1-04-2023, 23:59
Tornado qurbanlarının sayı 18 nəfərə çatdıABŞ-ın bir neçə ştatında baş verən tornado ən azı 18 nəfərin həyatına son qoyub. Bu barədə CNN telekanalı məlumat yayıb. Tennessi ştatında 7 nəfər, Arkanzas ştatında 4 nəfər, İndiana ştatında 3 nəfər ölüb. Çoxlu sayda yaralının olduğu bildirilir.
1-04-2023, 23:57
İran silkələndiİranın Fars vilayətinin Mehr şəhərindən 29 kilometr cənub-şərqdə zəlzələ olub. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. 5.1 bal gücündə qeydə alınan zəlzələnin ocağı 2 kilometr dərinlikdə yerləşib. Dağıntı və tələfat barədə məlumat açıqlanmayıb.
1-04-2023, 23:55
Suriya XİN başçısı vətəndaş müharibəsindən sonra ilk dəfə Misirə getdiSuriyanın xarici işlər naziri Faysal Mekdad 2011-ci ildə vətəndaş müharibəsindən sonra ilk dəfə Misirə səfər edib. O, Qahirədə misirli həmkarı Sameh Şükri ilə görüşüb. "Reuters" agentliyi bildirir ki, səfərin məqsədi Misir və Səudiyyə Ərəbistanının vasitəçiliyi ilə Suriyanın Ərəb Liqasına üzvlüyünü bərpa etməkdir. Ərəb Liqası 2011-ci ildə Suriyanın üzvlüyünü dayandırıb və bir çox ərəb dövlətləri öz səfirlərini Dəməşqdən çıxarıb.
1-04-2023, 23:51
Zelenski fransalı həmkarıyla “sülh formulu”nu müzakirə etdiUkrayna Prezidenti Volodimir Zelenski fransalı həmkarı Emmanuel Makronla telefon danışığı aparıb. Bu barədə Zelenski özünün "Twitter" hesabında yazıb. O qeyd edib ki, telefon danışığı 1 saat davam edib. Liderlər Ukrayna və Fransa arasında müdafiə sahəsində qarşılıqlı əlaqələri müzakirə ediblər. "Cəbhədəki vəziyyətlə bağlı ətraflı məlumat verdim. Biz Sülh Formulunun həyata keçirilməsi üçün addımlar, qarşıdan gələn beynəlxalq tədbirlərdə koordinasiyalı işləmək barədə də danışdıq", - Zelenski deyib.
1-04-2023, 23:45
Zelenski bu ölkələrə sanksiya tətbiq etdiUkrayna prezidenti Volodimir Zelenski Rusiyaya qarşı yeni sanksiyaları təsdiq edib. Bu barədə Ukrayna Prezidentinin saytında məlumat yayılıb. Hazırda Ukraynada fəaliyyət göstərən və mühərrik istehsalı ilə məşğul olan "Motor Siç" şirkətinin keçmiş sədri Vyaçeslav Boquslayeva və Rusiya Maliyyə Nazirliyinə qarşı məhdudiyyətlər tətbiq edilib. Qeyd olunub ki, Rusiyadan olan 350-dən çox fiziki və hüquqi şəxsə qarşı sanksiyalar qüvvəyə minib. Rusiya Maliyyə Nazirliyi ilə yanaşı, Federasiya Şurasına da (parlamentin yuxarı palatası) sanksiyalar tətbiq edilib. Bundan əlavə, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Cihad Araşdırma və Özünə Güvən Təşkilatı və səkkiz İran vətəndaşı da "qara siyahı"ya salınıb.
1-04-2023, 23:43
Finlandiyanın NATO-ya üzvlüyü rəsmi olaraq təsdiqləndiTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı protokolu təsdiq edib. Qərar “Rəsmi Qəzet”də dərc olunub. Finlandiyanın Madriddə verdiyi vədləri yerinə yetirdiyi müəyyən edildikdən sonra 2022-ci il iyulun 5-də Brüsseldə imzalanmış “Finlandiya Respublikasının Şimali Atlantika Müqaviləsinə qoşulması haqqında Protokol” təsdiq olunub. Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyə parlamenti Finlandiyanın NATO-ya üzv olmasına müsbət səs verib.
1-04-2023, 14:55
Finlandiyanın NATO-ya üzvlüyü rəsmi olaraq təsdiqləndiTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı protokolu təsdiq edib. Qərar “Rəsmi Qəzet”də dərc olunub. Finlandiyanın Madriddə verdiyi vədləri yerinə yetirdiyi müəyyən edildikdən sonra 2022-ci il iyulun 5-də Brüsseldə imzalanmış “Finlandiya Respublikasının Şimali Atlantika Müqaviləsinə qoşulması haqqında Protokol” təsdiq olunub. Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyə parlamenti Finlandiyanın NATO-ya üzv olmasına müsbət səs verib.
1-04-2023, 14:52
Rusiya Ukraynanın 9 vilayətini atəşə tutduÖtən sutka Rusiya qoşunları Ukraynanın 9 vilayətində yüz yaşayış məntəqəsini atəşə tutub. Bu barədə Ukrayna Hərbi Media Mərkəzi məlumat yayıb. Məlumata görə, zərbələr nəticəsində 7 nəfər ölüb, 12 nəfər yaralanıb. Rusiya ordusu ümumilikdə 100 yaşayış məntəqəsini müxtəlif növ silahlardan atəşə tutub.
1-04-2023, 14:46
Moldova prezidenti ukraynalı həmkarı ilə bir sıra məsələləri müzakirə etdiMoldova Prezidenti Maya Sandu ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşü barədə məlumat yayıb. Bu barədə o, özünün "Twitter" hesabında yazıb. O qeyd edib ki, görüş zaman enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq məsələsi və Avropa İttifaqına inteqrasiyada birgə fəaliyyətlər müzakirə olunub. “Mən Ukrayna Prezidenti ilə gündəlikdə duran məsələləri, o cümlədən infrastrukturun modernizə edilməsi və genişləndirilməsi layihələri üzrə əməkdaşlığımızı, enerji təhlükəsizliyinin gücləndirilməsini müzakirə etdim. Həmçinin Avropa İttifaqına daxil olmaq üzrə danışıqlar prosesinin başlanması üçün səylərimizi daha yaxşı koordinasiya etmək barədə razılığa gəldik”, - deyə Sandu bildirib. Xatırladaq ki, Zelenski dünən moldovalı həmkarı, həmçinin Slovakiya, Sloveniya və Xorvatiyanın baş nazirləri Eduard Heger, Robert Qlob və Andrey Plenkoviçlə birlikdə Rusiya ordusunun qətliam törətdiyi Buça şəhərinə səfər edib.
1-04-2023, 14:34
Erməni hərbiçilər arasında atışma baş veribErmənistanın cənub-şərq sərhədində hərbçilər arasında atışma olub. Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Hadisə əlverişsiz hava şəraiti səbəbindən erməni hərbçilər arasında anlaşılmazlıq zəminində baş verib. Atışma zamanı Ermənistan ordusunun hərbi qulluqçusu Hraçya Saruxanyan ölüb, daha bir hərbçi isə yaralanıb. İnsidentin başvermə səbəbləri araşdırılır.