Şuşaya gedirsən? .....                        BA Tv Youtube kanalı yayıma başlayır .....                        Stansiyaların sayı 40-a çatdırılacaq .....                        Həmədanlıların əmlakı müsadirə olundu .....                        Ərdəbil nümayəndə heyəti Azərbaycana gəlir .....                        Onun üçün mandat sadəcə status deyil… .....                        Siracəddin Səyyid yaradıcılığında ərbəinçilik ənənəsi və irfani poeziyanın yenilənməsi .....                        Sabah hava necə olacaq? .....                        ABŞ kəşfiyyatı təkzib etdi .....                       
6-01-2024, 18:34
Fidan Blinkenlə Azərbaycanla bağlı məsələləri də müzakirə etdi


Fidan Blinkenlə Azərbaycanla bağlı məsələləri də müzakirə etdi

Xəbər verdiyimiz kimi, Türkiyə xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Antoni Blinkenlə görüşüb.
Türkiyə Xarici İşlər Nazirliyi görüşün detallarını açıqlayıb.
Məlumata görə, görüş zamanı iki ölkə arasında münasibətlər hərtərəfli müzakirə olunub.
Fidan Türkiyənin F-16-nın satınalma prosesinin yekunlaşmasını gözlədiyini deyib.
O, həmçinin bildirib ki, İsveçin NATO-ya üzvlük prosesi ilə bağlı yekun qərarı ölkə parlamenti verəcək.
Diplomatlar Qəzzadakı vəziyyət barədə də fikir mübadiləsi aparıb.
Bundan əlavə, Fidan Rusiya və Ukraynada istehsal olunan qida məhsullarının dünya bazarlarına təhlükəsiz şəkildə çatdırılması üçün Türkiyənin göstərdiyi səylərə toxunub.
Görüş zamanı Azərbaycan və Ermənistan arasında aparılan danışıqlar, Suriya və İraq kimi regional məsələlər də müzakirə olunub.
6-01-2024, 16:07
İran nazirinin müavininə qarşı sui-qəsd təşkil olundu


İran nazirinin müavininə qarşı sui-qəsd təşkil olundu

İranın sənaye, mədən və ticarət nazirinin müavininə qarşı sui-qəsdə cəhd edilib.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.
Məlumata görə, İranın sənaye, mədən və ticarət nazirinin müavini - Məhəmmədmehdi Bəradərana qarşı Qəzvin yolunda sui-qəsd təşkil edilib. Sui-qəsdə cəhd nəticəsində onun avtomobili qəzaya düşüb. Qəzanı törədən şəxs isə hadisə yerindən qaçıb.
6-01-2024, 15:53
Ərdoğan Blinkeni qəbul etdi


Ərdoğan Blinkeni qəbul etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ dövlət katibi Antoni Blinkeni qəbul edib.
Bu barədə TRT məlumat yayıb. Görüş mətbuata qapalı keçirilib.
Qeyd edək ki, Türkiyədə səfərdə olan Blinken bundan əvvəl XİN başçısı Hakan Fidanla da görüşmüşdü.
6-01-2024, 15:29
Daha 25 regiondan Putinin namizədliyini dəstəkləyən imza toplandı


Daha 25 regiondan Putinin namizədliyini dəstəkləyən imza toplandı

Rusiya prezidenti Vladimir Putinin mərkəzi seçki qərargahına daha 25 regiondan onun qarşıdan gələn prezident seçkilərində namizədliyini dəstəkləyən imzalar daxil olub.
Ümumilikdə 45 regiondan imzalar çatdırılıb.
İmzalar Adıgey, Dağıstan, İnquşetiya, Kabardin-Balkar, Qaraçay-Çərkəz, Kalmıkiya, Şimali Osetiya - Alaniya və Çeçenistan Respublikası, Krasnodar və Stavropol diyarları, Sevastopol şəhəri, Həştərxan, Volqoqrad, Tümen və Çelyabinsk vilayətləri, Xantı-Mansiysk və Yamalo-Nenets Muxtar Dairələrindən, habelə işğal olunmuş Ukrayna ərazilərindən daxil olub.
Vladimir Putin prezident seçkilərində namizəd kimi qeydiyyatdan keçmək üçün ən azı 300 min seçici imzasını toplayıb MSK-ya təqdim etməlidir. Dekabrın 23-də hazırkı dövlət başçısının namizədliyinin müdafiəsi üçün imza toplanmasına başlanılıb.
Prezident seçkiləri 2024-cü il martın 17-nə təyin edilib.
6-01-2024, 15:11
Qəzza zolağında ölənlərin sayı açıqlandı


Qəzza zolağında ölənlərin sayı açıqlandı

Qəzza zolağında ölənlərin sayı 2222 nəfərə çatıb.
Bu barədə HƏMAS-ın nəzarətində olan Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu, toqquşmaların başladığı 7 oktyabr 2023-cü il tarixindən bəri hesablanan statistikadır. Həmçinin yaralananların sayı 58166 nəfər qədərdir.
6-01-2024, 13:37
Hakan Fidan ABŞ-ın dövlət katibiylə İstanbulda görüşdü


Hakan Fidan ABŞ-ın dövlət katibiylə İstanbulda görüşdü

Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə ABŞ dövlət katibi Antoni Blinken arasında İstanbuldakı Vahdettin Köşkündə görüş başlayıb.
Görüş Blinkenin Türkiyəyə səfəri çərçivəsində mümkün olub.
Bu görüşdən sonra Blinkenin prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul ediləcəyi gözlənilir.
Blinken İsrailin Qəzzaya hücumlarının başladığı 7 oktyabrdan bəri dördüncü bölgə turuna çıxıb. Bu dəfə İstanbula gələn Blinkenin oradan Yunanıstana gedəcəyi gözlənilir. Yunanıstandan sonra İordaniya, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, İsrail, Fələstin və Misirə də səfər edəcək və danışıqlar aparacaq.
6-01-2024, 10:28
Borel Livanda səfərdədir


Borel Livanda səfərdədir

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borel Livandadır.
O, səfər çərçivəsində bir sıra görüşlər keçirəcək.
Əsas müzakirə mövzusunun Yaxın Şərqdəki mövcud vəziyyət olacağı gözlənilir.
Görüşlərdə münaqişənin genişlənmə ehtimalı da nəzərdən keçiriləcək.
6-01-2024, 09:30
Rusiyada Ebeko vulkanı püskürdü


Rusiyada Ebeko vulkanı püskürdü

Rusiyadakı Ebeko vulkanı püskürüb.
Bu barədə Rusiya Elmlər Akademiyasının Uzaq Şərq Bölməsinin Vulkanologiya və Seysmologiya İnstitutu məlumat yayıb.
Vulkan 2 km hündürlüyə kül atıb. Şleyf vulkandan 5 km cənub-şərqə qədər uzanıb. Nəticədə Severo-Kurilsk küllə örtülüb. Vulkanologiya və Seysmologiya İnstitutu narıncı aviasiya rəng kodunu açıqlayıb. Vulkanik fəaliyyət yerli hava nəqliyyatı üçün təhlükə yaradır.
Ebeko vulkanı Vernadski silsiləsinin şimal hissəsində, Severo-Kurilskdən 7 km məsafədə yerləşir. Onun hündürlüyü 1156 m-dir. 2016-cı ildən müntəzəm emissiyalar davam edir. Rekord göstərici 2018-ci ildə tüstü sütununun 6 km hündürlüyə qalxması ilə qeydə alınıb.
5-01-2024, 18:41
Paşinyan qubernatoru istefaya göndərdi


Paşinyan qubernatoru istefaya göndərdi

Ermənistanın Baş naziri Nikol Paşinyan Armavir vilayətinin rəhbərini vəzifəsindən azad edib.
Bu barədə o sərəncam imzalayıb.
Qərara əsasən, Armavir mərzinin qubernatoru Eduard Ovannisyan istefaya göndərilib.
5-01-2024, 17:45
Kadırovdan ABŞ-a yeni təklif


Kadırovdan ABŞ-a yeni təklif

Çeçenistan rəhbəri Ramzan Kadırov ABŞ-a 20 ukraynalı məhbusun təhvil verilməsi müqabilində onun qohumlarına qarşı sanksiyaları ləğv etməyi təklif edib.
O, məhbusların siyahısını bir gün əvvəl Qroznıya gələn amerikalı keçmiş kəşfiyyatçı Skott Ritterə verib.
“Qonağımıza maraqlı təklifimiz var. Donetskdə, Luqanskda aparılan əsirlərimiz var. Siyahını qonağımıza verirəm... Anamdan, qızlarımdan və günahsız insanlardan sanksiyanı götürsələr, o zaman bu insanları təhvil verəcəyik”, - deyə Kadırov bildirib.
Ramzan Kadırov əlavə edib ki, saxlanılanlarla yaxşı rəftar edilib və əslində onların günahı yoxdur, onun ailə üzvləri isə heç vaxt siyasətdə iştirak etməyiblər.
Bundan əvvəl Ramzan Kadırov amerikalı keçmiş kəşfiyyatçı Skot Ritterin başçılıq etdiyi nümayəndə heyətinin Qroznıya gəldiyini yazıb. Çeçenistan rəhbərinin sözlərinə görə, o, xüsusi təyinatlılar universitetinə baş çəkib və respublika parlamentinin sədri ilə görüşüb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!