstitusiya və Suverenlik ili:
2026-cı il - Şəhərsalma və Memarlıq İli.
22-12-2025, 15:14
Media savadlılığının artırılması məqsədilə ardıcıl tədbirlər keçirilir


Media savadlılığının artırılması məqsədilə ardıcıl tədbirlər keçirilir

Media savadlılığının artırılması çoxşaxəli və kompleks prosesdir. Bu baxımdan ailə institutu, təhsil sistemi, dövlət qurumları, qeyri-hökumət təşkilatları və media subyektləri arasında koordinasiyalı və məqsədyönlü əməkdaşlıq səmərəli nəticələrin əldə olunması üçün zəruri şərtdir. “Media Savadlılığı” Həftəsi çərçivəsində keçirilən tədbirlər də məhz bu əməkdaşlığın gücləndirilməsinə, təşəbbüskarlığın artırılmasına və media mühitində məsuliyyətli yanaşmanın təşviqinə xidmət edir.
Bu sözləri “Rəqəmsallaşma, Süni İntellekt və Media Savadlılığı” mövzusunda keçirilən konfransda Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov deyib.
O qeyd edib ki, uğurlu beynəlxalq təcrübəyə əsaslanan daxili strategiya çərçivəsində Medianın İnkişafı Agentliyi tərəfindən cəmiyyətdə media savadlılığı bacarıqlarının artırılması məqsədilə mərhələli və ardıcıl tədbirlər həyata keçirilir.
“Bu istiqamətdə icra olunan proqramlar nəticəsində indiyədək 25-dən çox regionda 2 mindən artıq gənc prosesə cəlb edilib, ümumtəhsil müəssisələrində media savadlılığı mövzusunun əhatə dairəsinin genişləndirilməsi məqsədilə 20-dən artıq orta məktəbdə 3 mindən çox şagird üçün məlumatlandırıcı sessiyalar təşkil olunub, media subyektləri ilə əməkdaşlıq çərçivəsində maarifləndirici və təşviqedici materiallar hazırlanaraq ictimaiyyətə təqdim edilib”, - deyə Ə.İsmayılov vurğulayıb.
22-12-2025, 15:10
Metronun reklam gəlirləri açıqlandı


Metronun reklam gəlirləri açıqlandı

"Bakı Metropoliteni" QSC-nin reklam gəlirləri açıqlanıb.
Bu barədə QSC-dən bildirilib.
Məlumata görə, ötən il metronun reklam gəlirləri 2 milyon 622 min manat təşkil edib.
2023-cü ildə isə qurumun reklam gəlirləri 2 milyon 601 min manat olub.
22-12-2025, 15:06
Prezident “Şəhərsalma və Memarlıq İli” ilə bağlı paylaşım etdi


Prezident “Şəhərsalma və Memarlıq İli” ilə bağlı paylaşım etdi

Prezident İlham Əliyev “Şəhərsalma və Memarlıq İli” ilə bağlı paylaşım edib.
Paylaşımda "2026-cı il - “Şəhərsalma və Memarlıq İli” sözləri yer alıb.

22-12-2025, 14:58
Ağdamda 10 milyon manata binalar tikiləcək


Ağdamda 10 milyon manata binalar tikiləcək

Ağdam şəhəri 5-ci yaşayış massivi, məhəllə O-128 üzrə binaların tikintisi işlərinə başlanılır.
Bu barədə Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti məlumat verib.
Belə ki, qurum tikinti işlərini "El-Seym İnşaat" şirkətinə həvalə edib və onunla müqavilə bağlayıb.
Müqavilənin maliyyə dəyəri 10 milyon 187 min 487 manat olaraq müəyyən olunub.
22-12-2025, 14:39
Meşədə üzərinə ağac düşən şəxs öldü


Meşədə üzərinə ağac düşən şəxs öldü

Qəbələdə bədbəxt hadisə baş verib.
1970-ci il təvəllüdlü Bayramov Nəriman Həbillah oğlu Vəndam qəsəbəsində meşədə ağac kəsərkən üzərinə ağac düşərək ölüb.
Faktla bağlı araşdırma rayon prokurorluğunda cinayət işi başlanıb.
22-12-2025, 14:33
Babayanla Mnatsakanyan məhkəmədə son söz deyiblər


Babayanla Mnatsakanyan məhkəmədə son söz deyiblər

Dekabrın 22-də Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilir.
Məhkəmədə təqsirləndirilən şəxslər David Babayan və Levon Mnatsakanyan son söz deyiblər.
Onlar ittiham tərəfinin çıxışında qeyd etdiklərinə əks dəlillər səsləndirib.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
22-12-2025, 14:30
“Range Rover”lə 4 nəfərin ölümünə səbəb olan klub prezidenti də azadlığa buraxıldı


“Range Rover”lə 4 nəfərin ölümünə səbəb olan klub prezidenti də azadlığa buraxıldı

Amnistiya aktı Novxanı-Sumqayıt yolunda avtomobillə qəza törədək 4 nəfərin ölümünə səbəb olmaqda təqsirləndirilən iş adamı, “Əlincə” futbol klubunun prezidenti Elşad Kəlbəliyevə də şamil olunub.
O, bu gün cəza çəkdiyi məntəqə tipli cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.
O, məhkəmənin qərarı ilə 8 il müddətə azadlıqdan məhrum edilmişdi. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə cəzası 5 ilə endirilib.
Amnistiya aktı ilə o, cəzasının çəkilməyən hissəsindən azad edilib.
22-12-2025, 14:15
Xocalı və Ağdərənin kəndlərinə 176 nəfər qayıtdı - FOTO


Xocalı və Ağdərənin kəndlərinə 176 nəfər qayıtdı - FOTO

Uzun illərdən sonra doğma torpaqlara qayıdış prosesi davam edir. Növbəti köç Xocalının və Ağdərənin kəndlərinə oldu.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, dekabrın 22-də Xocalının Badara kəndinə 66 nəfərdən ibarət 15 ailə, Daşbulaq kəndinə 11 nəfərdən ibarət 4 ailə, Ağdərənin Həsənriz kəndinə 54, Kolatağ kəndinə 31, Vəngli kəndinə isə 14 nəfər qayıdıb.
Sakinlər doğma yurdlarında qarşılandıqdan sonra, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktorunun müavini Mahmud Əfəndiyev onlara açarları təqdim edib.
O, bildirib ki, bu gün təqdim olunan açarlar, təkcə evlərin deyil, illərdir gözlənilən qayıdışın rəmzidir. Qayıdış, həm də tarixi ədalətin bərpasıdır.
M. Əfəndiyevin sözlərinə görə, dövlət bütün imkanları ilə sakinlərin yanındadır və bu torpaqlarda rahat, təhlükəsiz yaşayış üçün bütün zəruri infrastruktur yaradılıb.
Yaşayış evləri bərpa olunub, elektrik, qaz, içməli su, yol və rabitə xətləri istifadəyə verilib. Köçən ailələrin məşğulluq məsələsi isə daim diqqət mərkəzindədir.




22-12-2025, 14:06
Məntəqə tipli cəzaçəkmə müəssisələrindən 20 nəfər azadlığa buraxıldı


Məntəqə tipli cəzaçəkmə müəssisələrindən 20 nəfər azadlığa buraxıldı

Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul edilən Amnistiya aktı məntəqə tipli cəzaçəkmə müəssisələrində də icra edilir.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 7 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində aktın icrası həyata keçirilib.
Akt sözügedən cəzaçəkmə müəssisəsində cəza çəkən 20 şəxsə şamil edilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!