Zelenskinin yeni "sağ qolu" kim olacaq? .....                        MDB liderləri bu ölkədə görüşəcək .....                        ABŞ iki od arasında .....                        Hər zaman həmrəy olaq! .....                        İranda etirazlar - minlərlə insan ayağa qalxdı .....                        Zəngəzur dəhlizi dünyanın ən yüksək tutumlu ticarət yolu olacaq .....                        ABŞ Ukraynaya qoşun yeridəcək? - Zelenskidən cavab .....                        Ərəb ölkəsi Yəməndə əməliyyatı dayandırır .....                        Bəşər Əsədin fotosu silindi .....                       
12-12-2025, 19:25
Kamran Əsədova cinayət işi açıldı - Abituriyentlərə cavab ötürürmüş


Kamran Əsədova cinayət işi açıldı - Abituriyentlərə cavab ötürürmüş

Tanınmış təhsil eksperti Kamran Əsədov cinayət məsuliyyətinə cəlb edilib.
Ekspert tanışı Gündüz Abbasovla birlikdə qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə hallarına görə ittiham olunur.
Gündüz Abbasov bu iş üzrə həbsdədir. Kamran Əsədov barəsində isə istintaq dövründə “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilib.
İttiham ondan ibarətdir ki, K.Əsədov və G.Abbasov cinayət əlaqəsinə girərək qanunsuz texniki vasitələri ümumilikdə 15 nəfərin üzərinə quraşdırmaqla imtahanlarda onlara kömək ediblər.
Belə ki, gizli kamera, səsötürücü funksiyalı “vip smart” telefon, nano qulaqlıq, mifi cihazları və digər qurğular əvvəlcədən bir-biri ilə əlaqələndirilib və istifadəyə yararlılığı yoxlanılıb.
Daha sonra həmin avadanlıqlar hazır vəziyyətdə Gəncə və Bakı şəhərlərində keçirilən buraxılış və ali məktəblərə qəbul imtahanlarında asanlıqla nəticə əldə etmək istəyən müxtəlif şəxslərə verilib.
Qurğular isə imtahanda iştirak edənlərin ayaqqabılarında gizlədilib. Bunun üçün əvvəlcə ayaqqabıların altı kəsilərək boşluq yaradılıb və texniki vasitələr həmin yerə yerləşdirilib. Daha sonra imtahan iştirakçılarına binanın tualetində qurğunu üzərlərinə yerləşdirərək sual vərəqini kamera ilə çəkmələri, ardınca qulaqlıq vasitəsilə cavabları gözləmələri izah edilib.
Bütün bunların müqabilində təqsirləndirilən şəxslər müştərilərindən müxtəlif məbləğlərdə pul vəsaiti alaraq öz aralarında bölüblər.
Kamran Əsədovla Gündüz Abbasova bu əməllərinə görə Cinayət Məcəlləsinin 302.3-cü (gizli informasiya əldə etmək üçün nəzərdə tutulmuş texniki vasitələrin qanunsuz satılması və ya satış məqsədilə əldə edilməsi) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilib. Hər iki maddə üzrə 3 ilədək həbs cəzası nəzərdə tutulur.
Hazırda cinayət işinə Gəncə Şəhər Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə baxılır. Bu gün keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxslərə hüquq və vəzifələri izah olunub və barələrində seçilmiş qətimkan tədbirlərinin dəyişdirilmədən saxlanılması qərara alınıb.
Əsas iclas dekabrın 15-də keçiriləcək.
Qeyd edək ki, cinayət işinin başlanmasına səbəb Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) müraciət edilməsi olub. DTX-dən göndərilən materiallar əsasında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq aparılıb. İstintaq nəticəsində yuxarıda qeyd edilən şəxslərdən əlavə daha bir neçə nəfərə cinayət işi açılıb. Onların da işi hazırda məhkəmədədir.
12-12-2025, 19:00
Naxçıvanda 20 nəfər yadda dəm qazından zəhərləndi


Naxçıvanda 20 nəfər yadda dəm qazından zəhərləndi

Naxçıvanda dəm qazından 20-dən çox şəxs zəhərlənib
Hadisə Babək rayonunun Kültəpə kəndində yas mərasimində baş verib.
İlkin məlumata görə 20-dən çox şəxs zəhərlənib. Zərərçəkmişlər Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinə yerləşdirilib, müalicələri davam etdirilir.
12-12-2025, 18:18
İmamoğlunun məhkəməsinin tarixi açıqlandı


İmamoğlunun məhkəməsinin tarixi açıqlandı

İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı aparılan “korrupsiya” istintaqı çərçivəsində vəzifəsindən uzaqlaşdırılan Əkrem İmamoğlu da daxil olmaqla, 402 ittiham edilən şəxs məhkəmə qarşısına çıxacağı tarix müəyyənləşib.
İstanbul 40-cı Ağır Cəza Məhkəməsinin qərarına əsasən, məhkəmə baxışı 9 mart 2026-cı il tarixində Mərmərə Cəza İnfaz Müəssisələri Kompleksində yerləşən məhkəmə zalında başlayacaq.
Məlumata görə, İstanbul Cümhuriyyət Baş Prokurorluğu tərəfindən İstanbul Böyükşəhər Bələdiyyəsinə dair “korrupsiya” işi üzrə ittiham aktı hazırlanıb və sənəddə 105-i həbsdə olmaqla 402 şübhəli yer alıb. Hazırlanan ittiham aktı İstanbul 40-cı Ağır Cəza Məhkəməsi tərəfindən qəbul edilib.
İttiham aktında Əkrem İmamoğluya 142 hal üzrə ittiham irəli sürülüb. Prokurorluq onun 828 il 2 aydan 2 min 352 ilədək azadlıqdan məhrum edilməsini tələb edir.
Sənəddə İmamoğluya qarşı “cinayət törətmək məqsədilə təşkilat yaratma və rəhbərlik etmə”, “rüşvət”, “cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması”, “dövlət qurumlarına ziyan vurmaqla dələduzluq” başda olmaqla çoxsaylı maddələr üzrə ittihamlar yer alır. Həmçinin şəxsi məlumatların qanunsuz toplanması və yayılması, sübutların gizlədilməsi, rabitənin qarşısının alınması, dövlət əmlakına ziyan vurulması, tenderlərə müdaxilə, ekoloji və vergi qanunvericiliyinin pozulması kimi əməllər də ittihamlar sırasındadır.
12-12-2025, 17:57
Üçüncü tərəflər münasibətlərimizə mənfi təsir göstərməməlidir - Əraqçi


Üçüncü tərəflər münasibətlərimizə mənfi təsir göstərməməlidir - Əraqçi

İran və Azərbaycan ortaq, təhlükəsiz və qarşılıqlı hörmətə əsaslanan gələcək qurmaq əzmindədir.
Bunu İran xarici işlər naziri Abbas Əraqçi Bakıda keçirilən yüksək səviyyəli görüşlərdən sonra bildirib.
"Mehr" informasiya agentliyi dekabrın 6-7-də Bakıya son səfəri zamanı Əraqçının Azərbaycanın yüksək vəzifəli şəxsləri, o cümlədən Prezident İlham Əliyev, xarici işlər naziri Ceyhun Bayramov, baş nazirin müavini Şahin Mustafayev, Milli Məclisin sədri Sahibə Qafarova ilə geniş və konstruktiv görüşlər keçirdiyindən yazıb.
"İran-Azərbaycan münasibətləri coğrafi yaxınlıqdan kənara çıxır. Bu gün həmin əlaqələr iqtisadi, tranzit, siyasi, mədəni və humanitar sahələrdə genişlənir. Hər iki ölkə əməkdaşlığı strateji səviyyəyə qaldırmaq əzmindədir", - Əraqçi qeyd edib.
Görüşlər zamanı vurğulanıb ki, üçüncü tərəflər Tehranla Bakı arasında konstruktiv münasibətlərə mənfi təsir göstərməməlidir. Agentlik müzakirələr boyu rəsmilərin Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin qorunub saxlanmasının vacibliyini bütün regional dövlətlər üçün tərəqqi və firavanlıq üçün ilkin şərt kimi vurğuladığını yazıb.
12-12-2025, 17:31
Ukraynada öldürülən 155 min rus hərbçinin kimliyi AÇIQLANIB


Ukraynada öldürülən 155 min rus hərbçinin kimliyi AÇIQLANIB

Jurnalistlər Ukrayna ilə müharibədə öldürülən 155 mindən çox rus hərbçinin kimliyini müəyyən ediblər.
Rusiyanın Ukrayna işğalını başlamasından bəri açıq mənbələlərdəki məlumatları toplayan Mediazona və BBC-nin Rusiya Xidmətinin jurnalistlərinə görə, müharibədə 155 368 rus hərbçi həlak olub.
Müəyyən edilmiş ölənlərin üçdə biri könüllülər olub. Jurnalistlər qeyd edirlər ki, cəmi bir il əvvəl bu kateqoriya ölümlərin yalnız 15%-ni təşkil edirdi.
Jurnalistlər qeyd edirlər ki, Rusiya tərəfində həlak olanların faktiki sayı açıq mənbələrdən müəyyən edilə biləndən daha çoxdur. Onların hesablamalarına görə, Rusiya silahlı qüvvələrinin ümumi itkiləri 239.000 ilə 345.260 arasında dəyişə bilər.
12-12-2025, 17:28
Hava ilə bağlı daha bir xəbərdarlıq edildi


Hava ilə bağlı daha bir xəbərdarlıq edildi

Bakıda və Abşeron yarımadasında dekabrın 13-ü axşamdan 14-ü gündüzədək, 13-ü gündüzdən 14-ü gündüzədək isə əksər bölgələrdə güclü külək əsəcək.
Bu barədə Milli Hidrometeorologiya Xidməti sarı və narıncı xəbərdarlıq verib.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Şəki, İsmayıllı, Qəbələ, Qobustan, Hacıqabul, Oğuz, Mingəçevir, Şabran, Xaçmaz, Qusar, Siyəzən, Xızı, Ağstafa, Qazax, Kəlbəcər, Laçın, Neftçala, Daşkəsən, Gədəbəy, Balakən, Qax, Zaqatalada narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.
Salyan, Şirvan, Sabirabad, Şamaxı, Ağsu, Göyçay, Quba, Tovuz, Şəmkir, Goranboy, Gəncə, Göygöl, Ağdam, Ağdaş, Kürdəmir, Yevlax, Naftalan, Lerik, Yardımlı, Lənkəran, Masallı, Astara, Cəlilabad, Biləsuvar, Zəngilan, Füzuli, Qubadlı, Beyləqanda isə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
12-12-2025, 17:24
Ərdoğan Putinlə nələri müzakirə edib?


Ərdoğan Putinlə nələri müzakirə edib?

Dekabrın 12-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aşqabadda Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.
Danışıqlar bağlı qapılar arxasında keçirilib və mətbuata heç bir açıqlama verilməyib. Rusiya nümayəndə heyətinə Baş nazirin müavini Aleksandr Novak, Rusiya Federasiyası Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Yuri Uşakov, Prezidentin mətbuat katibi Dmitri Peskov və Tatarıstan Prezidenti Rüstəm Minnixanov daxil olub.
Dmitri Peskovun sözlərinə görə, Rusiya və Türkiyə liderləri danışıqları məhdud tərkibdə, nümayəndə heyətlərinin iştirakı olmadan davam etdiriblər.
Danışıqlarda Ukrayna mövzusu, regional və beynəlxalq məsələlər üzrə ətraflı fikir mübadiləsi aparılıb.
D.Peskov həmçinin bildirib ki, Rusiya ilə Türkiyə arasındakı münasibətlər müəyyən məsələlərə baxmayaraq, ümumilikdə müsbət inkişaf edir, onların çoxplanlı və şaxələndirilmiş xarakteri, xüsusən də ticarət və iqtisadi sahələrdə xarici təzyiqlərin öhdəsindən gəlməyə imkan verir.
Danışıqların gündəliyində böyük birgə layihələr, o cümlədən Türkiyə tərəfinin müəyyən edilmiş müddətdə istifadəyə verilməsini gözlədiyi “Akkuyu” Atom Elektrik Stansiyasının tikintisinin davam etdirilməsi də var.

***

14:29

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putnilə görüşüb.
Görüş Türkmənistanın daimi neytrallıq statusunun 30-cu ildönümü münasibətilə Aşqabadda keçirilən tədbir çərçivəsində baş tutub.
Görüşün detalları hələlik açıqlanmayıb.
12-12-2025, 16:58
Zelenski ağır döyüşlərin getdiyi Kupyanskda


Zelenski ağır döyüşlərin getdiyi Kupyanskda

Ukrayna Prezidenti Vladimir Zelenski Xarkov vilayətindəki Kupyansk şəhərinə səfər edib.
Rusiya qoşunları ilə döyüşlərin davam etdiyi şəhərə gələn Zelenski şəhərin müdafiəçilərinə təşəkkür edib, tezliklə bütün şəhərin rus hərbiçlərindən azad ediləcəyini bildirib.
Xatırladaq ki, bundan əvvəl Rusiya tərəfi dövlət başçısı Vladimir Putin səviyyəsində Kupyanskı nəzarətə götürdükləri barədə məlumat yaymışdı.
12-12-2025, 16:55
Müəllimlərə şad xəbər! - Yeni kartlar paylanacaq


Müəllimlərə şad xəbər! -
Yeni kartlar paylanacaq


“Təhsil işçiləri üçün "TəhsilPlus" kartları artıq sifariş edilib”.
Bu barədə Təhsilin İnkişafı Fondunun Layihələrin idarə olunması şöbəsinin müdiri Rəsul Həşimov Təhsil TV-nin qonağı olarkən səsləndirib.
O qeyd edib ki, yaxın zamanlarda "TəhsilPlus" kartları müəllimlərə paylanılacaq.
Rəsul Həşimov həmçinin bildirib ki, kartlar regionlarda fəaliyyət göstərən təhsil işçilərinə də eyni vaxtda veriləcək.
Qeyd edək ki, Təhsilin İnkişafı Fondu, Kapital Bank və “Mastercard” qlobal texnologiya şirkətinin birgə təşkilatçılığı ilə həyata keçirilən çoxfunksional "TəhsilPlus" layihəsinin məqsədi təhsil müəssisələrində fəaliyyət göstərən şəxslərə müxtəlif güzəşt və imtiyazlar təqdim etməklə onların sosial rifahını yüksəltmək və imkanlarını genişləndirməkdir.
12-12-2025, 16:50
Lavrov sülhə qarşı çıxdı


Lavrov sülhə qarşı çıxdı

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ tərəfindən irəli sürülən ilkin “sülh planı”nın əsas maddələrini faktiki olaraq rədd edib.
Bu barədə Müharibənin Öyrənilməsi İnstitutu (ISW) yaydığı hesabatda bildirib.
ISW-nin təhlilinə görə, Lavrov Ukrayna ilə bağlı bir sıra əsas təkliflərlə razılaşmayıb. O, Zaporojye və Xerson vilayətlərində mövcud təmas xəttinin dondurulmasına, Zaporojye Atom Elektrik Stansiyasının Rusiyanın nəzarətindən çıxarılaraq MAQATE-nin idarəsinə verilməsinə, eləcə də Ukraynaya real və uzunmüddətli təhlükəsizlik zəmanətlərinin təqdim olunmasına qarşı çıxıb.
Lavrov, həmçinin Ukraynanın suverenliyinin təsdiqini nəzərdə tutan müddəaları qəbul etməyib.
Nazir NATO ilə bağlı mövqeyini də sərtləşdirib. O bildirib ki, təkcə alyansın genişlənməsinin dayandırılması kifayət deyil və NATO 1997-ci ildən əvvəlki sərhədlərinə qayıtmalıdır.
Lavrov Avropanın Polşada qırıcı təyyarələr yerləşdirməsi ideyasını da rədd edib. Bundan başqa, Avropa İttifaqının dini azlıqların müdafiəsi ilə bağlı normalarının Ukrayna qanunvericiliyi üçün əsas götürülməsinə qarşı çıxıb.
ISW qeyd edir ki, Lavrov yenidən Rusiyanın 2021-ci ilin dekabrında ABŞ və NATO-ya təqdim etdiyi ultimatumları “təhlükəsizlik zəmanəti” kimi gündəmə gətirib. Həmin tələblər faktiki olaraq NATO-nun indiki quruluşunun zəiflədilməsini nəzərdə tutur. Xüsusilə, 1997-ci ildən sonra alyansa daxil olan ölkələrdə NATO qüvvələrinin və silahlarının yerləşdirilməsinin qadağan edilməsi istənilir.
Hesabatda vurğulanır ki, Lavrov Rusiyanın konstitusiyasına istinad edərək Krım, Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin “Rusiyanın ayrılmaz hissəsi” olduğunu deyib və Moskvanın bu ərazilərdən imtina edə bilməyəcəyini bildirib.
ISW-nin qənaətinə görə, Lavrovun 11 dekabr tarixli açıqlamaları Kremlin 28 maddədən ibarət ilkin sülh planını qəbul etmək niyyətində olmadığını göstərir. Əksinə, Moskva Ukrayna planı qəbul etsə belə, əlavə şərtlər irəli sürmək niyyətindədir. Analitiklər bildirir ki, son həftələr Rusiya Prezidenti Vladimir Putin də daxil olmaqla, Kremlə yaxın yüksək vəzifəli şəxslər planın əsas bəndlərini oxşar şəkildə rədd ediblər.
Hesabatda əlavə olunur ki, Kreml Ukraynada razılaşmadan sonra 100 gün ərzində seçkilərin keçirilməsi ideyasına da müsbət yanaşmır. Dövlət Dumasındakı deputatların açıqlamaları da Rusiyanın ümumilikdə sülh sazişlərinə maraq göstərmədiyini açıq şəkildə ortaya qoyur.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!