Zelenskinin yeni "sağ qolu" kim olacaq? .....                        MDB liderləri bu ölkədə görüşəcək .....                        ABŞ iki od arasında .....                        Hər zaman həmrəy olaq! .....                        İranda etirazlar - minlərlə insan ayağa qalxdı .....                        Zəngəzur dəhlizi dünyanın ən yüksək tutumlu ticarət yolu olacaq .....                        ABŞ Ukraynaya qoşun yeridəcək? - Zelenskidən cavab .....                        Ərəb ölkəsi Yəməndə əməliyyatı dayandırır .....                        Bəşər Əsədin fotosu silindi .....                       
29-12-2025, 20:16
Superliqa klubunun yeni baş məşqçisi açıqlandı


Superliqa klubunun yeni baş məşqçisi açıqlandı

Bu mövsüm Türkiyə Superliqasında uğursuz çıxışı ilə diqqət çəkən “Fatih Karagümrük” komandasının yeni baş məşqçisi bəlli olub.
Superliqa təmsilçisi Aleksandar Stanoyeviçlə anlaşıb. Serbiyalı mütəxəssislə imzalanmış müqavilənin detalları açıqlanmayıb.
A.Stanoyeviç 2023-2024-cü illər mövsümündə Türkiyənin digər klubu “Konyaspor”a başçılıq edib.
Qeyd edək ki, “Fatih Karagümrük” Superliqada mövsümünün ilk hissəsini 9 xalla turnir cədvəlinin sonuncu pilləsində başa vurub.
29-12-2025, 19:47
Putinin iqamətgahına hücum - Lavrov sərt danışdı


Putinin iqamətgahına hücum - Lavrov sərt danışdı

Ötən gecə Rusiya Prezidenti Vladimir Putinin Novqorod vilayətindəki iqamətgahına hücum edilib .
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya cavab zərbəsi endirəcək.
"Doxsan bir PUA buraxılıb və vurulub. Putinin iqamətgahına hücumdan sonra Rusiyanın cavab zərbəsinin hədəfləri və vaxtı müəyyən edilib", - o qeyd edib. "Rusiyanın danışıqlar mövqeyi Kiyev rejiminin dövlət terrorizmi siyasətinə son keçidi nəzərə alınmaqla nəzərdən keçiriləcək", - Lavrov bildirib.
Bununla belə, nazir əlavə edib ki, "Rusiya danışıqlar prosesinin özündən çəkilmək niyyətində deyil".
Ukrayna isə Putinin iqamətgahına edilən hücumu təsdiqləməyib.
29-12-2025, 19:30
Azərbaycanlılar üçün vizasız dövr bitdi - YENİ QAYDALAR


Azərbaycanlılar üçün vizasız dövr bitdi - YENİ QAYDALAR

Monteneqro hakimiyyəti Azərbaycan vətəndaşları üçün viza rejimi tətbiq edib.
Qərar qeyri-qanuni miqrasiyanın qarşısının alınması məqsədilə qəbul olunub. Xəbəri "European Western Balkans" saytı yayıb.
Monteneqro hökumətinin açıqlamasında bildirilir ki, Türkiyə vətəndaşları üçün icazə verilən qalma müddəti 90 gündən 30 günədək azaldılıb. Eyni zamanda vurğulanır ki, təhlükəsizlik riskləri qiymətləndirildikdən sonra zərurət yaranarsa, viza rejimi yenidən bərpa oluna bilər.
Hökumət nümayəndələri bildiriblər ki, viza və miqrasiya qaydalarının sərtləşdirilməsi qeyri-qanuni miqrasiya ilə mübarizə və ölkəyə giriş-çıxışa nəzarətin artırılması məqsədi daşıyır.
Qeyd olunub ki, bu addım Monteneqronun viza siyasətinin Avropa İttifaqı ilə uyğunlaşdırılması çərçivəsində həyata keçirilən daha geniş tədbirlər paketinin tərkib hissəsidir. Bu çərçivədə üçüncü ölkələrlə, o cümlədən Azərbaycanla bağlı viza qaydalarının uyğunlaşdırılmasının 15 yanvar tarixinədək başa çatdırılması planlaşdırılır.
Xatırladaq ki, Monteneqro hakimiyyəti oktyabrın 27-də Podqoritsada gecə klubunda baş verən insidentdən sonra Türkiyə vətəndaşları üçün vizasız rejimi müvəqqəti dayandırmışdı. Həmin hadisə zamanı 45 nəfər saxlanılmış, daha sonra Türkiyə vətəndaşı ilə yanaşı bir Azərbaycan vətəndaşı da bir neçə nəfərin xəsarət alması ilə nəticələnən əməllərdə ittiham olunaraq həbs edilmişdi.
29-12-2025, 19:07
HƏMAS onların öldüyünü təsdiqləd


HƏMAS onların öldüyünü təsdiqlədi

HƏMAS Qəzzada hərəkatın hərbi qanadının iki nümayəndəsinin ölümünü təsdiqləyib.
Təşkilat hərbi qanadın rəhbəri Məhəmməd Sinvarın və sözçüsü Əbu Ubeydənin öldüyünü bildirib.
29-12-2025, 18:44
Türkiyə ilə Ermənistan arasında vacib qərar


Türkiyə ilə Ermənistan arasında vacib qərar

Yanvarın 1-dən etibarən Ermənistan və Türkiyənin diplomatik pasport sahibləri üçün viza verilməsi prosesi sadələşdiriləcək.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, diplomatik, xidməti və xüsusi pasport sahibləri artıq elektron vizaları (e-vizalar) pulsuz əldə edə biləcəklər. Bəyanatda qeyd olunur ki, bu qərar İrəvan və Ankara arasında münasibətlərin normallaşdırılması çərçivəsində qəbul edilib.
Ermənistanın "Hraparak" qəzeti əvvəllər bu qərar barədə məlumat verib. Qəzetin məlumatına görə, Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Serdar Kılıç bu yaxınlarda İrəvana yuxarıda qeyd olunan sxemdən istifadə edərək sərhədlərin açılması planlarını da əhatə edən təkliflər paketi təqdim edib.
Lakin qəzet iddia edir ki, Ankara hələ sərhədi yüklər üçün açmağa hazır deyil. Bunun əvəzinə, bildirilir ki, alternativ bir həll yolu təklif olunub: Türkiyə malları Gürcüstandan Ermənistana tranzit edildikdə, əvvəllər olduğu kimi, Gürcüstan əvəzinə Ermənistan son təyinat yeri kimi göstəriləcək.
Ankara həmçinin diplomatik münasibətlərin qurulması ilə bağlı protokol hazırlayıb, lakin Ermənistanın baş naziri Nikol Paşinyanın imzalanması üçün şəxsən Türkiyəyə səfər etməsini tələb edir, baxmayaraq ki, bu cür sənədlər adətən xarici işlər nazirləri səviyyəsində imzalanır.
29-12-2025, 17:40
47 gün əvvəl təyin olunan icra başçısı işdən çıxarıldı


47 gün əvvəl təyin olunan icra başçısı işdən çıxarıldı

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Oqtay oğlu İbrahimov vəzifəsindən azad edilib.
Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Qeyd edək ki, E.İbrahimov noyabrın 12-də bu vəzifəyə təyin edilmişdi.
29-12-2025, 17:36
Şuşanın küçələri qardan təmizlənir


Şuşanın küçələri qardan təmizlənir

Hava şəraiti ilə əlaqədar olaraq Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən gücləndirilmiş iş rejimi tətbiq edilib.
Şuşa şəhərində qoruğun xidmət göstərdiyi yolların və küçələrin, xüsusilə buzlaşan yolların təmizlənməsi üçün maşın-mexanizmlər hazır vəziyyətə gətirilib, problemli sahələr nəzarətə götürülüb, qar təmizləyən və duz-qum qarışığı səpən texnikalar ərazilərə çıxarılıb.

29-12-2025, 17:27
Azərbaycan xaricdəki payını artıracaq


Azərbaycan xaricdəki payını artıracaq

Azərbaycan hökuməti 2026-cı ildə ölkənin beynəlxalq və ikitərəfli investisiya fondlarında payının ödənilməsi üçün 100 milyon manat ayıracaq.
Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi 2026-cı ilin dövlət büdcəsində nəzərdə tutulub.
Hazırda Azərbaycanın Qazaxıstan, Özbəkistan və Qırğızıstanla ikitərəfli investisiya fondları və inkişaf fondları fəaliyyət göstərir. Bundan əlavə, Azərbaycan və Oman 2025-ci ildə ikitərəfli Birbaşa İnvestisiya Fondunun yaradılması barədə razılaşıb.
Mövzu ilə bağlı iqtisadçı Akif Nəsirli danışıb.
O bildirib ki Azərbaycanın xaricə sərmayəsi ilk növbədə siyasi strategiyadır:
“Burada məqsəd yalnız maddi qazanc deyil. Mərkəzi Asiya türk xalqları, eyni zamanda Türkiyə ilə sərmayə mübadiləsi tük xalqlarının birliyi ideologiyası yolunda atılan addımdır”.
A.Nəsirli qeyd edib ki, hazırda Mərkəzi Asiya ölkələri kifayət qədər iqtisadi gücə sahibdir və sərmayə əməkdaşlığı perspektivli olacaq:
“İnvestisiyanın daxilə yönəldilməsi məsələsinə gəlincə, burada maliyyə amnistiyası tətbiq edilməlidir. Sahibkarlığa dəstək məqsədi ilə müvafiq qanunvericiliyin formalaşdırılması davam etdirilməlidir”.
29-12-2025, 17:05
Prezident ailə üzvləri ilə “Bakı Ağ Şəhər”də - YENİLƏNİB+FOTOLAR


Prezident ailə üzvləri ilə “Bakı Ağ Şəhər”də - YENİLƏNİB+FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva dekabrın 29-da “Bakı Ağ Şəhər”də olublar.
“Bakı Ağ Şəhər” layihəsinin icraçı direktoru Ruslan Sadıxov dövlətimizin başçısına və birinci xanıma burada icra olunmuş və hazırda həyata keçirilən işlər barədə məlumat verdi.
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları əvvəlcə “Qarabağ atları” heykəltaraşlıq kompleksi ilə tanış oldular. Vətən müharibəsindəki Qələbəmizə həsr edilmiş və milli irsimizin rəmzi olan bu kompleks “Qarabağ atları” meydanında ucaldılıb. Kompleksdə "Soltan", "Ürək", "Sereyin", "Aypara", "Şöhrət", "Ötqəm" və "İldırım" adlı ümumilikdə 7 Qarabağ atının heykəli var.
Bu kompleksin təməlini 2022-ci ilin dekabrında Prezident İlham Əliyev qoyub. Kompozisiya amerikalı heykəltaraş Robert Sammers tərəfindən yaradılıb. Onun Dallas şəhərində “Mal-qara sürülməsi”, Kaliforniya hava limanında “Con Ueyn” və digər əsərləri dünyaca məşhurdur.
Sonra dövlətimizin başçısı, birinci xanım və qızları “Bakı Ağ Şəhər”də Babək kvartalında həyata keçirilən işlərlə tanış oldular. Hazırda bu layihənin icrası istiqamətində işlər uğurla davam edir. Ərazisi 31 hektar olan kvartalda yeni park, məktəb binası, metronun bənövşəyi xəttində yeni stansiya, sərnişinlərin rahat hərəkəti üçün böyük nəqliyyat qovşağı, həmçinin çoxfunksiyalı qeyri-yaşayış, ictimai və yaşayış binalarının inşası planlaşdırılır. Ərazidə kafelər, uşaq oyun meydançası və digər sosial infrastruktur yaradılacaq. Bundan başqa, yaxınlıqda 2, 3, 6, 8 və 20 mərtəbəli binalar tikiləcək.
Kvartal Bakının mühüm nəqliyyat arteriyası olan Babək prospekti, “Ağ Şəhər” çərçivəsində salınmış, üç böyük prospektlə kəsişən, eni 45 metr olan Xaqani Rüstəmov küçəsi ilə əhatə olunub. Kvartalın cənub hissəsində yerləşən, metronun "Xətai" stansiyasından keçən Süleyman Vəzirov küçəsi də Babək prospekti ilə birləşir. Bu küçədəki dairədən Babək prospektinə qədər eni 34 metr, uzunluğu isə 1 kilometrdən çox olan dördzolaqlı yol yenidən qurulub. Hazırda Süleyman Vəzirov küçəsini Babək prospekti ilə birləşdirən, eni 32 metr olan iki əlavə yol qovşağının tikintisi üzrə işlər davam etdirilir. Bu küçə boyunca piyadaların rahat hərəkəti üçün eni 7 metr olan geniş səkilər salınıb, ağac və gül kolları əkilib, yerüstü piyada keçidləri, elektrik avtomobilləri üçün enerjidoldurma məntəqəsi, yanacaqdoldurma məntəqəsi və digər zəruri infrastruktur yaradılıb. Avtomobillərin rahat hərəkəti və sıxlığın qarşısının alınması üçün zəruri yerlərdə dönmə və geriyə çevrilmə zolaqları nəzərdə tutulub. Layihə çərçivəsində məktəbin qarşısında piyadaların parka və Bakı Avropa Liseyinə rahat hərəkətini təmin etmək məqsədilə piyada körpüsü quraşdırılıb.
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Palıd meydanı parkında ilk palıd ağaclarını əkdilər.
Qeyd edək ki, parkda çox sayda palıd, çinar, zeytun, ağcaqayın, maqnoliya, palma və digər mövsümi ağacların əkilməsi planlaşdırılır.
Dövlətimizin başçısı, birinci xanım və qızları “Bakı Ağ Şəhər”də Zaman meydanı və buradakı piyada körpüsünün açılışında da iştirak etdilər.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya görülmüş işlər barədə məlumat verdi.
Uzunluğu 234, eni isə 7-13 metr arasında dəyişən körpü “Bakı Ağ Şəhər”də piyadaların rahatlığının təmin edilməsində mühüm rol oynayacaq. Piyadalar onun vasitəsilə 8 Noyabr prospektində yerləşən Zaman meydanına, Babək prospektindən Mərkəzi Park rayonuna, Fəvvarələr meydanından isə Ağ Şəhər Bulvarına rahat gedə biləcəklər. Körpüdə quraşdırılan eskalator və liftlər metronun yeni "Ağ Şəhər" stansiyasına keçidi təmin edəcək.
8 Noyabr küçəsində yerləşən və 8 min kvadratmetrə yaxın ərazini əhatə edən Zaman meydanı gözəl landşaft və fəvvarələr kompleksi ilə əhatə olunub. Bura incəsənət və mədəniyyət həvəskarlarının məkanına çevrilib. Belə ki, meydanda bir çox yerli və xarici məşhur sənətkarların əsərləri nümayiş olunur. Meydan dünyada məşhur rəssam Konstantin Krik tərəfindən məhz “Bakı Ağ Şəhər” layihəsi üçün hazırlanmış 7 saatdan ibarət "Seven Public Clocks" kompozisiyası ilə bəzədilib. Konstantin Krikin 1999-cu ildə yaratdığı "Six Public Clocks" adlı eyni sənət instalyasiyası hazırda Londonda yerləşir və məşhur rəmzlərdən birinə çevrilib.
Meydanda yerləşən Cozef Klibanskinin "Buludların üstündə" adlı bürünc kompozisiyası da maraqla qarşılanır. Ağ Şəhərin mərkəzi yollarından biri olan Bulvar küçəsində müasir britaniyalı heykəltaraş Saymon Qadcenin "Nur axtarışında" heykəli də quraşdırılıb. Bu heykəl dünyanın müxtəlif ictimai yerlərində, o cümlədən Londondakı “Riverside Walk Garden” və “Hyde Park” komplekslərində qoyulub. Saymon Cadcenin xüsusi olaraq “Bakı Ağ Şəhər” üçün hazırladığı "Flaminqo" əsəri də tezliklə buradakı Dağdağan parkını bəzəyəcək.
Qeyd edək ki, bu ərazi 150 ildən çox neft sənayesi tullantıları ilə həddindən artıq çirkləndiyi və burada çoxsaylı neft gölməçələri yarandığı üçün bir vaxtlar “Qaraşəhər” kimi tanınırdı. Azərbaycan Prezidentinin təşəbbüsü ilə bu ərazi dünya miqyasında nadir ekoloji layihəyə, müasir yaşayış massivinə çevrilib. “Bakı Ağ Şəhər” layihəsi dünyada müasir şəhərsalma konsepsiyanın ən parlaq nümunələrindən biridir. Layihənin icrasına Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 2011-ci il dekabrın 24-də başlanılıb. Layihə ekoloji cəhətdən təmiz, dayanıqlı və “ağıllı şəhər” prinsipləri əsasında işlənib hazırlanıb. Yaşayış binalarının əksəriyyəti MDB ölkələri arasında ilk dəfə olaraq BREEAM - beynəlxalq ekoloji sertifikatlaşdırma standartına və CRREM - karbon risklərinin qiymətləndirilməsi tələblərinə uyğun layihələndirilib. Geniş daxili küçələri, yaşıllıq sahələri, müasir beynəlxalq heykəltaraşlıq əsərləri ilə bəzədilmiş və şəhərsalmanın son yenilikləri nəzərə alınmaqla layihələndirilmiş “Bakı Ağ Şəhər” paytaxtın iş, yaşayış və istirahət üçün ən müasir məkanına çevrilir.
Bütün dünyanın diqqət mərkəzində olan COP29-un mənzil-qərargahının məhz “Bakı Ağ Şəhər”də olması da rəmzi məna daşıyırdı. Bu, beynəlxalq iqlim gündəliyinə mühüm töhfələr verən Azərbaycanda ekoloji, o cümlədən yaşıllaşdırma məsələlərinin həlli ilə bağlı görülən işlərin nümayişi baxımından da mühüm əhəmiyyət daşıyırdı.

***

12:20

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva dekabrın 29-da “Bakı Ağ Şəhər”də olublar.
Dövlətimizin başçısı, birinci xanım və qızları burada “Qarabağ atları” heykəltəraşlıq kompleksi, həmçinin Babək kvartalında həyata keçirilən işlər ilə tanış olub, Palıd meydanı parkında ilk palıd ağaclarını əkib, “Zaman” meydanının və buradakı piyada körpüsünün açılışında iştirak ediblər.



















29-12-2025, 17:04
Mədəniyyət Nazirliyi 2025-ci ilin hesabatını verdi


Mədəniyyət Nazirliyi 2025-ci ilin hesabatını verdi

2025-ci ildə Mədəniyyət Nazirliyinin fəaliyyəti mədəni siyasətin müasirləşdirilməsi, yaradıcı sənayelərin institusional gücləndirilməsi, mədəni irsin qorunması və mədəni diplomatiyanın genişləndirilməsi istiqamətində ardıcıl islahatlarla yadda qaldı. İl ərzində mədəniyyət təkcə milli kimliyin ifadəsi kimi deyil, sosial inkişaf və beynəlxalq dialoq aləti kimi təqdim olundu.
Bu barədə cari il ərzində Mədəniyyət Nazirliyi tərəfindən görülən işlər, qarşıya qoyulan və nail olunan hədəflərlə bağlı sorğusuna cavab olaraq nazirlikdən məlumat verilib.
Bildirilib ki, əsas dönüş nöqtələrindən biri mədəniyyət sahəsində idarəetmənin çağdaş tələblərə uyğunlaşdırılması olub:
“Kino sənayesində hüquqi və institusional mexanizmlər yeniləndi, müəllif hüquqları və qonorar sistemi təkmilləşdirildi, audiovizual istehsal xərclərinin qismən geri ödənilməsi mexanizmi tətbiq edildi. Paralel olaraq incəsənət təhsili sahəsində müxtəlif prosedurlar rəqəmsallaşdırıldı, müəllimlərin işə qəbulu və attestasiyası şəffaf meyarlar əsasında həyata keçirildi.
İl ərzində Azərbaycan mədəniyyətinin beynəlxalq aləmdə təmsil olunması əhəmiyyətli dərəcədə artdı. Azərbaycanın sənət, kino,musiqi və s. sahələrinin təmsilçiləri nüfuzlu beynəlxalq platformalarda təmsil olundu, gənc sənətçilərin beynəlxalq şəbəkələrə çıxışı dövlət dəstəyi proqramları vasitəsilə genişləndirildi. Mədəni sahibkarlıq iqtisadi və sosial inkişafın real komponenti kimi möhkəmləndi”.
Nazirlikdən verilən məlumata görə, mədəni irsin qorunması istiqamətində işğaldan azad edilmiş ərazilərdə abidələrin inventarlaşdırılması aparılıb, yeni obyektlər dövlət mühafizəsinə götürülüb, Ağdam Muğam Mərkəzi və “İmarət” Tarix-Memarlıq Muzey Kompleksi istifadəyə verilib:
“Eyni zamanda bir sıra tarixi-mədəni komplekslərin UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edilməsi beynəlxalq tanınmanın göstəricisi oldu.
2025-ci ildə incəsənət təhsili üzrə proqramlar yeniləndi, fortepiano ixtisası üzrə ilk milli dərsliklərin hazırlanmasına başlanıldı, müəllimlərin peşə səriştələrinin ölçülməsi sistemli xarakter aldı. Gənclər üçün beynəlxalq təhsil və təqaüd imkanları genişləndirildi”.
Qeyd edilib ki, media və kommunikasiya sahəsində vahid yanaşma formalaşdırıldı, rəsmi informasiya dili sadələşdirilib, ictimaiyyətlə əlaqələr gücləndirilib:
“Rəqəmsal təşəbbüslər, o cümlədən “Novruz 2025” onlayn festivalı mədəniyyətin geniş auditoriyalara çatdırılmasının effektiv nümunəsinə çevrildi.
Ümumilikdə, 2025-ci il mədəniyyət sahəsində daha açıq, çevik idarəetmə modelinin formalaşdığı il oldu. Mədəniyyət yalnız həyata keçirilən fəaliyyət deyil, eyni zamanda cəmiyyətlə paylaşılabilən və beynəlxalq dialoqa açıq ictimai dəyər kimi mövqeləndirildi”, - Nazirlikdən bildirilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!