Zelenskinin yeni "sağ qolu" kim olacaq? .....                        MDB liderləri bu ölkədə görüşəcək .....                        ABŞ iki od arasında .....                        Hər zaman həmrəy olaq! .....                        İranda etirazlar - minlərlə insan ayağa qalxdı .....                        Zəngəzur dəhlizi dünyanın ən yüksək tutumlu ticarət yolu olacaq .....                        ABŞ Ukraynaya qoşun yeridəcək? - Zelenskidən cavab .....                        Ərəb ölkəsi Yəməndə əməliyyatı dayandırır .....                        Bəşər Əsədin fotosu silindi .....                       
27-12-2025, 20:36
907-ci düzəlişin ləğvinə hazırlıq gedir


907-ci düzəlişin ləğvinə hazırlıq gedir

ABŞ Konqresinin Nümayəndələr Palatasında H.R. 6534 nömrəli qanun layihəsi rəsmi olaraq qeydiyyata alınıb.
Sənədin məqsədi ABŞ qanunvericiliyində Azərbaycana göstərilən yardımlara qoyulan məhdudiyyətlərin aradan qaldırılmasıdır.
Qanun layihəsi “Azərbaycana yardımla bağlı məhdudiyyətlərin ləğvi haqqında” adlanır və Azadlığı Müdafiə Aktı çərçivəsində tətbiq edilən, məşhur 907-ci düzəlişin (Section 907) ləğvini nəzərdə tutur. Məhz bu maddə uzun illər ərzində ABŞ hökumətinin Azərbaycana birbaşa dövlət yardımı göstərməsini məhdudlaşdırıb.
Sənəddə Konqresin mövqeyi belə əsaslandırılır ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra ABŞ və onun müttəfiqləri üçün etibarlı tərəfdaş kimi çıxış edib, həm sülh, həm də müharibə dövrlərində kritik əməkdaşlıq göstərib. Layihədə həmçinin vurğulanır ki, Azərbaycan Cənubi Qafqazda sülhün prioritet elan olunmasına sadiqlik nümayiş etdirib və regionda sülh razılaşmasına nail olunub, tərəflərin sərhədləri və ərazi bütövlüyü razılaşdırılıb.
Qanun layihəsinə əsasən, Azadlığı Müdafiə Aktının 907-ci maddəsinin tam şəkildə ləğvi təklif olunur və bununla bağlı qanunun məzmununda texniki dəyişikliklər də nəzərdə tutulur. Sənəd hazırda Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinə göndərilib və müzakirə mərhələsindədir.
Qeyd edək ki, 907-ci düzəliş 1990-cı illərin əvvəllərindən etibarən ABŞ–Azərbaycan münasibətlərində ən mübahisəli mövzulardan biri olub və müxtəlif administrasiyalar dövründə yalnız müvəqqəti istisnalarla tətbiqi dayandırılıb. Yeni qanun layihəsi qəbul olunacağı təqdirdə, bu məhdudiyyətlərin hüquqi əsasının tam aradan qalxması ilə nəticələnə bilər.
Müşahidəçilər hesab edirlər ki, sənədin Konqres gündəminə çıxarılması ABŞ–Azərbaycan münasibətlərində yeni siyasi mərhələnin və Vaşinqtonun regiondakı geosiyasi yanaşmasının dəyişdiyinə dair mühüm siqnal kimi qiymətləndirilə bilər.
27-12-2025, 20:35
Səməd Seyidovun adından saxtakarlıq


Səməd Seyidovun adından saxtakarlıq

Bəzi sosial şəbəkə hesablarında Azərbaycan Respublikasının Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun adından “deep fake” texnologiyası ilə hazırlanmış, reallığı əks etdirməyən açıqlama yayılıb
Bu barədə Medianın İnkişafı Agentliyi məlumat yayıb.
"Süni intellektin köməyi ilə hazırlanan bu saxta videogörüntü ictimai rəyi çaşdırmağa yönələn kobud manipulyasiya nümunəsidir. Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi informasiyaya inanmağa, dövlətin rəsmi mövqeyini ifadə edən məlumatları ölkənin informasiya agentlikləri və digər peşəkar media subyektlərindən əldə etməyə çağırırıq. Azərbaycan vətəndaşlarını, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların, “deep fake” texnologiyaları ilə məzmunyaratma tendensiyasının vüsət aldığı bir şəraitdə sayıq olmağa səsləyirik", - məlumatda deyilir.
27-12-2025, 20:11
Rusiya dronları Naftoqazı vurdu


Rusiya dronları Naftoqazı vurdu

Rusiya hərbçiləri dekabrın 27-də Ukraynanın qaz və enerji infrastrukturuna növbəti zərbələr endirib.
Hücumlar zamanı “Şahed” tipli pilotsuz uçuş aparatlarından istifadə edildiyi, Naftoqaz şirkətinə məxsus qaz hasilatı obyektləri və istilik-elektrik mərkəzinin (İEM) hədəfə alındığı bildirilir.
Şirkətdən verilən açıqlamada İEM-lərə və qaz hasilatı ilə məşğul olan müəssisələrə birbaşa düşən zərbələrin olduğu təsdiqlənib.
Rusiya tərəfi şaxtalı hava şəraitindən və enerji sisteminə düşən maksimal yüklənmədən istifadə edərək sistemi destabilizasiya etməyə çalışır.
Qeyd olunur ki, fövqəladə briqadalar, texniki xidmətlər və aidiyyəti qurumlar gücləndirilmiş rejimdə işləyərək zərbələrin nəticələrinin aradan qaldırılması və obyektlərin bərpası ilə məşğuldur.
Ukraynanın energetika naziri vəzifəsini icra edən Artem Nekrasov isə açıqlamasında Kiyev və Kiyev vilayətində elektrik enerjisinin istehsalı, ötürülməsi və paylanması obyektlərinin hücuma məruz qaldığını bildirib. Onun sözlərinə görə, dron və raketlərlə zərbələr gecə, səhər və gün ərzində davam edib. Nəticədə yarımstansiyalar, yüksək gərginlikli hava xətləri və bir sıra generasiya obyektləri ciddi zədələnib.
Energetika Nazirliyindən bildirilib ki, yaranmış vəziyyət səbəbindən Kiyev və Kiyev vilayətində məcburi qəza söndürmələri tətbiq olunub.
27-12-2025, 19:46
Toy yasa çevrildi - 2 bacı həlak oldu


Toy yasa çevrildi - 2 bacı həlak oldu

Dekabrın 27-də saat 16:50 radələrində Biləsuvar rayonunun Çaylı kəndi ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, F.Rüstəmovanın idarə etdiyi “Lexus” markalı minik avtomobili idarəetmənin itirilməsi nəticəsində su kanalına aşıb. Nəticədə avtomobildə olan 2 nəfər sərnişin hadisə yerində ölüb.
Araşdırma aparılır.
İlkin məlumata görə, qəza zamanı həlak olan hər iki şəxs bacı olub.

***

TƏBİB-dən bildirilib ki, 27.12.2025-ci il tarixində saat 17:00 radələrində Biləsuvar rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 4 nəfər (qadın) Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Hazırda pasiyentlərin müalicəsi tibb müəssisəsində davam etdirilir. Vəziyyətləri ağır olaraq qiymətləndirilir.
Qeyd edək ki, hadisə nəticəsində 2 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.

***

18:40

Biləsuvarda toy karvanında ağır qəza baş verib.
Toy karvanında hərəkətdə olan "Lexsus" markalı nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yol kənarından Mil-Muğan su kanalına aşıb.
İlkin məlumata görə, qəza nəticəsində iki nəfər ölüb. Avtomobildə 6 qadın olub.
Hazırda hadisə yerində müvafiq qurumların əməkdaşları araşdırma aparılır.
27-12-2025, 19:27
Xankəndi teatrı bərpa edilir - 8 milyon sərf olunacaq


Xankəndi teatrı bərpa edilir - 8 milyon sərf olunacaq

Xankəndi Dövlət Dram Teatrının inzibati binasında təmir-bərpa və yenidən qurma işləri aparılacaq.
Mədəniyyət Nazirliyi bununla bağlı hazırlıqları yekunlaşdırıb, sözügedən işlərin icrasını “Crystal İnşaat” şirkətinə həvalə edib və onunla müqavilə bağlayıb.
Müqaviləyə əsasən, Xankəndi Dövlət Dram Teatrının inzibati binasında təmir-bərpa və yenidən qurma işlərinin icrasına 7,9 milyon manat vəsait sərf olunacaq.
27-12-2025, 18:28
Rəsmi Bakıdan Yəməndəki hadisələrə reaksiya


Rəsmi Bakıdan Yəməndəki hadisələrə reaksiya

Azərbaycan Səudiyyə Ərəbistanı Krallığının və Birləşmiş Ərəb Əmirliklərinin Yəmən Respublikasında davam edən gərginliyi azaltmaq və təhlükəsizlik və sabitliyi möhkəmləndirmək səylərini alqışlayır.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" sosial media hesabında paylaşım edilib.
Bildirilib ki, Yəməndəki mövcud vəziyyət təmkinli olmağın və kollektiv işə, dialoqa və sülh qərarlarına üstünlük verməyin vacibliyini vurğulayır:
"Azərbaycan Yəmən Respublikasının birliyinə, suverenliyinə və ərazi bütövlüyünə dəstəyini təsdiqləyir və ölkədə möhkəm sülhə, firavanlığa və inkişafa nail olmaq üçün Yəmən xalqının maraqlarının qorunmasına yönəlmiş bütün səyləri yüksək qiymətləndirir", - deyə paylaşımda vurğulanıb.
27-12-2025, 18:21
Zelenski Trampla 5 məsələni müzakirə edəcək


Zelenski Trampla 5 məsələni müzakirə edəcək

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ lideri Donald Trampla görüşəcək.
Görüşdə Rusiya ilə münaqişənin həlli üçün beş məsələ müzakirə ediləcək.
Zelenski Trampla danışıqlar zamanı ABŞ və AB-dən Kiyevə təhlükəsizlik zəmanətləri, Avropadan hərbi komponentlərin verilməsi və Ukraynanın inkişafı, bərpası planlarının müzakirə olunacağını deyib.
Onun sözlərinə görə, Kiyev və Vaşinqton ardıcıl tədbirlər planını ayrıca nəzərdən keçirəcəklər.
Qeyd edək ki, bu gün Zelenski Kanadaya gedib və oradan ABŞ-yə yollanacaq.
27-12-2025, 17:24
Qadın işlədiyi gözəllik salonunda öldü


Qadın işlədiyi gözəllik salonunda öldü

Biləsuvar rayonunda 51 yaşlı qadın iş yerində ölüb.
Hadisə rayon mərkəzində, M. İbrahimov küçəsində yerləşən gözəllik salonunda baş verib. Biləsuvar rayon sakini, 1974-cü il təvəllüdlü İlhamə Ümüdvar qızı Məmmədova işlədiyi gözəllik salonunda ölüb.
İlkin ehtimala görə, qadının ölümünə ürəktutma səbəb olub.
Meyit aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
27-12-2025, 17:10
“WhatsApp” bu telefonlarda işləməyəcək - SİYAHI


“WhatsApp” bu telefonlarda işləməyəcək - SİYAHI

Dünyanın ən çox istifadə olunan mesajlaşma tətbiqlərindən olan “WhatsApp” texnoloji tələblərini yenilədiyini elan edib.
Məlumata əsasən, 2026-cı ildən etibarən bir çox telefon modeli “WhatsApp”dan istifadə edə bilməyəcək.

“Android” cihazlar

“Android 5.0” və daha aşağı versiyalar – bu sistemlər tamamilə dəstəkdən çıxarılacaq.
Vaxtilə populyar olan, lakin artıq yeniləmə almayan modellər risk qrupuna daxildir. Məsələn, “Samsung Galaxy S5”, “Galaxy Note 4” və oxşar cihazlar.

iOS (iPhone) cihazlar

“iOS 12” və daha aşağı versiyalar – təhlükəsizlik yeniləmələri almadığı üçün “WhatsApp” artıq bu cihazlarda işləməyə bilər.

Dəstəyin kəsilməsi gözlənilən “iPhone” modelləri:

“iPhone 5”
“iPhone 5c”
“iPhone 5s”
“iPhone 6”
“iPhone 6 Plus”

Risk altında olan digər telefon modelləri

“Samsung”
“Galaxy S3”, S4, S5
“Galaxy Note 2”, “Note 3”
“Galaxy Ace 3”
“Galaxy S4 Mini”
“Galaxy Trend”
“Galaxy J2”
“Sony”
“Xperia Z2”
“Xperia Z3”
“Huawei”
“Ascend Mate”
“Ascend G740”
“Ascend D2”

LG

“Optimus L3 II”
“Optimus L5 II”
“Optimus F5”
“Optimus L7 II”

2026-cı ilə qədər təhlükəsizlik risklərindən qorunmaq üçün əməliyyat sistemini yeniləmək və ya yeni bir cihaza keçmək tövsiyə olunur.
27-12-2025, 16:37
Daha bir daşıyıcının avtobusları bank kartları ilə ödənişə keçirlər


Daha bir daşıyıcının avtobusları bank kartları ilə ödənişə keçirlər

Bu gündən “ÇinarTrans” MMC-nin istismarında olan marşrut xətləri üzrə avtobuslarda NFC sistemini dəstəkləyən yerli bank kartları, eləcə də “Apple Pay” və “Google Pay” vasitəsilə nağdsız ödəniş mexanizmi aktivləşdirilib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, sərnişinlərə əlavə üstünlüklər təqdim edən yeni sistem sayəsində artıq nağd pul və ya fiziki “BakıKart”ın daşınmasına ehtiyac qalmır.
İctimai nəqliyyat istifadəçiləri telefon, ağıllı saat, bank kartı və ya NFC funksiyalı digər cihazlar vasitəsilə saniyələr içində ödəniş edə bilirlər.
Bunun üçün cihazı validatora yaxınlaşdırmaq kifayətdir – ödəniş dərhal tanınır və əməliyyat tamamlanır.
Sərnişinlər avtobuslarda ödəniş etdikdə yalnız NFC dəstəkli yerli bank kartları, həmçinin smartfon və fiziki “BakıKart”dan istifadə etməlidirlər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!