İrandakı etirazlarda 5 yaşlı uşaq güllələnib .....                        İrəvandakı iranlılar Pəhləvinin qayıtmasını istəyirlər .....                        Bakıda SSRİ bayrağı müzakirələrə səbəb oldu - VİDEO .....                        ABŞ ordusu hücuma başladı .....                        İranda Qasım Süleymaninin portretini yandırdılar .....                        ABŞ İranı bombalayacaq .....                        “Fənərbaxça”ya məğlub olan “Qalatasaray”dan gözlənilməz qərar .....                        ABŞ İran xalqına kömək etməyə hazırdır - TRAMPDAN SƏRT MESAJ .....                        İran səfirliyində dövlət bayrağı dəyişdirildi .....                       
16-07-2023, 20:00
Qahirədə beşmərtəbəli bina uçdu - 2 nəfər öldü


Qahirədə beşmərtəbəli bina uçdu - 2 nəfər öldü

Bu gün Misirin paytaxtı Qahirənin şimalındakı Buheyra əyalətində beşmərtəbəli bina uçub. Hadisə nəticəsində azı 2 nəfər ölüb. Binanın çökməsi zamanı 13 nəfər yaralanıb.
Hadisə yerinə xilasedicilər cəlb olunub.
16-07-2023, 19:24
Rusiyanın çox effektiv müasir hərbi texnikası var - Putin


Rusiyanın çox effektiv müasir hərbi texnikası var - Putin

Rusiya Ukraynada müharibə zamanı ələ keçirilən Qərb texnikasını öyrənəcəklər. Bunu Rusiya Prezidenti Vladimir Putin müsahibəsində bildirib.
O əlavə edib ki, Rusiyanın da çox effektiv müasir hərbi texnikası var.
Rusiya lideri buna misal olaraq “T-90 Proryv” tankını göstərib və onu dünyanın ən yaxşısı adlandırıb.
16-07-2023, 18:44
15 iyul ildönümü İstanbulda belə qeyd olundu


15 iyul ildönümü İstanbulda belə qeyd olundu

15 iyulda Türkiyədə hərbi çevrilişə cəhd hadisələrinin 7 ili tamam olub. Həmin hadisənin ildönümü ölkənin müxtəlif yerlərində, xüsusən də İstanbulda qeyd edilib.
Xatırladaq ki, 2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhdin qarşısı alınarkən 252 mülki şəxs və əsgər şəhid olub.






16-07-2023, 17:36
İranda hicab qaydalarıyla bağlı polis patrulları yaradılır


İranda hicab qaydalarıyla bağlı polis patrulları yaradılır

İranda hicab qaydaları ilə bağlı mübarizə aparmaq üçün polis patrulları yaradılır. ISNA bu barədə polis komandanlığının sözçüsü Montazeral Mehdiyə istinadən məlumat yayıb. Sözçü sosial normaları pozmaqda (hicab taxmamaq) israr edən insanlarla mübarizə aparmaq məqsədi ilə bütün ölkə üzrə polis avtomobili və piyada patrul xidmətinin yerləşdirildiyini açıqlayıb: “Bu gündən başlayaraq bütün ölkə ərazisində avtomobil və piyada patrul xidməti yaradılır. Qeyri-adi geyimlə normanı pozmağa davam edən şəxslərə xəbərdarlıq ediləcək. Polisin əmrlərinə tabe olunmadığı təqdirdə qanuni tədbirlər görüləcək və onlar məhkəməyə cəlb olunacaq”.
16-07-2023, 16:40
Türkiyənin Hatay bölgəsində meşə yanğını baş verib


Türkiyənin Hatay bölgəsində meşə yanğını baş verib

Türkiyənin Hatay bölgəsində Belen rayonunda meşə yanğını baş verib. Yanğınsöndürən qrupların havadan və qurudan müdaxiləsi ilə alovlar söndürülməyə çalışılır.
Yanğın əsasən, Soğukölük məhəlləsinin meşə sahəsində baş verib. Hadisənin səbəbi hələ bəlli deyil.
Yaşayış məntəqələrinə yaxın ərazidə baş verən yanğın küləyin təsiri ilə böyüyüb.
16-07-2023, 15:14
Kosova “Bayraktar” PUA-larını aldı


Kosova “Bayraktar” PUA-larını aldı

Türkiyə istehsalı “Bayraktar” TB2 zərbə PUA-ları Kosova Silahlı Qüvvələrinin arsenalına daxil olub. Bu barədə Kosovanın Baş naziri Albin Kurti bildirib.
“Ordumuzun arsenalını hökumət olaraq Türkiyədən aldığımız “Bayraktar” TB2 pilotsuz uçuş aparatları ilə təmin etdik. İki illik hökumət dövründə ordunun sayını 80 %-dən çox artırdıq, ordunun büdcəsini isə 100 %-dən çox”, - siyasətçi feysbukda yazıb.
Onun sözlərinə görə, Kosova “daha ​​da təhlükəsiz” olub.
16-07-2023, 14:11
İsrailin Baş naziri xəstəxanadan evə buraxıldı


İsrailin Baş naziri xəstəxanadan evə buraxıldı

İsrailin Baş naziri Binyamin Netanyahu xəstəxanadan evə buraxılıb. Bu barədə “Kan” radiostansiyası məlumat yayıb.
Daha əvvəl bildirilmişdi ki, Netanyahunun səhhəti pis olduğu üçün kortejinin müşayiəti ilə şənbə günü səhər tezdən gəldiyi “Tel HaShomer” xəstəxanasının kardiologiya mərkəzinin həkimləri gecə saatlarında Baş nazirin vəziyyətini müşahidə edəcəklər.
16-07-2023, 12:38
138 miqrant Əfqanıstana göndərildi


138 miqrant Əfqanıstana göndərildi

Türkiyənin Kocaeli ərazisində keçirilən əməliyyatlar zamanı tutulan 138 qeyri-qanuni miqrant Əfqanıstana göndərilmək üçün avtobuslarla Cengiz Topel hava limanına aparılır. 138 qeyri-qanuni mühacir təhlükəsizlik məntəqəsindən keçdikdən sonra Əfqanıstan Hava Yollarına məxsus təyyarə ilə çarter reysləri ilə ölkələrinə göndəriləcək.
Bu gün ediləcək çarter reysi ilə ilin əvvəlindən bu yana deportasiya edilən immiqrantların sayı 2688 olacaq. 2017-ci ildən bu yana deportasiya edilən qeyri-qanuni miqrantların sayının 18 095 nəfər olduğu bildirilib.
16-07-2023, 11:00
Pakistan XİN-dən İsveç hökümətinə etiraz


Pakistan XİN-dən İsveç hökümətinə etiraz

Pakistan Xarici İşlər Nazirliyi Tövrat və İncilin yandırılmasına icazə verdiyinə görə İsveç hakimiyyətini tənqid edib.
Bu barədə nazirlik bəyanat yayıb.
Pakistan XİN bildirib ki, söz və fikir azadlığı pərdəsi altında dini nifrət yaradan təhqiramiz əməllərə bəraət qazandırmaq olmaz.
Qeyd edək ki, iyunun 28-də - Qurban bayramının ilk günü Stokholmda məscidin qarşısında təxribat məqsədilə “Qurani-Kərim” yandırılıb. İsveçdə dəfələrlə müqəddəs kitablara qarşı bu kimi hallar yaşanır və etirazlara baxmayaraq İsveç polisi buna biganə qalır.
16-07-2023, 10:10
Tel-Əvivdə kütləvi etiraz aksiyası - 150 mindən çox insan iştirak etdi


Tel-Əvivdə kütləvi etiraz aksiyası - 150 mindən çox insan iştirak etdi

İsrailin paytaxtı Təl-Əvivdə məhkəmə islahatlarına qarşı keçirilən etiraz aksiyasında 150 mindən çox insan iştirak edib.
Bu barədə “The Times of Israel” qəzeti yazıb.
28-ci dəfədir keçirilən aksiyada etirazçılar əllərində “Bayden bizi xilas et” yazılan plakatlar tutaraq ABŞ prezidenti Co Baydeni İsrail baş naziri Benyamin Netanyahuya təzyiq göstərməyə çağırıb.
Son günlər etirazlar daha da artıb, müxalifət iyulun sonunda hökumətin məhkəmə sisteminə düzəlişləri qəbul edəcəyini və yay tətilinə çıxacağını gözləyir.
İyulun 15-də İsrail hökumətinin iclası 73 yaşlı baş nazir Benyamin Netanyahunun xəstəliyi ilə əlaqədar iyulun 17-nə təxirə salınıb.
Mart ayından bəri İsraildə məhkəmə islahatları ilə əlaqədar genişmiqyaslı etirazlar keçirilir. Dəyişikliklərə əsasən, hökumət hakimlərin təyinatına və Ali Məhkəmənin səlahiyyətlərinin azaldılmasına nəzarət edəcək. Etirazlara görə qanun layihəsinə baxılması yaya qədər təxirə salınıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!