Yəməndə daşqınlar - Ölənlərin sayı artırYəmənin 4 vilayətində baş verən güclü sel fəlakəti nəticəsində ölənlərin sayı artıb.
Həyatını itirənlərin sayı 7-yə çatıb, onlardan 5-i uşaqlardır.
Məlumata görə, Şəbvə, Hadramevt, Lahic və Həccə vilayətlərində yağan leysan yağışları güclü selə səbəb olub.
Lahicin Tuben rayonunda baş verən seldə 1 nəfər həyatını itirib. Təbii fəlakət nəticəsində bir sıra evlər dağılıb.
Ölkənin Meteorologiya və Xəbərdarlıq Mərkəzi qarşıdakı saatlarda da intensiv yağışların davam edəcəyi barədə əhaliyə xəbərdarlıq edib.