Narkotik almağa pul vermədiyi üçün arvadını baltalayıb .....                        Azərbaycan opera kollektivi dünya səhnəsində .....                        "Qarabağ" və "Neftçi"dən Rəsulzadə ilə bağlı PAYLAŞIM .....                        Tramp 13 yaşlı qıza təcavüz etməkdə suçlanır .....                        "Mən azərbaycanlıyam!” deyib rəqibinə meydan oxudu - VİDEO .....                        “Problemlər xalqı görməməyimizdən irəli gəlir" - Pezeşkian .....                        Pakistanda eyni vaxtda 12 terror aktı - 10 polis öldü .....                        Məşhurlar narkotikə görə saxlanıldı - SİYAHI .....                        Suriya hökuməti SDQ ilə anlaşmaya nail oldu .....                       
30-04-2025, 11:57
Moskva Zelenskinin təhdidinə cavab verdi


Moskva Zelenskinin təhdidinə cavab verdi

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ukrayna prezidenti Vladimir Zelenskinin Rusiyaya mümkün hücumlara, o cümlədən Qələbə Paradını pozmaq təhlükəsinə eyham vurduğu bəyanata cavab verib.
Zaxarova Zelenskinin sözlərini Kiyevin terror siyasətinin birbaşa sübutu adlandırıb və onu sülh təşəbbüslərini pozmaqda ittiham edib.
“Kiyev rejimi sözün əsl mənasında terror aktları planlaşdırdığı halda ondan hansı “atəşkəs”dən danışmaq olar”, - Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Telegram kanalında yazıb.
Onun sözlərinə görə, Ukrayna liderinin oxşar bəyanatları bir daha təsdiqləyir ki, məhz Zelenski və onun radikal ətrafı sülh təşəbbüslərinə mane olur.
Xatırladaq ki, daha əvvəl Zelenski mayın 9-da Moskvada keçiriləcək Qələbə Paradına hücum etmək istəyinə eyham vurmuşdu.
O, Rusiya rəhbərliyinin tədbirin təhlükəsizliyinə şübhə ilə yanaşdığını qeyd edərək, bu narahatlıqların əsaslı olduğunu vurğulayıb. Bundan əlavə, Zelenski deyib ki, Rusiya tərəfi Ukrayna ərazisində davam edən hərbi münaqişəyə daha çox diqqət yetirməlidir.
29-04-2025, 15:11
Putin miqrantlarla bağlı yeni sərəncam verdi


Putin miqrantlarla bağlı yeni sərəncam verdi

Rusiyada miqrantlara hüquqi statuslarının nizama salınması üçün verilən müddət 133 gün uzadılıb.
Müvafiq sərəncamı Rusiya prezidenti Vladimir Putin imzalayıb.
Sərəncama əsasən, əcnəbi vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin Rusiya ərazisində hüquqi statusunun tənzimlənməsi müddəti 2025-ci il sentyabrın 10-dək uzadılıb.
Qeyd edək ki, Putinin ötən ilin sonunda imzaladığı sərəncama əsasən, miqrantlara hüquqi statuslarını nizama salmaq üçün aprelin 30-dək vaxt verilib.
Göstərilən müddətdə statuslarını nizamlamayan miqrantlar mayın 1-dən Rusiya ərazisindən deportasiya edilməli idi.
29-04-2025, 14:53
Restoranda yanğın oldu: 22 nəfər öldü


Restoranda yanğın oldu: 22 nəfər öldü

Çinin Liaoninq əyələtində yerləşən restoranlardan birində yanğın baş verib.
Yanğın nəticəsində 22 nəfər ölüb, 3 nəfər isə yaralanıb.
Yanğının səbəbi hələ ki məlum deyil. Hadisə ilə bağlı araşdırma aparılır.
Çin Xalq Respublikasının lideri yaralıların qısa müddət ərzində müalicə edilməsini və həyatını itirən 22 nəfərin ailələrinə lazımi dəstəyin göstərilməsini tapşırıb. Çin lideri həmçinin yanğının səbəbinin ən qısa müddətdə aydınlaşdırılıb təqsirkarların xalq önündə cəzalandırılmasına göstəriş verib.
29-04-2025, 14:16
Gürcüstan prezidenti Ermənistanla Azərbaycanı sülhə çağırdı


Gürcüstan prezidenti Ermənistanla Azərbaycanı sülhə çağırdı

“Həmkarımla görüşdə məmnunluqla qeyd etdim ki, dünyada mürəkkəb geosiyasi vəziyyət fonunda biz ölkələrimiz arasında sıx siyasi və iqtisadi əlaqələri, xalqlarımız arasında əlaqələri dərinləşdirməyə davam edirik. Sürətlə dəyişən geosiyasi şəraitdə regionda sabitliyin və sülhün bərqərar olması getdikcə daha çox əhəmiyyət kəsb edir”.
Bunu Gürcüstan prezidenti Mixail Kavelaşvili aprelin 29-da İrəvanda Ermənistan prezidenti Vaaqn Xaçaturyanla birgə mətbuat konfransında bildirib.
“Gürcüstan Ermənistan və Azərbaycanın sülh sazişinin şərtləri üzrə danışıqların başa çatması ilə bağlı bəyanatını birmənalı qarşılayıb. Hesab edirik ki, bu, Cənubi Qafqazın dinc, təhlükəsiz, sabit və inkişaf etmiş regionunun yaradılması üçün gələcək birgə səylər tələb edən mühüm prosesin başlanğıcıdır. Biz ümid edirik ki, Ermənistan və Azərbaycan yaxın gələcəkdə sülh sazişi imzalayacaqlar", - Kavelaşvili deyib.
O vurğulayıb ki, Ermənistan prezidenti ilə görüş zamanı müzakirələr aprelin 17-də Tbilisidə keçirilən və Cənubi Qafqaz ölkələri arasında üçtərəfli əməkdaşlığın başlanğıcı olan üçtərəfli görüşə yönəlib.
"Gürcüstan Cənubi Qafqazda sülh və sabitlik prosesini dəstəkləyir. Biz bütün sahələrdə regional əməkdaşlığı dərinləşdirməyə və ədalətli və dinc çoxfunksiyalı beynəlxalq nizamın formalaşmasına töhfə verməyə hazırıq", - deyə Kavelaşvili vurğulayıb.
29-04-2025, 13:49
Moskva Zelenskinin 30 günlük atəşkəs təklifinə cavab verdi


Moskva Zelenskinin 30 günlük atəşkəs təklifinə cavab verdi

Rusiya tərəfi Ukrayna prezidenti Vladimir Zelenskinin 30 günlük atəşkəs təklifinə cavab verib.
Sözügüdən təklifə münasibət bildirən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, bütün nüansları tənzimləmədən bu mümkün deyil.
Aprelin 28-də məlum olub ki, Rusiya prezidenti Vladimir Putin Böyük faşizm üzərində qələbənin 80 illiyi münasibətilə mayın 8-nə keçən gecədən 11-i gecə yarısına qədər atəşkəs elan edib.
Buna cavab olaraq Vladimir Zelenski ən azı 30 gün atəşkəs təklif etdi.
Peskov jurnalistlərə deyib: "Əgər belə uzunmüddətli atəşkəsdən danışırıqsa, o zaman prezident Vladimir Putinin Kremldə danışdığı nüanslar burada vacibdir. Həmin suallara cavab olmadan belə uzunmüddətli atəşkəsə getmək çətindir. Prezident Putin bu barədə danışıb, biz o sözləri hər dəfə xatırlamalıyıq".
29-04-2025, 13:29
Gürcüstan Prezidenti Paşinyanla görüşüb


Gürcüstan Prezidenti Paşinyanla görüşüb

Gürcüstan Prezidenti Mixail Kavelaşvili İrəvana rəsmi səfəri çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.
Məlumatı Gürcüstan Prezidentinin Administrasiyası yayıb.
Ermənistan Hökumət Evində baş tutan təkbətək görüşdə M.Kavelaşvili regional əməkdaşlıq və Cənubi Qafqazda sülh təşəbbüslərinə dəstəyini ifadə edib.
Tərəflər Gürcüstan və Ermənistan arasında mövcud olan səmərəli əməkdaşlıq və mehriban qonşuluq münasibətlərini müzakirə ediblər. Həmçinin, regionda mövcud çağırışlar, eyni zamanda Cənubi Qafqazda sülh və sabitliyin əhəmiyyəti müzakirə edilib.
Prezident Mixail Kavelaşvili bəyan edib ki, Gürcüstan 2025-ci il martın 13-də Ermənistan və Azərbaycan arasında sülh sazişi üzrə danışıqların tamamlanmasına dair verilmiş bəyanatı Cənubi Qafqazda davamlı sülh və sabitlik yolunda tarixi addım kimi qiymətləndirir.
Kavelaşvili, eyni zamanda, qeyd edib ki, bu yaxınlarda Tbilisidə Gürcüstan, Ermənistan və Azərbaycan Xarici İşlər Nazirlikləri arasında üçtərəfli görüş keçirilib və bu formatda əməkdaşlığın gələcəkdə də davam etdirilməsi regionun rifahı baxımından önəmlidir.
Onun sözlərinə görə, Gürcüstan Cənubi Qafqazda regional dialoq və əməkdaşlığın inkişafına sadiqdir və bu istiqamətdə təşəbbüsləri dəstəkləməyə hazırdır.
28-04-2025, 23:31
İspaniyada fövqəladə vəziyyət elan olundu


İspaniyada fövqəladə vəziyyət elan olundu

İspaniya Daxili İşlər Nazirliyi elektrik enerjisinin kəsilməsi ilə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib.
Bu barədə xarici media məlumat yayıb.
Bildirilib ki, yardıma ehtiyac olan Madrid, Andalusiya və Ekstremadura bölgələrində fövqəladə vəziyyət qüvvədə olacaq.
Qeyd edək ki, İspaniya, Fransa, Portuqaliya və Andorrada elektrik enerjisi qəfil kəsilib. Yerli vaxtla saat 12:00-da başlayan problem İspaniya və Portuqaliyada nəqliyyat, rabitə, səhiyyə xidmətlərində böyük fasilələrə səbəb olub. Eyni zamanda Madrid metrosu boşaldılıb, qatarlar dayanıb və hava limanları fəaliyyət göstərə bilməyib.
28-04-2025, 22:50
Məşhur yazıçı qətlə yetirildi


Məşhur yazıçı qətlə yetirildi

Məşhur alman yazıçısı Aleksandra Frelix qətlə yetirilib.
Onun cəsədini oğlu Hamburqda Elba çayının sahilindəki evində aşkarlayıb.
Hüquq-mühafizə orqanlarından verilən xəbərə görə, Frelixin ölümü zorakılıq nəticəsində baş verib.
İlkin məlumatlara əsasən, yazıçı gecə saatlarında qətlə yetirilib. Hadisənin detalları hələlik məlum deyil. Qətllə bağlı araşdırma aparılır.
28-04-2025, 22:03
Pekin Trampı təkzib etdi - Liderlər danışmayıb...


Pekin Trampı təkzib etdi - Liderlər danışmayıb...

Çinin Xarici İşlər Nazirliyi Çin lideri Si Cinpin ilə ABŞ Prezident Donald Tramp arasında yaxın zamanlarda telefon danışığının olmadığını bəyan edib.
XİN rəsmisi Quo Ciakun Trampın “Time” jurnalının müsahibəsində Si Cinpinin ona zəng etməsi barədə açıqlamasını şərh edib.
O, iki ölkə arasında rüsum məsələsinə dair heç bir danışığın aparılmadığını deyib.
"Bir daha izah edim ki, Çin və Amerika Birləşmiş Ştatları rüsum məsələsi ilə bağlı heç bir məsləhətləşmə və ya danışıqlar aparmır", - deyə Çin XİN rəsmisi qeyd edib
28-04-2025, 21:53
Rusiya ilə münasibətləri pozmaq niyyətimiz yoxdur - Paşinyan


Rusiya ilə münasibətləri pozmaq niyyətimiz yoxdur - Paşinyan

İrəvan Moskva ilə münasibətləri gərginləşdirmək və pozmaq niyyətində deyil, çünki iki ölkə arasında münasibətlər qarşılıqlı maraqlara əsaslanır.
Bu fikirləri Ermənistanın baş naziri Nikol Paşinyan Tallində estoniyalı həmkarı Kristen Mixal ilə birgə keçirdiyi mətbuat konfransında səsləndirib.
O bildirib ki, Ermənistanın xarici siyasəti müxtəlif istiqamətlərdə qurulub.
"Ermənistanla Rusiya arasındakı münasibətlər qarşılıqlı maraqlar üzərində dayanır və dayanacaq. Amma mən çox aydın şəkildə demək istəyirəm ki, Ermənistanda çox vaxt reallığı düzgün əks etdirməyən ifadələr olur. Bizim Rusiya ilə münasibətləri gərginləşdirmək və ya pozmaq niyyətimiz yoxdur. İrəvan bütün beynəlxalq tərəfdaşlarla, o cümlədən Azərbaycanla və Türkiyə ilə yaxşı münasibətlər qurmağı hədəfləyir”, - Paşinyan Moskvaya mesaj ünvanlayıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!