İranda matəm elan edildi .....                        Sərxoş sürücü ağır qəza törətdi .....                        Tramp İranda hərəkətə keçir .....                        İranda 38 polis öldürülüb .....                        Qara Qarayevə yeni vəzifə verildi .....                        Minaya düşən şəxsin son durumu AÇIQLANDI .....                        İran hökuməti dəyişikliyə hazırdır - Pezeşkian .....                        Venesuelanı ABŞ qoruyacaq .....                        Ukrayna Xəzərdə neft obyektinə ZƏRBƏ ENDİRDİ .....                       
13-06-2025, 23:17
Türkiyə rəsmiləri İrana görə toplaşdı


Türkiyə rəsmiləri İrana görə toplaşdı

İsraillə İran arasında artan gərginlik ilə bağlı Türkiyənin diplomatik və təhlükəsizlik qüvvələrinin rəhbərlərinin birgə iclası keçirilib.
Ölkənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Güler, Silahlı Qüvvələrin Baş qərargah rəisi, ordu generalı Metin Gürak və Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalının iştirakı ilə keçirilən toplantıda iki ölkə arasındakı gərginliyin mümkün nəticələri müzakirə edilib.
Görüşlə bağlı açıqlama verən Hakan Fidan bildirib ki, Türkiyə Prezidenti ilk andan etibarən hadisələri yaxından izləyir və mütəmadi məlumatlandırılır. Ölkənin aidiyyəti qurumları dövlət başçısının tapşırıqları əsasında Türkiyəni maraqlandıra biləcək ehtimal ssenarilərə uyğun olaraq bütün zəruri tədbirləri görür.
Nazir Hakan Fidan daha sonra əlavə edib: “Hadisələrin əvvəlindən bəri İran, İraq, İordaniya və ABŞ kimi bir çox ölkə ilə sıx təmasdayıq. Bölgəmizdə artan gərginliyə imkan verməməliyik. ABŞ Prezidenti Donald Trampın nüvə danışıqlarına dair başladığı prosesin davam etdirilməsi nüvə mübahisəsinin doğurduğu qarşıdurmanın aradan qaldırılması üçün yeganə yoldur. Diplomatiya müharibənin tək alternatividir”
13-06-2025, 23:08
İsrail İranın nüvə obyektini vurdu


İsrail İranın nüvə obyektini vurdu

İsrail Hərbi Hava Qüvvələri İranın İsfahan şəhərindəki nüvə obyektinə hücum edib.
Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, bu zərbə nəticəsində orada yerləşən uranın istehsalı və zənginləşdirilməsi obyektləri, laboratoriyalar və digər infrastruktur obyektləri dağıdılıb.
13-06-2025, 22:44
Xamenei xalqa müraciət etdi - Əsas mesajlar


Xamenei xalqa müraciət etdi - Əsas mesajlar

İran ordusu “bütün gücü ilə” İsrailə hücum edəcək və onu “məhv edəcək”.
Bunu İranın ali dini lideri Ayətullah Əli Xamenei xalqa müraciətində deyib.
"İranın silahlı qüvvələri var güclə hərəkət edəcək və alçaq sionist rejimini məhv edəcək. Sionist rejim bu cinayətdən sağ-salamat xilas olmayacaq. İran xalqı əmin ola bilər ki, bu məsələdə heç bir güzəşt olmayacaq", - Xamenei deyib.
Xamenei xalqa müraciətində İsrailin İrana hücumlarını da cinayət kimi qiymətləndirib və yəhudi dövlətinin “acı və dəhşətli taleyi”ni proqnozlaşdırıb.
13-06-2025, 22:33
İrandan İsrailə CAVAB HÜCUMU


İrandan İsrailə CAVAB HÜCUMU

İran İsrailə yüzlərlə ballistik raket buraxıb.
Bu barədə İranın dövlət agentliyi IRNA məlumat yayıb.
“İranın sionist rejimə sarsıdıcı cavabı başlayır. Bir neçə dəqiqə öncə sionist rejimin qəddar hücumuna qəti cavab əməliyyatı işğal olunmuş ərazilərə doğru yüzlərlə müxtəlif ballistik raketlərin buraxılması ilə başlayıb”, – məlumatda vurğulanıb.
Məlumata görə, İran tərəfindən atılan ballistik raketlərinin düşməsindən sonra İsrailin Müdafiə Nazirliyinin qərargahının yaxınlığında yanğın baş verib.
"İran ordusu İran ərazisinə zərbələrə cavab olaraq İsrailə qarşı əməliyyat keçirməyə başladı", - deyə İran televiziyası bildirib.
13-06-2025, 22:26
Putin Netanyahu və Pezeşkianla danışdı - YENİLƏNİB


Putin Netanyahu və Pezeşkianla danışdı - YENİLƏNİB

İsrailin İrana qarşı hərbi əməliyyatı fonunda Rusiya Prezidenti Vladimir Putin İsrailin Baş naziri Benyamin Netanyahu ilə də telefon danışığı aparıb.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Telefon danışığı zamanı Putin bütün İsrail-İran ziddiyyətlərinin sülh yolu ilə həllinin və danışıqlar prosesinə qayıtmağın vacibliyinə işarə edib.

***

21:25

Rusiya Prezidenti Vladimir Putin İran lideri Məsud Pezeşkianla telefon danışığı aparıb.
Bu haqda Kremlin mətbuat xidməti məlumat yayıb.
Pezeşkianla söhbətində Putin Rusiyanın İranın nüvə proqramı ilə bağlı vəziyyətin sülh yolu ilə həllini dəstəklədiyini bildirib.
Rusiya prezidenti Moskvanın İsrail-İran münaqişəsində vasitəçilik xidmətləri göstərməyə hazır olduğunu qeyd edib.
13-06-2025, 21:21
Daha bir SEPAH komandanı öldü


Daha bir SEPAH komandanı öldü

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) daha bir komandiri İsrailin hücumlarında ölüb.
SEPAH Aerokosmik Qüvvələrinin hava hücumundan müdafiə komandanı general Davud Şeyxian ölüb.
Xəbər bir neçə saat əvvəl Korpusa yaxın mənbələr tərəfindən rəsmən təsdiqlənib.
13-06-2025, 21:06
İsrail Fordonu da vurdu


İsrail Fordonu da vurdu

İsrail hərbçiləri İranın Fordodakı nüvə obyekti ərazisinə zərbələr endirib.
Bu haqda Fars xəbər agentliyi məlumat yayıb.
Bildirilir, hücum Fordodakı obyektin həyətində həyata keçirilib və iki partlayış səsi eşidilib.
13-06-2025, 18:55
İran bütün uçuşları dayandırdı


İran bütün uçuşları dayandırdı

İranın Mülki Aviasiya Təşkilatı ölkə ərazisində bütün daxili və beynəlxalq uçuşların dayandırıldığını bildirib.
Bu barədə İran KİV-i məlumat yayıb.
Qeyd edilib ki, hava məkanının bağlanması İsrailin davam edən hava hücumlarına qarşı həyata keçirilən təhlükəsizlik tədbirlərinin bir hissəsidir.
13-06-2025, 18:20
ABŞ Yaxın Şərqə qoşun göndərir


ABŞ Yaxın Şərqə qoşun göndərir

ABŞ İsrailin hücumundan sonra İranın mümkün cavabına hazırlamaq üçün hərbi resurslarını Yaxın Şərqə köçürür.
Məlumata görə, ABŞ Hərbi Dəniz Qüvvələri “USS Thomas Hudner” gəmisini Şərqi Aralıq dənizinə göndərib.
Bildirilir ki, ABŞ prezidenti Donald Tramp Milli Təhlükəsizlik Şurası ilə görüşə hazırlaşır.
ABŞ-ın Yaxın Şərqdəki hərbi kontingenti adətən 30 min hərbçi olsa da, keçən ilin oktyabrında əsgər sayı 43 minə çatıb.
13-06-2025, 17:38
Türkiyə 4 ölkəyə uçuşları ləğv etdi


Türkiyə 4 ölkəyə uçuşları ləğv etdi

İsrailin İrana hücumundan sonra "AJet", "Pegasus" və "Türk Hava Yolları" 16 iyuna qədər bəzi uçuşları ləğv edib.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilir ki, İran, İraq, Livan və İordaniyaya uçuşlar ləğv olunub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!