Zelenskinin yeni "sağ qolu" kim olacaq? .....                        MDB liderləri bu ölkədə görüşəcək .....                        ABŞ iki od arasında .....                        Hər zaman həmrəy olaq! .....                        İranda etirazlar - minlərlə insan ayağa qalxdı .....                        Zəngəzur dəhlizi dünyanın ən yüksək tutumlu ticarət yolu olacaq .....                        ABŞ Ukraynaya qoşun yeridəcək? - Zelenskidən cavab .....                        Ərəb ölkəsi Yəməndə əməliyyatı dayandırır .....                        Bəşər Əsədin fotosu silindi .....                       
20-12-2025, 16:16
Vətən müharibəsi iştirakçısı vəfat etdi - FOTO


Vətən müharibəsi iştirakçısı vəfat etdi - FOTO

Gəncədə Vətən müharibəsi iştirakçısı dünyasını dəyişib.
44 günlük Vətən müharibəsi iştirakçısı, 38 yaşlı Aslan Zeynalov ötən gün vəfat edib.
Mərhum bu gün Gəncə şəhər Şəhidlər xiyabanı kompleksindəki qəbiristanlıqda torpağa tapşırılıb.
Qeyd edək ki, A.Zeynalov Birinci Qarabağ müharibəsində itkin düşən Yevgeni Zeynalovun oğludur.

20-12-2025, 16:06
Azyaşlı qıza qeyri-etik hərəkətlər edənlər həbs olundu


Azyaşlı qıza qeyri-etik hərəkətlər edənlər həbs olundu

Ağsu rayonunda yetkinlik yaşına çatmayan şəxslə bağlı törədilmiş qanunazidd əməllərə görə iki nəfər cinayət məsuliyyətinə cəlb edilib.
İki nəfər rayon sakini 2011-ci il təvəllüdlü Günel Məmmədovaya (ad və soyad şərtidir) qarşı əxlaqa və qanunvericiliyin tələblərinə zidd hərəkətlər törədib.
Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 24 yaşlı V.İlyasov və 26 yaşlı R.Vəlizadə müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, onlar təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunublar. Barələrində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə istintaq tədbirləri aparılır.
20-12-2025, 15:45
13 yaşlı qız dəm qazından boğularaq öldü


13 yaşlı qız dəm qazından boğularaq öldü

Goranboyda bədbəxt hadisə baş verib.
Hadisə rayonun Məşədiqaralar kəndində baş verib.
Kənd sakinin 2012-ci il təvəllüdlü N.Cəfərova yaşadığı evin hamam otağında dəm qazından boğularaq həyatını itirib.
Hazırda hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
20-12-2025, 15:33
Keçmiş məcburi köçkünləri sevindirəcək xəbər


Keçmiş məcburi köçkünləri sevindirəcək xəbər

Keçmiş məcburi köçkünlərə ödənilən aylıq sosial müavinət onların hesablarına köçürülüb.
Əməliyyat bir neçə saat əvvəl həyata keçirilib.
Məcburi köçkün statusu olan şəxslər hər ay dövlətdən 60 manat müavinət alırlar.
Bu vəsait onlara kommunal xərcləri ödəmək üçün verilir. Köçkünlərin öz aralarında "çörəkpulu" adlandırdıqları bu pul hər ayın 25-dən sonra ödənilir. Amma Yeni il bayramı ilə əlaqədar olaraq bu dəfə ödəniş vaxtından bir neçə gün əvvəl reallaşıb.
Qeyd edək ki, keçmiş məcburi köçkünlər daimi yaşayış yeri ilə təmin olunduqdan uç il sonra onlara verilən sosial müavinət dayandırılır.
Hazırda ölkədə 400 minə yaxın keçmiş məcburi köçkün dövlətdən sosial müavinət alır.
20-12-2025, 15:31
İlham Əliyevin liderliyi ilə   Azərbaycanın yeni dövrü


İlham Əliyevin liderliyi ilə

Azərbaycanın yeni dövrü


Müasir Azərbaycan dövlətinin tarixində son iyirmi ildən artıq dövr dərin məzmunu, taleyüklü qərarları və dönüş nöqtələri ilə seçilir. Bu mərhələ Prezident İlham Əliyevin adı ilə birbaşa bağlıdır. Onun rəhbərliyi dövründə Azərbaycan təkcə sosial-iqtisadi inkişaf mərhələsi keçməyib, eyni zamanda 30 ilə yaxın davam edən işğala son qoyaraq tarixi ədaləti bərpa edib, suverenliyini tam təmin edib və yeni geosiyasi reallıq yaradıb. Bu gün Azərbaycan regionda güc mərkəzi, beynəlxalq miqyasda isə etibarlı tərəfdaş kimi qəbul olunursa, bunun arxasında düşünülmüş dövlət siyasəti, siyasi iradə və qətiyyətli liderlik dayanır.
2003-cü ildə Prezident seçilən İlham Əliyev ilk gündən ölkənin əsas probleminin – Qarabağ münaqişəsinin həllinin yalnız beynəlxalq hüquq, milli maraqlar və güclü dövlət konsepsiyası əsasında mümkün olduğunu bəyan edib. Uzun illər ərzində aparılan danışıqlar prosesində Azərbaycanın mövqeyi ardıcıl və prinsipial olub. Dövlət başçısı dəfələrlə bildirib ki, Azərbaycan heç vaxt ərazi bütövlüyü ilə bağlı kompromisə getməyəcək. Paralel şəkildə güclü iqtisadiyyat qurulub, müasir ordu formalaşdırılıb, beynəlxalq arenada hüquqi-siyasi əsaslar möhkəmləndirilib.
2020-ci ilin payızında başlayan 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə yüksək peşəkarlıq, texnoloji üstünlük və milli ruh nümayiş etdirərək düşməni ağır məğlubiyyətə uğratdı. Onilliklər boyu toxunulmaz hesab edilən işğal rejimi qısa müddətdə darmadağın edildi. Cəbhədə qazanılan qələbələrlə yanaşı, Prezident İlham Əliyevin informasiya və diplomatiya müstəvisində apardığı mübarizə də xüsusi əhəmiyyət daşıdı. Dövlət başçısının beynəlxalq media orqanlarına verdiyi müsahibələr, açıq və faktlara əsaslanan çıxışları Azərbaycanın haqq səsini dünyaya çatdırdı.
Vətən müharibəsi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi və regionda yeni reallıq formalaşdırdı. Bu qələbə təkcə hərbi deyil, siyasi, mənəvi və tarixi Zəfər idi. Otuz ilə yaxın müddətdə məcburi köçkün həyatı yaşamış yüz minlərlə insanın ümidləri gerçəyə çevrildi. Qarabağ və Şərqi Zəngəzur artıq münaqişə bölgəsi deyil, sürətlə dirçələn, yenidən qurulan və həyata qayıdan ərazilərə çevrildi.
2023-cü ildə həyata keçirilən lokal antiterror tədbirləri isə Azərbaycanın suverenliyinin tam təmin olunmasının son mərhələsi oldu. Bu əməliyyatlar nəticəsində ölkə ərazisində qeyri-qanuni silahlı birləşmələrin mövcudluğuna birdəfəlik son qoyuldu. Dövlət öz konstitusiya quruluşunu bütün ərazilərində bərpa etdi və separatizmin kökü tamamilə kəsildi. Prezident İlham Əliyevin qətiyyəti və siyasi iradəsi nəticəsində bu proses minimum itki ilə, beynəlxalq hüquqa uyğun şəkildə həyata keçirildi. Bununla da Azərbaycan dövləti öz suveren hüquqlarını tam şəkildə təmin etmiş oldu.
İşğala son qoyulması ilə paralel olaraq Qarabağ və Şərqi Zəngəzurda misli görünməmiş bərpa və yenidənqurma işlərinə başlanıldı. Dağıdılmış şəhər və kəndlər sıfırdan qurulur, müasir infrastruktur yaradılır, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları tətbiq edilir. Yol, enerji, su və kommunikasiya xətləri yenidən çəkilir, hava limanları inşa olunur. Bu ərazilər eyni zamanda qısa müddətdə ölkənin iqtisadi, turizm və mədəni həyatının mühüm hissəsinə çevrilməkdədir.
Böyük Qayıdış proqramı Prezident İlham Əliyevin postmüharibə dövrü üçün müəyyən etdiyi əsas prioritetlərdən biridir. Artıq minlərlə keçmiş məcburi köçkün doğma torpaqlarına qayıdaraq yeni, təhlükəsiz və layiqli şəraitdə yaşayır. Dövlət başçısının hər bir yaşayış məntəqəsinin açılışında şəxsən iştirak etməsi, sakinlərlə birbaşa ünsiyyəti bu prosesin nə qədər böyük siyasi və mənəvi əhəmiyyət daşıdığını göstərir. Qarabağa qayıdış yalnız fiziki məskunlaşma deyil, eyni zamanda milli yaddaşın, tarixi ədalətin və sosial ədalətin bərpasıdır.
2024-cü il fevralın 7-də keçirilmiş prezident seçkiləri də məhz bu tarixi mərhələnin siyasi yekunu kimi qiymətləndirilir. İlk dəfə olaraq müstəqil Azərbaycanın bütün ərazilərində keçirilən seçkilər Zəfərin hüquqi-siyasi təsdiqi oldu. Prezident İlham Əliyevin Xankəndidə səs verməsi Azərbaycanın dövlət suverenliyinin bərpasının simvoluna çevrildi. Seçicilərin mütləq əksəriyyətinin etimadını qazanaraq yenidən Prezident seçilməsi xalqın bu siyasətə verdiyi yüksək qiymətin ifadəsi idi.
Bu gün Azərbaycan regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın əsas təşəbbüskarlarından biri kimi çıxış edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə həm güclü orduya, həm dayanıqlı iqtisadiyyata, həm də müstəqil xarici siyasətə malikdir.
Bütün bunlar göstərir ki, Prezident İlham Əliyevin fəaliyyəti yalnız bir idarəçilik dövrü deyil, bütöv bir tarixi mərhələdir. Bu mərhələ qalib dövlətin, qalib xalqın və qalib liderin tarixidir. Azərbaycan bu gün gələcəyə inamla baxırsa, bunun əsas səbəbi güclü dövlət iradəsi, düşünülmüş strategiya və xalqla lider arasında möhkəm birlikdir.

Dilşad Abbasova
48 saylı Dairə Seçki Komissiyasının sədri
20-12-2025, 15:23
Türkiyə ərazisinə daha bir PUA düşdü


Türkiyə ərazisinə daha bir PUA düşdü

Türkiyənin Balıkəsir vialyətinin Manyas qəsəbəsinə bağlı Salur məhəlləsində bir pilotsuz uçuş aparatı (PUA) boş bir əraziyə düşüb.
Bölgədə işləyən fermerlər tərəfindən tapılan PUA təhlükəsizlik qüvvələrinə təhvil verilib.
Məlumata görə, PUA-nın düşdüyünü görən vətəndaşlar vəziyyəti əlaqədar qurumlara bildiriblər.
Hadisə yerinə gələn əməkdaşlar ətrafda təhlükəsizlik tədbirləri görərək PUA üzərində araşdırma aparıb. Hələlik Rusiya mənşəli olub-olmadığı dəqiqləşməyən pilotsuz uçuş aparatı ətraflı texniki yoxlama üçün Ankaraya göndərilib.
Hadisə ilə bağlı istintaqın davam etdiyi bildirilir.
20-12-2025, 15:03
Kərkicahana ilk qayıdış - 30 ailəyə evlərin açarları təqdim edildi


Kərkicahana ilk qayıdış - 30 ailəyə evlərin açarları təqdim edildi

Dekabrın 20-də Xankəndinin Kərkicahan qəsəbəsinə ilk köç baş tutub. Uzun illər məcburi köçkün həyatı yaşayan sakinlər bu gün doğma yurdlarına qayıdıblar.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, ilkin mərhələdə 117 nəfərdən ibarət 30 ailə Kərkicahana köçürülüb.
Bir vaxtlar zorla tərk edilən evlərin qapıları, bu gün yenidən dogma insanların üzünə açılıb. Bu gün Azərbaycan tarixində qürurverici bir günə şahidlik etdik. Uzun illərin həsrətindən sonra Xankəndi, Kəkicahan qəsəbəsi öz sakinlərini qarşıladı. Bu torpaq yenidən öz sahiblərinə qovuşdu. Bu gün burda təkcə köçün deyil, ədalətin, qayıdışın və yeni həyatın açılışını etdik.
Bu möhtəşəm gün Dövlət Himnimizın səslənməsi ilə başlayıb. Torpaq həsrətinə son qoymuş, torpaq uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Sonra Xankəndi şəhəri Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında Xarıbülbül rəqsi, “Qarabağdan Turana”, “Millətim” “ Zəfər sədası” mahnıları “Tarix yazan sərkərdə” şeri ifa olunub.
Rəsmi hissədə isə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov çıxış edib.Yeni mənzillərin açarlarını sakinlərə təqdim edən E.Yusubov, bu əlamətdar tarix münasibəti ilə onları təbrik edib, doğma torpaqda firavan günlər yaşamalarını arzulayıb. E. Yusubov bildirib ki, uzun illərdən sonra Kərkicahana həyat yenidən qayıdır və bu qayıdış təkcə köç deyil — yarımçıq qalan həyatın davamı, 34 illik köçkünlüyün sonu, yeni mərhələnin başlanğıcıdır. E. Yusubov onu da qeyd edib ki, sakinlərin öz doğma yurdunda rahat yaşamaları üçün hər cür şərait yaradılıb. Yaşayış evləri və zəruri infrastruktur bərpa olunub. Sakinlər də sevinclərini bölüşüb, bu xoşbəxt günü onlara yaşadanlara təşəkkür ediblər.ANAMA mütəxəssisləri də sakinlərlə maarifləndiri söhbətlər aparıb, şübbəli əşyalar gördükdə uzaq durmalarını tövsiyyə ediblər.
Xatırladaq ki, Xankəndi şəhərinin Kərkicahan qəsəbəsi azərbaycanlıların kompakt yaşadığı nadir yaşayış məntəqələrindən biri olub.
Qəsəbədə ilk məskunlaşma XVIII–XIX əsrlərdə Qarabağ xanlığı dövründə formalaşıb. Sovet dövründə (1923-cü ildən sonra) Xankəndi vilayət mərkəzinə çevrildikdən sonra Kərkicahan azərbaycanlıların kompakt yaşadığı qəsəbə kimi tanınıb. 28 dekabr 1991-ci ildə Kərkicahan qəsəbəsi Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 19–20 sentyabr 2023-cü ildə həyata keçirilən lokal antiterror əməliyyatlarından sonra Kərkicahan qəsəbəsi Azərbaycan Ordusunun nəzarətinə keçib.




20-12-2025, 14:54
Bu şəxslərə bayramla əlaqədar 500 manat mükafat verildi - RƏSMİ


Bu şəxslərə bayramla əlaqədar 500 manat mükafat verildi - RƏSMİ

Qarabağ Universitetində çalışan bütün əməkdaşlara Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar mükafat verilib.
Bununla bağlı universitetin rektoru Şahin Bayramov əmr imzalayıb.
Əmrə əsasən, universitetin bütün əməkdaşlarına 500 manat mükafat verilib.
20-12-2025, 14:43
Qəzaya düşən Türkiyə təyyarəsinin “qara qutu”su araşdırılır


Qəzaya düşən Türkiyə təyyarəsinin “qara qutu”su araşdırılır

Türkiyədə noyabr ayında Gürcüstanda Azərbaycanla sərhəd yaxınlığında C-130 hərbi-nəqliyyat təyyarəsinin qəzasının araşdırılması davam edir.
Bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər deyib.
Onun sözlərinə görə, TUSAŞ qəzaya uğramış təyyarənin qara qutusunun araşdırılması işlərini davam etdirir.
Nazir C-130 təyyarələrinin dünyada ən təhlükəsiz təyyarələrdən biri hesab edildiyini və təxminən 70 ölkədə istismar olunduğunu vurğulayıb.
Y.Gülər təyyarə qəzasından sonra Türkiyə Milli Hərbi Hava Qüvvələrinin istismarında olan bütün C-130 təyyarələrinin yoxlamaya göndərildiyini qeyd edib. "Yoxlama başa çatdıqdan sonra bu təyyarələrin istismarı davam etdiriləcək", - nazir əlavə edib.
"Araşdırmanın nəticəsini tam şəffaf şəkildə ictimaiyyətə açıqlayacağıq", - deyə Y.Gülər söyləyib.
20-12-2025, 14:36
600 bal toplayan 200 nəfərin imtahan nəticəsini ləğv etmişik - DİM


600 bal toplayan 200 nəfərin imtahan nəticəsini ləğv etmişik - DİM

“Bu cür hallar həmişə olub. Bizim cəmiyyət nədənsə bu məsələlərdə unutqan davranır. 1998-ci ildə də, 2004-cü ildə də oxşar hallar baş verib: kimsə kiminsə əvəzinə imtahana girirdi. Biz bunları aşkarlayırdıq, cinayət işləri açılmışdı. Hər dəfə də təşkilatçılar təhsil işçiləri olub".
Bunu müsahibəsində Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib.
DİM sədri bildirib ki, 2004-cü ildə imtahanda 600 baldan yuxarı nəticə göstərən 200 nəfərin nəticəsi ləğv edilib:
"Həmin hadisədə təşkilatçı universitet müəllimi idi - dosent, elmi dərəcəsi, namizədlik dissertasiyası da var idi. 2022–2023-cü illərdən isə bilirik ki, vəziyyət dəyişib, artıq bəzi texniki cihazlar mövcuddur. Əvvəlcə onu qeyd edək ki, bu cihazların ölkəyə gətirilməsi və istifadəsi qanunvericiliyə ziddir. Müvafiq orqanların razılığı tələb olunur. İmtahanda belə cihazlardan istifadə olunduqda biz bunu həmişə aşkarlamışıq. Necə aşkarladığımızı demək istəmirəm. Çünki metodlarımızı izah etdikdə, bu, qarşı tərəfə aydın olur və onlar yeni yollar axtarırlar. Bu, virus–antivirus məsələsinə bənzəyir”.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!