Azərbaycanın Xalq artisti vəfat etdi .....                        Ermənistanda qumbara partlatmaq istədilər .....                        İlham Əliyev Trampa zəng etdi .....                        NATO rəhbəri Türkiyədə kimlərlə görüşdü? .....                        65 yaşını keçən müəllimlərlə bağlı rəsmi AÇIQLAMA .....                        "Bəy hamamı"nda yanğın .....                        Bakı-Qazax yolunda 4 maşın toqquşdu - Xəsarət alanlar var .....                        Türk Dünyası ölkələrinin yeni birliyi yaradıldı .....                        Ədalət Verdiyevi neçə il həbs gözləyir? .....                       
Tarix : 10-04-2024, 16:22
“Bizim nə Bağanıs Ayrım, nə də Aşağı Əskipara adlı kəndlərimiz olub” - Paşinyan


“Bizim nə Bağanıs Ayrım, nə də Aşağı Əskipara adlı kəndlərimiz olub” - Paşinyan

“Bizim nə Bağanıs Ayrım, nə də Aşağı Əskipara adlı kəndlərimiz olub”.
Bunu aprelin 10-da Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərə bildirib.
O deyib ki, Sovet Ermənistanı və Ermənistan Respublikası ərazisində belə kəndlər heç vaxt olmayıb.
Bununla yanaşı, Paşinyan əlavə edib ki, Ermənistan Respublikası ərazisində Voskepar və Bağanıs adlı kəndlər olub və olacaq.
Nikol Paşinyan Tavuş rayonunun bir millimetr ərazisinin belə mübahisələndirilə biləcəyi ehtimalını yalan və böhtan adlandırıb.
Onun fikrincə, bu mövzunun müzakirəsi siyasi dividendlər qazanmaq cəhdidir və “müəyyən anti-dövlət qüvvələri tərəfindən maliyyələşdirilən şəxsləin uydurmalarıdır”.
Paşinyan Azərbaycan qoşunlarının erməni kəndlərinin yaxınlığında yerləşə biləcəyinin xatırladılmasına cavab olaraq Qafandakı oxşar vəziyyəti arqument kimi göstərib. O deyib ki, indi də Tavuşun digər kəndləri - Ayqehovit, Berkaber, Ayqepar Azərbaycan qüvvələrinə yaxındır və bu region artıq 30 ildir sərhəddən bir neçə metr aralıdadır.
Paşinyan əmin edib ki, xəritələr razılaşdırılmayana qədər heç bir delimitasiya prosesi olmayacaq. Lakin Azərbaycanın tələb etdiyi 4 kənd məsələsi bu prosesə daxil deyil və Paşinyan bunun səbəbini dəfələrlə izah etdiyini vurğulayıb.
Baş nazirin sözlərinə görə, kəndlər məsələsi Alma-Ata bəyannaməsi və Ermənistan SSR-in Ermənistan, Azərbaycan SSR-in isə Azərbaycan olması faktı ilə həll olunur. Buna görə də o kəndlər Azərbaycanlıdır.
Paşinyan bir daha bəyan edib ki, “Ermənistanda belə adda kəndlər yoxdur” və sonda jurnalistləri qınayıb: “Siz sonuncu dəfə nə vaxt Berkaberdə olmusunuz?”.
Xatırladaq ki, Paşinyanın bəhs etdiyi Bağanıs Ayrım və Aşağı Əskipara kəndləri Azərbaycanın Qazax rayonuna məxsusudur. Qazaxın həmin 2 kəndi ilə yanaşı, daha 5 yaşayış məntəsəi – Qızılhacılı, Xeyrimli, Yuxarı Əskipara, Barxudarlı və Sofulu 90-cı illərin əvvəllərində Ermənistan tərəfindən işğal olunub.
Bu kəndlərdən 4-ü (Bağanıs Ayrım, Aşağı Əskipara, Qızılhacılı, Xeyrimli) esklav olmayan yaşayış məntəqələridir, 3-ü isə (Yuxarı Əskipara, Barxudarlı, Sofulu) ekslavdır (hər tərəfdən Ermənistan ərazisilə əhatə olunub).
Hazırda kəndlərin Azərbaycana qaytarılması gündəmin əsas müzakirə məsələsidir. Azərbaycan tərəfi Ermənistandan qanunsuz olaraq Tavuş bölgəsinə daxil etdiyi bu kəndlərin 4-nü ilk növbədə qeyd-şərtsiz qaytarılmasını istəyir. Rəsmi Bakı bildirib ki, daha sonra digər 3 kəndin və Naxçıvanın işğal altındakı esklav olan Kərki kəndinin qaytarılması məsələsi müzakirə olunmalıdır.
Ermənistanda isə hələ ki buna müqavimət göstərilir, proses uzadılır.
Ermənistanın baş naziri Nikol Paşinyan da bir müddət əvvəl Tavuş bölgəsində keçirdiyi görüşdə bəyan etmişdi ki, kəndləri təcili qaytarmasalar, müharibə olacaq. Onun bu bəyanatı Ermənistandakı revanşist qüvvələr tərəfindən etirazla qarşılanmış, Paşinyan qorxaqlıqda suçlanmışdı.


Paylaş



Bölmə: Dünya / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!