Abbas Əraqçi Cenevrədə BQXK prezidenti ilə görüşüb .....                        Gəncədə yanğın: Tüstüdən zəhərlənənlər var .....                        Azərbaycan nümayəndələri Ermənistana bu kənddən daxil olub .....                        Bakıda 23 yaşlı oğlan ondan ayrılmaq istəyən sevgilisini maşında döydü .....                        “Apple” yaxın zamanda ucuz “MacBook” təqdim edəcək .....                        Paytaxtda müəmmalı ölüm: "Medi Hall" tibb müəssisəsində nə baş verir? .....                        İsrail HƏMAS-a 60 gün vaxt verəcək .....                        Azərbaycanda dəbdəbəli yas mərasimlərinin qarşısı alınacaq .....                        Mehriban Əliyeva yenidən Gimnastika Federasiyasının prezidenti seçildi .....                       
Tarix : 14-05-2024, 15:09
İrəvan çalxalanır – Keşiş etirazçıları meydana qaytardı


İrəvan çalxalanır – Keşiş etirazçıları meydana qaytardı

İrəvanda gərginlik davam edir. Erməni Apostol Kilsəsinin Tavuş Yeparxiyasının primatı, arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi yürüş iştirakçıları İrəvanın Qaregin Njde meydanından metro ilə Respublika meydanına qayıdıblar.
Bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Qalstanyanın qeyd etdiyi kimi, yürüş iştirakçıları dincəlməlidirlər və onun bir neçə mühüm görüşü nəzərdə tutulub.
“Biz heç nə etmirik, sadəcə olaraq müxtəlif yerləri ziyarət edirik. Tezliklə görüşlərim olacaq. Onlar son dərəcə vacibdir. Bir az dincələcəyik. Saat 19:00-da Surb Anna kilsəsinin həyətində görüşəcəyik”, - Qalstanyan bildirib.
Qeyd edək ki, bu gün səhər saatlarında Erməni Apostol Kilsəsinin Tavuş Yeparxiyasının primatı İrəvan Dövlət Universitetinin həyətində olub və burada gənclər onu rəqslə qarşılayıblar. Sonra o, Ermənistan Jurnalistlər Birliyinə baş çəkib, burada mətbuat nümayəndələrinin suallarını cavablandırıb.
Xatırladaq ki, bu gün səhər saatlarından irimiqyaslı itaətsizlik aksiyaları keçirilir, küçələr bağlanır. “Qırmızı berelilər” etirazçıların bir qisminə güc tətbiq edərək həbs ediblər.


Paylaş



Bölmə: Dünya / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!