Zelenskinin yeni "sağ qolu" kim olacaq? .....                        MDB liderləri bu ölkədə görüşəcək .....                        ABŞ iki od arasında .....                        Hər zaman həmrəy olaq! .....                        İranda etirazlar - minlərlə insan ayağa qalxdı .....                        Zəngəzur dəhlizi dünyanın ən yüksək tutumlu ticarət yolu olacaq .....                        ABŞ Ukraynaya qoşun yeridəcək? - Zelenskidən cavab .....                        Ərəb ölkəsi Yəməndə əməliyyatı dayandırır .....                        Bəşər Əsədin fotosu silindi .....                       
11-12-2025, 16:50
Şuşada yeni binalar tikiləcək - Pul ayrıldı


Şuşada yeni binalar tikiləcək - Pul ayrıldı

"Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi" publik hüquqi şəxs yaşayış binalarının tikintisi işlərinin satın alınması üçün tender elan edib.
Satınalmanın ehtimal olunan ümumi dəyəri 16 milyon manatdır.
Şuşanın D-5 massivində 1-ci mərhələdə tikintisi nəzərdə tutulan 6 ədəd (1, 2, 3, 4, 5 və 6 nömrəli) dörd mərtəbəli binalar tikiləcək.
Tenderə 28 yanvar 2026-cı il tarixində yekun vurulacaq.
11-12-2025, 16:45
VII çağırışda hansı deputata töhmət verilib? - AÇIQLAMA


VII çağırışda hansı deputata töhmət verilib? - AÇIQLAMA

VII çağırışda heç bir deputata etik kodeksləri pozduğuna görə xəbərdarlıq və töhmət verilməyib.
Bunu Milli Məclisin İntizam komissiyasının üzvü Nəsib Məhəməliyev bildirib.
O, il sonunda növbəti iclasın keçiriləcəyi ilə bağlı konkret günün təyin edilmədiyini də qeyd edib:
“Zərurət yarandıqda, hansısa deputatla bağlı qanunvericilikdə nəzərdə tutulan hallar pozularsa və İntizam komissiyasına sənədlər daxil olarsa, təbii ki, toplaşıb müvafiq məsələlərlə baxarıq”.
Qeyd edək ki, İntizam komissiyası parlament daxilində etik davranışın, daxili intizamın və deputat fəaliyyətinin qanunvericiliklə müəyyən edilmiş çərçivədə həyata keçirilməsinə nəzarət edir. Onun əsas funksiyası deputatların davranışı ilə bağlı yaranan şikayətləri araşdırmaq, bu şikayətlərin hüquqi qiymətini vermək və Milli Məclisə müvafiq tövsiyələr təqdim etməkdir.
Komissiya parlamentin daxili institusional sabitliyini təmin edən struktur kimi formalaşıb və həm deputatların davranış kodeksinə riayət olunmasını, həm də parlament prosedurlarının pozulmamasını hədəfləyir.
11-12-2025, 16:40
İcra hakimiyyətlərində islahatlar başladı - Şöbələr LƏĞV EDİLDİ


İcra hakimiyyətlərində islahatlar başladı - Şöbələr LƏĞV EDİLDİ

Bakı şəhərinin Xəzər, Qaradağ, Sabunçu, Suraxanı, Pirallahı, Binəqədi, Səbail, Nəsimi, Nərimanov, Nizami, Xətai və Yasamal rayonlarının icra hakimiyyəti başçıları aparatlarının nümunəvi strukturu yenilənir.
İcra hakimiyyətlərində bir sıra şöbələr ləğv edilərək sektorlarla əvəzlənib. Bundan başqa, bəzi şöbələr birləşdirilib və həmin şöbələrə rəhbərliyi icra başçılarının müavinləri həyata keçirəcək.

Başçının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdirinə tabe olacaq sektorlar bunlardır:

* Ərazi-təşkilat məsələləri sektoru
* Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektoru
* İctimai-siyasi və humanitar məsələlər sektoru

Başçının müavini – Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı şöbəsinin müdirinə tabe olacaq sektorlar isə aşağıdakılardır:

* Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlili sektoru
* Memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı sektoru

Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi, habelə hüquq və inzibati işlər şöbəsi ləğv edilib və onların bazasında Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsi yaradılıb. Yeni şöbəyə tabe olacaq sektorlar:

* Sənədlərlə və vətəndaş müraciətləri ilə iş sektoru
* Hüquq və kadr məsələləri sektoru

Qeyd edək ki, icra hakimiyyəti başçısının şəhər və ya sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin nümunəvi strukturunda da dəyişikliklər edilib. Bu barədə müvafiq Fərman imzalanıb. Fərmana əsasən, bütün dəyişikliklər iki ay ərzində tamamlanacaq. İxtisar olunan əməkdaşlar Dövlət İmtahan Mərkəzi vasitəsilə müvafiq dövlət qurumlarında işlə təmin ediləcəklər.
11-12-2025, 16:38
Bakıda həbs olunan ruslar azərbaycanlılar azad edilmədən buraxılmayacaq


Bakıda həbs olunan ruslar azərbaycanlılar azad edilmədən buraxılmayacaq

Bir müddət əvvəl Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Azərbaycanda səfərdə olub. O, səfər zamanı Bakı və Azərbaycan yepiskopu Aleksi ilə görüşüb. Eləcə də Prezidentin köməkçisi Hikmət Hacıyevlə müzakirə aparıb. Rusiya mediasının yazdığına görə, Qaluzin səfər zamanı rəsmilərlə görüşdə Azərbaycanda həbs olunan 11 nəfər rusun azadlığa buraxılması ilə bağlı məsləhətləşmə aparıb.
Hüquq müdafiəçisi Çingiz Qənizadə bildirib ki, Rusiyada azərbaycanlıların saxlanılma forması hüquqdan kənar olub:
“Həqiqətən də, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin belə danışıqlar aparıbsa, onda gəlin, hamının-hamıya prinsipini həyata keçirək. Yəni Rusiya-Azərbaycan münasibətlərinin gərginləşməsi fonunda Rusiyada yaşayan azərbaycanlılara əsaslı və əsassız ittihamlar irəli sürülərək həbs ediblər. Onlardan bəziləri 20 il əvvəl törədilən cinayətlərdə guya iştirakçı olmaqda ittiham edilərək həbs olunub. Həbsin özü o qədər abırsız, həyasız, hüquqdankənar reallaşdırıldı ki, ancaq nifrət yarada bilərdi. Çünki yatan insanların evinə girmək, qapılarını sındırmaq, maşınının önünü kəsib şüşəsini sındırmaq - bütün bunlar yalnız Rusiya xüsusi xismət orqanlarının tapşırığı ilə hüquq-mühafizə orqanlarının həyata keçirdiyi şou idi”.
Hüquq-müdafiəçisi vurğulayıb ki, Qaluzin 11 rusun azadlığa buraxılmasını istəyirsə, ittihamlardan və törədilən cinayətlərdən asılı olmayaraq, Azərbaycan bu addımı atacaqsa, Rusiyada eyni addımı atmalıdır:
“2024-cü ilin 25 dekabrından sonra Azərbaycan-Rusiya münasibətlərinin gərginləşməsi fonunda həbs olunanlar, xüsusilə də diaspor rəhbərləri, onların yaxın adamlarının hamısı azadlığa buraxılmalıdır. Belə olmadığı halda Azərbaycanın birtərəfli qaydada cinayət törətmiş şəxslərin qeyd-şərtsiz azadlığa buraxılmasını təmin edəcəyinə inanmıram. Hər halda son söz cənab Prezidentindir. Allah Prezidentimizi qorusun, elə hesab edirəm ki, o, hər şeyi ölçüb-biçir. Bu, sadəcə bizim istək və arzumuzdur”.
11-12-2025, 16:23
Qaxda uşaq bağçası yandı


Qaxda uşaq bağçası yandı

Qax şəhərində ümumi sahəsi 2400 m² olan ikimərtəbəli uşaq bağçasının 1-ci mərtəbəsində yerləşən texniki otağında 1 ədəd elektrik lövhəsi və 3 ədəd rəsm çərçivəsi yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bağçanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
11-12-2025, 16:01
Xankəndidə terror törədən erməninin məhkəməsi başladı


Xankəndidə terror törədən erməninin məhkəməsi başladı

Xankəndidə terrorçuluq və digər xüsusilə ağır cinayətlər törətməkdə təqsirləndirilən erməni əsilli sakin Avanesyan Karen Albertoviçin cinayət işi üzrə məhkəmə hazırlıq iclası başlayıb.
Cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İlkin İbişovun sədrliyi ilə baxılır.
Qeyd edək ki, bu il sentyabrın 14-də Avanesyan Karen Albertoviç yaşadığı yerdən şəhərin yaxınlığındakı meşə massivinə gedərək qabaqcadan orada gizlətdiyi “Kalaşnikov” avtomatını və ona aid patronla dolu 4 sandıqcanı, eləcə də 5 ədəd qumbaranı götürüb Xankəndi şəhərində keçirilən tədbir yerinə yaxınlaşmaq istəyib. Polis əməkdaşları ona mane olarkən K.Avanesyan 3 ədəd əl qumbarası atmaqla və avtomatdan atəş açmaqla polisə silahlı müqavimət göstərib. Cavab atəşi nəticəsində güllə yarası almış K.Avanesyan tutulub.
Təqsirləndirilən Karen Avanesyan Cinayət Məcəlləsinin 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11 (xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar ümumi təhlükəli üsulla iki və daha çox şəxsi terrorçuluqla əlaqədar qəsdən öldürməyə cəhd qəsdən adam öldürməyə cəhd), (qəsdən adam öldürməyə cəhd), 214.2.3 (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə terrorçuluq törədildikdə), 228.1 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını əldə etmə, saxlama və daşıma) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və zor tətbiq etmə) maddələri ilə ittiham edilib.
11-12-2025, 16:00
Təbrik edirik!


Təbrik edirik!

Bu gün Zəngəzur mahalının Gığı Kənd Orta Məktəbinin 1975-ci il məzunu Həsən Piriyevin doğum günüdür. O Həsənin ki, məktəbi bitirəndən sonra düz 50 il yeniyetməlik dostumuzun üzünə həsrət qalmışıq. Elə ilk görüşümüzdə onun da dostların həsrətini necə çəkdiyinin şahidi olduq. Çox sevincli idi. Həm də ona görə ki, sinif yoldaşlarının isti münasibətini, doğmalığını və onu necə sevdiyimizi indi, ahıl çağında daha yaxşı hiss edirdi.
Bu görüşdən sonra Həsən bütün sinif yoldaşlarımızı öz halal süfrəsinə, əlinin qabarı, alnının tərilə qazandığı çörəyindən qismət kəsməyə dəvət elədi.

Nəbi, Xürrəm, Ramiz, Tamxil, Sahib, Sərvər, Pərvaz vədələşib Həsənin başına yığışdıq. Digər dostlarımız da telefon bağlantısı ilə səsimizə səs verib məclisimizə qoşuldular. Beləcə Həsənin sayəsində, xoş xatirələrlə yaddalan bir gün keçirdik. Bu gün isə bütün sinif yoldaşları Həsəni doğum günü münasibəti ilə təbrik edir, ona sağlam, uzun ömür arzulayırlar.

Əzizimiz Həsən, dünyamıza xoş gəlmisən! Ailənizə, övladlarınıza əminamanlıq, xoş güzəran arzusu ilə Gığı məktəbinin 1975-ci il məzunları!
11-12-2025, 15:55
Pezeşkian Qazaxıstanda Tokayevlə görüşdü


Pezeşkian Qazaxıstanda Tokayevlə görüşdü

İran Prezidenti Məsud Pezeşkian Qazaxıstana rəsmi səfər edib.
Məsud Pezeşkian Astanada Prezident Kasım-Jomart Tokayevlə görüşüb.
Görüşdən sonra mətbuata birgə bəyanatlarla çıxış edən Kasım-Jomart Tokayev beynəlxalq aləmdə yüksək nüfuza malik İranın Qazaxıstanın Yaxın Şərqdə etibarlı tərəfdaşı olduğunu vurğulayıb.
O, Məsud Pezeşkianın səfərinin ikitərəfli əməkdaşlığın yeni səviyyəyə qaldırılmasına güclü təkan verəcəyinə əminliyini ifadə edib.
Qazaxıstan liderinin sözlərinə görə, nəqliyyat-logistika sahəsində əlaqələrin möhkəmləndirilməsi üçün əhəmiyyətli potensial var.
Pezeşkian İranın Mərkəzi Asiya regionu ilə mehriban qonşuluq münasibətlərinə xüsusi əhəmiyyət verdiyini diqqətə çatdırıb.
“Qazaxıstan bölgədəki vacib tərəfdaşımız və Xəzər dənizi ilə həmsərhəd olduğumuz qonşudur. Prezident Kasım-Jomart Tokayevlə aktual məsələlərlə bağlı fikir mübadiləsi apardıq. Biz bir çox sahələrdə, o cümlədən kənd təsərrüfatı, istehsal, mədənçilik, nəqliyyat və logistika, elm, mədəniyyət, yeni texnologiyalar sahələrində birgə layihələrin həyata keçirilməsi perspektivlərini müzakirə etdik. Düşünürəm ki, danışıqların nəticələrini yaxın gələcəkdə görəcəyik. Beynəlxalq məsələlərdə iki ölkənin mövqeləri üst-üstə düşür”, – Məsud Pezeşkian deyib.
11-12-2025, 15:49
Gömrükdəki əməliyyat “Mehdiyev işi” ilə əlaqəlidir? - YENİ FAKTLAR


Gömrükdəki əməliyyat “Mehdiyev işi” ilə əlaqəlidir? - YENİ FAKTLAR

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş
İdarəsində başlanan cinayət işi çərçivəsində Dövlət Gömrük Komitəsinin bir neçə vəzifəli şəxsi saxlanılıb.
Komitənin Dəniz Nəqliyyatı və Enerji Resursları Gömrük Baş İdarəsinin əməkdaşları Heydər Eyvazov və Tamerlan Axundzadə, İdarənin Liman Məntəqəsinin rəisi Fərid Usubov saxlanılanlar arasındadır. Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının rəisi Rəşad Daşdəmirov da həbs edilib.
Dəniz Nəqliyyatı və Enerji Resursları Gömrük Baş İdarəsi dəniz daşımaları və neft ticarəti ilə bağlı strateji yüklərə nəzarət edən qurumlardan biridir. Dövlət Gömrük Komitəsinin rəsmi saytında yerləşdirilən məlumata görə, hazırda İdarəyə Həsən Eyubov rəhbərlik edir.
Ondan əvvəl isə sözügedən qurumun rəisi Telman Mehdiyev olub. “EuroHome” ticarət mərkəzinin gizli sahibi olduğu iddia edilən Mehdiyev 2022-ci ilə qədər bu quruma rəhbərlik edib. Daha sonra Qərb Baş Gömrük İdarəsinin rəisi təyin edilib. O, 2023-cü ilin yanvarında “pensiya yaşı” ilə əlaqədar istefaya göndərilib.
Gömrük xidməti generalı olan Telman Mehdiyev ağır cinayətlərdə ittiham olunan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin qohumudur. General Ramiz Mehdiyevin qardaşı oğlu kimi təqdim edilsə də, açıq mənbələrdə onların ailə bağları təsdiqlənmir. Ramiz Mehdiyev uşaqlıq illərini Naxçıvanda başqa ailədə keçirib və onun bioloji qohumları barədə ziddiyyətli məlumatlar mövcuddur.
Son günlər isə Telman Mehdiyevin adı yenidən gündəmə gəlib. “Ramiz Mehdiyev işi” çərçivəsində mümkün həbs olunacağı iddia edilən şəxslərin siyahısında onun da adının hallandırıldığı deyilir. Hazırda Dövlət Gömrük Komitəsində aparılan əməliyyatların "Mehdiyev işi" ilə əlaqəli olub-olmadığını məlum deyil.
Saxlanılan şəxslərə 206.4. (Qaçaqmalçılıq, mütəşəkkil dəstə tərəfindən törədildikdə, 213-1.2.2, 213-1.2.3-ci (Aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan və məcburi nişanlama ilə nişanlanmalı olan malları nişanlanmadan satma, satış məqsədilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə, habelə belə malların nağd qaydada alqı-satqısı təkrar törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) ittiham elan olunub.
11-12-2025, 15:44
Əli Əsədov Türkmənistana getdi - FOTO


Əli Əsədov Türkmənistana getdi - FOTO

Bu gün Baş naziri Əli Əsədov Türkmənistana işgüzar səfər edib.
Bu barədə Nazirlər Kabinetindən xəbər verilib.
Aşqabad Beynəlxalq Aeroportunda Baş nazir Ə.Əsədovu Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Mammetxan Çakıyev və digər rəsmi şəxslər qarşılayıblar.


����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!