Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
26-11-2023, 16:34
HƏMAS dörd liderinin öldüyünü təsdiqlədi


HƏMAS dörd liderinin öldüyünü təsdiqlədi

Fələstinin radikal HƏMAS hərəkatının silahlı qanadı olan “İzzəddin əl-Qəssam” qruplaşması dörd liderinin öldüyünü təsdiqləyib.
Bu barədə HƏMAS-ın teleqram kanalında dərc olunan məlumatda deyilir.
Öldürülənlər arasında Vael Rəcəb, Rafaat Salman, Ayman Siyam və Şimal Briqadasının komandiri Əhməd əl-Qandur da var.
İsrail tərəfi isə bəyan edib ki, Fələstinin HƏMAS radikal təşkilatının silahlı qüvvələrinin 10-dan yüksək rütbəli komandiri məhv edilib.
İsrail və HƏMAS hərəkatı arasında müharibə oktyabrın 7-dən davam edir. İsraildə 1,4 min, Qəzza zolağında isə 7 mindən çox fələstinlinin həlak olduğu bildirilir.
26-11-2023, 15:30
Qərb dövlətləri açıq şəkildə Rusiyaya qarşı mübarizə aparırlar


Qərb dövlətləri açıq şəkildə Rusiyaya qarşı mübarizə aparırlar

“Bəzi Qərb dövlətləri Qarabağ ətrafında sabitliyi pozmağa çalışır və regionda açıq şəkildə Rusiyaya qarşı mübarizə aparırlar”.
Bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
“Haradasa, yəqin ki, 3, 4, 5 il əvvəl də belə bir mübarizə diplomatik maskalarla aparılırdı. İndi bu maskalar çoxdan atılıb və üzbəüz, açıq şəkildə mübarizə aparılır. Doğrudan da, bir sıra ölkələr hələ də Qarabağ ətrafında sabitliyi pozmağa çalışır.
Nəticədə Azərbaycan tərəfi rəsmi şəkildə bəyan etdi ki, bu sayda dövlətlər birtərəfli mövqe tutduqları üçün çətin ki, hər hansı vasitəçi roluna iddia edə bilərlər”, - Kreml nümayəndəsi bildirib.
26-11-2023, 00:29
Türkiyə və İran XİN Başçıları Qəzzanı müzakirə etdi


Türkiyə və İran XİN Başçıları Qəzzanı müzakirə etdi

İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian türkiyəli həmkarı Hakan Fidan ilə telefon danışığı aparıb.
Məlumatı İran tərəfi yayıb.
Telefon danışığı zamanı Qəzzadakı vəziyyət müzakirə olunub.
Abdullahian İran və Türkiyənin digər müsəlman ölkələri ilə birlikdə Fələstin xalqına dəstək üçün daha güclü tədbirlər görməsinin vacibliyini vurğulayıb.
25-11-2023, 22:25
İranda qar uçqunu: 5 alpinist həlak oldu


İranda qar uçqunu: 5 alpinist həlak oldu

İranın qərbində qar uçqunu baş verib.
5 alpinist həlak olub, 4 nəfər xəsarət alıb.
Xilasetmə qrupları paytaxt Tehrandan 300 kilometr cənub-qərbdə yerləşən San Boran zirvəsindən beş alpinistin cəsədini çıxarıb. Xəsarət alan 4 alpinist xəstəxanaya yerləşdirilib.
Doqquz nəfərdən ibarət alpinistlər qrupu yerli hakimiyyət orqanlarının mümkün risk barədə xəbərdarlığına baxmayaraq, cümə axşamı səyahətə başlayıb. 4,150 metr olan dağ silsiləsində son günlər intensiv qar yağıb.
25-11-2023, 20:24
Pakistanda yanğın: 10 nəfər öldü, 20-dən çox yaralı var


Pakistanda yanğın: 10 nəfər öldü, 20-dən çox yaralı var

Pakistanın Kəraçi şəhərinin cənub-qərbində yerləşən ticarət mərkəzində yanğın baş verib.
Hadisə nəticəsində 10 nəfər ölüb, 20-dən çox insan yaralanıb.
Kəraçi şəhərinin meri Murtaza Vahab Siddiqi bildirib ki, yanğın söndürülüb və hazırda soyutma işləri aparılır.
Yanğının səbəbi hələ müəyyən edilməyib.
25-11-2023, 19:23
Livanın Baş naziri Türkiyədə səfərdədir


Livanın Baş naziri Türkiyədə səfərdədir

Livanın Baş naziri Nəcib Mikati Türkiyədə səfərdədir.
Bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Livanın Baş naziri arasında görüş olub.
25-11-2023, 17:34
Türkiyə ilə Rusiya arasında mühüm Protokol imzalandı


Türkiyə ilə Rusiya arasında mühüm Protokol imzalandı

Ankarada Türkiyə ilə Rusiya arasında Ticarət-İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyanın növbəti iclası keçirilib.
İclasda ticarət, gömrük, enerji, kənd təsərrüfatı, sənaye, standartlaşdırma, nəqliyyat, turizm kimi bir çox sahələri əhatə edən, iki ölkənin iqtisadi əlaqələrinin gələcək inkişafının yol xəritəsi hesab olunan protokol imzalanıb.
Sənədi Türkiyənin ticarət naziri Ömər Bolat və Rusiya Federasiyası Baş nazirinin müavini Aleksandr Novak imzalayıblar.
Bununla bağlı açıqlama verən Ömer Bolat bildirib ki, 2013-cü ildə cəmi 33 milyard ABŞ dolları olan ikitərəfli ticarət dövriyyəsi 2022-ci ilin sonunda 68 milyard dolları ötüb. İki ölkə arasında ticarət həcminin 100 milyard dollara çatdırılması üçün qarşılıqlı səylər davam etdiriləcək.
25-11-2023, 16:58
Almaniya Ukraynanı dəstəkləməyə davam edəcək


Almaniya Ukraynanı dəstəkləməyə davam edəcək

Almaniya büdcə çətinliklərinə baxmayaraq, Ukraynanı dəstəkləməyə davam edəcək.
Bunu Sosial Demokrat Partiyasının regional qurultayında Almaniya kansleri Olaf Şolz deyib.
O bəyan edib ki, Almaniya hakimiyyəti müharibənin iqtisadi nəticələrini yüngülləşdirmək və ölkədə harmoniyanı qorumaq üçün hər şeyi edəcək.
Kanslerin sözlərinə görə, hökumət Almaniyada sənayenin modernləşdirilməsi layihəsinə dəstək verəcək.
25-11-2023, 15:17
Ermənistan bu ölkəylə diplomatik əlaqələr qurdu


Ermənistan bu ölkəylə diplomatik əlaqələr qurdu

Ermənistan və Səudiyyə Ərəbistanı arasında diplomatik əlaqələr qurulub.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, əlaqələrin qurulması barədə protokol ötən gün Əbu-Dabidə imzalanıb.
İmzaları Ermənistanın BƏƏ-dəki səfiri Karen Qriqoryan və Səudiyyə Ərəbistanının səfiri Sultan bin Abdulla Əl-Anqar atıb.
25-11-2023, 15:02
Avropanın nümayəndə heyəti Ermənistana gəlir


Avropanın nümayəndə heyəti Ermənistana gəlir

Avropa İttifaqının (Aİ) Xarici Fəaliyyət Xidməti və Avropa Komissiyasının nümayəndələrindən ibarət nümayəndə heyəti Ermənistana gələcək.
Bu barədə Aİ-nin Ermənistandakı nümayəndəliyi məlumat yayıb.
Səfər 27-29 noyabr tarixlərində baş tutacaq.
Səfər zamanı Aİ-Ermənistan münasibətlərinin dərinləşdirilməsi və möhkəmləndirilməsinin mümkün istiqamətləri müzakirə olunacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!