Ermənistanda poliqonda partlayış: hərbçi öldü .....                        Gəncədə 41 yaşlı kişi bıçaqlandı .....                        Kərəclə Tehranı birləşdirən körpünü vuruldu - 8 ölü, 95 yaralı .....                        Azərbaycanla Rusiya arasında hərbi-texniki əməkdaşlıq müzakirə olunub .....                        Elvin Cəfərquliyev "FIFA Series - 2026"in oyunçularından biri seçildi .....                        Salyanda dördotaqlı ev kül oldu .....                        Hörmüzdən keçiddə rüsum ideyasını 40-dan çox ölkə rədd etdi .....                        Tramp onu vəzifəsindən azad etdi .....                        İran və Rusiyanın baş diplomatları nə danışdılar? .....                       
14-05-2024, 20:49
Tbilisidəki aksiyada tutulanların sayı açıqlandı


Tbilisidəki aksiyada tutulanların sayı açıqlandı

Tbilisidə parlament binasının qarşısında keçirilən aksiyada 13 nəfər saxlanılıb.
Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirillib ki, onlar polisin qanuni tələbinə məhəl qoymama və xırda xuliqanlığa görə saxlanılıblar.
DİN aksiya zamanı yol verilən bütün qanunsuz halların araşdırılacağını bəyan edib.
14-05-2024, 19:53
Ferma işçilərini daşıyan avtobus qəzaya uğradı - 8 ölü


Ferma işçilərini daşıyan avtobus qəzaya uğradı - 8 ölü

ABŞ-ın Florida ştatında avtobus qəzası nəticəsində
8 nəfər ölüb.
Hadisə zamanı xəsarət almış 45 sərnişin müxtəlif xəstəxanalara yerləşdirilib. Onlardan 8 nəfərin vəziyyəti ağırdır. Florida Yol Təhlükəsizliyi və Nəqliyyat Vasitələri Departamentinin yaydığı məlumata görə, 53 nəfər ferma işçisini daşıyan avtobus hərəkətdə olarkən qarşıdan gələn yük maşını ilə toqquşub. Nəticədə avtobus yoldan çıxaraq aşıb.
14-05-2024, 18:40
Hakan Fidan Umerovla danışıqlar apardı


Hakan Fidan Umerovla danışıqlar apardı

Türkiyə xarici işlər naziri Hakan Fidan Ukraynanın müdafiə naziri Rüstəm Umerovla görüşüb.
Bu barədə Türkiyə XİN-in mətbuat xidməti məlumat yayıb.
Görüş Ankarada baş tutub.
14-05-2024, 16:47
Gürcüstan parlamenti qalmaqallı qanunu qəbul etdi


Gürcüstan parlamenti qalmaqallı qanunu qəbul etdi

Gürcüstan parlamenti hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının təqdim etdiyi “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini üçüncü oxunuşda qəbul edib.
Qanun layihəsinin lehinə 84, əleyhinə 30 deputat səs verib.
Bununla da ölkədə ciddi narazılığa və qarşıdurmaya səbəb olan qanun layihəsi qəbul edilib və yaxın bir neçə gün ərzində təsdiqlənmək üçün Prezident Salome Zurabişviliyə təqdim olunacaq.
Qeyd edək ki, “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin qəbul edilməsindən sonra Tbilisidə mitinq iştirakçıları ilə polis arasında qarşıdurma yaşanıb, iğtişaşlar baş verib.
Gürcüstan polisi iğtişaşçıların qarşısını almağa çalışır.
14-05-2024, 15:09
İrəvan çalxalanır – Keşiş etirazçıları meydana qaytardı


İrəvan çalxalanır – Keşiş etirazçıları meydana qaytardı

İrəvanda gərginlik davam edir. Erməni Apostol Kilsəsinin Tavuş Yeparxiyasının primatı, arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi yürüş iştirakçıları İrəvanın Qaregin Njde meydanından metro ilə Respublika meydanına qayıdıblar.
Bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Qalstanyanın qeyd etdiyi kimi, yürüş iştirakçıları dincəlməlidirlər və onun bir neçə mühüm görüşü nəzərdə tutulub.
“Biz heç nə etmirik, sadəcə olaraq müxtəlif yerləri ziyarət edirik. Tezliklə görüşlərim olacaq. Onlar son dərəcə vacibdir. Bir az dincələcəyik. Saat 19:00-da Surb Anna kilsəsinin həyətində görüşəcəyik”, - Qalstanyan bildirib.
Qeyd edək ki, bu gün səhər saatlarında Erməni Apostol Kilsəsinin Tavuş Yeparxiyasının primatı İrəvan Dövlət Universitetinin həyətində olub və burada gənclər onu rəqslə qarşılayıblar. Sonra o, Ermənistan Jurnalistlər Birliyinə baş çəkib, burada mətbuat nümayəndələrinin suallarını cavablandırıb.
Xatırladaq ki, bu gün səhər saatlarından irimiqyaslı itaətsizlik aksiyaları keçirilir, küçələr bağlanır. “Qırmızı berelilər” etirazçıların bir qisminə güc tətbiq edərək həbs ediblər.
14-05-2024, 14:09
“Türkiyənin Avropa İttifaqına daxil olması illüziyadır” - Nazir


“Türkiyənin Avropa İttifaqına daxil olması illüziyadır” - Nazir

Ankarada rəsmi səfərdə olan Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq Türkiyənin Avropa İttifaqına (Aİ) daxil olması ehtimalını illüziya kimi qiymətləndirib.
“Der Standard” nəşri Avstriya diplomatiyasının rəhbərinin sözlərindən sitat gətirib:
“Türkiyə uzun illərdir ki, söz və hərəkətlərlə Avropa İttifaqını tərk edir. Türkiyənin Avropa İttifaqına daxil olması illüziyadır”.
Eyni zamanda, Şallenberq Türkiyənin Aİ-yə tam üzv olması əvəzinə Ankara ilə Brüssel arasında “praqmatik əməkdaşlığı dəstəkləyən real qonşuluq konsepsiyası”nın nəzərdən keçirilməsini təklif edib.
14-05-2024, 12:40
Türkiyənin Ali Məhkəməsinə yeni sədr seçildi


Türkiyənin Ali Məhkəməsinə yeni sədr seçildi

Türkiyənin Ali Məhkəməsinə yeni sədr seçilib.
Bu barədə "TRT Haber" məlumat yayıb.
Bildirilib ki, bundan sonra Ömer Kerkez Ali Məhkəməyə sədrlik edəcək.
O, Ali Məhkəməyə 37-ci tur seçkilərində 193 səs yığıb.
14-05-2024, 12:10
Putin onlara vəzifə verdi - Siyahı


Putin onlara vəzifə verdi - Siyahı

Rusiya prezidenti Vladimir Putin Kremldə bir sıra təyinatlarla bağlı qərar imzalayıb.
Bu barədə Kreml məlumat yayıb.

Anton Vayno - Prezident Administrasiyasının rəhbəri,

Aleksey Qromov - Prezident Administrasiyası rəhbərinin birinci müavini,

Sergey Kiriyenko - Prezident Administrasiyası rəhbərinin birinci müavini,

Dmitri Kozak - Prezident Administrasiyası rəhbərinin müavini,

Maqomedsalam Maqomedov - Prezident Administrasiyası rəhbərinin müavini,

Vladimir Ostrovenko - Prezident Administrasiyası rəhbərinin müavini,

Dmitri Peskov - Prezident Administrasiyası rəhbərinin müavini - Rusiya Federasiyası Prezidentinin mətbuat katibi.

Kremldən yayılan məlumata görə, həmçinin Maksim Oreşkin prezident administrasiyası rəhbərinin müavini təyin edilib.
14-05-2024, 12:05
Putin Patruşevi özünə köməkçi götürdü


Putin Patruşevi özünə köməkçi götürdü

Aleksey Dyumin Rusiya Federasiyası Prezidentinin köməkçisi təyin edilib
Bu barədə Kreml məlumat yayıb.
Vladimir Putin, həmçinin Təhlükəsizlik Şurasının sabiq katibi Nikolay Patruşevi öz köməkçisi təyin edib.
Qeyd edək ki, Patruşevin əvvəlki vəzifəsinə sabiq müdafiə naziri Sergey Şoyqu gətirilib.
14-05-2024, 11:49
Almaniya üçüncü "Patriot" sistemini Ukraynaya göndərir


Almaniya üçüncü "Patriot" sistemini Ukraynaya göndərir

Almaniya üçüncü "Patriot" sistemini Ukraynaya təhvil verəcək.
Bunu federal kansler Olaf Şolts bildirib.
Mətbuat konfransı zamanı o qeyd edib ki, belə bir qərar qəbul etmək asan olmayıb, çünki Almaniyada xidmətdə çoxlu "Patriot" yoxdur.
Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Krım isə 2014-cü ildə ilhaq olunub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!