Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
12-12-2023, 18:05
Sülh müqaviləsinin imzalanma müddətini Bakı ilə İrəvan təyin etməlidir


Sülh müqaviləsinin imzalanma müddətini Bakı ilə İrəvan təyin etməlidir

Sülh müqaviləsinin imzalanma müddətini Bakı ilə İrəvanın özləri təyin etməlidir.
Biz Bakı və İrəvanın münasibətləri normallaşdırmaq və sülh müqaviləsi bağlamaq üçün qarşılıqlı istəyini həqiqətən alqışladıq.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova dekabrın 12-də keçirdiyi brifinqdə bildirib.
“Biz onların “hamı üçün” düsturuna uyğun olaraq hərbi əsirlərin mübadiləsinə dair razılaşmasını alqışladıq. Bu, qarşılıqlı etimadın möhkəmlənməsinə töhfə verir və Rusiya, Azərbaycan, Ermənistan liderləri arasında 2020-2022-ci illərdə bağlanmış sazişə uyğun olaraq barışıq üçün əlavə imkanlar açır. Ermənistan-Azərbaycan sülh müqaviləsinin imzalanma müddətinə gəlincə, əvvəllər dediyimiz kimi, bunu tərəflər özləri müəyyən etməlidir”, - Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi qeyd edib.
Mariya Zaxarovanın sözlərinə görə, Rusiya balanslaşdırılmış sazişin hazırlanmasında tərəfdaşlarına bundan sonra da kömək etməyə hazırdır.
“Belə bir sənəd regionda davamlı sülh və sabitlik üçün etibarlı zəmin yaratmaq məqsədi daşıyır”, - o deyib.
12-12-2023, 17:40
Mirzoyan Lüksemburqun XİN Başçısıyla görüşdü


Mirzoyan Lüksemburqun XİN Başçısıyla görüşdü

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Brüsseldə Lüksemburq Böyük Hersoqluğunun xarici işlər naziri Ksavye Betel ilə görüşüb.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Həmsöhbətlər möhkəm təməl üzərində inkişaf edən və ümumi dəyərlərə əsaslanan ikitərəfli münasibətlərin gündəliyini müzakirə ediblər. Ermənistan Respublikasının xarici işlər naziri vurğulayıb ki, tərəfdaşlığın daha da dərinləşməsinə Lüksemburqda rezident missiya şəklində diplomatik mövcudluğun yaradılması qərarı kömək edəcək", - deyə məlumatda bildirilib.
Mümkün ikitərəfli qarşılıqlı səfərlərə, eləcə də Ermənistan-Aİ formatında əməkdaşlıq məsələlərinə toxunulub. Həmçinin regional sabitlik və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
"Ermənistan hökuməti tərəfindən hazırlanmış “Sülhün qovşağı” proqramını və region və onun hüdudlarından kənarda gözlənilən iqtisadi faydaları təqdim edən nazir Mirzoyan bu layihənin sülhün mühüm təminatı kimi rolunu vurğulayıb", - Ermənistan XİN-in məlumatında qeyd olunub.
Xatırladaq ki, Ararat Mirzoyan Brüsseldə Şərq Tərəfdaşlığı XİN başçılarının toplantısına qatılıb.
12-12-2023, 15:47
Ermənistan və Ukrayna prezidentləri bir araya gəldi


Ermənistan və Ukrayna prezidentləri bir araya gəldi

Argentina Respublikasının yeni seçilmiş prezidenti Xavyer Mileyin andiçmə mərasimi çərçivəsində Ermənistan prezidenti Vahaqn Xaçaturyan bir neçə ölkədən olan həmkarları ilə görüşüb.
Xaçaturyan Buenos-Ayresdəki “Casa Rosada” prezident sarayında İspaniya kralı VI Filipp, Uruqvay prezidenti Luis Lakalle Pou, Paraqvay prezidenti Santyaqo Pen, Çili prezidenti Qabriel Boriç, Ukrayna prezidenti Volodimir Zelenski və Macarıstanın baş naziri Viktor Orbanla söhbət edib.
"Görüşlər zamanı ikitərəfli əlaqələrə dair məsələlər və mövcud potensialın tam reallaşdırılması yolları müzakirə olunub. Vahaqn Xaçaturyan Ermənistanın irəli sürdüyü “Sülhün qovşağı” konsepsiyasının əsas prinsip və müddəalarına toxunaraq, Ermənistan tərəfinin regionda sabit və davamlı sülhün bərqərar olmasına yönəlmiş hərəkətlərini təqdim edib", - məlumatda deyilir.


12-12-2023, 13:49
Ermənistan və Kiprin müdafiə nazirləri görüşdü


Ermənistan və Kiprin müdafiə nazirləri görüşdü

Ermənistan və Kiprin (Cənubi Kipr) müdafiə nazirləri Suren Papikyan və Mixalis Yorqallas arasında görüş olub.
Bu barədə "Sputnik Armenia" məlumat yayıb.
Bildirilib ki, tərəflər əməkdaşlığın hazırkı mərhələsinin yekunlarına nöqtə qoyaraq və onun inkişafı üçün yeni imkanları qeyd ediblər.
Təhsil və təlim proqramları üzrə hərbi-texniki əməkdaşlıq, müxtəlif sahələrdə təcrübə mübadiləsi əsas müzakirə mövzuları olub.
12-12-2023, 12:43
Putin Belarusla hərbi kadrların birgə hazırlanmasıyla bağlı qanun imzaladı


Putin Belarusla hərbi kadrların birgə hazırlanmasıyla bağlı qanun imzaladı


Rusiya prezidenti Vladimir Putin Belarusla hərbi kadrların birgə hazırlanması üçün döyüş hazırlığı mərkəzlərinin yaradılması və fəaliyyəti haqqında sazişin ratifikasiyası haqqında qanun imzalayıb.
Bu barədə məlumatı TASS yayıb.
Sənəddə bildirilir ki, mərkəzlər iki ölkənin Müdafiə Nazirliklərinin birgə qərarları əsasında açılacaq, onların fəaliyyət istiqamətləri, tərkibi, strukturu, sayı, yerləşdiyi yerlər, formalaşma müddətləri və fəaliyyət qaydası müəyyən ediləcək.
"Hərbi kontingentin şəxsi heyəti birgə tapşırıqları yerinə yetirərkən, tərəflərin səlahiyyətli orqanları tərəfindən razılaşdırılmış başqa qərar qəbul edilmədikdə, milli silahlı qüvvələrdə müəyyən edilmiş geyim formasını və fərqlənmə nişanlarını taxırlar", - sənəddə deyilir.
12-12-2023, 11:42
Mirzoyan: “Moldova və Ukraynanın Aİ ilə üzvlük danışıqlarını alqışlayırıq”


Mirzoyan: “Moldova və Ukraynanın Aİ ilə üzvlük danışıqlarını alqışlayırıq”

"Ermənistan Moldova və Ukraynanın Aİ ilə üzvlük danışıqlarını alqışlayır".
Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı nazirlərinin görüşündə deyib.
O əlavə edib ki, İrəvanın da Avropa istəkləri var.
“Ermənistan Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna qoşulmaqla qlobal hüquq sisteminin gücləndirilməsinə yardım edir. Ermənistan öz milli maraqlarına əsaslanan qərarlar qəbul etmək üçün suveren hüququnu təsdiqləyib”, - XİN rəhbəri bildirib.
12-12-2023, 11:23
Ermənistan OPEK-dən 50 milyon avro kredit alır


Ermənistan OPEK-dən 50 milyon avro kredit alır

Ermənistan OPEK-dən 50 milyon avro kredit alacaq. Bunu ölkənin maliyyə nazirinin müavini Eduard Akopyan açıqlayıb.
"Bu, ətraf mühitin yaxşılaşdırılması üçün lazımdır", - deyə Akopyan bildirib.
"Kreditin qaytarılma müddəti 20 ildir, lakin əsas borcun ödənilməsi 2028-ci ildən hesablanacaq", - nazir müavini əlavə edib.
11-12-2023, 22:44
Polşaya yeni Baş nazir təyin olundu


Polşaya yeni Baş nazir təyin olundu

Polşa Seymi dekabrın 11-də keçirilən iclasında Donald Tuskun ölkənin baş naziri postuna namizədliyini dəstəkləyib.
Bu barədə Polşanın PAP agentliyi məlumat yayıb.
248 deputat lehinə, 201 deputat əleyhinə səs verib.
“Təşəkkürlər Polşa, bu, həqiqətən də gözəl gündür. Mənim üçün deyil, illər keçdikcə hər şeyin daha da yaxşılaşacağına və qaranlığı və şərdən uzaqlaşacağımıza dərindən inananların hamısı üçün”, - səsvermə başa çatdıqdan sonra Donald Tusk bildirib.
Donald Tusk 2007-2014-cü illərdə Polşanın baş naziri olub. 2019-cu ilə qədər Avropa Şurasının prezidenti olub.
11-12-2023, 21:44
Mirzoyan fransalı həmkarıyla görüşdü


Mirzoyan fransalı həmkarıyla görüşdü

Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla fransalı həmkarı Ketrin Kolonna ilə görüşüb.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Brüsseldə keçirilən görüşdə nazirlər İrəvan-Bakı münasibətlərindəki son vəziyyətdən danışıblar.
Görüş zamanı Cənubi Qafqazda təhlükəsizlik məsələləri müzakirə edilib.
11-12-2023, 17:52
Avropa İttifaqı (Aİ) İrana qarşı sanksiyaları genişləndirir


Avropa İttifaqı (Aİ) İrana qarşı sanksiyaları genişləndirir

Avropa İttifaqı (Aİ) İrana qarşı sanksiyaları genişləndirir.
Bu barədə Aİ-nin rəsmi nəşri məlumat yayıb.
Bildirilib ki, qurum Rusiyaya hərbi yardım göstərdiyinə görə İranın 6 fiziki və 5 hüquqi şəxsinə sanksiya tətbiq edib.
Qeyd olunub ki, Rusiya Ukraynadakı müharibədə İran istehsalı olan pilotsuz uçuş aparatlarından (PUA) istifadə edir.
Sənəddə bildirilir ki, Rusiya xüsusi hərbi əməliyyat zamanı İran istehsalı olan PUA-lardan istifadə edir və buna görə də Aİ İrana qarşı sanksiyalar tətbiq edir.
“Qara siyahı”ya xüsusən də İranda PUA-lar üçün komponentlər hazırlayan və istehsal edən İran şirkətləri, habelə onların rəhbərliyinin nümayəndələri və elmi mütəxəssislər daxil edilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!