İranda matəm elan edildi .....                        Sərxoş sürücü ağır qəza törətdi .....                        Tramp İranda hərəkətə keçir .....                        İranda 38 polis öldürülüb .....                        Qara Qarayevə yeni vəzifə verildi .....                        Minaya düşən şəxsin son durumu AÇIQLANDI .....                        İran hökuməti dəyişikliyə hazırdır - Pezeşkian .....                        Venesuelanı ABŞ qoruyacaq .....                        Ukrayna Xəzərdə neft obyektinə ZƏRBƏ ENDİRDİ .....                       
15-08-2023, 11:45
Mahaçqalada baş vermiş partlayışda ölənlərin sayı 35-ə yüksəldi


Mahaçqalada baş vermiş partlayışda ölənlərin sayı 35-ə yüksəldi

Rusiyanın Dağıstan Respublikasının Mahaçqala şəhərində yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 35-ə yüksəlib. 100-dən çox yaralı var.
15-08-2023, 09:30
Dağıstanda güclü partlayış - Matəm elan olundu


Dağıstanda güclü partlayış - Matəm elan olundu

Rusiyanın Dağıstan Respublikasının Mahaçqala şəhərində yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində çoxsaylı tələfatla əlaqədar matəm elan olunub.
Bu barədə Dağıstanın başçısı Sergey Melikov məlumat verib.
Hadisə avqustun 14-də axşam Mahaçqalada avtoservisdə yanğın baş verib. Sonradan alov yaxınlıqdakı yanacaqdoldurma məntəqəsinə keçib və partlayış baş verib.
Partlayış nəticəsində 27 nəfər həlak olub, 100 nəfər xəsarət alıb. Ölənlərin üçü uşaqdır.
14-08-2023, 20:35
Türkiyədə baş vermiş qəzada 25 nəfər xəsarət aldı


Türkiyədə baş vermiş qəzada 25 nəfər xəsarət aldı

Türkiyənin Afyonkarahisar bölgəsinin Emirdağ rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Qəza zamanı mikroavtobusla yük maşını toqquşub.
lkin məlumata görə, hadisə 25 nəfər xəsarət alıb.
Hadisə yerinə xilasedicilər cəlb olunub.
14-08-2023, 20:11
Zelenski Donetsk vilayətinə səfər etdi


Zelenski Donetsk vilayətinə səfər etdi

Ukrayna prezidenti Volodimir Zelenski bu gün Donetsk vilayətinə səfər edib.
Bu barədə Zelenski özünün teleqram kanalında yazıb.
O qeyd edib ki, Donetskdə 22-ci motoatıcı briqadaya baş çəkib.
Zelenski bildirib ki, hazırda 22-ci briqada “Soledar” operativ-taktiki səviyyəli qrupun tərkibində tapşırıqları yerinə yetirir.
O, briqadaların tabeliyində olan ərazilərdə əməliyyat şəraiti və müxtəlif növ silahlardan istifadənin xüsusiyyətləri barədə məruzələri dinləyib.
14-08-2023, 19:46
ABŞ Ukraynaya 200 milyon dollarlıq yardım paketi ayırdı


ABŞ Ukraynaya 200 milyon dollarlıq yardım paketi ayırdı

ABŞ Ukraynaya yeni hərbi yardım paketi elan edib.
Bu barədə ABŞ dövlət katibi Entoni Blinken məlumat verib.
Hərbi yardımın həcmi 200 milyon dollardır.
Yardım paketinə hava hücumundan müdafiə sursatları, artilleriya mərmiləri, zireh əleyhinə vasitələr və minatəmizləmə avadanlıqları daxildir.
14-08-2023, 19:22
İranın XİN Başçısı səfirliyimizə edilən hücumdan danışdı


İranın XİN Başçısı səfirliyimizə edilən hücumdan danışdı

Diplomatik nümayəndəliklərin təhlükəsizliyinin təmin edilməsinin məsuliyyətinin ev sahibi ölkənin üzərinə düşdüyünü qəbul edirik.
Bunu İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian media nümayəndələri ilə görüşündə Azərbaycanın İrandakı səfirliyində baş vermiş terror hücumundan danışarkən deyib.
Onun sözlərinə görə, İran ədliyyə sistemi hadisənin ölçülərini araşdırıb.
Nazir bu yaxınlarda İran Baş prokurorunun müavininin Azərbaycana səfər etdiyini diqqətə çatdırıb.
“Azərbaycan Respublikasının İrandakı səfirliyində baş vermiş insidentdə bir çox qeyri-müəyyənliklər olub. Bu, şəxsi qisas xarakteri daşısa da, diplomatik nümayəndəliklərin təhlükəsizliyinin təmin edilməsinin məsuliyyətinin ev sahibi ölkənin üzərinə düşdüyünü qəbul edirik. Bundan başqa, bütün dövlətlər diplomatik məkanların və şəxslərin qorunmasına cavabdehdirlər, lakin müasir dünyada belə hadisələr heç də bir ölkənin səfirliyinin bağlanmasına səbəb ola bilməz. Ümid edirik ki, tezliklə bu işlə bağlı məhkəmə qərarı veriləcək. Bizim məhkəmə müstəqildir. Məhkəmənin hökmündən və İranla Azərbaycan arasında əlaqələrin bərpasına maneə aradan qaldırıldıqdan sonra növbəti addımlar atılacaq”, - XİN rəhbəri qeyd edib.

14-08-2023, 16:35
Mirzoyan xorvatiyalı həmkarıyla telefon danışığı apardı


Mirzoyan xorvatiyalı həmkarıyla telefon danışığı apardı

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə Xorvatiyanın xarici və Avropa işləri naziri Qordan Qrliç Radman arasında telefon danışığı olub.
Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Əvvəlki müzakirələrin, o cümlədən iyul ayında Dubrovnikdə keçirilən forum çərçivəsində keçirilən müzakirələrin davamında Mirzoyan Radmanla bir sıra məsələləri müzakirə edib.
Tərəflər Laçın dəhlizi və Qarabağ ətrafında fikir mübadiləsi aparıblar. Mirzoyanın sözlərinə görə, İrəvan regionda stabilliyin təmin olunmasında konstruktivdir.
14-08-2023, 16:19
Pakistanda baş vermiş partlayış 3 nəfərin ölümüylə nəticələndi


Pakistanda baş vermiş partlayış 3 nəfərin ölümüylə nəticələndi

Əfqanıstanın Host vilayətində yerləşən hoteldə partlayış baş verib.
Hadisə nəticəsində azı 3 nəfər ölüb, 7 nəfər yaralanıb.
Məlumata görə, partlayış əsasən Pakistandan olan qaçqınların yerləşdiyi hoteldə baş verib.
Polis partlayışın səbəblərini araşdırır.
14-08-2023, 15:54
Rusiyanın hərbi təyyarələri Niderlandın hava məkanına daxil oldu


Rusiyanın hərbi təyyarələri Niderlandın hava məkanına daxil oldu

Rusiyaya məxsus iki bombardmançı təyyarə saat 07:00 radələrində Niderland hava məkanına daxil olub.
Bu barədə Niderland Müdafiə Nazirliyi məlumat yayıb.
“Quick Response Alert” (QRA) sistemləri işə salındıqdan sonra təyyarələr Danimarka tərəfindən ələ keçirilib. Bu cür hadisələr nadir hallarda baş verir. Lakin bu sürətli yerləşdirmənin vacibliyini nümayiş etdirir. Niderland F-16-ları 24 saat həyəcan vəziyyətindədir. Xarici təyyarə təsbit edildiyi təqdirdə dəqiqələr ərzində havaya qalxa bilər" -Nazirliyin məlumatında bildirilir.
14-08-2023, 15:54
Rusiyanın hərbi təyyarələri Niderlandın hava məkanına daxil oldu


Rusiyanın hərbi təyyarələri Niderlandın hava məkanına daxil oldu

Rusiyaya məxsus iki bombardmançı təyyarə saat 07:00 radələrində Niderland hava məkanına daxil olub.
Bu barədə Niderland Müdafiə Nazirliyi məlumat yayıb.
“Quick Response Alert” (QRA) sistemləri işə salındıqdan sonra təyyarələr Danimarka tərəfindən ələ keçirilib. Bu cür hadisələr nadir hallarda baş verir. Lakin bu sürətli yerləşdirmənin vacibliyini nümayiş etdirir. Niderland F-16-ları 24 saat həyəcan vəziyyətindədir. Xarici təyyarə təsbit edildiyi təqdirdə dəqiqələr ərzində havaya qalxa bilər" -Nazirliyin məlumatında bildirilir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!