Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
11-09-2025, 22:06
ABŞ Zəngəzur dəhlizi layihəsi çərçivəsində 145 milyon ayıracaq


ABŞ Zəngəzur dəhlizi layihəsi çərçivəsində 145 milyon ayıracaq

ABŞ Ermənistana 145 milyon dollarlıq maliyyə dəstəyi ayıracaq.
Bu barədə ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə Bürosunun direktoru Brenden Xanrahan məlumat verib.
Vəsait “Tramp Marşrutu” (Zəngəzur dəhlizi) layihəsi çərçivəsində ilk investisiyadır.
Bildirilir ki, Xanrahan Ermənistanın baş nazirinin müavini Mher Qriqoryanla görüşündə regiondakı vəziyyəti, kommunikasiyaların açılması imkanlarını və layihənin əhəmiyyətini müzakirə edib.
ABŞ rəsmisi qeyd edib ki, ayrılan vəsait ticarətə investisiya, infrastrukturun inkişafı, strateji əhəmiyyətli mineralların təchizat zəncirlərinin gücləndirilməsi və sərhəd təhlükəsizliyinin təmininə yönəldiləcək.
Xatırladaq ki, “Tramp Marşrutu” ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə 8 avqustda imzalanmış sazişlərin icrasını dəstəkləyən proqramlardan biridir və Cənubi Qafqazda iqtisadi əməkdaşlıq, nəqliyyat və enerji layihələrinin genişləndirilməsini hədəfləyir.
11-09-2025, 21:56
Kirkin öldürən şəxsin başına pul qoyuldu


Kirkin öldürən şəxsin başına pul qoyuldu

ABŞ Federal Təhqiqatlar Bürosu Çarli Kirkin qətlində əli olanlar haqqında məlumat üçün 100 min dollar təklif edir.
Bu haqda FTB-nin “X” hesabında bildirilir.
"FTB Çarli Kirkin qətlinə görə məsuliyyət daşıyan şəxslərin müəyyən edilməsinə və həbsinə səbəb olacaq məlumat üçün 100 min dollara qədər mükafat təklif edir", - məlumatda deyilir.
11-09-2025, 20:36
ABŞ Rusiyanın sərhədinə bomba atdı


ABŞ Rusiyanın sərhədinə bomba atdı

ABŞ-ın strateji B-2 bombardmançısı 3 sentyabrda Norveçin şimalında, Rusiyanın Arktikadakı sərhədindən cəmi bir neçə yüz kilometr məsafədə yüksək dəqiqlikli bomba sınaqları həyata keçirib.
Təyyarə Norveç dənizi üzərində, Annoy adası yaxınlığında iki növ idarə olunan bomba (500 funtluq GBU-38 və 2000 funtluq GBU-31) buraxıb. Sınaqlarda ABŞ Hərbi Hava Qüvvələrinin yeni QUICKSINK sistemi istifadə olunub. Bu sistem dənizdəki hədəfləri torpedo effekti ilə, lakin daha sürətli və daha geniş ərazidə məhv etməyə imkan verir.
Sınaqlara Norveçin dörd F-35 qırıcı təyyarəsi və P-8 patrul təyyarəsi də cəlb olunub. Hətta sınaq zamanı çəkilmiş və sosial şəbəkələrdə yayımlanmış görüntüdə bombanın hədəfi vurma anı əks olunub.
Təlimlər ABŞ və NATO-nun Barens dənizində apardığı hərbi-dəniz əməliyyatları ilə paralel keçirilib. "Newsweek" yazır ki, Rusiya hərbçiləri həmin əməliyyatları yaxından izləyib.
11-09-2025, 18:33
Azərbaycanla işləyirik - Mirzoyan


Azərbaycanla işləyirik - Mirzoyan

Sülh quruculuğu diqqət, ehtiyatlılıq və ardıcıllıq tələb edən uzun prosesdir.
Bu sözləri Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə hökumət üzvləri ilə Vaşinqton Bəyannaməsinin imzalanması və sülh müqaviləsinin paraflanması məsələsini müzakirə edərkən söyləyib.
Nazir Ermənistan-Azərbaycan əlaqələrindən danışaraq deyib: “Bu gün biz blokadanın aradan qaldırılması və sərhədlərin delimitasiyası ilə bağlı Azərbaycanla işləyirik. Amerikalı tərəfdaşlarla, xüsusən də birgə dəmir yolu və digər infrastruktur layihələri ilə bağlı müzakirələri davam etdiririk”.
11-09-2025, 17:42
Saakaşvilinin partiyasının sabiq sədri saxlanıldı


Saakaşvilinin partiyasının sabiq sədri saxlanıldı

Gürcüstanda sabiq prezident Mixail Saakaşvilinin təsis etdiyi Vahid Milli Hərəkat Partiyasının keçmiş sədri Levan Xabeişvili planlaşdırılan mitinqdə təhlükəsizlik işçilərinə 200 min dollar məbləğində rüşvət vədlərinə görə Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb.
Xabeişvilinin “Formula” teleşirkətinin yaxınlığında saxlanıldığı bildirilir.
Sabiq Baş prokuror Zodelava da Levan Xabeişvili ilə birgə saxlanılıb.
11-09-2025, 17:33
Ukraynanın təyyarəsi qəzaya uğradı


Ukraynanın təyyarəsi qəzaya uğradı

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinə məxsus "Su-27" hərbi təyyarəsi Zaporojye istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəzaya uğrayıb. Pilot həlak olub.
11-09-2025, 17:09
Trampın tələbi ilə Lukaşenko 52 məhbusu azad etdi


Trampın tələbi ilə Lukaşenko 52 məhbusu azad etdi

Belarus 52 məhbusu azad edib.
Bu barədə ABŞ-ın Vilnüsdəki səfirliyinin nümayəndəsi bildirib.
Həbsdən azad olunan şəxslər hazırda Litvaya doğru yoldadır.
Səfirliyin nümayəndəsi bildirib ki, müxtəlif millətlərdən olan məhbuslar ABŞ Prezidenti Donald Trampın nümayəndəsi Con Koulun iştirakı ilə Minskdə aparılan danışıqlardan sonra azad olunublar.
Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp Belarus Prezidenti Aleksandr Lukaşenkodan saxlanılan şəxslərin azad edilməsini tələb edib.
11-09-2025, 17:00
Gürcüstanın sabiq müdafiə naziri tutuldu


Gürcüstanın sabiq müdafiə naziri tutuldu

Gürcüstanın sabiq müdafiə naziri Cuanşer Burçuladze tutulub.
Bu barədə Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.
Sabiq nazirin korrupsiyaya görə saxlanıldığı bildirilir.
Qeyd edək ki, Burçuladze 2021-2024-cü illərdə Gürcüstanın müdafiə naziri və "Gürcü Arzusu"nun üzvü olub.
11-09-2025, 16:38
Ərdəbillə Azərbaycan arasında iqtisadi əməkdaşlıq artırılacaq


Ərdəbillə Azərbaycan arasında iqtisadi əməkdaşlıq artırılacaq

İranın Ərdəbil vilayəti (ostandarlıq) Azərbaycan ilə sərhəddir və bu vilayət ilə Azərbaycan arasındakı iqtisadi əlaqələri daha da inkişaf etdirmək olar. Bunun üçün hər iki dövlətin sərhədyanı regionunun iqtisadi potensialı var.
Bu sözləri İran Prezidenti Məsud Pezeşkian Ərdəbil vilayətinə səfəri çərçivəsində yerli iş adamları ilə görüşü zamanı deyib.
O bildirib ki, vilayətin özünəməxsus potensialı var.
“Burada kənd təsərrüfatı və əkinçilik imkanları böyükdür. Tikinti materiallarının istehsalı və turizm sahəsində Azərbaycan ilə əməkdaşlıq əlaqələri daha da faydalı ola bilər”, - deyə İran Prezidenti qeyd edib.
M.Pezişkian Ərdəbil vilayətinin dəniz yolu ilə də qonşu dövlətlərlə ticarət əlaqəsi qurmaq imkanını vurğulayıb.
11-09-2025, 15:51
Azərbaycan bizim, biz də onların bəzi ərazilərinə nəzarət edirik - Simonyan


Azərbaycan bizim, biz də onların bəzi ərazilərinə nəzarət edirik - Simonyan

Sülh tələbi mənim tələbimdir, Azərbaycanın deyil. Bunu sentyabrın 11-də jurnalistlərlə söhbətində Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.
O, əmin edib ki, delimitasiya və demarkasiya olunmuş sərhədin olması, Azərbaycan kəndlərinin qaytarılması və bir erməni kəndinin Ermənistana qaytarılması onun tələbidir.
Azərbaycan qoşunlarının Ermənistan ərazisini tərk etməməsi ilə bağlı iradlara cavab olaraq Simonyan qeyd edib:
"Bəs Azərbaycan ərazisində erməni qoşunları yoxdurmu? Bu, sərhədin delimitasiya olunmayan hissələrinə aiddir. Təkcə anklav deyil, onlar bir çox yerlərdə öndədirlər, bir çox yerlərdə biz irəlidəyik. Onlar Ermənistanın 210 kvadrat kilometr ərazisinə, biz isə tutaq ki, onların 110 kvadrat kilometr ərazisinə nəzarət edirik. Məsələn, Tavuşda”.
O, etiraf edib ki, azərbaycanlılar böyük yerlərdə qabaqdadırlar. Parlamentin spikeri məlumat verib ki, hazırda Tavuşda iş gedir və Sünikdə ( Zəngəzurda-red.) artıq bir çox yerlərdə sərhədçilər yerləşdirilib.
Simonyanın fikrincə, kiçik ölkələr həmişə böyük dövlətlərə öz təsirlərini yaymaq üçün alver predmeti və alət olub. Simonyan deyib ki, bütün fövqəldövlətlər kiçik ölkələrə öz təsirlərini artırmağa çalışır, onlar da öz növbəsində onu azaltmağa çalışırlar.
“Bir ölkənin, sonra digərinin qucağına tələsməməliyik, çünki bütün xarici mərkəzlərin öz maraqları var”, - o vurğulayıb.
Alen Simonyan əmin edib ki, Ermənistan qonşularına, o cümlədən İrana qarşı heç nə etməyib və etmir. O, Rusiya və İranın rabitə blokunun açılması layihələrində iştirakını istisna etməyib və əlavə edib ki, onlar təkliflər verə bilərlər.
Parlamentin spikeri Türkiyənin kənd təsərrüfatı və tekstil məhsullarının Ermənistan bazarını boğacağı ilə bağlı narahatlıqları şişirdilmiş adlandırıb.
“İndi Ermənistanda türk malları var”, - deyə o, fikrini yekunlaşdırıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!