Zelenskinin yeni "sağ qolu" kim olacaq? .....                        MDB liderləri bu ölkədə görüşəcək .....                        ABŞ iki od arasında .....                        Hər zaman həmrəy olaq! .....                        İranda etirazlar - minlərlə insan ayağa qalxdı .....                        Zəngəzur dəhlizi dünyanın ən yüksək tutumlu ticarət yolu olacaq .....                        ABŞ Ukraynaya qoşun yeridəcək? - Zelenskidən cavab .....                        Ərəb ölkəsi Yəməndə əməliyyatı dayandırır .....                        Bəşər Əsədin fotosu silindi .....                       
15-12-2025, 16:37
Qara dənizdə təhlükə artır - Ekspertdən XƏBƏRDARLIQ


Qara dənizdə təhlükə artır - Ekspertdən XƏBƏRDARLIQ

“Ukrayna–Rusiya müharibəsinin dərinləşməsi ilə hərbi əməliyyatların coğrafiyası da genişlənib. Dəniz hərbi əməliyyatları gedişində digər ölkələrin gəmilərinin vurulması ehtimal olunan haldır”.
Bu sözləri Ukrayna-Rusiya müharibəsi fonunda qonşu ölkələrin, o cümlədən Türkiyəyə məxsus gəmilərin hədəf alınmasını şərh edən politoloq Aydın Quliyev deyib.
Aydın Quliyev hər hadisənin dəqiq analiz edilməsinin zəruri olduğunu vurğulayaraq, bəzi gəmilərin formal olaraq başqa ölkələrə məxsus görünsə də, faktiki olaraq Rusiya neftini və ya mallarını daşıya biləcəyinə diqqət çəkib.
Politoloq əlavə edib ki, məhz bu səbəbdən Ukrayna həmin gəmiləri Rusiyanın müharibə infrastrukturunun bir hissəsi kimi qiymətləndirir və onları hədəf alır.
Şərhçi Türkiyə ilə əlaqəli gəmilərin zərər görməsi məsələsinə də toxunub və iki mühüm məqamı xüsusi qeyd edib:
"Türkiyə bayrağı altında üzən rəsmi Türkiyə gəmilərinin məqsədli şəkildə hədəf alınmasını Ukraynaya aid etmək məntiqli deyil. Türkiyə müharibədə birbaşa tərəf deyil və belə bir addım ciddi diplomatik və hüquqi nəticələr doğura bilər.
Türkiyə gəmiləri ilə bağlı hadisələr məqsədli hücum kimi yox, daha çox təsadüfi və ya dolayı nəticə kimi qiymətləndirilir”.
Aydın Quliyevin fikrinə görə, ABŞ və Qərb isə kompromis adı altında Ukraynanı güzəştlərə məcbur etmək istəyir. O, tarixi nümunə kimi 1990-cı illərdə Ukraynanın nüvə silahlarından imtina etməyə məcbur edilməsi, indi isə ərazi güzəştlərinə təzyiq göstərilməsini xatırladıb.

15-12-2025, 16:33
Tramp Belarusdakı ABŞ səfirliyini yenidən açır


Tramp Belarusdakı ABŞ səfirliyini yenidən açır

Belarus və ABŞ arasında münasibətlər tədricən yaxınlaşır.
Bu barədə "Nyu-York Tayms" qəzeti analitik məqaləsində yazıb.
Nəşrin məlumatına görə, bunu Amerika-Belarus danışıqları zamanı Belarus həbsxanalarında cəza çəkən 100-dən çox siyasi məhbusun azadlığa buraxılması faktı da sübut edir.
Məqalədə bildirilib ki, münasibətlərin yaxınlaşması bir neçə aydır ki, müşahidə olunur və məhbusların azadlığa buraxılması Belarus prezidenti Aleksandr Lukaşenko ilə ABŞ prezidentinin xüsusi nümayəndəsi Con Koul arasında şənbə günü Minskdə keçirilən danışıqlarla mümkün olub. Siyasi məhbuslardan biri olan Mariya Kolesnikova azadlığa buraxılaraq Belarus-Ukrayna sərhədinə köçüb. 2012-ci il Nobel Sülh Mükafatı laureatı, insan haqları fəalı Ales Belyatski də Vilnüsə gedib.
Bütün bunlar göstərir ki, Vaşinqton tədricən, lakin davamlı olaraq Minsklə münasibətlərin yenidən nəzərdən keçirilməsi kursunu qəbul edib və bu, Tramp administrasiyasının avtoritar rejimlərlə münasibətləri yenidən nəzərdən keçirmək üçün ümumi siyasi xətt kontekstində nəzərdən keçirilməlidir.
Məhz bu yaxınlaşma çərçivəsində ABŞ Minskə qarşı sanksiya məhdudiyyətlərini yumşaltmağa başlayıb. Xüsusilə, Vaşinqton Belarus kaliumunun tədarükünə qoyulan məhdudiyyəti aradan qaldırıb.
Vaşinqton həmçinin Belavia şirkətinə qoyulan məhdudiyyətləri aradan qaldırmağa və Minskdəki Amerika səfirliyinin fəaliyyətini bərpa etmək məsələsini nəzərdən keçirməyə hazır olduğunu bildirib.
Məqalədə qeyd olunur ki, bu il Con Koul Belarusa ən azı dörd dəfə səfər edib ki, bu da Vaşinqtonla Minsk arasında diplomatik əlaqələrin intensivləşdiyini göstərir.
15-12-2025, 16:20
Sabiq icra başçısının oğlu da general oldu


Sabiq icra başçısının oğlu da general oldu

Prezident İlham Əliyevin bu gün imzaladığı Sərəncamla Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələr verilib.
General rütbəsi alanlardan biri sabiq icra başçısı Tofiq İbrahimovun oğlu Vaqif İbrahimovdur. O, Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisidir.
Daxili xidmət polkovnikinə “daxili xidmət general-mayoru” ali xüsusi rütbəsi verilib.
Tofiq İbrahimov 2004-2010-cu illərdə Qəbələ, 2010-2012-ci illərdə Lənkəran, 2012-2024-cü illərdə Ağdaş rayonlarında icra başçısı kimi çalışıb.
15-12-2025, 16:04
Bakıda tələbə universitetdə yıxılaraq xəsarət aldı


Bakıda tələbə universitetdə yıxılaraq xəsarət aldı

Sosial mediada Azərbaycan Universitetində tələbənin 4-cü mərtəbədən yıxılması ilə bağlı məlumatlar yayılıb.
Azərbaycan Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Lalə Dilanova bildirib ki, sosial mediada yayılan məlumat doğrudur. Lakin tələbə 4-cü mərtəbədən deyil, mənfi 1-ci mərtəbədən mənfi 2-ci mərtəbəyə yıxılıb.
Qeyd olunub ki, mənfi 1-ci mərtəbə ilə mənfi 2-ci mərtəbə arasında üzərinə çıxmaq qadağan olunduğunu bildirən xəbərdarlıq lövhəsi olan yüngül panel mövcuddur. Tələbə isə hər hansı bir əşyanı götürmək istəyərkən ehtiyatsızlıq nəticəsində yıxılıb.
Universitet tərəfindən tələbəyə dərhal ilkin tibbi yardım göstərilib və təcili tibbi yardım çağırılıb. Tələbə xəstəxanaya aparılıb, valideynlərinə məlumat verilib. Xəstəxanada bütün müayinələr aparıldıqdan sonra tələbənin vəziyyətinin yaxşı olduğu müəyyən edilib və o, evə buraxılıb.
Hazırda universitet rəhbərliyi həm tələbə, həm də valideynləri ilə davamlı şəkildə əlaqə saxlayır.
15-12-2025, 15:55
Horovluya köçən ailələrə açarlar təqdim olundu - FOTO


Horovluya köçən ailələrə açarlar təqdim olundu - FOTO

Bu gün növbəti köç karvanı ilə Horovlu kəndinə çatan ailələrə evlərinin açarları təqdim olunub.
Cəbrayıl rayonu Horovlu kəndinə köçən ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumatlandırılıblar. Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.
Açarların təqdim olunması mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər. Ailələr sevinclə açarları qəbul edərək öz evlərində məskunlaşıblar.
Qeyd edək ki, bu mərhələdə Horovlu kəndinə 22 ailə olmaqla, 85 nəfər köçürülüb. Onlar respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, düşərgə, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.




15-12-2025, 15:46
Sabah bəzi yollar buz bağlayacaq


Sabah bəzi yollar buz bağlayacaq

Sabah avtomobil yollarında gözlənilən vəziyyət açıqlanıb.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, dekabrın 16-da gecə və səhər saatlarında bəzi dağlıq ərazilərdə yolların buz bağlama ehtimalı var.
15-12-2025, 15:42
Amnistiya 20 mindən çox şəxsə şamil ediləcək


Amnistiya 20 mindən çox şəxsə şamil ediləcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunan Amnistiya aktının tətbiq ediləcəyi şəxslərin, o cümlədən azadlıqdan məhrumetmə cəzasından azad ediləcək məhkumların sayına görə ən böyük amnistiya olacağı ehtimal edilir.
Amnistiya aktının ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir.
Bunlardan 5 mindən çox məhkumun azadlıqdan məhrumetmə cəzasından azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş 3 mindən artıq şəxsin cəzasının azaldılacağı, 7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın məhkumun azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, habelə mindən çox şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi proqnozlaşdırılır.
Qeyd edək ki, Prezident İlham Əliyev “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb.
14-12-2025, 19:33
"Qarabağ" 5 qol vurdu


"Qarabağ" 5 qol vurdu

Misli Premyer Liqasının XV turunda "Qarabağ" evdə "Araz-Naxçıvan"ı məğlub edib.
"Azərsun Arena"da baş tutan qarşılaşma Ağdam təmsilçisinin 5:1 hesablı qələbəsi ilə başa çatıb.
Meydan sahiblərinin heyətində Toral Bayramov (30 və 90+5-ci dəqiqələr), Nəriman Axundzadə (41-ci dəqiqə), Joni Montiel (57-ci dəqiqə, penalti) və Leandro Andrade (72-ci dəqiqə) fərqləniblər.
Naxçıvan komandasında isə Ramon Maçado (76-cı dəqiqə, penalti) rəqib qapısına yol tapıb.
Bu nəticədən sonra "Qarabağ 33 xalla turnir cədvəlinə liderlik edir. 23 xala malik "Araz-Naxçıvan" isə 6-cı yerdədir.
Qeyd edək ki, turun daha əvvəl baş tutan görüşlərində "Şamaxı" "Zirə"ni (2:1), "Sabah" "Turan Tovuz"u (3:1), "Kəpəz" isə "Qəbələ"ni (1:0) məğlub edib. Tura dekabrın 15-də yekun vurulacaq.
14-12-2025, 19:25
FHN əhaliyə müraciət etdi


FHN əhaliyə müraciət etdi

Fövqəladə Hallar Nazirliyi (FHN) hazırda müşahidə edilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.
FHN-dən verilən məlumata görə, müraciətdə deyilir:
"Hazırda ölkə ərazisində, xüsusilə dağlıq rayonlarda soyuq və şaxtalı hava şəraiti müşahidə olunur.
Qeyd olunan hava şəraiti ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək bir sıra təhlükəsizlik qaydalarını bir daha xatırladır.
Belə ki, xüsusilə dağlıq ərazilərdə yaşayan, eləcə də dağlara səfər edən insanlara şaxtalı havada mümkün qədər yaşayış məntəqəsini tərk etməməyi, belə bir zərurət yarandıqda hərəkət istiqaməti barədə yaxınlarını əvvəlcədən məlumatlandırmağı tövsiyə edirik. Hərəkət avtomobillə olduqda avtomobilin texniki göstəricilərinin fəslə uyğunluğu və kifayət qədər yanacaq ehtiyatı təmin edilməlidir. Qar uçqunu ehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzmək və günün qaranlıq vaxtına qalmadan yaşayış məntəqəsinə geri dönmək tövsiyə olunur.
Eyni zamanda, soyuq hava şəraiti qaz və elektrik qızdırıcı cihazlarından istifadənin xeyli artmasına səbəb olduğundan bu cihazlardan istifadə zamanı yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir. Nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməməli, elektrik şəbəkəsi həddindən artıq yüklənməməli, işlək vəziyyətdə olan qızdırıcı cihazlar nəzarətsiz qoyulmamalıdır.
Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!".
14-12-2025, 19:10
Keçmiş sovet ölkələrinə xəbərdarlıq edildi


Keçmiş sovet ölkələrinə xəbərdarlıq edildi

Almaniya kansleri Fridrix Merts Rusiya prezidenti Vladimir Putinin xarici siyasətinin yalnız Ukraynadakı müharibə ilə məhdudlaşmayacağını və Sovet İttifaqını əvvəlki sərhədlərinə qaytarmağa yönəldiyini bildirib .
Bu barədə Almaniya mətbuatı məlumat yayıb.
Merzin sözlərinə görə, Rusiya lideri "Avropada sərhədlərdə fundamental dəyişiklikdə" maraqlıdır və bu əvvəllər SSRİ-nin tərkibində olan ölkələr üçün ciddi hərbi təhlükə yaradır.
"Putin dayanmayacaq. Əgər Ukrayna süqut etsə, dayanmayacaq", - deyə Almaniya kansleri hesab edir.
Merz qeyd edib ki, Ukraynaya davamlı yardım, eləcə də Avropa birliyi və Birləşmiş Krallıqla strateji əməkdaşlıq Almaniyanın xarici və müdafiə siyasətinin prioritetləridir. O, həmçinin NATO-nun qorunub saxlanılmasının vacibliyini vurğulayıb və bunun effektivliyi əvvəllər ABŞ prezidenti Donald Tramp tərəfindən şübhə altına alınıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!