Yeni dünya reallıqları və Azərbaycanın strateji mövqeyi .....                        Azərbaycan futbolu adına çox sevinirəm - Qurban Qurbanov .....                        Mən sehrbaz deyiləm... .....                        İlham Əliyev "Qarabağ"ı TƏBRİK ETDİ .....                        Ukrayna Azərbaycana təşəkkür etdi .....                        Sərnişinin pulunu oğurlayan avtobus sürücüsü saxlanıldı .....                        Ağcabədidə 10 kiloqram narkotik aşkarlanıb .....                        Bakıda 2 nəfər prokurorluqdan, 1-i vəzifəsindən xaric edildib .....                        Dünyada taxıl qıtlığı gözlənilir - Proqnoz .....                       
Tarix : 12-12-2025, 16:50
Lavrov sülhə qarşı çıxdı


Lavrov sülhə qarşı çıxdı

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ tərəfindən irəli sürülən ilkin “sülh planı”nın əsas maddələrini faktiki olaraq rədd edib.
Bu barədə Müharibənin Öyrənilməsi İnstitutu (ISW) yaydığı hesabatda bildirib.
ISW-nin təhlilinə görə, Lavrov Ukrayna ilə bağlı bir sıra əsas təkliflərlə razılaşmayıb. O, Zaporojye və Xerson vilayətlərində mövcud təmas xəttinin dondurulmasına, Zaporojye Atom Elektrik Stansiyasının Rusiyanın nəzarətindən çıxarılaraq MAQATE-nin idarəsinə verilməsinə, eləcə də Ukraynaya real və uzunmüddətli təhlükəsizlik zəmanətlərinin təqdim olunmasına qarşı çıxıb.
Lavrov, həmçinin Ukraynanın suverenliyinin təsdiqini nəzərdə tutan müddəaları qəbul etməyib.
Nazir NATO ilə bağlı mövqeyini də sərtləşdirib. O bildirib ki, təkcə alyansın genişlənməsinin dayandırılması kifayət deyil və NATO 1997-ci ildən əvvəlki sərhədlərinə qayıtmalıdır.
Lavrov Avropanın Polşada qırıcı təyyarələr yerləşdirməsi ideyasını da rədd edib. Bundan başqa, Avropa İttifaqının dini azlıqların müdafiəsi ilə bağlı normalarının Ukrayna qanunvericiliyi üçün əsas götürülməsinə qarşı çıxıb.
ISW qeyd edir ki, Lavrov yenidən Rusiyanın 2021-ci ilin dekabrında ABŞ və NATO-ya təqdim etdiyi ultimatumları “təhlükəsizlik zəmanəti” kimi gündəmə gətirib. Həmin tələblər faktiki olaraq NATO-nun indiki quruluşunun zəiflədilməsini nəzərdə tutur. Xüsusilə, 1997-ci ildən sonra alyansa daxil olan ölkələrdə NATO qüvvələrinin və silahlarının yerləşdirilməsinin qadağan edilməsi istənilir.
Hesabatda vurğulanır ki, Lavrov Rusiyanın konstitusiyasına istinad edərək Krım, Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin “Rusiyanın ayrılmaz hissəsi” olduğunu deyib və Moskvanın bu ərazilərdən imtina edə bilməyəcəyini bildirib.
ISW-nin qənaətinə görə, Lavrovun 11 dekabr tarixli açıqlamaları Kremlin 28 maddədən ibarət ilkin sülh planını qəbul etmək niyyətində olmadığını göstərir. Əksinə, Moskva Ukrayna planı qəbul etsə belə, əlavə şərtlər irəli sürmək niyyətindədir. Analitiklər bildirir ki, son həftələr Rusiya Prezidenti Vladimir Putin də daxil olmaqla, Kremlə yaxın yüksək vəzifəli şəxslər planın əsas bəndlərini oxşar şəkildə rədd ediblər.
Hesabatda əlavə olunur ki, Kreml Ukraynada razılaşmadan sonra 100 gün ərzində seçkilərin keçirilməsi ideyasına da müsbət yanaşmır. Dövlət Dumasındakı deputatların açıqlamaları da Rusiyanın ümumilikdə sülh sazişlərinə maraq göstərmədiyini açıq şəkildə ortaya qoyur.


Paylaş



Bölmə: Dünya / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!