“Qarabağ” güclü komandadır və asan rəqib deyil .....                        Son 10 gündə ikinci əfv fərmanı .....                        Sabah şansımız var - Qurban Qurbanov .....                        “Qiyamət Saatı”nın əqrəbləri dörd saniyə irəli çəkildi .....                        Bayden sükutu pozdu: Trampı tənqid etdi .....                        Azərbaycanda qəribə toy: gəlin onlayn qoşuldu - VİDEO .....                        Baş nazir Bakı buxtası ilə bağlı iclas keçirdi .....                        Ləğv edilən vəzifələrin yerinə bu ştatlar yaradıldı .....                        Sahibə Qafarova Əbu-Dabidə Forumunda .....                       
28-12-2025, 21:23
Tramp Putinlə danışıqlar apardı


Tramp Putinlə danışıqlar apardı

ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşdən əvvəl Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı apardığını bildirib.
Bu barədə Ağ Ev rəhbəri özünün "Truth Social" səhifəsində yazıb.
"Bu gün saat 13:00-da Ukrayna Prezidenti Zelenski ilə görüşdən əvvəl Rusiya prezidenti Putinlə yaxşı və çox məhsuldar telefon danışığım oldu. Görüş Mar-a-Laqoda baş tutacaq", - Tramp qeyd edib.
O əlavə edib ki, görüşə mətbuat nümayəndələri də dəvət olunub.
Qeyd edək ki, Zelenski Trampla görüşdən əvvəl Böyük Britaniyanın Baş naziri Kir Starmerlə telefon danışığı apardığını bildirib.
28-12-2025, 21:12
“Zəngəzur”da bayram-bayrama qarışıb


“Zəngəzur”da bayram

-bayrama qarışıb


Zəngəzur mahalının Kurud- Kirs icmasının və “Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər” İctimai Birliyinin birgə təşkilatçlığı ilə “31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” münasibəti ilə həmyerlilərin görüşü keçirilib. İcma rəhbəri Səxavət Hacıyev icmanın bütün üzvlərini və ümumilikdə xalqımızı qarşıdan gələn bayramlar münasibəti ilə təbrik etdikdən sonra 20 dekabrda Qərbi Azərbaycan İcmasında və dekabrın 26-da Qafan Rayon İcma rəhbərlərinin hesabat yığıncaqlarında qarşıya qoyulan məsələlər barədə görüş iştirakçılarına ətraflı məlumat verib.

Hərbi jurnalistlər Birliyinin sədri Tamxil Ziyəddinoğlu “31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi” günü münasibəti ilə təltif olunan Birinci Qarabağ Müharibəsinin qazisi Xanəli Bayram oğlu Qocayevi və 44 günlük Vətən Müharibəsi qazisi Xıdırlı İsmayıl Nəsrəddin oğlunun Fəxri diplomlarını təqdim etmək üçün icmanın fəallarından Sucəddin Məmişovu və Xanlar Qocayevi dəvət edib. Hər ikisi mükafatları sahiblərinə təqdim edərək onlara sağlamlıq, dinclik, əmin-amanlıq və mülki həyatda da müvəffəqiyyətlər arzulayıblar.
Qazi Hafiz Tahirov keçdikləri ağır və şərəfli döyüş yolundan, 90-cı illərin ac-yalavac günlərində Azərbaycan könüllülərinin silah-sursatsız, az qala əliyalın, necə cəsarətlə, ruh yüksəkliyi ilə döyüşdüklərindən danışıb.

Fürsətdən istifadə edən icma rəhbərliyi Xanlar Qocayevi doğum günü, bu günlərdə 60 illiyi olacaq Sucəddin Məmişovu isə yubileyi münasibəti ilə təbrik edib, hər ikisinə xoş arzularını bildirib. Sucəddin Məmişov yubileyini təbrik edən ellilərinə minnətdarlığını bildirib, həm də ömrünün 60 ilini aparan illərin etibarına həsr elədiyi "Bilmədim" şeirini səsləndirib.

Bilmədim

Altmış ili yola saldım, ötürdüm,
Bu dünyada haqq, ədalət görmədim.
İllər sanki quşa dönüb, uçdular,
Altmış yaşa necə çatdım, bilmədim.

Bir də gördüm ağarıbdı saçlarım,
Gücdən düşüb əlim, qolum, qıçlarım,
Uşaqlığım, gözəl gənclik çağlarım,
Necə gəldi, necə getdi bilmədim.

Xəyal uçur ötüb, keçən illərə,
Yada düşür doğma ellər, dağ, dərə,
Düşünürdüm vaxt var, cavanam hələ,
İllər necə ötüb, getdi bilmədim.

Yaddan çıxmır çubuqdan at mindiyim,
Qar üstündə, qışda xizək sürdüyüm,
Sanki dünən idi, ilk qız sevdiyim,
Bu altmış il necə keçdi, bilmədim,

Əvvəlki tək yoxdur taqətim, heyim,
Əynimə yaraşmır geydiyim, geyim,
Qocalıq təbilin çalır taleyim,
Qocalığa necə çatdım, bilmədim.

Yaxşı haldır qocalmağın, özü də,
Zaman yetdi yaxaladı, bizi də,
Zəiflətdi vuran qəlbi, gözü də,
Bütün bunlar nə vaxt oldu, bilmədim.

Sucəddinəm doğma eldən ayrıldim,
Qərib eldə qaçqın, köçkün sayıldım,
Elə bil ki, yuxudaydım, ayıldım,
Altmış yaşa necə çatdım, bilmədim.


Görüşün rəsmi hissəsindən sonra Xanlar Qocayev Qazilərin şərəfinə bayram süfrəsi açıb. Süfrə arxasında xatirələr çözələnib. Ellilər Zəngəzur dağlarında keçən uşaqlıq çağlarından, Çimənyurdda, Musayurdunda, Meşəbaşında qurulan binələrdən, Kirs, Kurud kəndlərinin gözəl günlərindən, pozulan növrağımızdan danışıblar. Amma heç kim o yerlərə qayıdacağımıza inamını itirməyib.

Qafan Rayon İcmasının mətbuat xidməti
28-12-2025, 20:44
ABŞ əsl BMT-yə çevrilib - TRAMP


ABŞ əsl BMT-yə çevrilib - TRAMP

Birləşmiş Millətlər Təşkilatı (BMT) dünyada sülhün təmin olunmasında fəal iştirak etməyə başlamalıdır.
Bu barədə Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Tramp “Truth” sosial şəbəkəsində yazıb.
O bildirib ki, ABŞ son 8 ayda əsl BMT-yə çevrilib, bu təşkilat Rusiya ilə Ukrayna arasında baş verən müharibə də daxil olmaqla, münaqişələrin həllinə çox az yardım göstərib.
Tramp, həmçinin Tailand və Kamboca arasındakı döyüşlərin müvəqqəti olaraq dayanacağını və bu yaxınlarda razılaşdırılmış ilkin müqaviləyə uyğun olaraq, tərəflərin sülh şəraitində yaşamağa qayıdacaqlarını elan edib.
28-12-2025, 20:30
3 min uçuş ləğv edildi


3 min uçuş ləğv edildi

ABŞ-ın şimal-şərqində yağan güclü qar səbəbilə 3 mindən çox uçuş təxirə salınıb və təxminən 700 uçuş ləğv edilib.
Nyu-York metropoliten ərazisində yerləşən üç əsas hava limanı ən çox zərər çəkənlər arasındadır. Ötən gün isə 8500-dən çox uçuş gecikib və 1700 reys ləğv edilib.
Federal Aviasiya Administrasiyasının məlumatına görə, Con Kennedi Beynəlxalq Hava Limanına uçuşlar şənbə səhəri orta hesabla təxminən iki saat təxirə salınıb.
28-12-2025, 19:40
Polşada bomba sığınacağı tikilir


Polşada bomba sığınacağı tikilir

Polşa hökuməti ölkə əraizində bomba sığınacaqları tikməyə başlayıb.
Bu barədə "Financial Times" məlumat yayıb.
Milli Təhlükəsizlik Bürosunun rəhbəri Slavomir Tsenkeviç bildirib ki, ölkə Rusiya tərəfindən artan təhlükə fonunda vətəndaşları qorumağa çalışır.
O bildirib ki, bomba sığınacaqlarının tikintisi üçün 16 milyard zlotı (3.8 milyard avro) ayrılıb. Sığınacaqlar çarpayı, su və yorğanlarla təchiz olunub.
28-12-2025, 18:57
Finlandiyada fırtına - 160 mindən çox ev elektriksiz qaldı


Finlandiyada fırtına - 160 mindən çox ev elektriksiz qaldı

Finlandiyada "Hannes" adı verilən güclü qış fırtınası nəticəsində 160 mindən çox ev təsərrüfatı elektrik enerjisiz qalıb.
Küləyin sürəti qərb sahillərində saniyədə 25 metrə çatır.
Xilasetmə xidmətlərinin məlumatına görə, təxminən 150 nəfərin olduğu sərnişin təyyarəsi, eləcə də ondan kiçik və 10-dan az sərnişin daşıyan başqa təyyarə güclü külək səbəbindən uçuş-enmə zolağından çıxaraq qar yığınına çırpılıb.
Hadisədən sonra Kittila, Rovaniemi və İvalo hava limanlarından bütün uçuşlar müvəqqəti dayandırılıb.
Finlandiya Enerji Sənayesi Assosiasiyasının məlumatına görə, fırtına ölkənin qərbində geniş əraziyə ciddi ziyan vurub və minlərlə ev təsərrüfatı hələ də elektriksizdir.
28-12-2025, 18:41
Çin yeni hipersəs raketini sınaqdan keçirdi


Çin yeni hipersəs raketini sınaqdan keçirdi

Çin 055 "Usi" tipli böyük esminesdən "YJ-20" hipersəs gəmi əleyhinə raketini sınaqdan keçirib.
Sınağın görüntüləri bu gün "China Military Bugle" nəşri (Xalq Azadlıq Ordusu Məlumat və Media Mərkəzinin rəsmi veb saytı) tərəfindən dərc edilib.
Görüntülərə əsasən, görə, "YJ-20" hipersəs raketi esminesin arxa hissəsində yerləşən şaquli buraxılış sisteminin (VLS) elementlərindən birindən buraxılıb.
28-12-2025, 18:25
Tehran altıncı quraqlıq ilini yaşayır


Tehran altıncı quraqlıq ilini yaşayır

Son yağışlardan sonra quraqlıq problemi həll olunmayıb, suyu qənaətlə istifadə etmək lazımdır.
Bunu Tehranın qubernatoru Mohammad Sadek Motamedian deyib.
Onun sözlərinə görə, Tehran vilayəti altıncı quraqlıq ilini yaşayır. "Hazırda Tehrandakı dörd bənd təxminən üç faiz su ilə dolub. Halbuki içməli suyun 70 faizi yeraltı təbəqələrdən, 30 faizi isə bəndlərdən alınır", - Tehranın qubernatoru bildirib.
Qeyd edək ki, İranın paytaxtı Tehranı su ilə təmin edən anbarlarda su ehtiyatları azalır.
28-12-2025, 18:10
Şuşada mövsümün İLK QARI


Şuşada mövsümün İLK QARI

Şuşa şəhərinə mövsümün ilk qarı yağıb.
Yağan qar şəhərin gözəlliyinə xüsusi çalar qatıb. Şuşa sakinləri “Güllü bağ”da qurulan Yeni il yolkası ətrafında şəkil çəkdirib, ilk qarın sevincini yaşayıblar. Qarın yağması, xüsusilə, uşaqların sevincinə səbəb olub.

28-12-2025, 17:45
Ukraynada gedən müharibədə Şəmkir sakini həlak oldu


Ukraynada gedən müharibədə Şəmkir sakini həlak oldu

Ukraynada davam edən müharibədə Rusiya Silahlı Qüvvələrinin tərkibində döyüşən Şəmkir rayon sakini Qarayev Elvin Fəxrəddin oğlu həlak olub.
Bu barədə məlumatı hərbi bloger Tofiq Şahmuradov yayıb.
Məlumata görə, Elvin Qarayev bir müddət idi itkin düşmüş hesab olunurdu. Sonradan onun nəşinin tapıldığı bildirilir. Nəşin sabah Bakıya göndəriləcəyi, daha sonra isə Şəmkir rayonunda dəfn olunacağı qeyd olunur.
Məsələ ilə bağlı rəsmi qurumlar tərəfindən hələlik əlavə açıqlama verilməyib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!