Məntəqə tipli cəzaçəkmə müəssisələrindən 20 nəfər azadlığa buraxıldıPrezident İlham Əliyevin təşəbbüsü ilə qəbul edilən Amnistiya aktı məntəqə tipli cəzaçəkmə müəssisələrində də icra edilir.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 7 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində aktın icrası həyata keçirilib.
Akt sözügedən cəzaçəkmə müəssisəsində cəza çəkən 20 şəxsə şamil edilib.