16-12-2023, 14:14
Küveyt əmiri vəfat etdiKüveyt əmiri Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabah vəfat edib.
O, 86 yaşında dünyasını dəyişib.
Küveyt dövlət televiziyası Şeyx Nəvafın ölümü ilə bağlı rəsmi açıqlama yayımlayıb.
O, 2020-ci ildən Küveytin əmiri idi, bir müddət əvvəl səhhətində yaranmış problemlər səbəbindən xəstəxanaya yerləşdirilmişdi.
15-12-2023, 21:40
Ukrayna hələ də Avropa İttifaqına daxil olmaqdan çox uzaqdır - MakronBrüsselin qərarına baxmayaraq, Ukrayna hələ də Avropa İttifaqına (Aİ) daxil olmaqdan çox uzaqdır.
Bunu Fransa prezidenti Emmanuel Makron bildirib.
O, Aİ-nin qərarını hüquqidən daha çox siyasi adlandırıb.
“Biz Aİ-nin Ukrayna hesabına genişlənməsindən çox uzağıq. İstənilən halda, həll yolu nə olursa olsun, bu, daxili qaydalarda ciddi islahatlar tələb edəcək ki, bu da yalnız maliyyələşdirmənin artırılması ilə mümkündür”, - deyə Makron Aİ sammitindən sonra deyib.
Qeyd edək ki, Aİ sammiti dekabrın 14-15-də baş tutub. Sammitdə Ukrayna ilə üzvlük danışıqlarının başlamasına qərar verilib.
15-12-2023, 17:13
İrəvan və Moskva arasında müqavilə imzalandıİrəvan və Moskva Ermənistan Atom Elektrik Stansiyasının ikinci enerji blokunun istismar müddətinin yenidən uzadılması (daha 10 il) üçün çərçivə müqaviləsi imzalayıb.
Bu barədə "Sputnik Armenia" məlumat yayıb.
Sənədi Ermənistan tərəfdən baş direktor Eduard Martirosyan, Rusiya tərəfdən isə “Rusatom Servis” ASC-nin kompleks layihələr idarəsinin rəhbəri Yuri Sviridenko imzalayıblar.
İmzalama mərasimində Rusiya və Ermənistanın baş nazir müavinləri Aleksey Overçuk və Mher Qriqoryan da iştirak ediblər.
15-12-2023, 16:01
Rusiyadan Ermənistana idxal olunan qazın qiyməti bahalaşmayacaqRusiyadan Ermənistana idxal olunan qazın qiyməti 2024-cü ildə dəyişməyəcək və müvafiq olaraq istehlakçılar üçün tarif də dəyişməyəcək.
Bu barədə “Armenpress”ə Ermənistan baş nazirinin müavini Mher Qriqoryan bildirib.
“Hazırda bizdə dəqiq məlumat var ki, qazın qiyməti 2024-cü ildə dəyişməyəcək. Və əminəm ki, buna görə də tarif dəyişməyəcək”.
Baş nazirin müavininin sözlərinə görə, “Qazprom Ermənistan” artıq Rusiyanın “Qazprom” şirkətilə 2024-cü il üçün müqavilə imzalayıb və bu müqavilədə heç bir qiymət dəyişikliyi nəzərdə tutulmayıb.
Rusiya qazının Ermənistandakı qiyməti 1000 kubmetr üçün 165 dollar təşkil edir.
15-12-2023, 13:51
Türkiyə Böyük Millət Məclisində müxalifət fraksiyası ləğv olduTürkiyə Böyük Millət Məclisində (TBMM) Səadət və Gələcək Partiyasının birgə yaratdığı parlament fraksiyasının fəaliyyətinə xitam verilib.
Bu barədə NTV məlumat yayıb.
Buna səbəb fraksiyada təmsil olunan Səadət Partiyasının deputatı Hasan Bitmezin ötəngünkü vəfatı ilə fraksiya üçün minimal hədd olan 20 deputatın üzvlüyünün 19-a düşməsi olub.
Qeyd edək ki, Təhlil və Araşdırma Qrupu dünən bunun baş verəcəyi ilə bağlı material hazırlamışdı.
Xatırladaq ki, Səadət Partiyasının sədr müavini olan H.Bitmez parlament tribunasındakı çıxışı zamanı qəfil özündən getmişdi. O, xəstəxanada dünyasını dəyişib.
Səadət və Gələcək Partiyalarının hər biri 10 deputatla parlamentə düşə bilmişdi ki, bunların cəmi fraksiya qurmaq üçün minimal həddi təşkil edirdi.
15-12-2023, 01:50
Ermənistan və Yunanıstan arasında hərbi saziş imzalandıErmənistan və Yunanıstan arasında hərbi-texniki sahədə əməkdaşlıq haqqında saziş imzalanıb.
Bu barədə Yunanıstan müdafiə naziri Nikos Dendias “X” platformasında yazıb.
Nazir qeyd edib ki, erməni həmkarı Suren Papikyanla görüş zamanı tərəflər sazişi imzalayıb.
Dendias onu da əlavə edib ki, hərbi-texniki sahədə əməkdaşlıq Yunanıstan hökuməti üçün prioritet olan bir sektordur.
Qeyd edək ki, Ermənistanın müdafiə naziri Suren Papikyan Kiprdən sonra Yunanıstana rəsmi səfərə gedib.
14-12-2023, 23:24
Macarıstanın baş naziri Ukraynaya görə sammitdə iştirak etmədiMacarıstanın baş naziri Viktor Orban Ukraynanın Avropa İttifaqına daxil olması ilə bağlı danışıqların aparıldığı sammitdə iştirak etməyib.
Bu barədə “The Guardian” nəşri yazıb.
O, digər ölkələrin mövqeyi ilə razılaşmadığı üçün Aİ sammitini tərk edib.
“Macarıstan yanlış qərarın bir hissəsi olmaq istəmir. Biz mövqeyimizi dəyişməmişik”, - deyə Orban bildirib.
Qeyd edək ki, Aİ bu gün Ukrayna və Moldovanın üzvlüyünə dair danışıqlara başlamaq qərarına gəlib.
14-12-2023, 22:22
Bayden türkiyəli həmkarıyla telefon danışığı apardıABŞ Prezidenti Co Bayden türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana zəng edib.
Məlumatı Türkiyə tərəfi yayıb.
Telefon danışığı zamanı Qəzzadakı vəziyyət müzakirə olunub. Ərdoğan deyib ki, ABŞ-ın İsrailə qeyd-şərtsiz dəstəyi dayandırması tezliklə atəşkəsi təmin edə bilər.
Telefon danışığı zamanı, həmçinin Türkiyə-ABŞ ikitərəfli əlaqələri, İsveçin NATO-ya üzvlük prosesi, qlobal və regional məsələlər müzakirə edilib.
Ərdoğanla Bayden F-16 məsələsi barədə də fikir mübadiləsi aparıb.
14-12-2023, 22:13
Gürcüstanın Avropa İttifaqına üzvlüyü barədə qərar verildiAvropa İttifaqının (Aİ) sammitində Gürcüstana təşkilata üzv olmaq üçün namizəd ölkə statusunun verilməsi barədə qərar verilib.
Bu barədə Aİ Şurasının Prezidenti Şarl Mişel məlumat verib.
“Avropa İttifaqı Şurası Gürcüstana namizəd statusu verib”, - Aİ rəhbəri bildirib.
Gürcüstan 2022-ci ilin martında Avropa İttifaqına üzv olmaq üçün müraciət edib. 2022-ci ilin iyununda Avropa İttifaqının Brüsseldəki dövlət başçıları və nümayəndəlikləri Ukrayna və Moldovaya namizəd ölkələr statusu verib, lakin Gürcüstanın müraciəti təsdiqlənməyib. Aİ Gürcüstana namizəd ölkə statusu almaq üçün zəruri olan 12 şərt təklif edib.
Sentyabrda Avropa diplomatiyasının rəhbəri Cozep Borel bildirib ki, Gürcüstan bu statusu almaq üçün zəruri olan 12 şərtdən yalnız üçünü yerinə yetirib. Noyabrda Avropa Komissiyası (AK) Gürcüstana Aİ-yə namizəd ölkə statusunun verilməsini tövsiyə edib.
14-12-2023, 21:04
Zelenski elan etmədən Almaniyaya getdiUkrayna prezidenti Volodimir Zelenski elan olunmamış səfərlə Frankfurta gəlib.
Bu barədə "Bild" nəşri yerli polisə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, şəhərdə təhlükəsizlik tədbirləri gücləndirilib və bir sıra yollar bağlanıb.
Zelenski Amerikanın Ukraynaya hərbi yardım üçün qərargahının yerləşdiyi Visbadenə gedəcək.
Qeyd edək ki, dekabrın 13-də Zelenski Ukrayna-Şimali Avropa sammitində iştirak etmək üçün Osloya gəlib. Ukrayna prezidenti Norveç, Danimarka, İslandiya, Finlandiya və İsveç baş nazirləri, həmçinin Norveç kralı V Harald ilə görüşüb.