Zelenskinin yeni "sağ qolu" kim olacaq? .....                        MDB liderləri bu ölkədə görüşəcək .....                        ABŞ iki od arasında .....                        Hər zaman həmrəy olaq! .....                        İranda etirazlar - minlərlə insan ayağa qalxdı .....                        Zəngəzur dəhlizi dünyanın ən yüksək tutumlu ticarət yolu olacaq .....                        ABŞ Ukraynaya qoşun yeridəcək? - Zelenskidən cavab .....                        Ərəb ölkəsi Yəməndə əməliyyatı dayandırır .....                        Bəşər Əsədin fotosu silindi .....                       
24-12-2025, 15:37
İsrail Prezidenti İlham Əliyevə zəng etdi


İsrail Prezidenti İlham Əliyevə zəng etdi

Dekabrın 24-də İsrail Dövlətinin Prezidenti İsxak Hersoq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
İsrail Prezidenti dövlətimizin başçısına ad günü münasibətilə təbriklərini çatdırıb, ona prezidentlik fəaliyyətində yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
Telefon danışığı zamanı ölkələrimiz arasında əlaqələrin inkişaf etdiyi vurğulanıb, əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
24-12-2025, 15:31
Səhiyyə Nazirliyi əhaliyə çağırış etdi - Peyvənd vurun


Səhiyyə Nazirliyi əhaliyə çağırış etdi - Peyvənd vurun[b][/b]

Adətən qrip infeksiyasına yoluxma hallarının artması payız-qış mövsümündə rast gəlsə də, yoluxmanın pik həddi məhz dekabr-fevral aylarına təsadüf edir.
Bunu Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayımda nazirliyin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.
Onun sözlərinə görə, infeksiyanın yayılmasının artması bir neçə səbəbdən irəli gəlir: “Bağlı məkanlarda insanların yaxın məsafələrdə sıx təmasları qaçılmaz olur ki, bu da yoluxmanın daha asan baş tutmasına gətirib çıxarır. Onu da qeyd etmək lazımdır ki, otaqların müxtəlif üsullarla isidilməsi zamanı daxildə rütubət azalır və quru havada viruslar daha uzun müddət asılı vəziyyətdə havada qala bildiyindən hətta nisbi uzaq məsafələrdə belə yoluxma reallaşa bilir”.
Nazirliyin mütəxəssis-eksperti qeyd edib ki, qarşıdan qış tətili, bayram günləri gəlir və istər böyüklərin, istərsə də uşaqların istirahət, əyləncə mərkəzlərində çox sayda toplanması bu dövrdə qrip infeksiyasına yoluxan şəxslərin sayının artmasına səbəb ola bilər: “Tətil və bayram günlərində əhalinin sıx toplaşdığı yerlərdən mümkün qədər yayınmaq tövsiyə olunur”.
Təyyar Eyvazov qeyd edib ki, bu viruslar arasında daha ağır, fəsadlı gedişi və əlverişsiz nəticələri ilə seçilən məhz qrip virusunun spesifik profilaktikasını, yəni ona qarşı vaksinasiyanı yaddan çıxarmaq olmaz: “Qripə qarşı vaksinasiya olunanlar yoluxduqda ya xəstələnmir, yəni infeksiyanın asimptomatik variantını keçirir, ya da xəstələnərsə də belə xəstəliyi yüngül, fəsadsız keçirir, qısa müddət ərzində sağalır, virusu daha az insanlara ötürür. Ona görə hazırda Səhiyyə Nazirliyinin dəstəyi ilə ölkəmizə gətirilmiş və kifayət qədər effektiv və təhlükəsiz olan qripə qarşı vaksinlə peyvənd olunmaq tövsiyə olunur. Bu peyvəndlər yaşayış və iş yeri ərazisində xidmət göstərən ambulator-poliklinik tibb müəssisələrində mövcuddur və müraciət olunan şəxslər ödənişsiz olaraq peyvənd olunurlar”.
24-12-2025, 15:25
Müsəddiq müəllimin medalı


Müsəddiq müəllimin medalı

Medianın İnkişafı Agentliyindən zəng vurub bildirdilər ki, “Bütöv Azərbaycan” qəzetinin 1 medal limiti var, kimə verirsinizsə sənədlərini agentliyə göndərin. Təşəkkür edərək redaktorumuz İlham Məmmədlinin sənədlərini agentliyə göndərdim. Sürpriz olsun deyə özünə bildirmədim. Aradan xeyli müddət keçəndən sonra- dekabrın 22- də agentlikdən yenə zəng gəldi. Bu dəfə dedilər ki, Tamxil müəllim, siz “Azərbaycan Milli Mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalı ilə təltif olunmusunuz, sabah saat 10-12 arası gəlin, medalınızı götürün. Sağolun, deyib söhbəti bitirdim.
Çox pərt olmuşdum. Mən təltif üçün İlhamın adını vermişdim, bunlar təltifə məni dəvət edirlər, deyə 40 ildir əqidədaşım olan İlhamın üzünə necə baxacağımı düşünüb xəcalət çəkir, getmək istəmirdim.
Dekabrın 23-ü saat 11: 04-də yenə zəng gəldi:
“Müəllim, siz gəlmirsiniz?!”
-Gəlirəm,- deyib yola çıxdım. Yolda mətbuata bağlandığım 50 il kino lenti kimi gözlərimin qabağından keçdi.
İlk yazım “Azərbaycan gəncləri” qəzetində çap olunanda mənim 17, mətbuatımızın 100 yaşı vardı. Mən Jurnalistika fakültəsinə qəbul olununca Milli mətbuatımız 10 il qocalmış, yesir balası isə 10 illik əzablı yoldan keçmişdi. Bu məqamda bütün müəllimlərimi ehtiram, sevgi və sayğıyla xatırlayaraq dördünün adını çəkəcəm:
*Mərhum professorumuz Famil Mehdi yeganə müəllimim idi ki, qəbul imtahanlarında məruz qaldığım haqsızlığın şahidi olduğunu etiraf etmişdi.
*Professor Qulu Xəlilli yeganə müəllimim idi ki, partiya iclasında məsələm müzakirə olunanda, əsl simasını məndən başqa tanıyan olmadığını güman etdiyim, mələkdonlunun ironiyasına cavab verdi. Dedi:- müəllim, bu tələbə sizin kimi vicdanını itirməyib, partbiletini itirib. Onu da ya tapacaq, ya da təzəsini alacaq...
*Nəriman Zeynallı yeganə müəllimim idi ki, səhər-səhər dərsinə gəldiyim vaxt universitetin girəcəyində qara çərçivəyə salınmış portretini görüb hönkürmüşəm və o gün tələbə yaddaşımda bir yara açılıb.
*Müsəddiq müəllimim haqqında ayrıca söhbət açmaq istəyirəm. Fədailərdən idi. Bizə Əski əlifba öyrədirdi. Hərdən üstü örtülü Pişəvəri hökümətindən söz salırdı. Hiss olunurdu ki, milli düşüncəmizi oyatmaq istəyir. Bu o vaxtlarlar idi ki, uşaqlarımız hələ sovetin qardaşlıq laylaları ilə uyudulurdu, həm də qrup yoldaşlarımızın əksəriyyəti 16-17 yaşını təzəcə tamamlamışdı. Ona görə də belə hisslər çox uzaqdaydı. Müsəddiq müəllim dərsdə o vaxtlar Güney Azərbaycanda gözünün qabağında cərəyan edən faciələrin birindən söz açanda duyğulandı. Gözləri yaşaranda uşaqlar müəllim ağlayır,- deyib gülüşdülər. Müsəddiq müəllim heç nə demədi, göz yaşı içində auditoriyanı tərk elədi. Bir daha qayıtmadı...
...Medianın İnkişafı Agentliyinə çatanda o günlərin xəyalından ayıldım. Mənə iki medal verdilər. Vəsiqələrə baxdım ki, biri mənim digəri İlhamındır. Düzü sevindim. Medala görə yox, İlhamla bizi ayırmadıqlarına görə sevindim. Sevincimi bölüşmək üçün İlhamın dərs dediyi Bakı Qızlar Universitetinə üz tutdum. Onun medalını tələbələrinin qarşısında özünə verdim. Mətbuatdakı 50 illik fəaliyyətimə verilən medalı isə parçalanmış Azərbaycanımızın yaralarının ağrısını bizə hiss etdirən Müsəddiq müəllimin göz yaşlarına ithaf etdim.

Müəllimlərimizə ehtiramla:
Tamxil ZİYƏDDİNOĞLU
24-12-2025, 15:23
Hava xəbərdarlığı - Qar yağacaq, şaxta olacaq


Hava xəbərdarlığı - Qar yağacaq, şaxta olacaq

Azərbaycanın rayonlarında dekabrın 25-i gündüzdən başlayaraq 26-sı gündüzədək bəzi yerlərdə hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi ehtimal olunur.

24-12-2025, 15:18
“Qarabağ” şikayət etdi - UEFA ispan klubunu cərimələdi


“Qarabağ” şikayət etdi - UEFA ispan klubunu cərimələdi

UEFA İspaniyanın “Atletik” klubunu Çempionlar Liqasının əsas mərhələsinin 3-cü turunda “Qarabağ”a 3:1 hesabı ilə qalib gəldikləri oyuna görə cəzalandırıb.
Bilbao təmsilçisi azarkeşlərinin həmin matçda etdiklərinə görə 10 min avro (20 min manat) cərimələnib.
Qeyd edək ki, sözügedən matç zamanı “Atletik” komandasının fanatları vaxtilə erməni separatçılarının Qarabağda yaratdıqları qondarma rejimin bayrağını qaldırmışdı. “Qarabağ” rəsmiləri isə həm oyundan əvvəl, həm də oyun zamanı şəhərdə baş verən təxribatlarla bağlı meydan sahiblərinə məlumat vermişdi, həmçinin UEFA-ya müraciət etmişdi.
24-12-2025, 15:14
Türkiyənin həmin diplomları ölkəmizdə tanınmır


Türkiyənin həmin diplomları ölkəmizdə tanınmır

Azərbaycanla Türkiyə arasında təhsil sahəsində formalaşmış dərin əməkdaşlıq və qarşılıqlı etimada əsaslanan münasibətlər son illər daha da genişlənir. Lakin mövcud uğurlarla yanaşı, müəyyən bir sıra problemlər də diqqət çəkir. Məhz bu kontekstdə Baş nazir Əli Əsədov Azərbaycan-Türkiyə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasında çıxışı zamanı bəzi Azərbaycan universitetlərinin məzunlarının Türkiyədə təhsillərini davam etdirə bilməməsi məsələsinə toxunaraq, problemin həllinin iki qardaş ölkə arasında təhsil əməkdaşlığının daha da möhkəmlənməsinə töhfə verəcəyini vurğulayıb.
Baş nazir bildirib ki, Azərbaycanın bəzi universitetlərinin məzunları təhsillərini Türkiyədə davam etdirmək istəsələr də bunu edə bilmirlər. Səbəb isə həmin universitetlərin diplomlarının Türkiyənin Ali Təhsil Şurası tərəfindən tanınmamasıdır.
Məsələ ilə bağlı təhsil eksperti Elçin Əfəndi qeyd edib ki, Azərbaycan vətəndaşlarının Türkiyədə ali təhsil alması və ya aldıqları təhsilin tanınması bir çox istiqamətdə əlçatan olsa da, xüsusilə tibb, hüquq və bir sıra digər ixtisaslar üzrə bu əlçatanlıq tam təmin edilmir. Ekspertin sözlərinə görə, bunun səbəbləri Baş Nazir Əli Əsədov tərəfindən də vurğulanıb.
“Düşünürəm ki, bu sahədə qanunvericilikdə müəyyən dəyişikliklər edilməlidir. Eyni zamanda ali təhsil proqramları elə qurulmalıdır ki, təkcə Türkiyə universitetlərinə deyil, dünyanın digər ölkələrinin ali təhsil müəssisələrinə yönləndirmə zamanı da hər hansı çətinlik yaranmasın”.
Ekspert həmçinin, ikinci diplom proqramı ilə bağlı müvafiq qərarlar qəbul edilməsinə də diqqət çəkib:
“Bu proqram çərçivəsində Türkiyə universitetlərinin Azərbaycanda ən azı tədris prosesində iştirak etməsi gələcəkdə Azərbaycan vətəndaşlarının Türkiyədə təhsil almasına müəyyən stimul verə bilər. Bundan əlavə, qəbul qaydalarında və tədris proqramlarında ediləcək dəyişikliklər də vətəndaşlarımızın Türkiyə universitetlərində təhsil almasını asanlaşdıra bilər”.
E.Əfəndi onu da əlavə edib ki, bəzi hallarda qeyri-qanuni yollarla Türkiyə universitetlərinə qəbul halları mövcuddur və nəticə etibarilə həmin diplomlar ölkəmizdə tanınmır:
“Lakin Azərbaycanda rəsmi şəkildə ali təhsil almış və sonradan magistratura və ya doktorantura pillələrində Türkiyədə təhsilini davam etdirmək istəyən vətəndaşlarımız müxtəlif maneələrlə üzləşirlər.
Bu problemlər daha çox özəl universitetləri bitirən məzunlarda müşahidə olunur. Eyni zamanda bəzi dövlət universitetlərinin məzunları da Türkiyə universitetləri tərəfindən yetərli hesab edilmədiyi üçün imtina ilə qarşılaşırlar. Bununla belə, elə ali təhsil müəssisələrimiz də var ki, onların məzunları Türkiyə universitetlərində təhsillərini rahatlıqla davam etdirə bilirlər”.
Təhsil mütəxəssisi Türkiyə universitetləri tərəfindən tanınan ali məktəblərimiz sırasında Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və digərləri yer aldığını bildirib:
“Düşünürəm ki, qarşıdakı illərdə Baş nazir Əli Əsədovun qaldırdığı məsələlərin qarşılıqlı tanınma mexanizmlərinin formalaşdırılması və ali səviyyədə müzakirə olunan problemlərin həlli istiqamətində atılan addımlar bu sahədə mövcud çətinliklərin aradan qaldırılmasına, eləcə də vətəndaşlarımız üçün daha əlverişli təhsil imkanlarının yaradılmasına şərait yaradacaq”,- deyə E.Əfəndi qeyd edib.
24-12-2025, 14:39
Roma Papası dünyanı atəşkəsə çağırıb


Roma Papası dünyanı atəşkəsə çağırıb

Roma Papası XIV Leo Milad ərəfəsində dünya miqyasında atəşkəsə çağırıb.
"Mən bir daha bütün xoşməramlı insanları sülhə - heç olmasa Xilaskarımızın doğum gününə hörmət etməyə çağırıram", - deyə pontifik bildirib.
Vatikan lideri Rusiyanın atəşkəs tələbini rədd etdiyini irəli sürüb. O, ümid etdiyini bildirib ki, dünyada sülh ən azı 24 saat hökm sürəcək.
24-12-2025, 14:33
Azərbaycanlıları Ukrayna müharibəsinə cəlb edən şəbəkə var?


Azərbaycanlıları Ukrayna müharibəsinə cəlb edən şəbəkə var?

Sosial şəbəkələrdə Azərbaycan vətəndaşlarının pul müqabilində Rusiya-Ukrayna müharibəsinə cəlb olunması haqda məlumatlar yayılır. Artıq hər iki ölkədə döyüşən yüzlərlə azərbaycanlı haqda məlumatlar mövcuddur.
Milli Məclisin üzvü Elman Məmmədov uzun illərdir ki, dünyanın bir çox ölkələrində münaqişə zonalarında pul müqabilində insanların müharibəyə cəlb edildiyini bildirib. O bu kontekstdə Rusiya-Ukrayna müharibəsində çoxsaylı azərbaycanlıların döyüş əməliyyatlarına cəlb olunduqlarını vurğulayıb.
“Belə məlumatlar var ki, Rusiya-Ukrayna müharibəsində hər iki tərəf - həm Ukrayna, həm Rusiya hərbi təcrübəsi olan, könüllü döyüşmək istəyənlərə müxtəlif təkliflər verir. Sosial şəbəkələrdə çağırışlar yayılır, elanlar verilir. Dövlətin müvafiq qurumları bu məsələlərin qarşısını almaq üçün tədbirlər görür və görməkdə də davam edir.
Deputatın sözlərinə görə, əsas problem Rusiya və Ukraynada yaşayan Azərbaycan vətəndaşlarının hərbi əməliyyatlara cəlb olunmasıdır.
“Burada iki variantı nəzərə almalıyıq. Məsələn, Ukraynada yaşayan və ya Rusiyada yaşayan, eyni zamanda həmin ölkələrin vətəndaşlığını almış soydaşlarımız var. Yəni onlar Rusiya vətəndaşıdır və Ukrayna vətəndaşıdır, çağırış zamanı hərbi xidmətə çağırılır və döyüşə göndərilirlər. Bu, məsələnin bir tərəfidir.
Digər tərəfdən isə Ukraynada və ya Rusiyada yaşayan soydaşlarımız var ki, onlar bizim vətəndaşlardır, bu ölkələrin vətəndaşları deyillər. Onlar ya pul müqabilində, ya da zorla bu müharibəyə göndərilə, cəlb oluna bilirlər. Bax, bunun qarşısını almaq üçün müvafiq tədbirlər görülməlidir.
Eyni zamanda döyüş təcrübəsi olan Azərbaycan vətəndaşlarını, hətta ölkəmizdə - Azərbaycanda yaşayan insanları da çağıranlar var. Bu, ən təhlükəli məqamdır və mən hesab edirəm ki, vətəndaşlarımız diqqətli olmalıdır. Vətənimiz uğrunda, torpaqlarımız uğrunda döyüşmək hər bir vətəndaşın şərəfli borcudur. Ancaq pul müqabilində gedib kiminsə ölkəsində, kiminsə tərəfinə döyüşmək, məncə, qəbuledilməzdir və bunun qarşısı alınmalıdır.
Deputat azərbaycanlıların müharibəyə təşviqatının fiziki olaraq yox, daha çox onlayn resurslar üzərindən aparıldığını deyib.
“Azərbaycanda insanları müharibəyə cəlb edən bir dəstənin faktiki mövcud olması barədə fikir bildirmək çətindir. Sosial şəbəkələrdə müxtəlif vasitələrlə bu çağırışları edənlərin müəyyənləşdirilməsi, məsuliyyətə cəlb olunması və ciddi tədbirlərin görülməsi vacibdir.”
Hüquqşünas Ramil Süleymanov isə qeyd edib ki, Azərbaycan Respublikasının vətəndaşı olaraq hər hansı dövlətin ordusunda və silahlı birləşmələrdə iştirak qanunsuzdur. O bu kimi halların cinayət əməli olduğunu diqqətə çatdırıb.
“Adətən, bu tip məlumatlar dövlət orqanlarının nəzarətində olur. Xarici dövlətlərin müvafiq strukturları tərəfindən Azərbaycan tərəfinə məlumatlar daxil olur ki, filan Azərbaycan vətəndaşı döyüşlərdə öldürülüb, əsir götürülüb və ya barəsində cinayət işi başlanılıb.
Vətəndaşlarımız bilməlidir ki, bu hallar cinayət əməli hesab olunur. Xatırlayırsınızsa, 2010–2020-ci illər aralığında Azərbaycan Respublikasından xeyli sayda şəxs Suriyaya və İraqa gedərək müxtəlif silahlı qruplaşmalara qoşulmuşdu. Bu proseslər əsasən dini pərdə altında həyata keçirilirdi. Bununla bağlı Azərbaycan Respublikasının müvafiq hüquq-mühafizə və təhlükəsizlik orqanları tərəfindən cinayət işləri başlanıldı, şəxslərin ölkəyə qaytarılması ilə bağlı hüquqi prosedurlar həyata keçirildi.”
24-12-2025, 14:06
Tokayev İlham Əliyevə zəng etdi


Tokayev İlham Əliyevə zəng etdi

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Qazaxıstanın dövlətinin başçısı Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində uğurlar və cansağlığı arzulayıb.
Azərbaycan Prezidenti göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
Telefon danışığı əsnasında ölkələrimiz arasında dostluq və strateji müttəfiqlik münasibətlərinin bütün sahələr üzrə uğurla inkişaf etdiyi vurğulanıb, əlaqələrimizin genişlənməsində yüksəksəviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunulub. Bu xüsusda, Azərbaycan Prezidentinin oktyabrda Qazaxıstana dövlət səfəri, həmçinin Kasım-Jomart Tokayevin ölkəmizə səfəri məmnunluqla xatırlanıb.
Dövlət başçıları əməkdaşlığımızın perspektivləri və gələcək təmaslar barədə fikir mübadiləsi aparıblar.
24-12-2025, 14:06
Təbrik edirik!


Təbrik edirik!

Zərdabi Nəşriyyatının rəhbəri, gözəl insan, ləyaqətli vətəndaş, Zərdabi irsini şərəflə daşıyan, tanıdığı ləyaqətli insanlara könüldən, dost sədaqəti ilə bağlanan Elman müəllim “Azərbaycan Milli Mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalı ilə təltif olunub. 15 ilə yaxın müddətdir tanıdığım Elman Qasımov təltifə namizədliyi sürülmüş ən layiqlilərdəndir. Elman müllimi “Bütöv Azərbaycan” qəzetinin kollektivi adından təbrik edirəm, həm də fəxr edirəm ki, belə bir ziyalımızla dostluq münasibətimiz var.
Elman Qasımovun minnətdarlıq dolu ürək sözlərini sahiblərinə ünvanlayırıq. Hörmətlə: Tamxil Ziyəddinoğlu

Bu gün mənim üçün sadəcə bir mükafat günü deyil - bir ömrün, bir yolun, bir əqidənin dövlət səviyyəsində dəyərləndirildiyi gündür. Zərdabi Nəşriyyatının rəhbəri olaraq, Həsən bəy Zərdabinin zəngin irsini araşdıran və bu irsə həsr olunmuş kitabların naşiri kimi, eyni zamanda Zərdab torpağından çıxmış bir insan olaraq Azərbaycan Milli Mətbuatının banisi Həsən bəy Zərdabinin əsasını qoyduğu yol münasibətilə təsis edilən “Azərbaycan Milli Mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalı ilə təltif olunmaq mənim üçün xüsusi və dərin mənəvi dəyər daşıyır.
Bu mükafat mənim üçün təkcə şəxsi fəaliyyətimə verilən qiymət deyil. Bu, kitaba, sözə, mətbuata, milli yaddaşa həsr olunmuş 63 illik bir ömrün, səbrlə, sədaqətlə və vicdanla görülən işlərinin tanınmasıdır.
Ömrümü nəşriyyata, kitab mədəniyyətinə, milli mətbuat tariximizin qorunmasına və gələcək nəsillərə ötürülməsinə həsr etmiş biri kimi bu diqqət və ehtiramı böyük məsuliyyətlə qəbul edirəm. Xüsusi olaraq Həsən bəy Zərdabi irsinin araşdırılmasına, milli mətbuatımızın mənəvi dayaqlarının yaşadılmasına göstərdiyi diqqətə görə Azərbaycan Mətbuat Şurasının sədri, dəyərli ziyalı Rəşad Məcidə, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayıla, icraçı direktorun müavini Natiq Məmmədliyə səmimi təşəkkürümü bildirirəm.
Bu təltif mənim üçün bir dayanacaq deyil - yolun davamıdır. Həsən bəy Zərdabinin “mətbuat millətin aynasıdır” fəlsəfəsinə sadiq qalaraq, kitabın, sözün və milli yaddaşın keşiyində durmaq mənim üçün hər zaman şərəfli bir borc olub və olacaq.
Minnətdaram. Qürurluyam.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!