Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
14-12-2023, 22:13
Gürcüstanın Avropa İttifaqına üzvlüyü barədə qərar verildi


Gürcüstanın Avropa İttifaqına üzvlüyü barədə qərar verildi

Avropa İttifaqının (Aİ) sammitində Gürcüstana təşkilata üzv olmaq üçün namizəd ölkə statusunun verilməsi barədə qərar verilib.
Bu barədə Aİ Şurasının Prezidenti Şarl Mişel məlumat verib.
“Avropa İttifaqı Şurası Gürcüstana namizəd statusu verib”, - Aİ rəhbəri bildirib.
Gürcüstan 2022-ci ilin martında Avropa İttifaqına üzv olmaq üçün müraciət edib. 2022-ci ilin iyununda Avropa İttifaqının Brüsseldəki dövlət başçıları və nümayəndəlikləri Ukrayna və Moldovaya namizəd ölkələr statusu verib, lakin Gürcüstanın müraciəti təsdiqlənməyib. Aİ Gürcüstana namizəd ölkə statusu almaq üçün zəruri olan 12 şərt təklif edib.
Sentyabrda Avropa diplomatiyasının rəhbəri Cozep Borel bildirib ki, Gürcüstan bu statusu almaq üçün zəruri olan 12 şərtdən yalnız üçünü yerinə yetirib. Noyabrda Avropa Komissiyası (AK) Gürcüstana Aİ-yə namizəd ölkə statusunun verilməsini tövsiyə edib.
14-12-2023, 21:04
Zelenski elan etmədən Almaniyaya getdi


Zelenski elan etmədən Almaniyaya getdi

Ukrayna prezidenti Volodimir Zelenski elan olunmamış səfərlə Frankfurta gəlib.
Bu barədə "Bild" nəşri yerli polisə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, şəhərdə təhlükəsizlik tədbirləri gücləndirilib və bir sıra yollar bağlanıb.
Zelenski Amerikanın Ukraynaya hərbi yardım üçün qərargahının yerləşdiyi Visbadenə gedəcək.
Qeyd edək ki, dekabrın 13-də Zelenski Ukrayna-Şimali Avropa sammitində iştirak etmək üçün Osloya gəlib. Ukrayna prezidenti Norveç, Danimarka, İslandiya, Finlandiya və İsveç baş nazirləri, həmçinin Norveç kralı V Harald ilə görüşüb.
14-12-2023, 20:22
Moskva üçtərəfli sazişlərdən imtina etməui təhlükəli hesab edir


Moskva üçtərəfli sazişlərdən imtina etməui təhlükəli hesab edir

Moskva Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 10 noyabr, 11 yanvar və 26 noyabr 2021-ci il, 31 oktyabr 2022-ci il tarixli bəyanatlarından ibarət üçtərəfli sazişlər kompleksindən imtina etmək cəhdlərini təhlükəli hesab edir.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi internent səhifəsində qurumun rəsmi nümayəndəsi Mariya Zaxarovanın adından Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə bağlı yayılan bəyanatda bildirilib.
O qeyd edib ki, Rusiya Federasiyası, Ermənistan və Azərbaycan arasında üçtərəfli sazişlər qüvvədə qalır:
"Tərəflər imzalarını geri götürməyiblər və biz Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin olmaması səbəbindən bu mühüm sənədləri inkar etmək cəhdlərini son dərəcə təhlükəli hesab edirik".
Zaxarova deyib ki, belə bir addım qaçılmaz olaraq, ilk növbədə Ermənistanın özü üçün ciddi risklərlə nəticələnəcək.
"Qərb psevdovasitəçilərinin köməyi ilə bu çağırışları dayandırmaq mümkündür. ABŞ və Aİ Rusiyadan fərqli olaraq, Ermənistana və Cənubi Qafqazın digər dövlətlərinə sülh və sabitlik gətirməyə çalışmırlar, onların vəzifəsi bizi və digər regional oyunçuları Balkanlar, Yaxın Şərq və Ukraynadan sonra yeni bir gərginlik mənbəyi yaratmağa çağırmaqdır”, - Rusiya XİN nümayəndəsi vurğulayıb.
O söyləyib ki, rəsmi Moskva yaxın vaxtlarda Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların növbəti mərhələsini təşkil etməyə hazırdır.
14-12-2023, 17:30
Səni başqan seçdirməyəcəyik - Merak Akşenerin müavini


Səni başqan seçdirməyəcəyik - Merak Akşenerin müavini

Türkiyədə İYİ Partiyanın sədr müavini Mete Koca sosial mediada İstanbul bələdiyyəsinin sədri, CHP-nin qarşıdakı yerli seçkilərdə də namizədi olacaq Ekrem İmamoğlunu hədəfə alıb.
Koca İmamoğlunu İstanbulun bələdiyyə məclisində (İBB məclisi) İYİ Partiyaya qarşı "əməliyyat keçirməkdə" ittiham edib.
O, İmamoğlunu "CHP-nin həmsədri" adlandıraraq hazırkı sədr Özgür Özeli İmamoğlunun idarə etdiyinə eyham vurmağa çalışıb.
"CHP-nin həmsədri İBB məclis üzvləri vasitəsilə əməliyyat keçirir. Əməliyyatın böyüyü 31 martda (bələdiyyə seçkilərinin keçiriləcəyi tarix - red.) olacaq, cənab həmsədr! Səni başqan seçdirməyəcəyik", - deyə Meral Akşenerin müavini yazıb.
Qeyd edək ki, İBB məclisindəki İYİ Partiya fraksiyası rəhbərinin müavini İbrahim Özkan Akşenerin istəyi ilə vəzifəsindən istefa vermişdi. Daha sonra yenidən keçirilən seçkilərdə o, vəzifəsinə yenidən seçilib. Özkan partiyanın bələdiyyə seçkiləri ilə bağlı siyasətini tənqid etmişdi.
14-12-2023, 16:38
Putin: “Qarabağı tərk edən Rusiya deyil”


Putin: “Qarabağı tərk edən Rusiya deyil”

Rusiya prezidenti Vladimir Putin bildirib ki, o, Ermənistanın MDB və ya Aİİ, KTMT üzvlüyünə xitam verilməsini bu ölkənin maraqlarına uyğun hesab etmir.
Putin keçirdiyi illik mətbuat konfransında bu barədə danışıb.
O, həmçinin bəyan edib ki, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyan Ermənistan olub:
"Qarabağı tərk edən Rusiya deyil. Erməni tərəfdaşlar “belə bir qərarın qəbulu ilə bağlı Rusiya tərəfinə xüsusi məlumat verməyiblər”.
"Ermənistanın baş nazirinin MDB və KTMT sammitlərində iştirak etməməsi müəyyən proseslərlə bağlıdır və bu birliklərdə işləmək istəyi və ya istəməməsi ilə bağlı deyil. Bu mürəkkəb geosiyasi prosesdir, lakin MDB, Aİİ və ya KTMT-dən çıxmaq Ermənistanın maraqlarına uyğun deyil”, - Rusiya prezidenti əlavə edib.
14-12-2023, 14:25
Paşinyanın istefa verəcəyi ilə bağlı məlumatlara rəsmi açıqlama verildi


Paşinyanın istefa verəcəyi ilə bağlı məlumatlara rəsmi açıqlama verildi

"Ermənistanın baş naziri Nikol Paşinyanın tezliklə istefası və növbədənkənar parlament seçkilərinin təyin edilməsi ilə bağlı məlumatlar yalandır".
Bunu Ermənistan baş nazirinin aparat rəhbərinin müavini Taron Çaxoyan açıqlayıb.
"Bu, müxalifətin daha sonra növbədənkənar seçkilərə getməməkdə iqtidarı günahlandırmaq, küçələrdə yeni hərəkat yaratmağa çalışmaq üçün cəmiyyətin emosiyaları ilə oynamaq üçün növbəti uğursuz cəhdidir", - Çaxoyan əlavə edib.
Qeyd edək ki, Paşinyanın istefa verəcəyi ilə bağlı məlumatlar yayılmışdı.
14-12-2023, 14:14
Ermənistan Yerasx metallurgiya zavodunu köçürəcək


Ermənistan Yerasx metallurgiya zavodunu köçürəcək

Ermənistanın Azərbaycan Naxçıvan MR Sədərək rayonu ilə sərhədi yaxınlığında yerləşən Arazdəyəndəki Yerasx metallurgiya zavodu köçürüləcək.
Bu barədə Ermənistan hökuməti müvafiq qərar qəbul edib.
Sözügedən qərara əsasən, Yerasx metallurgiya zavodu Ermənistanın Ararat vilayətindəki Ararat kəndinə köçürüləcək.
Qeyd edək ki, Azərbaycan tərəfi sərhəddəki zavodun ekoloji problemlər yaratması ilə bağlı narazılığını bildirmişdi.
Amerika sərmayəsi ilə inşa olunan zavodun Arazdəyəndə tikilməsi Azərbaycanın etirazı ilə qarşılanmışdı Rəsmi Bakı dəfələrlə Ermənistandan tikintini dayandırmağı tələb etmişdi. Ermənistanın regional ekoloji problem yarada biləcək yeni təşəbbüslərindən biri də Azərbaycanla həmsərhəd bölgədə və Türkiyə ilə sərhədə çox yaxın ərazidə - Arazdəyən kəndində 16500 kvadratmetr sahədə illik istehsal gücü 180000 ton olan 70 milyon dollarlıq iri metallurgiya zavodunu inşa etmək istəyi idi. Həmin ərazidə belə bir yeni zavodun tikilməsi və tullantıların Cənubi Qafqazın ikinci böyük çayı olan Araz çayına axıdılması nəinki bu çayın, eyni zamanda, Arpaçayın çirklənməsinə gətirib çıxara bilərdi.
Arazdəyən vaxtilə azərbaycanlıların yaşadığı və sonralar deportasiyaya edildiyi kənddir.
Kənd Araz çayının yaxınlığında yerləşdiyinə görə tarixən Arazdəyən adlandırılıb.
13-12-2023, 19:40
Danimakra Ukraynaya 1 milyard avro yardım ayıracaq


Danimakra Ukraynaya 1 milyard avro yardım ayıracaq

Danimakra Ukraynaya 1 milyard avro yardım ayıracaq.
Bu barədə Danimarka Baş naziri Mette Frederiksen Ukraynaya Prezidenti Volodimir Zelenski ilə Osloda görüşü zamanı deyib.
Ukrayna lideri Osloda Şimali Avropa ölkələrinin liderləri ilə görüşür.
13-12-2023, 18:31
Moldova Prezidenti səfirimizi “Şərəf” ordeniylə mükafatlandırdı


Moldova Prezidenti səfirimizi “Şərəf” ordeniylə mükafatlandırdı

Moldova Respublikasının Prezidenti Mayya Sandu dekabrın 13-də bu ölkədə diplomatik fəaliyyətini başa vuran Azərbaycan səfiri Qüdsi Osmanovu qəbul edib.
Moldovanın dövlət başçısı görüşdə iki ölkə arasında əlaqələri yüksək qiymətləndirib, bir sıra sahələrdə əməkdaşlığın genişləndirilməsinin və ticarət həcminin artırılmasının vacibliyini vurğulayıb.
Həmçinin, Prezident sentyabrın 15-də “Azərbaycan Hava Yolları” QSC-nin Bakı ilə Kişineu arasında birbaşa reyslərin açılmasını da alqışlayıb.
Mayya Sandu Kişineu və Bakı arasında əlaqələrin möhkəmlənməsində göstədiyi səylərə görə Azərbaycanın səfirinə təşəkkürünü bildirib və onu Moldova Respublikasının “Şərəf” ordeni ilə təltif edib.
13-12-2023, 17:16
Ukraynaya 800 milyon dollar humanitar yardım ayrıldı


Ukraynaya 800 milyon dollar humanitar yardım ayrıldı

Norveç Ukraynaya 800 milyon dollar humanitar yardım ayırıb.
Bu barədə NEXTA məlumat yayıb.
Bundan əlavə, Oslo Kiyev üçün NASAMS hava hücumundan müdafiə sistemləri tədarük edəcək. Baş nazir Yonas Qar Stere məlumatı təsdiqləyib. O, həmçinin 2023-cü ildə Ukraynaya artıq 1 milyard dollar məbləğində yardım göstərildiyini xatırladıb.
Qeyd edək ki, bu gün Ukrayna prezidenti Volodimir Zelenski Norveçə səfər edib.
Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!