AZAL-da yeni təyinat .....                        Mehriban Əliyevadan Zəngilan paylaşımı - FOTO .....                        Məleykə Abbaszadədən abituriyentlərə çağırış .....                        Arif Hacılıya Müsavatda yeni vəzifə verildi .....                        Ərdoğandan su müharibələri ilə bağlı xəbərdarlıq .....                        Zəngilanda yeni inşa olunan məscidin açılışı - FOTO .....                        Böyük Mərcanlıda 542 nəfər üçün ev tikilir .....                        Şair İnqilab İsaq vəfat etdi .....                        Karxuluda 940 ev tikiləcək .....                       
7-08-2022, 19:25
NATO-nun Kiyevə göndərdiyi silahlar məhv edildi


NATO-nun Kiyevə göndərdiyi silahlar məhv edildi

NATO-nun Ukraynaya göndərdiyi silahlar məhv edilib. Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib. Onun sözlərinə görə, Rusiya hərbçiləri Ukraynanın Nikolayev vilayətində 45 min ton döyüş sursatı olan arsenalı məhv edib.
7-08-2022, 18:41
Rusiyanın hərbçi itkiləri 42 mini keçdi


Rusiyanın hərbçi itkiləri 42 mini keçdi

Ukraynada müharibə başlayandan bəri Rusiya ordusunun 42 200 hərbçisi məhv edilib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bildirilib ki, Rusiya ordusunun digər döyüş itkiləri 1805 tank, 4055 zirehli döyüş maşını, 958 artilleriya sistemi, 260 reaktiv yaylım atəşi sistemi, 132 hava hücumundan müdafiə sistemi, 223 təyyarə, 191 helikopter, 750 PUA, 182 qanadlı raket, 15 gəmi, 2978 avtomobil texnikası və avtosistern, 86 xüsusi texnikadan ibarətdir. Xatırladaq ki, Rusiya bu il fevralın 24-də Ukraynaya qarşı hərbi əməliyyatlara başlayıb.
7-08-2022, 18:07
ATƏT-in baş katibi Türkiyədədir


ATƏT-in baş katibi Türkiyədədir

ATƏT-in Baş katibi Helqa Şmid Türkiyədə səfərdədir. Butov.az xəbər verir ki, baş katib 7-9 avqust tarixlərində 13-cü Səfirlər Konfransında iştirak edəcək. Eyni zamanda ATƏT-in Baş katibi Helqa Şmid Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ikitərəfli görüş keçirəcək.

7-08-2022, 17:05
Ərdoğandan Qərbi təşvişə salan addım - Putin “Yox” demədi...


Ərdoğandan Qərbi təşvişə salan addım - Putin “Yox” demədi...

Avqustun 5-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfəri kifayət qəfər məhsuldar keçib. Rusiya lideri Vladimir Putinlə Soçidə bir araya gələn Ərdoğanın gündəliyində bir sıra aktual mövzuların yer aldığı bildirilirdi. 2 saatdan artıq davam edən görüşdən sonra tərəflər mediaya açıqlama verərək, danışıqların nəticələrini elan edib, fərqi mövqedə olmalarına baxmayaraq, razılığa gəldiklərini bildiriblər. Belə ki, Soçi görüşünün nəticəsi olaraq, Türkiyə Rusiyadan alınan təbii qazın qismən rublla ödənilməsinə razılıq verib. Bundan əlavə, tərəflər ticarət mübadiləsində rubldan istifadə olunmasına razılaşıblar. "Kim ölkəmizə sərmayə qoymaq istəyirsə, ona hər cür dəstəyi veririk. Çünki Türkiyə təkcə son hadisələrlə bağlı deyil, həm də dünyada azad bazar iqtisadiyyatının ən mühüm açıq qapısıdır. Təbii ki, Soçi səfərinin bir yaxşı cəhəti də o idi ki, cənab Putinlə rublla bağlı razılığa gəldik. Mübadilələri rublla edəcəyik. Bu da təbii ki, maliyyə məsələlərində Türkiyə ilə Rusiya arasında ayrı bir güc mənbəyi olacaq və daha çox qazanc gətirəcək", - Ərdoğan Rusiyadan qayıdarkən jurnalistlərə açıqlamasında deyib. Əlbəttə, Soçi görüşündə Ukrayna müharibəsi də diqqətdən kənarda qalmayıb. Tam təfərrüatlarına varılmasa da, Türkiyə lideri rusiyalı həmkarına Ukrayna lideri Volodimir Zelenski ilə görüşməyi təklif etdini açıqlayıb. Putinin təklifə necə reaksiya verdiyi hələlik məlum deyil. Soçi görüşünün əhəmiyyəti barədə danışan politoloq İlqar Vəlizadə bildirib ki, hazırda dünyada baş verən qlobal böhran fonunda müxtəlif tərəflərin fikir ayrılıqları iri və ya kiçik lokal problemlərin yaranmasına səbəb olur. Bunun fonunda çox fərqli, özünəməxsus siyasəti ilə səciyyələnən ölkələrin başçıları nəinki bir araya gəlir, eyni zamanda ziddiyyətli məsələləri birgə həll edirlər. Deməli, danışıqlar əsasında problemlərin həlli mümkündür. Türkiyə və Rusiyanın mürəkkəb oyunçular olduğunu deyən politoloq hesab edir ki, fikir ayrılıqlarına baxmayaraq, tərəflərin ortaq məxrəcə gələ bilmələri müsbət haldır: “Belə deyə bilərik ki, çox fərqli, bəzi hallarda ziddiyyətli siyasət aparırlar. Ancaq danışırlar, ortaq məxrəcə gəlirlər, eyni zamanda ortaq layihələr həyata keçirirlər. Necə olur ki, Türkiyə kimi oyunçu ilə Rusiya danışa bilir, ortaq məxrəcə gələ bilir, mürəkkəb məsələlərdə anlaşmaya gələ bilir, ancaq digər ölkələr bunu bacarmırlar?Aydındır, çox vaxt Rusiyanın yürütdüyü siyasəti əsas gətirib, onu günahlandırırlar. Rusiyanın siyasəti çox təhlükəlidir və mənfi nəticələrə səbəb olur. Bəs niyə Türkiyə və Azərbaycanla münasibətlərdə bunu görmürük? Deməli, burada başqa problem var. Problem də ondan ibarətdir ki, daha böyük oyunçular Rusiya və Rusiya kimi ölkələrlə normal qarşılıqlı maraqlara əsaslanan əlaqələrdən boyun qaçırırlar. Nəticədə ortada dayanan ölkələr bu siyasətin qurbanına çevrilirlər. Ona görə də Soçi görüşünün indiki dönəmdə əsas geosiyası mahiyyəti iki fərqli siyasətçinin görüşüb anlaşa bilməsindən ibarətdir”.



İlqar Vəlizadə Türkiyənin danışıqlarda öz maraqlarını qoruduğunu sözlərinə əlavə edib: “Konkret məsələlərə gəlincə, biz bilirik ki son aylar ərzində Türkiyə Suriyada mürəkkəb və həlledici antiterror əməliyyatı keçirmək niyyətindədir. Türkiyə fikrindən dönməyib. Ancaq son görüşdə Türkiyə Rusiyanın narahatlığını nəzərə aldı. Eyni zamanda onu da demək lazımdır ki, Rusiya da Türkiyənin mövqeyini nəzərə aldı, nəticədə Suriya məsələsində ortaq mövqeyə gələ bildilər. Razılığa əsasən, Türkiyə indiki durumda əməliyyat aparmayacaq. Digər tərəfdən Türkiyəyə qarşı proseslər getsə, Ankara hərəkətə keçməyə bilməz. Ona görə də Rusiya müəyyən məsələlərdə zəmanətçi qismində çıxış edir. Rusiya zəmanət verir ki, bu dövrdə xoşagəlməz hadisə baş verməyəcək. Yəni demək istəyirlər ki, "mənim ərazimdə kürd terrorçular sənə hansısa təhdid, problem yaratmayacaq". Əlbəttə, bu aralıq anlaşmasıdır. Son nəticə deyil. Əməliyyat plandadır. Ancaq tərəflər bunu həyata keçirməyib. İstisna deyil ki, geosiyası vəziyyət pisləşə bilər. İndi heç kim istəmir ki, dünyada olan problemlərə birini də əlavə etsin. Cənubi Qafqazda zaman-zaman xoşagəlməz hallar baş verir. Həm Türkiyə, həm Rusiya istəyir ki, vəziyyət yaxşılaşsın, kommunikasiyalar açılsın. Həm də çalışırlar ki, üçüncü tərəfdən bölgəyə təsirli müdaxilə olmasın. Çox güman ki, bu məsələdə də razılıq əldə olunub”.



Politoloq Türkiyə və Rusiya arasında qaz razılaşmasının önəmini xüsusilə vurğulayıb: “Burada qaz məsələsi önəmlidir. Rusiya tərəfi açıq deyib ki, Avropa İttifaqı indiyədək qaz ixrac etməyimizə görə Türkiyəyə sağ ol deməlidir. Burada, əlbəttə həqiqət də var. O cümlədən, taxıl ixracı ilə bağlı məsələ də onu göstərir ki, Türkiyənin vasitəçiliyi həlledici rol oynayır. Türkiyə və Rusiyanın nüfuzu olan ölkələrdə nisbi sakitlik yaşanır. Buna misal olaraq Cənubi Qafqazı, Şimali Suriyanı və başqalarını göstərə bilərik”. Qeyd edək ki, Qərb hökumətləri Türkiyə ilə Rusiya arasında iqtisadi əlaqələrin dərinləşməsindən təşvişə düşüb. "Financial Times" qəzetinin yaydığı məlumata görə, Türkiyə Rusiyanın sanksiyalardan yayınmasına kömək edərsə, Ankaraya da təzyiqlər edilə bilər.

6-08-2022, 16:46
Zelenski müşavirə keçirdi - Təzminat tələb edir


Zelenski müşavirə keçirdi - Təzminat tələb edir

Ukrayna Prezidenti Volodimir Zelenski müşavirə keçirib. Butov.az xəbər verir ki, müşavirə Rusiyanın vurduğu ziyana görə Ukraynaya təzminat ödənilməsi məsələsinə həsr olunub. Kompensasiya mexanizminin yaradılması və həyata keçirilməsi üçün dövlət başçısı Prezident Aparatının rəhbəri Andriy Yermakın sədrliyi ilə Nazirlər Kabinetinin nümayəndələrinin, aparıcı ukraynalı və xarici beynəlxalq hüquqşünasların daxil olduğu xüsusi işçi qrupu yaradıb. İclas iştirakçıları Rusiyanın aktivlərinin Ukraynanın xeyrinə məcburi müsadirə edilməsinə dair danışıqlar prosesinin gedişini və bu istiqamətdə atılacaq addımları müzakirə ediblər. O cümlədən Ukraynanın tərəfdaşları ilə çoxtərəfli beynəlxalq müqavilənin bağlanması yolu ilə xüsusi kompensasiya komissiyasının yaradılması istiqamətində iş aparılır. Bu komissiya müharibə nəticəsində dəymiş zərərin ödənilməsi ilə bağlı müraciətlərə baxa biləcək.
6-08-2022, 16:39
Putinlə Ərdoğan rublla bağlı razılığa gəlib


Putinlə Ərdoğan rublla bağlı razılığa gəlib

Türkiyə və Rusiya prezidentləri arasında ötən gün Soçidə keçirilən görüşdə rublla bağlı razılıq əldə olunub. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya səfərindən geri dönərkən yerli jurnalistlərə müsahibəsində deyib. Prezident hazırda Türkiyənin qapısının hər kəsə açıq olduğunu söyləyib. "Kim ölkəmizə sərmayə qoymaq istəyirsə, ona hər cür dəstəyi veririk. Çünki Türkiyə təkcə son hadisələrlə bağlı deyil, həm də dünyada azad bazar iqtisadiyyatının ən mühüm açıq qapısıdır. Təbii ki, Soçi səfərinin bir yaxşı cəhəti də o idi ki, cənab Putinlə rublla bağlı razılığa gəldik. Mübadilələri rublla edəcəyik. Bu da təbii ki, maliyyə məsələlərində Türkiyə ilə Rusiya arasında ayrı bir güc mənbəyi olacaq və daha çox qazanc gətirəcək. Rusiyanın “Mir” kartı da var. Hazırda beş bankımız bununla bağlı işləri davam etdirir. Ciddi irəliləyişlər var. Bu, təbii ki, Rusiyadan gələn turistlər üçün rahat prosesdir. Onlarla alış-veriş və otel ödənişlərini edə bilərlər. Həm onlar, həm də bizim üçün çox əlverişli sistemdir. Səfər zamanı Rusiya Mərkəzi Bankının prezidenti və Mərkəzi Bankımızın prezidenti arasında da görüş oldu”, - deyə Ərdoğan Putinlə görüşün detallarından söz açıb.
5-08-2022, 23:35
Rusiya və Türkiyə prezidentləri birgə bəyanat imzaladılar


Rusiya və Türkiyə prezidentləri birgə bəyanat imzaladılar
Soçidə Rusiya və Türkiyə prezidentləri Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan arasında görüşün yekunlarına dair birgə bəyanat imzalanıb.
Bəyanatda liderlər regional və qlobal təhdidlərə baxmayaraq, Rusiya-Türkiyə münasibətlərini inkişaf etdirmək niyyətində olduqlarını bildiriblər.
Tərəflər qarşılıqlı ticarətin həcmini artırmaq, nəqliyyat, kənd təsərrüfatı, sənaye, turizm və tikinti sektorlarında qarşılıqlı fəaliyyəti genişləndirmək üçün addımlar atmağı qərara alıblar.
Rusiya və Türkiyə prezidentlərinin bəyanatında qeyd olunub ki, tərəflər Suriya və Liviyanın ərazi bütövlüyü və siyasi birliyinin qorunub saxlanmasına tərəfdardırlar, terror təşkilatlarına qarşı birgə mübarizəni əlaqələndirməkdə əzmlidirlər.
Dövlət başçıları yüksək səviyyəli əməkdaşlıq Şurasının növbəti iclasını Türkiyədə keçirmək barədə razılığa gəliblər.
5-08-2022, 20:52
Paşinyan və Blinken Qarabağdakı gərginliyi müzakirə etdi


Paşinyan və Blinken Qarabağdakı gərginliyi müzakirə etdi

ABŞ Dövlət katibi Entoni Blinken və Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub. Butov.az xəbər verir ki, məlumatı Ermənistan tərəfi yayıb. Tərəflər son günlər Qarabağda yaranmış vəziyyəti müzakirə ediblər. Blinken gərgin vəziyyətdən narahatlığını vurğulayıb və sabitləşməyə töhfə verməyə hazır olduğunu bildirib.
5-08-2022, 20:43
Əfqanıstanda partlayış - Ölən var


Əfqanıstanda partlayış - Ölən var

Əfqanıstanın paytaxtı Kabildə şiələrin məskunlaşdığı ərazidə partlayış törədilib. Bu barədə "Reuters" yerli rəsmilərə istinadən məlumat yayıb. Partlayış nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb. Polis bildirib ki, partlayış insanların çox olduğu yerdə baş verib. Partlayışa görə məsuliyyəti üzərinə götürən olmayıb.
5-08-2022, 19:19
İsrail Qəzzaya zərbələr endirdi


İsrail Qəzzaya zərbələr endirdi

İsrail ordusu Qəzza zolağında bəzi hədəflərə zərbələr endirib. Bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb. Hərbçilər Qəzzaya hücum üçün İsrail daxilində "xüsusi vəziyyət" elan ediblər. “Sübh” adlı əməliyyat çərçivəsində Qəzza zolağında radikalların mövqelərinə zərbələr endirildiyi deyilir. Sosial mediada Qəzzada tüstüləyən binaların videoları yayılıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!