Türkiyə İsrail ilə ticarəti tam dayandırıb .....                        Hikmət Hacıyev Avropa rəsmisini qəbul etdi .....                        OTAYLI-BUTAYLI FOLKLORUMUZ – MİLLİ KİMLİYİMİZİN PASPORTUDUR .....                        Mirzoyan Kuleba ilə danışıqlar apardı .....                        Təcridxanaya dolmanın içərisində narkotik keçirmək istədi .....                        İcazə alan taksi sürücüləri hansı üstünlüklərə malik olacaq? - Açıqlama .....                        Ceyhun Bayramov ASEAN PA-nın Baş katibi ilə görüşdü .....                        Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsini məlumatlandırdı .....                        "Avroviziya"da Fələstin bayrağı qadağan edildi .....                       
20-09-2022, 17:44
Rusiya və Ukrayna əsirlərin dəyişdirilməsi barədə razılığa gəlib


Rusiya və Ukrayna əsirlərin dəyişdirilməsi barədə razılığa gəlib

Rusiya və Ukrayna arasında 200 hərbi əsirin mübadiləsinə dair razılıq əldə olunub. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın "PBS" telekanalına müsahibəsində deyib. Onun sözlərinə görə, Türkiyə Rusiya və Ukrayna Prezidentlərini bir araya gətirməkdə israrlıdır: "Bu liderləri bir araya gətirmək üçün israrlı arzumuz var. Hələ ki, bacarmamışıq, amma ümidimi itirmirəm". Ərdoğan, həmçinin qeyd edib ki, Türkiyə həm Rusiya, həm də Ukrayna tərəfi ilə danışıqlar aparır, nəticə əldə etməyə çalışır: "Biz həm Putinlə, həm də Zelenski ilə danışıqlar aparırıq. Biz onlardan birinin tərəfini tutmaqla deyil, hər iki liderlə əlaqə saxlamaqla nəticə əldə etməyə çalışmalıyıq".
20-09-2022, 17:42
Tacikistan və Qırğızıstan sülh protokolu imzaladı


Tacikistan və Qırğızıstan sülh protokolu imzaladı

Tacikistan və Qırğızıstan arasında sülh protokolu imzalanıb. Butov.az xəbər verir ki, iki ölkənin Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin rəhbərləri Tacikistanda “Guliston” sərhəd-keçid məntəqəsi ərazisində görüşüblər. Tərəflər atəşkəs rejiminə riayət olunmasının vacibliyini vurğulayıblar. Komitə rəhbərləri sərhədyanı rayonların sakinlərinin təhlükəsizliyinin təmin edilməsi məsələsinə xüsusi diqqət yetirilməsi haqda yekdil fikrə gəliblər. İclas üç bənddən ibarət protokolun imzalanması ilə başa çatıb. Beləliklə, qoşunların sərhəddən daimi dislokasiya yerlərinə çıxarılması nəzərdə tutulur.
20-09-2022, 17:39
Gürcüstan və Polşa birgə PUA istehsal edəcək


Gürcüstan və Polşa birgə PUA istehsal edəcək

Gürcüstan Polşa şirkəti ilə birgə pilotsuz uçuş aparatları (PUA) istehsalına başlayacaq. Bu barədə Gürcüstanın müdafiə naziri Xuanşer Burçuladze məlumat verib. "Polşa şirkəti ilə bütün rəsmi proseslər başa çatıb", - deyə nazir bildirib. Lakin o, əməkdaşlıq ediləcək şirkətin adını və PUA-nın modelini açıqlamayıb.
19-09-2022, 20:29
Almaniya Ukraynaya yeni hərbi texnikalar verib


Almaniya Ukraynaya yeni hərbi texnikalar verib

Almaniya vəd edilmiş hərbi texnikanı Ukraynaya təhvil verib. Ukraynanın silahlı qüvvələri iki ədəd “Mars II” raket sistemi və 50 ədəd “Dingo” zirehli personal daşıyıcısını qəbul edib. Bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Ukrayna hərbçiləri üçün təlim layihələri də istifadəyə veriləcək.“Dingo” zirehli personal daşıyıcısı patrul xidmətləri üçün istifadə olunan xüsusi silahlı maşındır. Almaniyada müxtəlif dəyişikliklərdə 500-dən çox belə avtomobil var.“Mars II” qurğuları HIMARS-in alman analoqu olan MLRS-in tırtıl bazasına quraşdırılıb. Raketin çəkisi 107 kiloqram, uçuş məsafəsi 40 kilometrdir. Sursat 140 millimetrə qədər qalınlığı olan zirehi dəlib keçə bilir.
19-09-2022, 20:26
Avropa Məhkəməsinə ilk dəfə qadın rəhbərlik edəcək


Avropa Məhkəməsinə ilk dəfə qadın rəhbərlik edəcək

Avropa İnsan Haqları Məhkəməsinin yeni prezidenti seçilib. Bu barədə təşkilatın mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, məhkəməyə İrlandiyadan olan Siofra Oliri rəhbərlik edəcək. Xanım prezident vəzifəsinə noyabr ayının 1-dən etibarən başlayacaq. Avropa İnsan Haqları Məhkəməsinin ilk qadın rəhbəri olan xanım Oliri bu vəzifədə İslandiyadan olan Robert Spanonu əvəz edəcək. Oliri bundan əvvəl məhkəmənin vitse-prezidenti vəzifəsində olub.
19-09-2022, 20:24
Rusiya və Çin birgə hərbi təlimlər barədə razılığa gəldilər


Rusiya və Çin birgə hərbi təlimlər barədə razılığa gəldilər

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və Çin Kommunist Partiyasının Siyasi Bürosunun üzvü Yanq Tzeçi arasında görüş keçirilib. Bu barədə Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, tərəflər ABŞ-ın Asiya-Sakit okean regionunda hərəkətləri nəticəsində gərginliyin artması ilə bağlı narahatlığını ifadə edib, hərbi-texniki əməkdaşlıq və hərbi qüvvələrin gücləndirilməsinə dair razılığa gəliblər. Görüş zamanı Əfqanıstan məsələsi, Asiya-Sakit okean regionunun hərbi-siyasi vəziyyəti, o cümlədən Koreya yarımadası və Tayvan ətrafındakı vəziyyət müzakirə edilib."Həmsöhbətlər ABŞ və onun müttəfiqləri tərəfindən regionda gərginliyin artması ilə bağlı narahatlıqlarını ifadə ediblər”, - açıqlamada deyilir. Bundan əlavə, Patruşev və Yanq Tzeçi Ukrayna mövzusunu da müzakirə ediblər.
19-09-2022, 20:20
İranda hicaba görə saxlanılan qızın ölümü etirazlara səbəb oldu


İranda hicaba görə saxlanılan qızın ölümü etirazlara səbəb oldu

İranda hicabı düzgün taxmadığına görə saxlanılan 22 yaşlı qızın polis bölməsində vəfat etməsi etirazlara səbəb olub. Butov.az xəbər verir ki, polis etirazları dayandırmaq üçün gözyaşardıcı qazdan istifadə edib. 22 yaşlı Mahsa Amini keçən həftə Tehranda əxlaq polisi tərəfindən saxlanılıb. Gənc qız bölməyə aparıldıqdan sonra komaya düşüb və orada dünyasını dəyişib. Polis qızın ürək problemindən keçindiyini bildirsə də, yaxınları onun tamamilə sağlam olduğunu qeyd edib. İran polisi gənc qadının ölümünü "bədbəxt hadisə" adlandırıb. Mahsa Amininin atası "Emtedad" xəbər saytına açıqlamasında övladının ayaqlarında xəsarətlər olduğunu və onun ölümünə görə polisin məsuliyyət daşıdığını bildirib. Tehran polisinin komandiri Hüseyn Rəhimi deyib ki, İran polisinə qarşı "qorxaqcasına ittihamlar" səsləndirilib. O, Amininin fiziki zərər görmədiyi və polisin onun sağ qalması üçün hər şeyi etdiyini söyləyib. Məlum hadisə ölkə miqyasında etirazlara səbəb olub, farsca "#MahsaAmini" həştəqi ilə "Twitter"də 2 milyona yaxın paylaşım edilib. İranın Kürdüstan vilayətində gərgin nümayişlər keçirilib.
19-09-2022, 20:18
Ermənistan və Rusiya arasında əməkdaşlıq planı imzalandı


Ermənistan və Rusiya arasında əməkdaşlıq planı imzalandı

Ermənistan və Rusiya arasında 2022-2027-ci illər üzrə regionlararası əməkdaşlıq planı imzalanıb. Bu barədə Ermənistanın Ərazi İnkişafı və İnfrastruktur Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Sənədin imzalanması İrəvanda keçirilən IX Rusiya-Ermənistan Regionlararası Forumu zamanı baş tutub. Dəyirmi masa formatında keçirilən plenar iclasdan sonra “Ermənistan və Rusiya arasında rəqəmsal formatda əməkdaşlıq”, "Müasir şəraitdə logistika, maliyyə və investisiya", “Turizm potensialının inkişafı”, “Ermənistan regionları ilə Rusiya Federasiyasının regionları arasında humanitar inkişaf” mövzuları ətrafında müzakirələr aparılıb.
19-09-2022, 20:16
Ukraynada ölən mülki şəxslərin sayı dəqiqləşdi


Ukraynada ölən mülki şəxslərin sayı dəqiqləşdi

Rusiyanın Ukraynada apardığı müharibə nəticəsində 5916 nəfər mülki şəxs həlak olub. Bu barədə Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığı (OHCHR) məlumat yayıb. Məlumata görə, Ukraynada müharibə başlayandan bəri 8616 nəfər mülki şəxs yaralanıb. Ölənlərin 2306-sı kişi, 1582-si qadın, 156-sı qız və 188-i oğlandır. Bundan əlavə, ölənlər arasında cinsiyyəti hələlik məlum olmayan 35 uşaq və 1649 böyük var.
19-09-2022, 20:15
İsrailin Türkiyədəki səfiri kimdir?


İsrailin Türkiyədəki səfiri kimdir?

Xəbər verdiyimiz kimi, bu gün İsrail Türkiyəyə yeni səfir təyin edib. Bu vəzifəyə İrit Lilian təyinat alıb. Butov.az-ın məlumatına görə, xanım səfir bu təyinata qədər İsrailin Türkiyədəki səfirliyinin müvəqqəti işlər vəkili olub. İrit Lillian 1962-ci ildə İsrailin Rehovot şəhərində anadan olub. O, Tel-Əviv Universitetində bakalavr dərəcəsi alıb. Daha sonra Şərq və Qərbşünaslıq üzrə magistr dərəcəsinə yiyələnib. Hərbi xidmət keçən Lillian 1986-cı ildən İsrail Xarici İşlər Nazirliyində diplomatik fəaliyyətə başlayıb. 2007-ci ildə İsrailin Avstraliyadakı səfiri Naftali Tamirin geri çağırılmasından sonra onun səlahiyyətlərini icra edib. Lillian bu vəzifədə cəmi bir neçə ay çalışıb. Daha sonra 2015-ci ildən 2019-cu ilə qədər İsrailin Bolqarıstandakı səfiri olub.



Xatırladaq ki, 2010-cu il mayın 31-də Fələstinin Qəzza zolağına humanitar yardım aparan Türkiyənin “Mavi mərmərə” gəmisinə İsrail hərbçilərinin basqını iki dövlət arasında gərginliyin yaranmasına səbəb olmuşdu. Hadisə nəticəsində Türkiyənin 9 vətəndaşı israilli hərbçilər tərəfindən öldürülmüşdü. Bundan sonra iki ölkə arasında vəziyyət böhran həddinə çatmışdı. Türkiyə Təl-Əvivdəki səfirini, İsrail isə Ankaradakı səfirini geri çağırmış, iki ölkə arasında diplomatik əlaqələr kəsilmişdi.


����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!