Aşıqların dillər əzbəri – “Düşübdü” .....                        Füzulidə yanğın - Tüstüdən zəhərlənən var .....                        Azərbaycan "Prezident Kuboku"nda ilk medalı qazandı .....                        “Avroviziya” 1 həftə sonra başlayır! - Azərbaycan nə vaxt çıxış edəcək? .....                        Xınalığa dolu düşüb - VİDEO .....                        Azərbaycanda baş direktor və müavini cinayət başında saxlanıldı .....                        Prezident BMT Baş katibinin köməkçisini qəbul etdi .....                        Şoyqu müharibə ilə bağlı yeni göstəriş verdi .....                        İlham Əliyev İraq parlamentinin sədrini qəbul edib .....                       
25-06-2023, 14:07
Ukrayna hücumun ilk 2 həftəsinin təcrübəsindən istifadə edir


Ukrayna hücumun ilk 2 həftəsinin təcrübəsindən istifadə edir

Ukrayna ordusu taktikanı təkmilləşdirmək və əsas sahələrdə sabit irəliləyiş əldə etmək üçün əks-hücumun ilk 2 həftəsinin təcrübəsindən istifadə edir. Bu barədə "Ukrinform" məlumat yayıb. Bildirilib ki, Tavriya istiqamətində son sutka ərzində Ukrayna hərbçilərinin hücum əməliyyatlarında qismən uğur və müdafiədə taktiki mövqedə təkmilləşmə həyata keçirilir. Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.
25-06-2023, 12:50
NATO son vəziyyətlə bağlı Rusiyayla əlaqə saxladı


NATO son vəziyyətlə bağlı Rusiyayla əlaqə saxladı

NATO "Vaqner" muzdlularının çevriliş cəhdi ilə bağlı vəziyyətə görə Rusiya Müdafiə Nazirliyi ilə əlaqə saxlayıb. Bu barədə "La Repubblica" nəşri yazıb. Qəzetin məlumatına görə, NATO-nun diqqəti dərhal istifadəyə hazır olan 1400-dən çox nüvə başlığına yönəlib. "Qərb dərhal üsyançıların hərəkətlərində heç bir rol oynamadığını bildirmək istəyirdi", - məlumatda qeyd olunub.
Xatırladaq ki, "Vaqner" muzdluları Rusiyada hərbi qiyam qaldırıb. Prezident Vladimir Putin xalqa müraciəti zamanı "Vaqner" rəhbərinin hərəkətlərini xəyanət adlandırıb. O, qiyamın yatırılması üçün müvafiq tapşırıqların verildiyini bildirib. "Vaqner" döyüşçüləri gün ərzində Rostov və Voronej şəhərlərini, eləcə də Lipetsk vilayətini ələ keçirib. Daha sonra Priqojin qan tökülməsinin qarşısını almaq üçün "Vaqner"in geri çəkiləcəyini bildirib. Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya hakimiyyəti ilə Priqojin arasında danışıqlara vasitəçilik edib.
25-06-2023, 12:27
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Azərbaycanda iyunun 26-na gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında yağmursuz hava şəraiti gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz 27-32° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət 55-65 % olacaq. Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şərq küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 16-21° isti, gündüz 30-35° isti olacaq, dağlarda gecə 9-14° isti, gündüz 15-20° isti olacaq.
25-06-2023, 12:14
Belqorod PUA hücumuna məruz qaldı


Belqorod PUA hücumuna məruz qaldı

Rusiyanın Belqorod vilayətinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum olub. Bunu vilayətin qubernatoru Vyaçeslav Qladkov deyib. O bildirib ki, PUA-lar vurulub. Hücumla bağlı əlavə məlumat yayılmayıb.
24-06-2023, 22:36
Paşinyan Putinlə yaranmış vəziyyəti müzakirə etdi


Paşinyan Putinlə yaranmış vəziyyəti müzakirə etdi

Rusiya Prezidenti Vladimir Putin Ermənistan Baş naziri Nikol Paşinyan ilə telefon danışığı aparıb. Bu barədə Ermənistan hökuməti məlumat yayıb. Paşinyan və Putin Rusiyadakı son hadisələri müzakirə ediblər. Ermənistanın baş naziri Rusiya prezidentinə bildirib ki, Rusiya Federasiyasında baş verənlər bu ölkənin daxili işidir.
24-06-2023, 22:11
Putin Lukaşenkoya təşəkkür etdi


Putin Lukaşenkoya təşəkkür etdi

Rusiya Prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə telefon danışığı aparıb. Bu barədə Belarus Prezidentinin mətbuat xidməti məlumat yayıb. Lukaşenko danışıqların nəticələri barədə Putinə ətraflı məlumat verib. Putin "görülən işlərə görə" Lukaşenkoya təşəkkür edib.



24-06-2023, 21:10
Çevrilişin hazırlanmasında xarici mütəxəssislərin iştirak edir - Medvedev


Çevrilişin hazırlanmasında xarici mütəxəssislərin iştirak edir - Medvedev

Rusiya hakimiyyəti nüvə silahının quldurlar tərəfindən idarə olunmasına imkan verməyəcək. Bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib. O, üsyanı ölkədə hakimiyyəti ələ keçirmək üçün planlaşdırılmış əməliyyat adlandırıb və çevrilişin hazırlanmasında xarici mütəxəssislərin iştirak etdiyini iddia edib. “Biz ən böyük nüvə dövlətində dövlət çevrilişinin nəticələrini başa düşürük. Bəşəriyyət tarixində heç vaxt belə bir şey olmayıb ki, ən böyük nüvə silahı arsenalı quldurların nəzarəti altında olsun. Belə bir böhran təbii ki, bir ölkə ilə məhdudlaşmayacaq. Dünya məhv olmaq həddinə gətiriləcək. ...İşlərin belə getməsinə imkan verməyəcəyik", - Medvedev vurğulayıb.
24-06-2023, 20:40
“Vaqner" muzdluları “Rostelekom”un binasının girişində atəş açdı


“Vaqner" muzdluları “Rostelekom”un binasının girişində atəş açdı

Rusiyanın Rostov vilayətində atışma baş verib. Bu barədə "RİA Novosti" agentliyi məlumat yayıb. Bildirilir ki, Cənub Hərbi Dairəsinin qərargahı yaxınlığında 5 dəfəyə yaxın atəş açılıb. RT agentliyi qeyd edib ki, “Vaqner" muzdluları “Rostelekom”un binasının girişində atəş açıblar. Yayımlanan görüntülərdə döyüşçülərdən birinin avtomatdan bir neçə dəfə atəş açması əks olunub. Atışma yoldan keçənlər arasında panikaya səbəb olub.
Qeyd edək ki, "Vaqner" muzdluları Rusiyada hərbi qiyam qaldırıb. Prezident Vladimir Putin xalqa müraciəti zamanı "Vaqner" rəhbərinin hərəkətlərini xəyanət adlandırıb. O, qiyamın yatırılması üçün müvafiq tapşırıqların verildiyini bildirib. "Vaqner" döyüşçüləri gün ərzində Rostov və Voronej şəhərlərini, eləcə də Lipetsk vilayətini ələ keçirib.
24-06-2023, 20:02
Rusiyanın hakimiyyət orqanlarıyla Vaqner arasında danışıqlar gedir


Rusiyanın hakimiyyət orqanlarıyla Vaqner arasında danışıqlar gedir

Rusiya Federasiyasının hakimiyyət orqanları ilə "Vaqner" muzdlularının komandanlığı arasında danışıqlar gedir. Bu barədə Rusiya hakimiyyətinə yaxın teleqram kanalları məlumat yayıb. Danışıqların təfərrüatları açıqlanmayıb.
Qeyd edək ki, "Vaqner" muzdluları Rusiyada hərbi qiyam qaldırıb. Prezident Vladimir Putin xalqa müraciəti zamanı "Vaqner" rəhbərinin hərəkətlərini xəyanət adlandırıb. O, qiyamın yatırılması üçün müvafiq tapşırıqların verildiyini bildirib. "Vaqner" döyüşçüləri gün ərzində Rostov və Voronej şəhərlərini, eləcə də Lipetsk vilayətini ələ keçirib.
24-06-2023, 17:27
Rusiyadakı vəziyyətlə bağlı İran da münasibət bildirdi


Rusiyadakı vəziyyətlə bağlı İran da münasibət bildirdi

İran hakimiyyəti Rusiyada baş verən hadisələrə münasibət bildirib. Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani danışıb. O vurğulayıb ki, Rusiyada baş verən son hadisə Moskvanın daxili məsələsidir və İran bu ölkədə qanunun aliliyini dəstəkləyir.
Qeyd edək ki, "Vaqner" muzdluları Rusiyada hərbi qiyam qaldırıb. Prezident Vladimir Putin xalqa müraciəti zamanı "Vaqner" rəhbərinin hərəkətlərini xəyanət adlandırıb. O, qiyamın yatırılması üçün müvafiq tapşırıqların verildiyini bildirib. "Vaqner" döyüşçüləri gün ərzində Rostov və Voronij şəhərlərini, eləcə də Lipetsk vilayətini ələ keçirib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!