Vaşinqtondan Əliyev-Paşinyan görüşünə reaksiya .....                        ANAMA-nın əməkdaşı və nişanlısı avtomobillə kanala düşdü .....                        Atamın və qardaşlarımın başlarını kəsiblər... - Məhkəmədə ifadə verdilər .....                        “Qarabağ” Cica ilə yollarını ayırdı .....                        İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatdı .....                        Avropa Əliyev-Paşinyan görüşünü dəstəklədi: Sülh sazişinə çağırış .....                        Sahibə Qafarova Tuzlaya getdi .....                        Almaniyada meyiti tapılan tələbə Lənkəranda dəfn edildi .....                        Ukraynadan 30 uşaq Azərbaycana gətirildi .....                       
29-03-2023, 13:37
Qazaxıstan höküməti istefaya getdi


Qazaxıstan höküməti istefaya getdi

Qazaxıstan hökuməti parlamentin aşağı palatasının yeni tərkibinin seçilməsi ilə əlaqədar istefa verib. Bu barədə "Kazinform" məlumat yayıb. Prezident Kasım-Jomart Tokayev Nazirlər Kabinetinin yeni tərkibi təsdiq olunana qədər hökumətə öz vəzifələrini icra etməyi tapşıran fərman imzalayıb.
28-03-2023, 21:34
Putin İrəvana gəlsə, onu həbs etməli olacağıq - Erməni deputat


Putin İrəvana gəlsə, onu həbs etməli olacağıq - Erməni deputat

“Yaxşısı budur ki, Putin öz ölkəsində qalsın. O, Ermənistana gəlməyəcək və həbs olunmayacaq”. Bunu Ermənistanın baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyasının deputatı Qaqik Melkonyan deyib. Erməni deputat bildirib ki, əgər Ermənistan Beynəlxalq Cinayət Məhkəməsi haqqında Roma statutunu imzalayıbsa, öhdəliklərini icra etməlidir.“Əgər Putin İrəvana gəlsə, onu həbs etməli olacağıq, amma o bunu yaxşı bilir və buna görə gəlmək istəməyəcək”, - Qaqik Melkonyan vurğulayıb. Xatırladaq ki, martın 24-də Ermənistan Konstitusiya Məhkəməsi Beynəlxalq Cinayət Məhkəməsi (BCM) haqqında Roma Statutunda təsbit olunmuş öhdəlikləri konstitusiyaya uyğun hesab edib. Saziş Ermənistan parlamenti tərəfindən ratifikasiya edilməlidir. Bundan əvvəl Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putinin həbs edilməsi barədə order çıxarıb. BCM-nin qərarına əsasən, Putin məhkəmənin qərarını tanıyan ölkələrin ərazisində olan zaman həbs olunmalıdır. Rəsmi Moskva BCM-nin məlum qərarını tanımadığını, bu qərarın Rusiya Federasiyası üçün əhəmiyyətsiz olduğunu açıqlayıb.
28-03-2023, 21:30
Tokayev Qazaxıstan-Özbəkistan sərhədinin demarkasiyasını təsdiqlədi


Tokayev Qazaxıstan-Özbəkistan sərhədinin demarkasiyasını təsdiqlədi

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Qazaxıstan-Özbəkistan dövlət sərhədinin demarkasiyası haqqında sazişin ratifikasiyasında dair qanunu imzalayıb. Bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb. Müqavilə delimitasiya edilmiş dövlət sərhədinin demarkasiyasını nəzərdə tutur. Müqaviləyə əlavələrdə dövlət sərhədinin, sərhəd xətlərinin yeri, onların koordinatları, hündürlük nişanları və hər bir sərhəd xəttinin digər məlumatları əks olunur. Dövlət sərhədinin demarkasiya xəttinin uzunluğu 2356 kilometr 666 metr təşkil edir. Ümumilikdə ölkələr tərəfindən sərhəd xəttində 1301 ədəd sərhəd nişanı quraşdırılıb.
28-03-2023, 21:15
Çin Rusiyaya zirehli gödəkçələr istehsalına kömək edir


Çin Rusiyaya zirehli gödəkçələr istehsalına kömək edir

Çin Rusiyaya zirehli gödəkçələr istehsal etməyə kömək edir. Bu barədə "Politico" nəşri yazıb. Bildirilir ki, Çinin köməyi ilə istehsal edilən zirehli gödəkçələr Ukraynadakı müharibədə istifadə olunur. 2022-ci ildə bir neçə Çin şirkəti, o cümlədən Pekində yerləşən KLASS şirkəti zirehli gödəkçələrdə istifadə edilən komponentləri Rusiyaya göndərib.
28-03-2023, 21:06
Etirazçılar Makronu istefa verməyə çağırır


Etirazçılar Makronu istefa verməyə çağırır

Fransada pensiya haqqında qanuna etirazlar səngimək bilmir. Etirazçılar pensiya islahatlarının ləğvini tələb edir, eyni zamanda prezident Emmanuel Makronu istefaya çağırır. Daha əvvəl xəbər verildiyi kimi, Fransanın ən böyük şəhərlərində 2023-cü ilin yanvarından etirazlar keçirilir, pensiya islahatının təsdiq edildiyi mart ayından aksiyalar daha kütləvi hal almağa başlayıb. Xatırladaq ki, 2023-cü ilin martında Fransa hökuməti ölkədə pensiya yaşının iki il artırılaraq 64 yaşa çatdırılması barədə qərarı təsdiqləyib.
28-03-2023, 13:59
İran nüvə sazişinin bərpasına dair Qərblə gizi danışıqlar aparıb


İran nüvə sazişinin bərpasına dair Qərblə gizi danışıqlar aparıb

İran hakimiyyətinin nümayəndələri 2015-ci il nüvə sazişinin bərpası və amerikalı məhbusların azad edilməsinə dair Qərb rəsmiləri ilə gizli danışıqlar aparıb. Bu barədə "Middle East Eye" nəşri öz mənbələrinə istinadən məlumat yayıb. Nəşrin mənbələri bildirib ki, son həftələrdə Əli Xamneiyə yaxın şəxslər tərəfindən aparılan danışıqlar barədə İran Prezidenti İbrahim Rəisi hökumətinə məlumat verilməyib. Məlumata görə, Avropada aparılan danışıqlara Həsən Ruhani dövründə xarici işlər nazirinin keçmiş müavini işləmiş Abbas Əraqçi rəhbərlik edib. Hazırda Əraqçi Ali Rəhbərə məsləhət verən İranın Xarici Əlaqələr üzrə Strateji Şurasının katibidir.
28-03-2023, 13:54
Tokayev Türk İnvestisiya Fondunun yaradılması haqqında sazişi təsdiqlədi


Tokayev Türk İnvestisiya Fondunun yaradılması haqqında sazişi təsdiqlədi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türk İnvestisiya Fondunun yaradılması haqqında saziş layihəsini təsdiqləyib. Bu barədə Tokayev sərəncam imzalayıb. Fondun məqsədi regiondaxili ticarəti genişləndirmək və iqtisadi fəaliyyətə dəstək verməklə Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin iqtisadi inkişafına kömək etməkdir.Türk İnvestisiya Fondunun yaradılması haqqında Saziş martın 16-da Türkiyənin Ankara şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) Fövqəladə Zirvə görüşü zamanı imzalanıb. Fondun Türk dövlətlərinin qurduğu əsas ortaq maliyyə qurumuna çevrilməsi və fondun vəsaitlərinin birgə layihələrin həyata keçirilməsinə yönəldilməsi nəzərdə tutulur. Fond Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin iqtisadi potensialının inkişafına, onlar arasında ticari-iqtisadi əməkdaşlığın gücləndirilməsinə, birgə layihələrin həyata keçirilməsinə yönəldiləcək. Təşkilatın baş qərargahı İstanbulda olacaq. Nizamnamə kapitalı 500 milyon dollardır və hər birinin nominal dəyəri 50 000 ABŞ dolları olan 10 000 səhmə bölünüb. Hər bir TDT üzvü üçün 2 min səhm, hər bir ölkə üçün ödənilən səhmin ümumi nominal dəyəri 70 milyon ABŞ dolları, hər bir ölkə üçün cəlb olunan səhm üzrə ümumi nominal dəyər isə 30 milyon dollar təşkil edir.
28-03-2023, 13:46
Özbəkistanda insan ölümü ilə nəticələnən partlayış baş verib


Özbəkistanda insan ölümü ilə nəticələnən partlayış baş verib

Özbəkistanın Səmərqənd vilayətində partlayış olub. Hadisə vilayətin Kəttəkurqan rayonunda qeydə alınıb. Belə ki, yaşayış binasında partlayışın baş verməsi nəticəsində 4 nəfər həyatını itirib. Araşdırmalarla məlum olub ki, partlayışın səbəbi qaz sızması olub. Qaz sobası yandırılan anda baş verən partlayış yaşlı cütlük və onların iki azyaşlı nəvəsinin həyatına son qoyub. Hazırda araşdırmaların davam etdirildiyi qeyd olunub.
28-03-2023, 13:42
Almaniya Ukraynaya yardımı artırmağı planlaşdırır


Almaniya Ukraynaya yardımı artırmağı planlaşdırır

Qarşıdakı bir neçə il ərzində Almaniya Ukraynaya hərbi yardımını 3 milyard avrodan 15 milyard avroya çatdırmağı planlaşdırır. Bu barədə “Spiegel” nəşri yazıb. Qeyd olunub ki, Ukraynanın 40-a yaxın Fransa istehsalı olan müasir "Mirage 2000-9" qırıcısı alacağı barədə də məlumatlar var. Almaniyanın müdafiə naziri Boris Pistorius isə Ukraynaya tədarük edilən "Leopard 2" tankları haqqında danışıb: "Söz verildi və çatdırıldı". Nazir bəyan edib ki, Almaniya tankları döyüş meydanında həlledici rol oynayacaq: "Bizə güvənə bilərsiniz".
28-03-2023, 13:39
Mən ABŞ prezidenti seçilənə qədər Ukraynada müharibə davam edəcək - Tramp


Mən ABŞ prezidenti seçilənə qədər Ukraynada müharibə davam edəcək - Tramp

ABŞ-ın sabiq prezidenti Donald Tramp Ukraynadakı müharibədən danışıb. Tramp bildirib ki, o, ABŞ prezidenti seçilənə qədər Ukraynada müharibə çətin ki, bitsin. "Bu müddət ərzində nə baş verə biləcəyini təsəvvür edə bilmirəm. Əsas odur ki, müharibə dayandırılmalıdır, çünki Ukrayna məhv edilir”. O, prezident olacağı təqdirdə müharibəni 24 saata dayandıra biləcəyi ilə bağlı bəyanatını təkrarlayıb.“Bu, çox sadə səslənə bilər, lakin mən mahiyyətini açıqlamayacağam, çünki açıqlasam, sonra istifadə edə bilməyəcəm, nəticə verməyəcək”, - Tramp bildirib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!