Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
24-12-2023, 18:21
ABŞ Arktikadakı ərazisini genişləndirdi


ABŞ Arktikadakı ərazisini genişləndirdi

ABŞ Arktikadakı ərazisini genişləndirib.
Bu barədə “Bloomberg” ABŞ Dövlət Departamentinə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ kontinental şelfin bir hissəsini genişləndirib ki, bu da Arktikada və Berinq dənizində olan hissənin davamıdır.
Bu ərazi Kanada və Rusiya tərəfindən də iddia edilən bir milyon kvadrat kilometr sahəni əhatə edir. ABŞ, həmçinin Atlantik və Sakit Okeanında, eləcə də Meksika körfəzindəki rəfin sərhədlərini də elan edib.
24-12-2023, 17:56
Türkiyə ordusu 30 terrorçunu zərərsizləşdirdi


Türkiyə ordusu 30 terrorçunu zərərsizləşdirdi

Son günlər Türkiyə ordusunun “Pençe-Kilit” əməliyyat bölgəsində hücumlardan sonra zərərsizləşdirdiyi terrorçuların sayı 30-a çatıb.
Bu barədə ölkənin milli müdafiə naziri Yaşar Gülər ​​bildirib.
Qeyd edək ki, dekabrın 23-də axşam saatlarında İraq və Suriyanın şimalındakı terror hədəflərinə qarşı hava əməliyyatları həyata keçirilib. Hava əməliyyatları zamanı PKK-nın istifadə etdiyi mağara, bunker, sığınacaq, neft obyektləri və anbarları daxil olmaqla 29 hədəf məhv edilib.
Son iki gün ərzində bölgədəki antiterror əməliyyatlarında Türkiyənin 12 hərbçisi şəhid olub.
23-12-2023, 22:21
Putin atəşkəslə bağlı danışıqlara hazır olduğunu göstərir


Putin atəşkəslə bağlı danışıqlara hazır olduğunu göstərir

Rusiya prezidenti Vladimir Putin üçüncü tərəflər vasitəsilə Ukraynada atəşkəslə bağlı danışıqlara başlamağa hazır olduğunu göstərməyə çalışır.
Bu barədə “The New York Times” qəzeti yazıb.
Nəşrin həmsöhbətlərinin fikrincə, rəsmi ritorikaya baxmayaraq, Vladimir Putin Rusiyanın ötən ilin payızında ilhaq etdiyi əraziləri saxlamaq şərtilə Ukrayna ilə barışıq bağlamağa hazır olduğunu göstərir. Qəzetin mənbələri bildirir ki, Putin təxminən sentyabr ayından müxtəlif rabitə kanalları, o cümlədən ABŞ və Rusiya ilə təmasda olan üçüncü ölkələr vasitəsilə belə siqnallar göndərir.
“The New York Times”ın həmsöhbətləri iddia edirlər ki, Vladimir Putin hazırda danışıqlar üçün əlverişli şərait yaradığını düşünür, çünki cəbhədəki vəziyyət hər iki tərəf üçün dalana dirənib və tərəfdaşlar Ukraynaya daha az dəstək verməyə başlayıblar.
Nəşrin Rusiyadakı mənbələri hesab edir ki, atəşkəs rejimini Ukrayna ilə müharibədə qələbə kimi təqdim etmək üçün Vladimir Putinin prezident seçkilərinə qədər barışıq bağlamaq istəyir.
23-12-2023, 17:30
İtaliyada meşə yanğınları 24 saatdır davam edir


İtaliyada meşə yanğınları 24 saatdır davam edir

İtaliyanın şimal-qərbindəki Piyedmont bölgəsində dağlıq ərazidə baş verən meşə yanğınları 24 saatdır davam edir.
Bölgədə xeyli insan evlərini tərk etmək məcburiyyətində qalıb. Ətrafdakı bəzi yaşayış məntəqələrində təxliyə prosedurlarına başlanılıb.
Yanğınsöndürənlər, meşə təsərrüfatının əməkdaşları və mülki müdafiə könüllüləri gücləndirilmiş iş rejiminə keçib. Yanğının söndürülməsinə pilotsuz uçuş aparatları, iki təyyarə və bir helikopter cəlb olunub. Yanğınsöndürmə işləri fasiləsiz davam edir.
Bölgədə müşahidə olunan güclü külək səbəbindən yanğının geniş əraziyə yayıldığı bildirilir.
23-12-2023, 17:07
İstanbulun yenidən qurulması layihəsinə start verildi


İstanbulun yenidən qurulması layihəsinə start verildi

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə İstanbulun yenidən qurulması layihəsinə start verilib.
İlkin mərhələdə 3037 mənzilin təməli atılıb, mülk sahibləri ilə ilk anlaşmalar imzalanıb.
İstanbulu ola biləcək zəlzələyə hazırlamaq üçün tarixi addımlar atmaqdan qürur hissi keçirdiklərini qeyd edən Ərdoğan deyib: “Şəhərlərin yenidən qurulması layihələrində adını “Yarısı bizdən” qoyduğumuz kampaniyamıza İstanbullular böyük maraq göstərdi. Kampaniyada bu günə qədər 1 milyon 233 min müraciət edilib. “Yarısı bizdən” kampaniyası ilə ümumilikdə 350 min binanı yenidən qurmağı hədəfləyirik. Kampaniyamız çərçivəsində hər bir mənzil üçün 1,5 milyon lirə dəstək verəcəyik”.
Bildirilib ki, indiyədək kampaniyaya müraciət edib 100 faiz razılığa gəlinilən əmlak sayı 71 mini keçib. Əlli faiz və daha çox razılıq alanların sayı isə 158 minə çatıb. Yüz bina olmaqla 500 nəfərlə ilk müqavilələr bağlanıb.
Türkiyə Prezidenti bu gün atılan daha bir əhəmiyyətli addımın da İstanbulun yenidən qurulması layihəsi çərçivəsində söküntü işlərinin başladılması olduğunu deyib.
Bu il fevralın 6-da ölkənin 11 vilayətində 14 milyon insana təsir göstərən dağıdıcı zəlzələsini xatırladan Ərdoğan ölkəsi üçün təbii fəlakətlərə hazırlığın seçkidən daha önəmli olduğunu qeyd edib.
“Bu səbəbdən İstanbul başda olmaqla, 81 əyalətimizə edə biləcəyimiz ən böyük yaxşılığın şəhərsalma olduğuna inanırıq”, - deyə Türkiyə Prezidenti vurğulayıb.
23-12-2023, 14:52
Rəisi misirli həmkarıyla telefon danışığl apardı


Rəisi misirli həmkarıyla telefon danışığl apardı

İran Prezidenti İbrahim Rəisi misirli həmkarı Əbdülfəttah əs-Sisi ilə telefonla danışıb.
Bu barədə İran KİV-i məlumat yayıb.
İ.Rəisi həmkarını yenidən prezident seçilməsi münasibətilə təbrik edib.
Dövlət başçıları ikitərəfli münasibətlərin inkişafını və Qəzzada baş verən son hadisələri müzakirə ediblər.
23-12-2023, 14:33
İsrail ordusu Qəzzaya hücumlarını dayandırır


İsrail ordusu Qəzzaya hücumlarını dayandırır

İsrail ordusunun yaxın həftələrdə Qəzza zolağına qurudan hücumlarını dayandırmağa hazırlaşdığı bildirilib.
Bu barədə İsrail dövlət televiziyası KAN məlumat yayıb.
"Əməliyyat uğurlarına görə, İsrail ordusu yaxın həftələrdə Qəzzada münaqişənin üçüncü mərhələsinə keçməyə hazırlaşır", - KİV öz mənbəsinə istinadən məlumat paylaşıb.
Üçüncü mərhələ Qəzza zolağında quru manevrinin dayandırılması, qüvvələrin azaldılması, ehtiyat qüvvələrin tərxis olunması və İsrail ilə Qəzza zolağı sərhədində bufer zonasının yaradılmasını əhatə edir. Xəbərdə həmçinin İsrail ordusunun "Qəzza zolağının şimalındakı ərazinin çox hissəsini nəzarətə götürdüyü, lakin cənub bölgəsində irəliləməkdə böyük çətinliklərlə üzləşdiyi" paylaşılıb.
22-12-2023, 22:08
BMT Təhlükəsizlik Şurası Qəzzayla bağlı qətnamə qəbul etdi


BMT Təhlükəsizlik Şurası Qəzzayla bağlı qətnamə qəbul etdi

BMT Təhlükəsizlik Şurası Qəzza zolağına humanitar yardımın maneəsiz çatdırılmasını və genişləndirilməsini asanlaşdırmağı nəzərdə tutun qətnamə qəbul edib.
Bu barədə BMT-nin saytında məlumat yerləşdirilib.
Qətnamənin lehinə 15 ölkədən 13-ü səs verib. Rusiya və ABŞ bitərəf qalıb.
Ərəb ölkələri tərəfindən hazırlanan qətnamənin mətnində bildirilir ki, BMT Təhlükəsizlik Şurası təşkilatın baş katibi Antonio Quterreşdən humanitar məsələlər üzrə yüksək səviyyəli əlaqələndirici təyin etməyi və Qəzza zolağına humanitar yardımın sürətləndirilmiş şəkildə çatdırılması mexanizmini yaratmağı xahiş edir.
Qətnamədə deyilir ki, BMT Təhlükəsizlik Şurası anklavda HƏMAS tərəfindən saxlanılan “girovların dərhal və qeyd-şərtsiz azad edilməsini” tələb edir. Qətnamədə, həmçinin Qəzzaya lazımi miqdarda yanacağın çatdırılmasının təmin edilməsi tələb olunur.
Səsvermədən əvvəl Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya mətndəki “atəşkəs üçün şəraitin yaradılması” ifadəsinin “humanitar yardımın təhlükəsiz daxil olmasını təmin etmək üçün atəşin dayandırılması” ilə əvəz edilməsini təklif edib. 10 ölkə düzəlişin lehinə səs verib, lakin ABŞ bu təklifi rədd edib.
22-12-2023, 17:33
Qırğısıztan bayrağının dəyişdirilməsiylə bağlı qanun imzalandı


Qırğısıztan bayrağının dəyişdirilməsiylə bağlı qanun imzalandı

Qırğızıstan prezidenti Sadır Japarov dövlət bayrağının dəyişdirilməsi ilə bağlı qanunu imzalayıb.
Bununla qanun təsdiqlənərək qüvvəyə minib.
Belə ki, bayrağın üzərindəki dalğavari şüalar düz olan şüalara dəyişdirilib.
Qeyd edək ki, bununla bağlı Qırğızıstanda uzun illər müzakirələr gedib.
22-12-2023, 17:23
Rusiya və Türkiyənin XİN Başçıları telefon danışığı apardı


Rusiya və Türkiyənin XİN Başçıları telefon danışığı apardı

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Türkiyə XİN başçısı Hakan Fidan arasında telefon danışığı olub.
Bu barədə TRT məlumat yayıb.
Söhbət zamanı Azərbaycan və Ermənistan arasındakı sülh danışıqları nəzərdən keçirilib.
Fidan həmkarına sülh müqaviləsinin tezliklə imzalanmasının önəmini vurğulayıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!