Rubinyandan sərt cavab: Solovyov itdir! .....                        İranda saxlanılan etirazçı edam ediləcək .....                        Deputat öz yerinə onu təyin etdi .....                        Ermənistan Solovyova görə Rusiyaya nota verdi .....                        Xüsusi icra məmurlarının xidmət haqqının ödənilməsi qaydası təsdiqləndi .....                        İrandakı bu etirazçılar çərşənbə günü EDAM EDİLƏCƏK .....                        Yeni gömrük yığımları tətbiq ediləcək .....                        Xaricdə təhsil üçün universitetlərin siyahısı AÇIQLANDI .....                        Kuba lideri Trampa cavab verdi .....                       
5-03-2024, 20:19
Mirzoyan rusiyalı həmkarıyla telefon danışığı apardı


Mirzoyan rusiyalı həmkarıyla telefon danışığı apardı

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan rusiyalı həmkarı Sergey Lavrov ilə telefon danışığı aparıb.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Telefon danışığında Rusiya tərəfinin təşəbbüsü ilə baş tutub.
İkitərəfli münasibətlər və regiondakı vəziyyət müzakirə edilib.
4-03-2024, 20:53
Bu həftə Rusiyaya məxsus 7 hərbi təyyarə məhv edilib - Zelenski


Bu həftə Rusiyaya məxsus 7 hərbi təyyarə məhv edilib - Zelenski

Ukrayna təkcə bu həftə Rusiyaya məxsus 7 hərbi təyyarəni məhv edib.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
"Fevralın əvvəlindən Rusiya 15 hərbi təyyarəsini itirib. Bu, onların itkilərinin düzgün dinamikasıdır”, - o, axşam videomüraciətində deyib.
Fevralın sonunda Ukrayna Silahlı Qüvvələri fevralın cəmi iki həftəsi ərzində Rusiyanın 13 döyüş təyyarəsini vurduqlarını, bu rəqəmin müharibənin əvvəlki aylarından xeyli çox olduğunu açıqlayıb.
4-03-2024, 20:42
Ərdoğan Yunanıstanın Baş naziriylə danışdı


Ərdoğan Yunanıstanın Baş naziriylə danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə telefon danışığı aparıb.
Bu barədə TRT kanalı məlumat yayıb.
Ərdoğan Miçotakisi ad günü münasibətilə təbrik edib.
4-03-2024, 19:27
Rusiya Türkiyəyə milyonlarla yumutya idxal etdi


Rusiya Türkiyəyə milyonlarla yumutya idxal etdi

Rusiya ötən həftə Azərbaycandan 2,7 milyon ədəd, Türkiyədən isə 633,6 min yumurta idxal edib.
Bununla da iki ölkədən yumurta idxalının ümumi həcmi 28,5 milyon ədədə çatıb.
Rusiya Azərbaycandan bu məhsulun idxalına noyabrda qərar verib və ilk tədarük dekabrın ikinci yarısında olub.
Rusiyanın Nazirlər Kabineti yanvarın 1-dən iyunun 30-na qədər 1,2 milyard yumurtanın rüsumsuz idxalına icazə verib.
4-03-2024, 16:12
Türkiyənin Böyük Birlik Partiyasının sədri qəzaya düşdü


Türkiyənin Böyük Birlik Partiyasının sədri qəzaya düşdü

Türkiyənin Böyük Birlik Partiyasının (BBP) sədri Mustafa Destici qəzaya düşüb.
Bu barədə TRT məlumat yayıb.
Desticinin də içində olduğu maşın qəza keçirib. Qəzada partiya sədri və BBP-nin Tokat vilayət təşkilatının rəhbəri Mustafa Omalar xəsarət alıblar.
Hələlik yaralıların vəziyyəti və qəzanın səbəbi məlum deyil.
Qeyd edək ki, mərhum siyasətçi Muhsin Yazıcıoğlunun yaratdığı partiya hazırda Cümhur İttifaqında təmsil olunur və hakim Ədalət və İnkişaf Partiyasının (AKP) siyasi müttəfiqidir.
4-03-2024, 15:43
Paşinyan Dünya Bankının vitse-prezidentini qəbul etdi


Paşinyan Dünya Bankının vitse-prezidentini qəbul etdi

Ermənistan baş naziri Nikol Paşinyan Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə vitse-prezidenti Antonella Bassanini qəbul edib.
Paşinyan infrastrukturun inkişafı, enerji, nəqliyyat, təhsil sahələrində həyata keçirilən birgə proqramların və onların gələcək davamlılığının təmin edilməsinin vacibliyini vurğulayıb.
Basani qeyd edib ki, Ermənistanın prioritetlərini nəzərə alan tərəfdaşlıq strategiyasının hazırlanması üzrə işlər yekun mərhələdədir.
Gələcək əməkdaşlıqla bağlı məsələlər müzakirə olunub.
3-03-2024, 13:50
İtaliya Husilərin pilotsuz uçuş aparatını vurdu


İtaliya Husilərin pilotsuz uçuş aparatını vurdu

İtaliyanın Duilio gəmisi Qırmızı dənizdə ona yaxınlaşan pilotsuz uçuş aparatını vurub.
Ekipaj özünümüdafiə prinsipi əsasında hərəkət etdiyini bildirib.
Qeyd edilib ki, PUA 6 kilometr məsafəyə yaxınlaşıb.
“Sözügedən gəmi hazırda Husi qruplaşmalarının hücumlarından sonra kommersiya marşrutları üzrə pulsuz naviqasiya təmin edən zonadadır”, - deyə bəyanatda bildirilir.
Müdafiə naziri Quido Krozetto qeyd edib ki, Husilərin ticarət gəmilərinə hücumları “terror xarakteri daşıyır və beynəlxalq hüququn pozulmasıdır”.
3-03-2024, 13:31
İsrailin şimalında hava xəbərdarlığı elan edildi


İsrailin şimalında hava xəbərdarlığı elan edildi

İsrailin şimalında raket atəşi təhlükəsi ilə bağlı hava xəbərdarlığı elan edilib.
Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
"İsrailin şimalında sirenlər səslənib", - məlumatda deyilir.
2-03-2024, 16:45
Ermənistanla münasibətlərinə yenidən baxıla bilər - Lavrov


Ermənistanla münasibətlərinə yenidən baxıla bilər - Lavrov

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkəsinin Ermənistanla münasibətlərinə yenidən baxa biləcəyini bəyan edib.
Bunu rusiyalı nazir III Antalya Diplomatiya Forumu çərçivəsində təşkil olunan brifinqdə deyib.
“Ermənistan tərəfi KTMT-ni onu tək qoymaqda ittiham edir. Amma real işlər bunun əksini göstərir”, - nazir deyib.
S.Lavrov xatırladıb ki, rəsmi İrəvan KTMT müşahidə missiyasının Ermənistanın Azərbaycanla sərhədində yerləşdirilməsindən imtina edib.
“KTMT-nin İrəvanda keçirilən tədbirində gecə yarıyadək təşkilatın missiyasının Azərbaycanla sərhəddə yerləşdirilməsi üçün mandatının formalaşması barədə sənəd üzərində iş aparılıb. Sənəd faktiki olaraq təşkilata daxil olan ölkələrin xarici işlər və müdafiə nazirlərinin birgə sənədi idi. Lakin buna baxmayaraq, səhəri gün Nikol Paşinyan bundan imtina etdi”, - S.Lavrov deyib.
Nazir qeyd edib ki, N.Paşinyan imtinaya səbəb kimi, KTMT-nin Azərbaycanı ittiham etməməsini gətirib.
“Amma bunun ardınca, çox qısa müddətdə Avropa İttifaqının sərhəddə missiyasına Ermənistan icazə verdi. Aİ də Azərbaycanı ittiham etməmişdi, amma ona etiraz etmədilər”, - rusiyalı nazir vurğulayıb.
O qeyd edib ki, rəsmi İrəvan regiondan kənar ölkələrlə əməkdaşlığa üstünlük verir.
“Əgər belədirsə, Ermənistan hakimiyyəti regionda olan bütün formatlar barədə qərar qəbul etməlidir. Biz Ermənistana qadağa qoya bilmərik. Amma qərarı xalq verməlidir. Bundan sonra isə Ermənistan hakimiyyəti yeni siyasət kursunu elan edə bilər. Belə bir şey bizi Ermənistanla münasibətlərə yenidən baxmağı məcbur edir. Onlar regionda olan digər əməkdaşlıq formatlarına da münasibət bildirməlidirlər”, - S.Lavrov bəyan edib.
2-03-2024, 10:56
Yanacaqdoldurma məntəqəsinə basqın edildi


[b] Yanacaqdoldurma məntəqəsinə basqın edildi[/b]

İrəvanda maskalı və silahlı şəxslər yanacaqdoldurma məntəqəsinə basqın edib.
Hadisə axşam saatlarında baş verib.
Hücum nəticəsində 2 nəfər yaralanıb.
Hadisə ilə bağlı istintaq şöbəsində cinayət işi başlanıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!