Sabiq icra başçısının oğlu da general olduPrezident İlham Əliyevin bu gün imzaladığı Sərəncamla Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələr verilib.
General rütbəsi alanlardan biri sabiq icra başçısı Tofiq İbrahimovun oğlu Vaqif İbrahimovdur. O, Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisidir.
Daxili xidmət polkovnikinə “daxili xidmət general-mayoru” ali xüsusi rütbəsi verilib.
Tofiq İbrahimov 2004-2010-cu illərdə Qəbələ, 2010-2012-ci illərdə Lənkəran, 2012-2024-cü illərdə Ağdaş rayonlarında icra başçısı kimi çalışıb.