İranda SEPAH generalının oğlu öldürülüb .....                        Bu rayonlara qar yağır .....                        Türkiyədə məşhur aktyor saxlanılıb .....                        İki gün güclü külək əsəcək - XƏBƏRDARLIQ .....                        Fazil Mustafa teleaparıcının müdafiəsinə qalxdı .....                        Tehranda 200-dən çox etirazçı öldürülüb - “Time” jurnalı .....                        Paşinyan II Qareginin fərmanını rədd etdi .....                        Elçibəyin qardaşı oğlu: "Ərturquta dedim ki, o kimdi axı, məhkəməyə verirsən?!" .....                        ABŞ İranın cəsur xalqını dəstəkləyir! - Marko Rubio .....                       
20-04-2025, 18:14
Kiyevin üzrxahlıq tələbi


Kiyevin üzrxahlıq tələbi

Ukrayna ABŞ telekanalından Kiyevi Rusiya ərazisi kimi təqdim etdiyi üçün üzrxahlıq tələb edir.
Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tixi “X” hesabında yazıb.
“Əgər bu, düşünülmüş siyasi bəyanat deyilsə, səhv idisə, üzr istəməli və bu səhvi kimin etdiyi araşdırılmalıdır”, - diplomat vurğulayıb.
20-04-2025, 17:30
Qız 25-ci mərtəbədən yıxıldı - Sağ qaldı


Qız 25-ci mərtəbədən yıxıldı - Sağ qaldı

Çinin Tanşan şəhərində azyaşlı qız binanın 25-ci mərtəbəsindən yıxılsa da, sağ qalıb.
Bu barədə uşağın valideynləri bildirib.
Anası qızına sınıq diaqnozunun qoyulduğunu, amma onun tədricən sağaldığını qeyd edib.
Hadisə martın 27-də baş verib. Uşağın sağ qaldığı məlum olanda ailə bu barədə məlumat verib. Bildirilib ki, Hebey əyalətinin Tanşan şəhərindən olan və adı hələ açıqlanmayan doqquz yaşlı məktəbli qız özünü narahat hiss edib və pəncərəni açmaq qərarına gəlib. Ancaq yıxılıb.
O, təcili olaraq Pekindəki xəstəxanaya aparılıb. Uşağa bir neçə sınıq diaqnozu qoyulsa da, beyni zədələnməyib. Qız bir neçə əməliyyat keçirib və artıq xəstəxanadan evə qayıdıb.
Sağ qalması inanılmaz sayılan "möcüzəli qız" Çinin sosial şəbəkəsində məşhurlaşıb.
20-04-2025, 16:45
Berlinin mərkəzində atışma


Berlinin mərkəzində atışma

Naməlum silahlı şəxslər bazar günü səhər tezdən Almaniyanın paytaxtı Berlinin mərkəzindəki "Hilton" otelinin qarşısında atəş açıb. Nəticədə azı bir nəfər yaralanıb.
Bu barədə "Bild" qəzeti məlumat yayıb.
Hadisə saat 04:45 (Bakı vaxtı ilə saat 06:45) radələrində baş verib. Polis azı iki şübhəlini axtarır. Ərazi mühasirəyə alınıb.
Həftə sonu Bad Nauheim (Hessen) şəhərində daha bir atışma hadisəsi baş verib. Orada naməlum şəxs yaşayış binasının yaxınlığında atəş açıb. İki kişi ölüb.
20-04-2025, 16:30
Roma Papasından Azərbaycan və ​​Ermənistana SÜLH ÇAĞIRIŞI


Roma Papasından Azərbaycan və ​​Ermənistana SÜLH ÇAĞIRIŞI

Roma Papası Fransisk Pasxa mesajında ​​Azərbaycan və Ermənistana qısa zamanda sülh razılaşmasına nail olmağa çağırıb.
Pontifik iki ölkə arasında yekun barışığa və regionun bərpasına ümid etdiyini bildirib.
"Sülh tərksilahsız mümkün deyil. Hər bir xalqın öz müdafiəsini təmin etməsi zərurətini dərk edərək, bunun qlobal silahlanma yarışına çevrilməsinin qarşısını almaq vacibdir", - müraciətdə deyilir.
O, bu il Pasxa bayramının həm katoliklər, həm də pravoslavlar tərəfindən qeyd edildiyi Müqəddəs Torpaqda sülhə çağırıb.
"Mən Fələstində və İsraildə əziyyət çəkən xristianlara, eləcə də bütün İsrail və Fələstin xalqına yaxınlığımı bildirirəm", - o söyləyib.
Pontifik həmçinin Livan və Suriyadakı xristian icmaları üçün dualar etməyə və Rusiya - Ukrayna müharibəsində tərəfləri sülhə çağırıb.
Son 11 ildə ilk dəfə olaraq pravoslav və katolik Pasxa tarixləri üst-üstə düşüb.
20-04-2025, 13:55
Türkiyədə 4,1 bal gücündə zəlzələ


Türkiyədə 4,1 bal gücündə zəlzələ

20 aprel 2025-ci il tarixində, saat 11:32-də Türkiyədə Egey dənizində 4,1 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Zəlzələnin episentri dənizin 7 kilometr dərinliyində yerləşib.
Hazırda zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan tələfatı barədə məlumat verilməyib. AFAD və digər aidiyyəti qurumlar vəziyyəti yaxından izləyir və əlavə məlumat olduqda ictimaiyyətə təqdim ediləcək.
20-04-2025, 13:24
Bina uçdu - 11 ölü, çox sayda yaralı


Bina uçdu - 11 ölü, çox sayda yaralı

Hindistanın paytaxtı Nyu-Dehlidə binanın uçması nəticəsində 11 nəfər həlak olub, daha 5 nəfər isə xəsarət alıb.
Bu barədə yerli "NDTV" telekanalı məlumat yayıb.
Bildirilir ki, xəsarət alanlar xəstəxanaya yerləşdirilib, lakin onların vəziyyəti barədə məlumat verilmir.
Qeyd olunur ki, dağıntılar altından daha 11 nəfər sağ olaraq çıxarılıb.
Binanın təhlükəsizlik qaydaları pozularaq tikildiyi bildirilib.
20-04-2025, 13:10
Türkiyədə uçuşlar ləğv edildi


Türkiyədə uçuşlar ləğv edildi

2025-ci il aprelin 20-də Orta və Şərqi Qara dəniz bölgəsində müşahidə olunan qatı duman hava nəqliyyatında ciddi çətinliklərə səbəb olub.
Bu barədə "TRT Haber" məlumat yayıb.
Bu səbəbdən bəzi uçuşlar ləğv edilib, bəziləri isə təxirə salınıb.
Dumanın təsirini itirməsindən sonra uçuşların normal rejimə qayıtması planlaşdırılır.
20-04-2025, 12:55
Trampa qarşı etiraz aksiyası


Trampa qarşı etiraz aksiyası

ABŞ-də Prezident Donald Trampın siyasətinə qarşı etiraz aksiyası keçirilib.
Bu barədə "The New York Times" qəzeti məlumat yayıb.
Etirazçılar hesab edirlər ki, Tramp vətəndaş azadlıqlarını və hüququn aliliyini heçə sayır, miqrasiya siyasətində həddindən artıq sərt addımlar atır, federal iş yerlərini ixtisar edir və bu davranışları ilə ölkə iqtisadiyyatına zərər vurur.
20-04-2025, 12:43
Ermənistanda rüşvət əməliyyatı - Məmurlar saxlanıldı


Ermənistanda rüşvət əməliyyatı - Məmurlar saxlanıldı

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin paytaxt İrəvanın Şenqavit rayonunda keçirdikləri əməliyyat nəticəsində iki vəzifəli şəxs saxlanılıb.
Bu barədə erməni KİV-i məlumat yayıb.
Onlar rüşvət almaqda şübhəli bilinirlər.
Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi faktı təsdiqləyib. İstintaq hərəkətləri komitədə başlanmış cinayət işi çərçivəsində həyata keçirilib.
Məmurların adları və vəzifələri açıqlanmır.
20-04-2025, 12:07
İrəvanda kütləvi dava - Ölən və yaralananlar var


İrəvanda kütləvi dava - Ölən və yaralananlar var

Ermənistanın paytaxtı İrəvanda silahlı qarşıdurma zamanı yeniyetmə öldürülüb.
Nəşrin məlumatına görə, hadisə ötən gün axşam saatlarında paytaxtın Kanaker rayonunda baş verib. Hadisə zamanı zərərçəkənlərdən biri Tibb Mərkəzinə aparılarkən yolda dünyasını dəyişib. Daha iki yaralı müxtəlif xəsarətlərlə başqa klinikaya yerləşdirilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları qətldə şübhəli bilinən iki şəxsi müəyyən edərək saxlayıblar.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!