Masazıra gedənlərin nəzərinə! .....                        Ukrayna üçün vacib sənəd imzalandı .....                        Eldar Əzizov noyabrda təyin etdiyi rəisi işdən çıxardı - Yeni təyinat .....                        Ağsuda maşın aşdı - Ölən var .....                        İran dağılır - İnsanları güllələyirlər .....                        Bakıda güclü duman - Sürət həddi endirildi .....                        Qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı anonim sənədlər yayıldı .....                        Bazarda güllələnən azərbaycanlı xəstəxanada öldü .....                        İnsan kimi yeriyə bilən robot hazırlandı .....                       
Tarix : 6-03-2021, 05:29
Mən əsas mükafatımı Təbrizdə alacam


70 yaşımı təbrik edənlərə təşəkkür əvəzi

Martın 3-də 70 yaşım tamam oldu. Yəqin həmyaşıdlarım olmayanlara bu çox görünər. Amma Tanrıdan arzu edərdim ki, hər bir soydaşımız bu səddi adlasın, 100-ə doğru addımlasın. Sizlərə bir maraqlı fakt açıqlayım. Valideynlərimin dünyaya göz açdıqları Ərdəbil ətrafındakı Nünəkəran kəndində 80-90 yaşında ömrünü başa vuranlara hamı acıyır, "binəva cavan getdi" deyirlər. Mən də 1990-cı ilin yanvarın 18-də Biləsuvar istiqamətində sərhəd tellərini yandıranlara qoşulub ata-baba yurduma min bir əziyyətlə çatdıqdan sonra həmin yaşda olan insanların necə cavanlara xas qıvraqlıqlarını müşahidə etdikdə təəccübüm qürur hissi ilə əvəzləndi. Demə, bu kəndə təyinatı verilən həkimlərə yerli camaat nadir halda müraciət etdiklərindən onlar cəmi iki-üç il burda duruş gətirə bilirlər. Ona görə də özümün də şübhəm yoxdur ki, ürək namərdlik etməsə ideyalarımızın təntənəsinin şahidi olacağımız Təbrizdə də rahat gəzəcəyəm.
Keçək təbriklərə. Mənə ürək sözlərini, xoş duyğularını yetirənlərin sayı yüzlərcədir. Coğrafiyası da genişdir - İsveç, Norveç, ABŞ, Fransa, Almaniya, Danimarka, Post-Sovet məkanı... Əlbəttə, Vətənimin bir parçası, bütün dünya azərbaycanlılarının ümidgahı, qibləgahı olan müstəqil Azərbaycan Respublikası bu sırada öndədir. Həyatımda əldə etdiyim uğurlara görə 1946-cı ilin dekabrında fədai başçısı atamın anam, böyük bacım və qardaşımla birgə pənah gətirdikləri, daim doğmaların əhatəsində yaşadıqları, hərtərəfli qayğı ilə əhatə olunduqları bu torpağa, onların rəhbərlərindən tutmuş sıravi adamlarınadək hər bir şəxsə borclu sayıram. Düzü ömür yoluma nəzər saldıqda hiss edirəm ki, gənc nəslə örnək ola biləcək illəri yaşamışam. Belə də davam etməliyəm, çünki insan 50 yaşdan sonra istəsə də xarakterini dəyişə bilməz. Mən isə bu Vətəni, onun böyükdən tutmuş kiçiyinədək hər bir sakininə dəyər verirəm, onları bağrıma basır, özüm kimi müstəqil dövlətdə yaşayan, bütün bilik və qabiliyyətini təsdiqləmək imkanına malik olan məsləkdaşlarımızın, uzun illərin mübarizəsindən usanmayan yoldaşlarımızın adından hamıya təşəkkürümü bildirirəm. Və deyirəm ki, biz də borclu qalmağı sevmirik: İnşallah hamımızın görmək istədiyi Təbriz mühitində sağollarımızı eşidəcəksiniz.
İndi pandemiyadır, bütün bəşəriyyət koronavirusa qarşı imtahan verməkdədir. Odur ki, uşaqlıq, tələbəlik yoldaşlarım, jurnalist cameəsi və məsləkdaşlarım məndən inciməsinlər ki, onların yubiley keçirmək istəyinə imkan verməmişəm. Elə bilirəm ki, bu baş tutacaq. Amma arzularımın oylağı olan Təbrizdə. Elə mükafatınızı da orada alacağam.
Rəhim Hüseynzadə
Azərbaycan Demokrat Firqəsinin sədri
Əməkdar jurnalist



Paylaş



Bölmə: Bütöv Azərbaycançılar / Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!