Rusiyada azərbaycanəsilli polis rəisi saxlanıldı - VİDEO .....                        Azərbaycan-Ermənistan sülh danışıqlarını yaxından izləyirəm - Ərdoğan .....                        İtkin düşən qadın sosial şəbəkə vasitəsilə tapıldı .....                        Salyanda avtomobil kanala aşdı - 3 nəfər öldü .....                        Bu ölkə Rusiyaya milyonlarla mərmi göndərdi .....                        Açıq havada qalmayın - XƏBƏRDARLIQ .....                        6 nəfər imtahandan qovuldu .....                        PKK-nın 11 düşərgəsi ləğv ediləcək .....                        Ukrayna polkovnikini öldürən rus agentləri zərərsizləşdirildi .....                       
14-05-2023, 11:43
Qısa müddətdə əks-hücumla bağlı addımlar atılacaq - Zelenski


Qısa müddətdə əks-hücumla bağlı addımlar atılacaq - Zelenski

Ukrayna Prezidenti Vladimir Zelenski əks-hücuma böyük əzmlə hazırlaşdıqlarını, qısa zamanda mühüm addımlar atacaqlarını bildirib. Rusiyanın 24 fevral 2022-ci ildə Ukraynaya hücumundan sonra ilk dəfə İtaliyanın paytaxtı Romaya səfər edən Zelenski rəsmi təmaslarını başa vurduqdan sonra axşam saatlarında İtaliya dövlət televiziyasında proqrama qatılaraq italyan jurnalistlərin suallarını cavablandırıb. Zelenski İtaliya və Fransanın dəstəyi ilə səmalarını qoruya bildiklərini, bu ölkələrdən alınan hava hücumundan müdafiə sistemləri olmasaydı, daha çox itki verəcəklərini söyləyib.Əhəmiyyətli olanın müharibəni bitirmək olduğunu deyən Ukrayna Prezidenti, xaos içində yaşamaq istəmədiklərini əlavə edib. Putinlə danışmaq istəmədiyini vurğulayan Zelenski Ukraynanın çıxış yolunun əks-hücum olduğunu bildirib. O, həmçinin Ukraynanın Krım sərhədinə çatdığı təqdirdə Rusiya daxilində Putinə dəstəyin azalacağını iddia edib. Qeyd edək ki, Ukraynanın əks-hücumunun nə vaxt baş verəcəyi ilə bağlı suala isə Zelenski: "Qısa müddətdə mühüm addımlar atılacaq. Biz böyük əzmlə hazırlaşırıq. Zamanla bağlı dəqiq tarix açıqlaya bilmərəm, ancaq biz qələbəyə inanırıq", - deyə cavab verib.
13-05-2023, 20:14
Zelenski Roma papası ilə görüşdü


Zelenski Roma papası ilə görüşdü

Ukrayna Prezidenti Volodimir Zelenski Roma papası Fransisk ilə görüşüb. Bu barədə Ukrayna KİV məlumat yayıb. Görüş 40 dəqiqə çəkib. Papa Fransisk və Zelenski bir-birinə hədiyyələr təqdim ediblər. Qeyd edək ki, Zelenski bu gün İtaliyaya səfər edib.
13-05-2023, 19:27
Ukrayna prezidenti italiyalı həmkarıyla görüşdü


Ukrayna prezidenti italiyalı həmkarıyla görüşdü

Ukrayna Prezidenti Volodimir Zelenski Romada italiyalı həmkarı Sercio Matarella ilə görüşüb. Matarella Zelenskini Quirinale adlanan prezident sarayında qarşılayıb. İtaliya Prezidenti Zelenskiyə tam dəstəyini ifadə edib, Zelenski isə dəstəyə görə ona təşəkkür edib.
13-05-2023, 19:19
Türkiyədə seçkilərlə bağlı təbliğat qaydası dayandırıldı


Türkiyədə seçkilərlə bağlı təbliğat qaydası dayandırıldı

Türkiyədə sabah keçiriləcək seçkilərdə təbliğat kampaniyası bu gün yerli vaxtla saat 18:00-da dayandırılıb. Prezidentliyə namizədlər və siyasi partiya nümayəndələri son çıxışlarını TRT telekanalları və radioları ilə ediblər. Parlament seçkilərinə qatılan 24 partiyanın təmsilçiləri saat 12:53-dən etibarən püşklə müəyyənləşən sıra ilə vədlərini seçicilərə çatdırıb. Xatırladaq ki, Türkiyədə mayın 14-də keçiriləcək prezident və parlament seçkilərində 60 milyon 697 min 843 seçici səs verəcək.
13-05-2023, 18:09
Fransada nümayişlərin təşkili qadağan edildi


Fransada nümayişlərin təşkili qadağan edildi

Bu il mayın 16-dan 27-dək Fransada 76-cı Kann Film Festivalı keçiriləcək. Kann şəhərinin yerləşdiyi Alpes-Maritimes vilayətinin rəhbərliyi tərəfindən dərc edilən qərarda şəhərin festival zamanı 120 min insanı qəbul edəcəyi bildirilib. Vilayət rəhbərliyi tərəfindən verilən qərarda qeyd edilib ki, mayın 16-dan mayın 28-si saat 06:00-dək festival ərazisində nümayiş təşkil etmək qadağan olunub.
13-05-2023, 15:33
Ərdoğandan ABŞ prezidentinə mesaj


Ərdoğandan ABŞ prezidentinə mesaj

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulun Ümraniyyə ərazisində keçirilən mitinqdə iştirak edib. Ərdoğan burada ABŞ Prezidenti Co Baydenə də mesaj göndərib. O, sabah keçiriləcək seçkinin nəticəsinin Baydenə dərs verəcəyini bildirib: "Bilirsiniz, ölkəmizin təhlükəsizlik maraqları üçün Aralıq dənizində, Egeydə dik durduğumuz məsələlər var, NATO-da hamısı təslimçilik bayrağını qaldıracaq. Kamal bəy nə deyir, Rusiyaya qarşı sanksiyalar tətbiq edəcəyik deyir. Bu nə ağıldır, bu nə anlayışdır? Bu günə qədər Rusiya kənd təsərrüfatı məhsullarında bizim ən mühüm müttəfiqlərimizdən biridir. Müdafiə sənayesində də belədir, eyni şəkildə Rusiyadan turist axını ilə bizə 5,5 milyona yaxın turist gəlir. Amerikadan aldığın sifarişlə bunu edəcəksən? Bunu Baydenin göstərişi ilə edəcəksiniz? Bayden əmr verdi ki, Ərdoğanı devirmək lazımdır, bunu bilirəm. Bunu bütün xalqım bilir. İndi sabah seçki qutularında Baydenə cavab verəcəyik. Rusiya hökumətinin sözçüsü nə deyir? Deyir, izah etsin, sübut etsin. Hər hansı bir sübut varmı? Yox, sonra qıvrılmağa başlayır, deyir, belə eşitmişəm, deyir sübut yoxdur, amma ola bilər. Bu necə siyasətdir? Mənim xalqım bu ölkəni sizə təslim etməyəcək".
13-05-2023, 12:40
Ukrayna prezidenti Romaya səfər etdi


Ukrayna prezidenti Romaya səfər etdi

Ukrayna prezidenti Volodimir Zelenski bu gün Romaya səfər edib. Bu barədə o, özünün "Telegram" kanalında məlumat yayıb. Bildirilir ki, Zelenski burada İtaliya prezidenti Sercio Mattarella, baş nazir George Meloni və Papa Fransisk ilə görüşəcək. "Ukraynanın qələbəsi üçün vacib səfər", - Zelenski qeyd edib.
13-05-2023, 12:31
Paşinyan Belçikada işgüzar səfərdədir


Paşinyan Belçikada işgüzar səfərdədir

Ermənistan Baş naziri Nikol Paşinyan Belçikaya işgüzar səfərə gedib. Bu barədə Ermənistan hökuməti məlumat yayıb. Bildirilir ki, o, Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə ikitərəfli görüş keçirəcək. Paşinyan Mişel və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə üçtərəfli görüşdə iştirak edəcək.
13-05-2023, 10:40
Ukrayna ordusu 17 İran PUA-sını məhv etdi


Ukrayna ordusu 17 İran PUA-sını məhv etdi

Gecə saatlarında Ukraynanın hava hücumundan müdafiə qüvvələri Rusiya tərəfindən buraxılan İran istehsalı 21“Şahed” PUA-sından 17-ni məhv edib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanlığı məlumat yayıb. Bildirilir ki, Rusiya şimal və cənubdan kamikadze PUA-larla hücuma keçiblər. Bundan başqa, dünən Rusiyanın “Orlan-10” və 4 "Lancet" pilotsuz uçuş aparatları zərərsizləşdirilib.
12-05-2023, 22:39
Rusiya Baxmut yaxınlığındakı mövqelərini tərk edir - Priqojin


Rusiya Baxmut yaxınlığındakı mövqelərini tərk edir - Priqojin

Rusiya ordusu Baxmut yaxınlığındakı mövqelərini tərk edir. Bunu Rusiyanın “Vaqner” muzdlu qrupunun rəhbəri Yevgeni Priqojin deyib. Priqojin sosial mediada yayımladığı audio şərhdə bildirib ki, buna yenidən qruplaşma deyil, qaçmaq deyilir. Priqojin ayrıca videomüraciətində Rusiya Müdafiə Nazirliyinin bölmələrinin şəhərin şimal və cənubundakı mövqelərdən qaçdığını vurğulayıb. “Cinahlar uğursuzluğa düçar olur. Cəbhə dağılır”, - o qeyd edib. Priqojin, həmçinin Ukrayna qüvvələrinin Baxmut ətrafındakı su anbarında və taktiki yüksəkliklərdə mövqelər ələ keçirdiyini diqqətə çatdırıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!