Füzulidə yanğın - Tüstüdən zəhərlənən var .....                        Azərbaycan "Prezident Kuboku"nda ilk medalı qazandı .....                        “Avroviziya” 1 həftə sonra başlayır! - Azərbaycan nə vaxt çıxış edəcək? .....                        Xınalığa dolu düşüb - VİDEO .....                        Azərbaycanda baş direktor və müavini cinayət başında saxlanıldı .....                        Prezident BMT Baş katibinin köməkçisini qəbul etdi .....                        Şoyqu müharibə ilə bağlı yeni göstəriş verdi .....                        İlham Əliyev İraq parlamentinin sədrini qəbul edib .....                        Gələn ay ardıcıl 5 gün iş olmayacaq .....                       
24-06-2023, 17:18
Rusiyada hər hansı problem Ukraynanın maraqlarına uyğundur - Kuleba


Rusiyada hər hansı problem Ukraynanın maraqlarına uyğundur - Kuleba

Ukrayna XİN başçısı Dmitri Kuleba hesab edir ki, Rusiyada hər hansı problem Ukraynanın maraqlarına uyğundur. Kuleba bunu "Espresso" telekanalına şərhində bildirib. “Düşmən arxasında yaranan istənilən üsyan, hər hansı problem bizim marağımızdadır", - o qeyd edib. Teleaparıcının Rusiyadakı üsyanın Ukrayna üçün mümkün nəticələri barədə sualına cavabında Kuleba deyib ki, bu barədə danışmaq və proqnozlaşdırmaq hələ tezdir. "Priqojin Rusiya dövlətinin bütün maşınına qarşı üsyan etdi. Ona görə də indi nəticələrini proqnozlaşdırmaq çox spekulyativ olardı. Amma bir daha təkrar edirəm ki, düşmən xəttinin arxasında hər hansı problem bizim qələbəmizin xeyrinədir", - nazir bildirib.
24-06-2023, 17:05
Putin ölkədəki fövqəladə hərbi vəziyyətlə bağlı qərar imzaladı


Putin ölkədəki fövqəladə hərbi vəziyyətlə bağlı qərar imzaladı

Rusiya prezidenti Vladimir Putin ölkədə fövqəladə hərbi vəziyyətlə bağlı qərar imzalayıb. Müvafiq qərarda bir sıra cəza mexanizmləri nəzərdə tutulub. Belə ki, fövqəladə hərbi vəziyyət rejimi ilə bağlı məhdudiyyətləri pozan şəxslərin 30 sutkalıq inzibati həbs edilməsi nəzərdə tutulub.
24-06-2023, 16:30
Putin türkiyəli həmkarıyla yaranmış vəziyyətlə bağlı danışıqlar apardı


Putin türkiyəli həmkarıyla yaranmış vəziyyətlə bağlı danışıqlar apardı

Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb. Putin Ərdoğana silahlı üsyana cəhdlə bağlı ölkədəki vəziyyət barədə məlumat verib. "Türkiyə prezidenti Rusiya rəhbərliyinin hərəkətlərini dəstəkləyib", - məlumatda deyilir. Telefon danışığı Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub.
Qeyd edək ki, bundan əvvəl Putin Belarus prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev və Özbəkistan prezidenti Şavkat Mirziyoyevlə də danışmışdı.
24-06-2023, 16:17
Putinin paytaxtı tərk etməsiylə bağlı yayılan məlumata açıqlama verildi


Putinin paytaxtı tərk etməsiylə bağlı yayılan məlumata açıqlama verildi

Kreml Rusiya prezidenti Vladimir Putinin paytaxt Moskvadan Sankt-Peterburqa uçması ilə bağlı yayılan məlumatlara münasibət bildirib. Bu barədə Putinin sözçüsü Dmitri Peskov məlumat yayıb. Onun sözlərinə görə, yayılan informasiya həqiqəti əks etdirmir. Peskov məlumatları təkzib etməklə yanaşı, Rusiya prezidentinin Kremldə iş başında olduğunu da diqqətə çatdırıb.
24-06-2023, 15:48
Meral Akşener yenidən İYİ partiyasının sədri oldu


Meral Akşener yenidən İYİ partiyasının sədri oldu

Bu gün Türkiyədə İYİ Partiyanın qurultayı baş tutub. Qurultay zamanı sədr seçkiləri də keçirilib. Beləliklə, partiyanın hazırkı sədri Meral Akşener növbəti müddətə yenidən sədr seçilib. Qeyd edək ki, İYİ Partiya sonuncu parlament seçkilərində 10 faizə yaxın səs toplayıb.
24-06-2023, 15:03
Vaqner Rostovun küçələrinə minalar yerləşdirir


Vaqner Rostovun küçələrinə minalar yerləşdirir

“Vaqner” muzdlu döyüşçüləri nəzarətə aldıqları Rostov şəhərinin küçələrinə TM-62 tank əleyhinə minalar yerləşdirir. Bu barədə Rusiyaya məxsus teleqram kanalları məlumat yayıb.
Qeyd edək ki, "Vaqner" muzdluları Rusiyada hərbi qiyam qaldırıb. Prezident Vladimir Putin xalqa müraciəti zamanı "Vaqner" rəhbərinin hərəkətlərini xəyanət adlandırıb. O, qiyamın yatırılması üçün müvafiq tapşırıqların verildiyini bildirib.
24-06-2023, 14:15
Polşa Prezidenti ordunun hazırlığa gətirilməsiylə bağlı əmr imzaladı


Polşa Prezidenti ordunun hazırlığa gətirilməsiylə bağlı əmr imzaladı

Rusiyada “Vaqner” muzdlularının qiyamı ilə əlaqədər olaraq Polşa ordusu yüksək səviyyəli döyüş hazırlığına gətirilir. Bu barədə Polşa Prezidenti Andjey Duda əmr imzalayıb.
Qeyd edək ki, "Vaqner" muzdluları Rusiyada hərbi qiyam qaldırıb. Prezident Vladimir Putin xalqa müraciəti zamanı "Vaqner" rəhbərinin hərəkətlərini xəyanət adlandırıb. O, qiyamın yatırılması üçün müvafiq tapşırıqların verildiyini bildirib.
24-06-2023, 14:00
Şarl Mişel Rusiyada baş verən hadisələrə münasibət bildirdi


Şarl Mişel Rusiyada baş verən hadisələrə münasibət bildirdi

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Rusiyada baş verən hadisələrə münasibət bildirib. Bu barədə siyasətçi twitter səhifəsində paylaşım edib. "Rusiyada hadisələrin inkişafını yaxından izləyirik. Avropalı liderlər və G7 müttəfiqləri ilə təmas halındayıq. Bu, aşkar surətdə Rusiyanın daxili məsələsidir. Ukraynaya və Zelenskiyə dəstəyimiz sarsılmazdır", - o qeyd edib.
24-06-2023, 13:30
Parçalanma xalqa xəyanətə gedən yoldur - Medvedev


Parçalanma xalqa xəyanətə gedən yoldur - Medvedev

Rusiyanın sabiq prezidenti, Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ölkədə baş verənlərə münasibət bildirib. O, sosial şəbəkə hesabında "Vaqner"in qiyam cəhdi ilə bağlı fikirlərini bölüşüb. "Vətənimizi parçalamağa, dövlətimizi məhv etməyə can atan xarici və daxili düşmənə qalib gəlmək üçün ən vacibi prezidentin, ölkə Silahlı Qüvvələrinin Ali Baş Komandanının ətrafında birləşməkdir. Parçalanma xalqa xəyanətə gedən yoldur. Ən böyük faciədir, ümumbəşəri fəlakətdir”, - Medvedev qeyd edib.
Qeyd edək ki, "Vaqner" muzdluları Rusiyada hərbi qiyam qaldırıb. Prezident Vladimir Putin xalqa müraciəti zamanı "Vaqner" rəhbərinin hərəkətlərini xəyanət adlandırıb. O, qiyamın yatırılması üçün müvafiq tapşırıqların verildiyini bildirib.
24-06-2023, 13:23
Putin bizi xəyanətdə ittiham etməklə yanılır - Priqojin


Putin bizi xəyanətdə ittiham etməklə yanılır - Priqojin

"Vaqner" muzdlularının rəhbəri Yevgeni Priqojin Rusiya Prezidenti Vladimir Putinin açıqlamasına münasibət bildirib. O, Putinin yanıldığını vurğulayıb. "Biz vətənpərvərlərik, bizə qarşı olanlar isə zibilin ətrafına toplaşanlardır. Putin bizi xəyanətdə ittiham etməklə yanılır", - o deyib. Priqojin silahı yerə qoymayacağını qeyd edib. "Biz Putinin və FTX-nin (Federal Təhlükəsizlik Xidməti - red.) tələbi ilə silahımızı yerə qoymaq fikrində deyilik. Biz korrupsiyanın hökm sürdüyü ölkədə yaşamaq istəmirik".
Qeyd edək ki, "Vaqner" muzdluları Rusiyada hərbi qiyam qaldırıb. Prezident Vladimir Putin xalqa müraciəti zamanı "Vaqner" rəhbərinin hərəkətlərini xəyanət adlandırıb. O, qiyamın yatırılması üçün müvafiq tapşırıqların verildiyini bildirib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!