1-04-2023, 23:45
Zelenski bu ölkələrə sanksiya tətbiq etdiUkrayna prezidenti Volodimir Zelenski Rusiyaya qarşı yeni sanksiyaları təsdiq edib. Bu barədə Ukrayna Prezidentinin saytında məlumat yayılıb. Hazırda Ukraynada fəaliyyət göstərən və mühərrik istehsalı ilə məşğul olan "Motor Siç" şirkətinin keçmiş sədri Vyaçeslav Boquslayeva və Rusiya Maliyyə Nazirliyinə qarşı məhdudiyyətlər tətbiq edilib. Qeyd olunub ki, Rusiyadan olan 350-dən çox fiziki və hüquqi şəxsə qarşı sanksiyalar qüvvəyə minib. Rusiya Maliyyə Nazirliyi ilə yanaşı, Federasiya Şurasına da (parlamentin yuxarı palatası) sanksiyalar tətbiq edilib. Bundan əlavə, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Cihad Araşdırma və Özünə Güvən Təşkilatı və səkkiz İran vətəndaşı da "qara siyahı"ya salınıb.
1-04-2023, 23:43
Finlandiyanın NATO-ya üzvlüyü rəsmi olaraq təsdiqləndiTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı protokolu təsdiq edib. Qərar “Rəsmi Qəzet”də dərc olunub. Finlandiyanın Madriddə verdiyi vədləri yerinə yetirdiyi müəyyən edildikdən sonra 2022-ci il iyulun 5-də Brüsseldə imzalanmış “Finlandiya Respublikasının Şimali Atlantika Müqaviləsinə qoşulması haqqında Protokol” təsdiq olunub. Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyə parlamenti Finlandiyanın NATO-ya üzv olmasına müsbət səs verib.
1-04-2023, 14:55
Finlandiyanın NATO-ya üzvlüyü rəsmi olaraq təsdiqləndiTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı protokolu təsdiq edib. Qərar “Rəsmi Qəzet”də dərc olunub. Finlandiyanın Madriddə verdiyi vədləri yerinə yetirdiyi müəyyən edildikdən sonra 2022-ci il iyulun 5-də Brüsseldə imzalanmış “Finlandiya Respublikasının Şimali Atlantika Müqaviləsinə qoşulması haqqında Protokol” təsdiq olunub. Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyə parlamenti Finlandiyanın NATO-ya üzv olmasına müsbət səs verib.
1-04-2023, 14:52
Rusiya Ukraynanın 9 vilayətini atəşə tutduÖtən sutka Rusiya qoşunları Ukraynanın 9 vilayətində yüz yaşayış məntəqəsini atəşə tutub. Bu barədə Ukrayna Hərbi Media Mərkəzi məlumat yayıb. Məlumata görə, zərbələr nəticəsində 7 nəfər ölüb, 12 nəfər yaralanıb. Rusiya ordusu ümumilikdə 100 yaşayış məntəqəsini müxtəlif növ silahlardan atəşə tutub.
1-04-2023, 14:46
Moldova prezidenti ukraynalı həmkarı ilə bir sıra məsələləri müzakirə etdiMoldova Prezidenti Maya Sandu ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşü barədə məlumat yayıb. Bu barədə o, özünün "Twitter" hesabında yazıb. O qeyd edib ki, görüş zaman enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq məsələsi və Avropa İttifaqına inteqrasiyada birgə fəaliyyətlər müzakirə olunub. “Mən Ukrayna Prezidenti ilə gündəlikdə duran məsələləri, o cümlədən infrastrukturun modernizə edilməsi və genişləndirilməsi layihələri üzrə əməkdaşlığımızı, enerji təhlükəsizliyinin gücləndirilməsini müzakirə etdim. Həmçinin Avropa İttifaqına daxil olmaq üzrə danışıqlar prosesinin başlanması üçün səylərimizi daha yaxşı koordinasiya etmək barədə razılığa gəldik”, - deyə Sandu bildirib. Xatırladaq ki, Zelenski dünən moldovalı həmkarı, həmçinin Slovakiya, Sloveniya və Xorvatiyanın baş nazirləri Eduard Heger, Robert Qlob və Andrey Plenkoviçlə birlikdə Rusiya ordusunun qətliam törətdiyi Buça şəhərinə səfər edib.
1-04-2023, 14:34
Erməni hərbiçilər arasında atışma baş veribErmənistanın cənub-şərq sərhədində hərbçilər arasında atışma olub. Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Hadisə əlverişsiz hava şəraiti səbəbindən erməni hərbçilər arasında anlaşılmazlıq zəminində baş verib. Atışma zamanı Ermənistan ordusunun hərbi qulluqçusu Hraçya Saruxanyan ölüb, daha bir hərbçi isə yaralanıb. İnsidentin başvermə səbəbləri araşdırılır.
1-04-2023, 14:32
ABŞ-da fövqəladə vəziyyət elan olunduABŞ-ın beş ştatında tornado qeydə alınıb. Arkanzas ştatında tornado nəticəsində 600 nəfər yaralanıb, üç nəfər ölüb. Martın 31-i axşam saatlarına olan məlumata görə, 300 minə yaxın abonentin elektrik enerjisində fasilələr yaşayıb. İllinoys, Ayova, Viskonsin, Tennessi, Missisipi ştatlarında da tornado baş verib. Arkanzas ştatının qubernatoru Sara Sanders fövqəladə vəziyyət elan edib.
1-04-2023, 14:28
Putinin təsdiqlədiyi xarici siyasət Qərbə qarşı yönəlibRusiya Prezidenti Vladimir Putinin martın 31-də təsdiq etdiyi xarici siyasət konsepsiyası Kremlin Qərbə qarşı yeni blok yaratmaq cəhdlərini dəstəkləməyə yönəlib. Bu barədə Amerikanın Müharibə Araşdırmaları İnstitutunun (ISW) hesabatında qeyd olunub. Bildirilir ki, yeni konsepsiya Rusiyanın çoxqütblü dünya nizamı yaratmaq, o cümlədən ABŞ-ın hökmranlığına son qoymaq məqsədi daşıyır. Sənəddə bəşəriyyətin əksəriyyətinin Rusiya ilə konstruktiv münasibətdə maraqlı olduğu və arzulanan çoxqütblü dünyanın Qərbdə olmayan dünya gücləri və regional liderlər üçün imkanlar açacağı iddia edilir. ABŞ İnstitutu yazır ki, yeni sənəd çox güman ki, Kremlin bloka daxil olmayan ölkələrə daha vahid anti-Qərb bloku yaratmaq cəhdlərini dəstəkləyəcək. Lakin Rusiyanın iqtisadi qüdrətinin azalması və Ukraynada hərbi potensialının zəifləməsi səbəbindən Moskvanın təklifinə ciddi maraq göstərilməyəcək. İnstitut hesab edir ki, Si Cinpinin Moskvaya səfəri zamanı Putinin anti-Qərb bloku yaratmaq təklifi birmənalı qarşılanmayıb.
31-03-2023, 16:36
İsrail Suriyaya aviazərbələr endirdiİsrail bu gün səhər saatlarında Suriyanın paytaxtı Dəməşq şəhəri yaxınlığına aviazərbələr endirib. Bu barədə Suriya rəsmiləri məlumat yayıb. Qeyd edilib ki, raketlərdən bəziləri havada vurulub, digərləri Dəməşq yaxınlığındakı əraziyə düşüb. Suriya rəsmiləri zərbələr nəticəsində itkilərin olub-olmaması barədə məlumat verməyib. İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) bağlı "Tasnim" xəbər agentliyinin məlumatına görə, zərbələr nəticəsində iranlı zabit və hərbi məsləhətçi Milad Heydəri ölüb. Qeyd edək ki, bu, İsrailin son iki gün ərzində Suriya ərazisinə endirdiyi ikinci, mart ayında isə altıncı zərbədir. İsrail mətbuatı hücumların İranın Suriyada güclənmə cəhdlərinə qarşı həyata keçirildiyini yazıb.
31-03-2023, 16:25
Finlandiya yaxın günlərdə NATO-ya qoşulacaqFinlandiya yaxın günlərdə Şimali Atlantika Blokunun tam hüquqlu üzvü olacaq. Bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq bildirib. Onun sözlərinə görə, NATO üzvlüyü Finlandiyanı və alyansı daha da gücləndirəcək: “Finlandiya qüdrətli orduya, geniş imkanlara və güclü demokratik institutlara malikdir. Buna görə də Helsinki alyansa böyük töhfə vermiş olacaq”. NATO-nun baş katibi, həmçinin İsveçin də mümkün qədər tez bir zamanda hərbi bloka qoşulmasını səbirsizliklə gözlədiyini vurğulayıb.