Zelenskinin yeni "sağ qolu" kim olacaq? .....                        MDB liderləri bu ölkədə görüşəcək .....                        ABŞ iki od arasında .....                        Hər zaman həmrəy olaq! .....                        İranda etirazlar - minlərlə insan ayağa qalxdı .....                        Zəngəzur dəhlizi dünyanın ən yüksək tutumlu ticarət yolu olacaq .....                        ABŞ Ukraynaya qoşun yeridəcək? - Zelenskidən cavab .....                        Ərəb ölkəsi Yəməndə əməliyyatı dayandırır .....                        Bəşər Əsədin fotosu silindi .....                       
21-12-2025, 09:20
Qırğızıstan prezidenti Rusiyada səfərdədir


Qırğızıstan prezidenti Rusiyada səfərdədir

Qırğızıstan prezidenti Sadır Japarov Ali Avrasiya İqtisadi Şurasının (AİİŞ) iclasında və MDB üzv dövlətlərinin dövlət başçılarının Sankt-Peterburqda keçirilən qeyri-rəsmi görüşündə iştirak etmək üçün Rusiyaya işgüzar səfərə gəlib.
Bu barədə Qırğızıstan liderinin mətbuat xidmətinin açıqlamasında deyilir.
"Prezident Sadır Japarov Rusiyaya işgüzar səfərə gedib. Səfər zamanı Qırğızıstan və Rusiya liderləri arasında görüş planlaşdırılır. Sadır Japarov həmçinin Ali Avrasiya İqtisadi Şurasının iclasında və Müstəqil Dövlətlər Birliyi dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak edəcək", - məlumatda qeyd edilib.
Bildirilir ki, Japarovu Pulkovo hava limanında Sankt-Peterburq qubernatoru Aleksandr Beqlov və digər rəsmi şəxslər qarşılayıblar.
Mətbuat xidməti tədbirlərin Avrasiya inteqrasiyası, ticarət, iqtisadi və maliyyə əməkdaşlığının dərinləşdirilməsi və enerji əməkdaşlığı ilə bağlı müzakirələri əhatə edəcəyini açıqlayıb: "Səfərdən sonra Ali Avrasiya İqtisadi Şurasının iclasının gündəliyinin bir hissəsi olaraq müvafiq qərarların və sənədlərin qəbul edilməsi gözlənilir".
20-12-2025, 22:15
Ervin İbrahimoviç Zəfər parkında


Ervin İbrahimoviç Zəfər parkında

Monteneqro Respublikası Baş nazirinin müavini, xarici işlər naziri Ervin İbrahimoviç dekabrın 20-də Bakıdakı Zəfər parkını ziyarət edib.
Ervin İbrahimoviç parkdakı Zəfər abidəsinin önünə əklil qoyub.
Monteneqro Respublikası Baş nazirinin müavini, xarici işlər naziri Ervin İbrahimoviç Şəhidlər xiyabanını da ziyarət edib.
Ervin İbrahimoviç Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
20-12-2025, 21:26
Polad Bülbüloğlu oğlu ilə Şuşadakı bağında


Polad Bülbüloğlu oğlu ilə Şuşadakı bağında

Xalq artisti, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu Şuşadakı evinin bağını nümayiş etdirib.
O, oğlu Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru Murtuza Bülbüllə AZTV-yə danışıb.
Ata-oğul Şuşaya gəlişlərindən, həyətlərindəki ağaclardan söz açıblar.
20-12-2025, 20:48
Putinin növbəti hədəfi keçmiş Sovet ölkələridir - ŞOK İDDİA


Putinin növbəti hədəfi keçmiş Sovet ölkələridir - ŞOK İDDİA

Rusiyanın prezidenti Vladimir Putinin Ukraynanın bütün ərazisini ələ keçirməyi planlaşdırır.
ABŞ kəşfiyyatı belə qənaətə gəlib. Məlumatı "Reuters" agentliyi altı mənbəyə istinadən yayıb.
Ancaq Putin bununla kifayətlənmək istəmir. Kəşfiyyat Putinin vaxtilə Sovet imperiyasına məxsus olmuş Avropanın bəzi hissələrini yenidən nəzarətə götürməyi hədəflədiyi qənaətindədir.
Məlumata görə, ABŞ xüsusi xidmət orqanlarının hesabatları ABŞ prezidenti Donald Tramp və onun Ukrayna üzrə sülh danışıqlarını aparan komandası tərəfindən səsləndirilən mövqedən ciddi şəkildə fərqlənir. Tramp administrasiyasının nümayəndələri Vladimir Putinin münaqişəni bitirmək istədiyini iddia etsə də, kəşfiyyat məlumatları bunun əksini göstərir.
"Reuters"in mənbələrindən biri bildirib ki, bu hesabatlardan ən sonuncusu ötən ilin sentyabr ayının sonlarına aiddir və orada Putinin Avropa üçün təhlükə olmadığına dair iddiaları da təkzib olunur.
ABŞ kəşfiyyatının qiymətləndirmələri Rusiyanın 2022-ci ildə Ukraynaya qarşı müharibəyə başlamasından bəri dəyişməz qalır. Mənbələrin bildirdiyinə görə, bu nəticələr Avropa liderləri və Avropa kəşfiyyat qurumlarının mövqeyi ilə də üst-üstə düşür. Onlar Rusiyanın yalnız Ukrayna ilə kifayətlənməyərək keçmiş sovet respublikalarının ərazilərinə, o cümlədən NATO üzvü olan ölkələrə də iddia edə biləcəyini düşünürlər.
ABŞ Konqresinin Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin demokrat üzvü Mayk Kvikli Reuters-ə açıqlamasında “Kəşfiyyat həmişə Putinin daha artığını istədiyini deyib” ifadəsini işlədib. Onun sözlərinə görə, Avropa ölkələri bu təhlükəyə tam əmindir, Polşa bu məsələdə xüsusilə qəti mövqedədir, Baltik ölkələri isə özlərinin növbəti hədəf ola biləcəyindən narahatdır.
20-12-2025, 20:45
“Fənərbağça”nın prezidenti sərbəst buraxıldı


“Fənərbağça”nın prezidenti sərbəst buraxıldı

Türkiyənin “Fənərbağça” komandasının prezidenti Sadəttin Saran narkotiklərlə bağlı aparılan araşdırma çərçivəsində saxlanıldıqdan sonra sərbəst buraxılıb.
Saran aparılan araşdırma zamanı Respublika Baş Prokurorluğuna dəvət olunub.
O, prokurorluqda ifadə verdikdən sonra Məhkəmə-Tibb Ekspertizası Qurumunda müayinədən keçirilib və məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.
20-12-2025, 19:41
Məleykə Abbaszadə "təhsil ekspertlərini" topa tutdu


Məleykə Abbaszadə "təhsil ekspertlərini" topa tutdu

"Özünü "təhsil eksperti" adlandıranların çoxu təhsil sahəsində ödənişli xidmət göstərən biznesmenlərdir".
Bu sözləri DİM sədri Məleykə Abbaszadə söyləyib.
Sədr qeyd edib ki, "ekspert" demək bu sahədə konkret fəaliyyət göstərən şəxslərdir:
"Əgər söhbət təhsildən gedirsə, bu şəxs ya dərs deməli, ya təhsilin idarəetmə orqanlarında çalışmalı, ya da bu sahədə elmi araşdırmalarla məşğul olmalı, məqalələri olmalıdır. Ən azı, on illik praktik təcrübəyə malik olmalı, sıravi işdən başlayaraq müəyyən pillələri keçməlidir. Yalnız bu halda kiminsə özünü “ekspert” adlandırması əsaslı olar. Amma hazırda bu sahədə kimləri görürük? Əksəriyyəti təhsil sahəsində pullu xidmət göstərən şəxslərdir. Qeyd edim ki, pullu xidmət göstərmək qanunvericiliyə zidd deyil və bu, mümkündür. Lakin bu şəxslər ekspert yox, biznesmenlərdir. Biznesin isə öz qaydaları var – məqsəd gəlir əldə etməkdir.
Təəssüf ki, bəzi hallarda bu gəlir uğrunda qarşı tərəfə qarayaxma kampaniyaları aparılır, şəxsi piar edilir. Bu cür yanaşma etik və sağlam olmasa da, reallıqdır. Amma unutmaq olmaz ki, biznesdə etik olmayan davranışlar gec-tez ortaya çıxır. Bizdə “təhsil eksperti” kimi tanınanların əksəriyyəti əslində biznes sahəsində olan insanlardır. Onlar özlərini ekspert kimi təqdim edirlər, amma elmi və praktik baza baxımından bu rola uyğun deyillər. Əvəzində, insanlara yanlış və populist fikirlər aşılayırlar.
Bəs insanlar niyə rəsmi qurumlara və səlahiyyətli şəxslərə yox, belə şəxslərə etimad göstərirlər? Səbəblərdən biri odur ki, kimlərəsə uğur qazanmadığı zaman səbəbi özlərində deyil, sistemdə axtarmaq daha rahat gəlir. Heç kim imtahana yaxşı hazırlaşmadığını qəbul etmək istəmir. Əvəzində “imtahan çətin idi”, “suallar proqramdan kənar idi” kimi arqumentlər səsləndirirlər".
20-12-2025, 19:30
907-ci düzəlişin ləğv olunmasının vaxtı çatıb


907-ci düzəlişin ləğv olunmasının vaxtı çatıb

ABŞ-da yayımlanan nüfuzlu "The National Interest" jurnalında Azərbaycana həsr olunmuş məqalə dərc edilib.
Jurnal Azərbaycanın Cənubi Qafqazda unikal strateji mövqeyə malik olduğunu və Vaşinqton üçün ticarət, enerji təhlükəsizliyi və regional balanslaşdırma baxımından mühüm imkanlar yaratdığını yazır.
“Xəzər dənizi ABŞ üçün açıqdır” başlıqlı yazının müəllifi Cozef Epstein vurğulayır ki, Bakı Avropa ilə Asiyanı Rusiya və İrandan yan keçməklə birləşdirən yeganə quru marşrut olan Orta Dəhlizin əsas hissəsinə nəzarət edir.
Məqalədə qeyd olunur ki, Azərbaycan üzərindən formalaşan sabit tranzit marşrutu Mərkəzi Asiya üçün yeni imkanlar açmaqla yanaşı, Çinin nadir torpaq elementləri üzərindəki nəzarətinə alternativ yaradır. Müəllifin fikrincə, Rusiya, Çin və İranı kənarda qoyan istənilən etibarlı ticarət yolu mütləq Azərbaycandan keçməlidir və bu da Bakını regionda əsas giriş nöqtəsinə və lider aktora çevirir.
Yazıda Azərbaycanın ABŞ üçün real və dərhal nəticə verən strateji fürsət kimi dəyərləndirilməsi vacibliyi vurğulanır. Bildirilir ki, Bakı Avropaya təbii qaz tədarük edir, İsrail ilə Türkiyə arasında gərginliyin azaldılmasına töhfə verib və ABŞ-ın Çinə alternativ nadir torpaq elementləri axtarışında prioritet saydığı Mərkəzi Asiyaya körpü rolunu oynayır.
Məqalədə, həmçinin qeyd edilir ki, bu il Vaşinqton Ermənistan-Azərbaycan sülh danışıqlarında əsas vasitəçi rolunda Rusiyanı əvəz edib və bu proses 8 avqustda keçirilən, siyasi dairələrdə “Vaşinqton bəyannaməsi” adlandırılan sülh sammiti ilə nəticələnib. Nəşr bunu ABŞ-ın Cənubi Qafqazda xarici siyasət sahəsində ən mühüm nailiyyətlərindən biri kimi qiymətləndirir və sammitin normallaşmaya mane olan həssas məsələlər üzrə konkret öhdəliklər yaratdığını vurğulayır.
Yazıda Azərbaycanın Türk Dövlətləri Təşkilatı çərçivəsində lider rolu və Mərkəzi Asiya ilə məsləhətçi formatda təmsil olunması da xüsusi qeyd edilir. Müəllif ənənəvi C5 formatının C6-ya genişlənməsini vahid regional baxışın formalaşması kimi qiymətləndirir və Vaşinqtona C6+2 konsepsiyasını, yəni Azərbaycan və Mərkəzi Asiya ölkələri ilə yanaşı İsrailin də daxil olduğu platformanı nəzərdən keçirməyi təklif edir. Onun fikrincə, bu format infrastruktur, kibertəhlükəsizlik, su ehtiyatlarının idarə olunması və nəqliyyat dəhlizlərinin təhlükəsizliyi sahəsində koordinasiyanı gücləndirə və ABŞ-ın uzun illər Rusiya və Çinin dominant olduğu regiondakı təsirini artıra bilər.
Məqalənin sonunda müəllif ABŞ Konqresində qəbul edilmiş və Azərbaycana qarşı məhdudiyyətlər nəzərdə tutan 907-ci düzəlişin ləğv olunmasının vaxtının çatdığını bildirir və Vaşinqtonu Bakını periferik tərəfdaş kimi deyil, formalaşmış əsas regional dövlət kimi görməyə çağırır. Yazıda vurğulanır ki, bu cür strateji imkan pəncərələri uzun müddət açıq qalmır.
20-12-2025, 19:27
Avtobus qaz xəttinə çırpıldı, təchizat dayandırıldı


Avtobus qaz xəttinə çırpıldı, təchizat dayandırıldı

Ordubad rayonunda avtobusun qaz xəttinə çırpılması nəticəsində orta təzyiqli qaz xətti (dairəvi xətt) qırılıb.
Hadisə baş verəndən dərhal sonra təhlükəsizlik səbəbi ilə M.F.Axundov küçəsində, Kolanı kəndində 157 abonentin qaz təchizatı dayandırılıb.
Nüsnüs kəndində 516, Yuxarı və Aşağı Əndəmic kəndlərində 416, Gənzə və Anabat kəndlərində 335 abonentdə qaz təzyiqində azalma müşahidə olunacaq.
Bərpa işləri yekunlaşan kimi sözügedən ərazidə təbii qazın verilişi təmin ediləcək.
20-12-2025, 19:08
İran-İsrail müharibəsi yenidən başlayır?


İran-İsrail müharibəsi yenidən başlayır?

İranın ballistik raket istehsalını sürətləndirməsi fonunda yaranan narahatlıqlar İsrailin yeni hərbi planları gündəmə gətirib.
İsrailin baş naziri Beniyamin Netanyahu ABŞ prezidenti Donald Trump ilə planlaşdırılan görüş zamanı İrana qarşı mümkün yeni hücum planını təqdim etməyi planlaşdırır.
Bu barədə NBC telekanalı məsələ ilə tanış olan bir mənbəyə və dörd keçmiş amerikalı rəsmiyə istinadən məlumat yayıb.
Məlumata görə, İsrail rəsmiləri hesab edirlər ki, İran ballistik raketlərin istehsalı ilə bağlı obyektləri bərpa edir və 2025-ci ilin iyun ayında endirilmiş zərbələr zamanı zədələnmiş hava hücumundan müdafiə sistemlərini təmir edir. İsrail üçün İranın nüvə proqramı hələ də ciddi təhlükə olaraq qalır, lakin Təl-Əvivdə raket potensialının bərpası daha təcili və konkret risk kimi qiymətləndirilir.
NBC-nin mənbələrinin bildirdiyinə görə, Donald Trampın mümkün yeni hücumu əsaslandırmaq üçün istifadə edəcəyi arqumentlərdən biri İranın fəaliyyətlərinin təkcə İsrail üçün deyil, bütövlükdə region və ABŞ-ın maraqları üçün də təhlükə yaratması ola bilər. Bu yanaşmanın Vaşinqtonda qərarvermə prosesinə təsir göstərə biləcəyi istisna edilmir.
Məsələ ilə bağlı rəsmi açıqlama verilməsə də, yayılan məlumatlar Yaxın Şərqdə təhlükəsizlik vəziyyətinin yenidən gərginləşə biləcəyinə dair narahatlıqları artırır.
20-12-2025, 16:25
"Neftçi" "Karvan-Yevlax"a qalib gəldi


"Neftçi" "Karvan-Yevlax"a qalib gəldi

Misli Premyer Liqasının XVI turunda "Neftçi" səfərdə "Karvan-Yevlax"la üz-üzə gəlib.
Yevlax şəhər stadionunda baş tutan oyun Bakı kollektivinin 2:1 hesablı qələbəsi ilə bitib.
Meydan sahiblərinin heyətində 45+9-cu dəqiqədə Araz Abdullayev penalti zərbəsindən hesabı açıb. 61-ci dəqiqədə Bassala Sambu qonaqların bərabərlik qoluna imza atıb. "Ağ-qaralar"a qalibiyyət gətirən qolu isə Emin Mahmudov vurub. Kapitan 90+7-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib.
Tərəflər arasında I dövrədə keçirilən oyun bərabərə bitmişdi - 0:0.
"Neftçi" 20 xalla 8-ci yerdə qərarlaşıb. Hesabında 6 xal olan "Karvan-Yevlax" 12 komandanın sıralamasında sonuncudur.
Qeyd edək ki, turun açılış oyununda "Turan Tovuz" "Kəpəz"ə 2:0 hesabı ilə qalib gəlib. XVI tura dekabrın 22-də yekun vurulacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!