“Qarabağ” güclü komandadır və asan rəqib deyil .....                        Son 10 gündə ikinci əfv fərmanı .....                        Sabah şansımız var - Qurban Qurbanov .....                        “Qiyamət Saatı”nın əqrəbləri dörd saniyə irəli çəkildi .....                        Bayden sükutu pozdu: Trampı tənqid etdi .....                        Azərbaycanda qəribə toy: gəlin onlayn qoşuldu - VİDEO .....                        Baş nazir Bakı buxtası ilə bağlı iclas keçirdi .....                        Ləğv edilən vəzifələrin yerinə bu ştatlar yaradıldı .....                        Sahibə Qafarova Əbu-Dabidə Forumunda .....                       
Tarix : 6-10-2025, 12:49
İranda məcburi hicab ləğv edilib, ya yox..?


İranda məcburi hicab ləğv edilib, ya yox..?

Son günlər İran mediasında və sosial şəbəkələrdə məcburi hicabın ləğvi ilə bağlı yayılan xəbərlər ictimai müzakirələrə səbəb olub.
Məlumatlarda bildirilir ki, artıq İranda hicab taxmaq məcburiyyəti yoxdur və bu qaydanı pozanlara qarşı cəza tədbirləri tətbiq edilməyəcək. Xəbərlərin mənbəyi kimi İran Məsləhət Şurasının üzvü Məhəmmədrza Bahonərin sözləri göstərilir. Lakin bu məlumat tam şəkildə reallığı əks etdirmir.
Məhəmmədrza Bahonər mətbuata açıqlamasında bildirib ki, “Hicab və İffət” qanununun icrası hüquqi baxımdan mümkün deyil, çünki Ali Milli Təhlükəsizlik Şurası qanunun rəsmi elan olunmasını dayandırıb.
Onun sözlərinə görə, hazırda bu qanuna əsaslanan cərimə və cinayət tədbirləri həyata keçirilmir və bu barədə polisə də məlumat verilməlidir.
Lakin Bahonərin bu açıqlaması hicabın tam ləğv olunduğu anlamına gəlmir. Belə ki, “Hicab və İffət” qanunu hazırda icra olunmasa da İranda hicab məcburiyyətini təsbit edən əsas hüquqi baza hesab edilən Cinayət Məcəlləsinin 638-ci maddəsi qüvvədə qalır. Bu maddə ictimai yerlərdə hicab taxmamağı “ictimai ədəbə zidd davranış” kimi müəyyən edir və inzibati cəza tədbirləri nəzərdə tutur.
Qeyd edək ki, “Hicab və İffət” qanunu 2023-cü ildə parlamentdə qəbul olunub, 2024-cü ildə təsdiqlənməsi gözlənilirdi. Qanun hicab qaydalarına əməl etməyənlər üçün sərt sanksiyalar nəzərdə tutur. Onlar arasında cərimələr, həbs, səyahət qadağaları, iş yerlərinin bağlanması və hətta ictimai nəzarət sistemlərinin yaradılması kimi mexanizmlər vardı. Qanun ictimai ədəb və əxlaq normalarını qorumaq məqsədi ilə təqdim olunsa da, həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə ciddi narazılıqlara səbəb olmuşdu. Ali Milli Təhlükəsizlik Şurasının qərarı ilə qanunun icrası 2025-ci ilin yazında dayandırılıb. Rəsmilər bu addımı ictimai gərginliyin artmasının qarşısını almaq üçün atıblar. Qanunun tətbiqinin dayandırılması ölkədə yeni cəza tədbirlərinin icrasını müvəqqəti olaraq mümkünsüz edib.
İran Məsləhət Şurası isə bu kimi məsələlərdə qərarverici orqan deyil. Şura parlament və Şura-ye Negəhbən arasında yaranan hüquqi mübahisələri həll edir və Ali Liderə məsləhət xarakterli tövsiyələr verir. Buna görə Bahonərin açıqlaması rəsmi qərar deyil, mövcud hüquqi vəziyyətə dair şəxsi şərh hesab olunur.
Bahonərin çıxışı ölkə daxilində birmənalı qarşılanmayıb. Reformist dairələr bunu sosial dəyişimin əlaməti kimi görsələr də, mühafizəkar qüvvələr bu fikirləri sərt tənqid ediblər. “Kayhan” qəzetinin baş redaktoru Hüseyn Şəriətmədari Bahonərin açıqlamasını “İslam Respublikasının əsas prinsiplərinə zidd” adlandırıb və hicabın “rejimin ideoloji dayağı” olduğunu vurğulayıb.
Yekun olaraq, “Hicab və İffət” qanununun icrası dayandırılıb, amma hicabın hüquqi məcburiyyəti hələ də qanunvericilikdə var. Yəni, yeni cərimə mexanizmləri işləmir, lakin köhnə qanun hələ də qüvvədədir.


Paylaş



Bölmə: Dünya / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!