Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
28-11-2023, 17:44
Ukrayna və Baltikyanı ölkələr ATƏT-in toplantısını boykot edəcək


Ukrayna və Baltikyanı ölkələr ATƏT-in toplantısını boykot edəcək

Ukrayna, habelə Baltikyanı ölkələr olan Latviya, Litva və Estoniya ATƏT XİN başçılarının toplantısını boykot edəcək.
Buna səbəb Rusiya xarici işlər naziri Sergey Lavrovun toplantıya dəvət olunmasıdır.
Qeyd edək ki, Rusiya noyabrın 30-dan dekabrın 1-dək Şimali Makedoniyada keçiriləcək Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasına dəvət olunub. Şuranın toplantısı Skopye şəhərində baş tutacaq. İllik iclas ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmaninin dəvəti ilə baş tutacaq.
Aİ-nin Xarici Siyasət İdarəsindən Lavrovun Şimali Makedoniyaya səfər edərək tədbirdə iştirakının sanksiya rejimini pozmayacağı bildirilib.
28-11-2023, 17:37
Hakan Fidan estoniyalı həmkarıyla görüşdü


Hakan Fidan estoniyalı həmkarıyla görüşdü

Türkiyənin xarici işlər naziri Hakan Fidan Estoniya XİN başçısı Marqus Tsahkna ilə görüşüb.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi rəsmi X səhifəsində məlumat yayıb.
Görüş Belçikanın paytaxtı Brüsseldə keçirilən NATO XİN başçıları toplantısı çərçivəsində gerçəkləşdirilib.
"NATO-dakı daimi nümayəndəliyimizdə keçirilən görüşdə ikitərəfli əlaqələr, Ukraynadakı son hadisələr və ittifaqın gündəmindəki mövzular müzakirə olunub", - deyə paylaşımda qeyd olunub.
28-11-2023, 17:11
Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanıyır - Simonyan


Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanıyır - Simonyan

Ermənistan Qarabağda daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanıyır.
Bunu noyabrın 28-də jurnalistlərlə söhbətində Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib.
O, həmçinin bildirib ki, artıq Ermənistan Respublikası üçün “Dağlıq Qarabağ məsələsi” mövcud deyil.
“Artsax məsələsinin həll olunması nə deməkdir? Artsax məsələsinin həlli və ya qeyri-həlli yolu nədir? İndi Ermənistan Respublikasının belə bir sualı yoxdur”, - Simonyan bildirib.
Onun sözlərinə görə, bu gün Ermənistan üçün əsas məsələ Azərbaycanla sülh müqaviləsinin imzalanmasıdır.
Xatırladaq ki, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan mayın 22-də keçirdiyi mətbuat konfransında deyib: “Ermənistan Dağlıq Qarabağ da daxil olmaqla 86,6 min kvadrat kilometr ərazisi olan Azərbaycanın ərazi bütövlüyünü tanıyır”.
28-11-2023, 17:07
Britaniyalı nazir xalqından üzr istədi


Britaniyalı nazir xalqından üzr istədi

Britaniyalı nazir Maykl Qov hökumətin etdiyi səhvlərə görə üzr istəyib.
Britaniyanın mənzil-məişət məsələləri üzrə dövlət naziri Maykl Qov, COVID-19-la bağlı aparılan araşdırma çərçivəsində bu gün suallara cavab verib. O, çıxışı zamanı koronavirus qurbanlarından və onların ailələrindən hökumətin etdiyi səhvlərə görə üzr istəyib. Maykl Qov Nazirlər Kabinetinə cavabdeh və qəbul edilən bir çox qərarlara yaxın olan bir nazir kimi məsuliyyəti öz üzərinə götürüb:
“Pandemiyaya cavab olaraq hökumətin buraxdığı səhvlər nəticəsində bu qədər ağrıya dözən qurbanlardan, bu qədər itkiyə məruz qalan ailələrdən üzr istəmək istəyirəm. Siyasətçilər insandır, biz səhv edə bilirik. Əminəm ki, aparılan araşdırma mənim və başqalarının buraxdığı bir çox səhvlərə ətraflı baxmaq imkanı verəcək”,- deyə nazir qeyd edib.
Maykl Qov pandemiyanın ilk 18 ayı ərzində Nazirlər Kabinetinin işinə və siyasətinə məsul olub.
28-11-2023, 16:34
Hakan Fidan ABŞ Dövlət katibuylə görüşdü


Hakan Fidan ABŞ Dövlət katibuylə görüşdü

Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ Dövlət katibi Antoni Blinkenlə görüşüb.
Bu barədə TRT məlumat yayıb.
Görüş NATO XİN başçılarının toplantısı çərçivəsində Brüsseldə keçirilib.
Tərəflər qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirə ediblər.
Qeyd edək ki, hər iki rəsmi Belçikada səfərdədir.
28-11-2023, 16:13
Türkiyənin XİN Başçısı Stoltenberqlə görüşdü


Türkiyənin XİN Başçısı Stoltenberqlə görüşdü

Türkiyənin xarici işlər naziri Hakan Fidan NATO xarici işlər nazirlərinin Brüsseldə keçirilən iclası çərçivəsində Alyansın baş katibi Yens Stoltenberqlə görüşüb.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.
Tərəflər qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.
28-11-2023, 16:06
Rusiyada prezident seçkiləri tarixi elan olundu


Rusiyada prezident seçkiləri tarixi elan olundu

Rusiya Federasiyası Federal Şurası dekabrın 13-nə təyin edilmiş sessiyada gələn ilin martında keçiriləcək prezident seçkilərini elan edəcək.
Bunu Rusiya Federasiyası Kommunist Partiyasının lideri Gennadi Züqanov yerli KİV-ə bildirib.
“Məndə olan məlumata görə, Federal Şura dekabrın 13-də prezident seçkiləri kampaniyasına başlandığını rəsmən elan edəcək”, - o, jurnalistlərə bildirib.
Seçki qanunvericiliyinə görə, Rusiya Federasiyasında prezident seçkiləri 2024-cü ilin mart ayının ortalarında keçirilməlidir.
Federal Şuranın seçki tarixi ilə bağlı yekun qərarı 2023-cü ilin dekabrında verəcəyi gözlənilir, bundan sonra siyasi partiyalar seçkiqabağı qurultaylarını keçirməli və namizədlərini rəsmən irəli sürməlidirlər.
Məlumdur ki, hakim “Vahid Rusiya” dekabrın 17-də, Rusiya Kommunist Partiyası isə dekabrın 23-də qurultayını keçirəcək.
“Həqiqət üçün ədalətli Rusiya” partiyası bundan əvvəl Rusiya Federasiyasının hazırkı prezidenti Vladimir Putinin seçkilərdə iştirak edəcəyi təqdirdə onu dəstəkləmək niyyətində olduğunu bəyan edib.
27-11-2023, 22:30
Sülhün əldə edilməsi üçün real fürsət görürük - ABŞ rəsmisi


Sülhün əldə edilməsi üçün real fürsət görürük - ABŞ rəsmisi

ABŞ Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsi üçün real fürsət görür.
Bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayn jurnalistlərin suallarını cavablandırarkın deyib.
"Hər iki tərəfin bir-biri ilə birbaşa və vasitəçilərlə danışması bizi ruhlandırır. Bununla biz bütün regionun faydalanması üçün real fürsət görürük. Məsələn Mərkəzi Asiyadan ticarət Azərbaycan və Ermənistan vasitəsilə Türkiyəyə keçə bilsə, bu, həmin ticarət yolu üzərindəki bütün ölkələr üçün əhəmiyyətli təkan olardı. Və biz bunun bir hissəsi olmaq fürsətini alqışlayırıq", - ABŞ rəsmisi bildirib.
27-11-2023, 22:20
Böyük Britaniyada ilk dəfə donuz qripinə yoluxma faktı aşkar edildi


Böyük Britaniyada ilk dəfə donuz qripinə yoluxma faktı aşkar edildi

Böyük Britaniyada, Şimali Yorkşirdə ilk dəfə donuz qripinə yoluxma faktı aşkar edilib.
Virus aşkar edilən şəxsin donuzlarla heç bir təması olmayıb.
Ümumdünya Səhiyyə Təşkilatının bildirdiyinə görə, donuz qripi virusu, ümumiyyətlə, insanlara yoluxmasa da, bəzən donuzlarla birbaşa təmasda olan insanlar arasında infeksiya halları baş verir. Hətta insanlar arasında bir neçə yoluxma hadisəsi rəsmi şəkildə qeydə alınıb.
Bununla belə, UKHSA infeksiyanın mənbəyinin hələ də müəyyən edilmədiyini bildirib.
“Bu virusu ilk dəfə Böyük Britaniyadakı insanlarda aşkar etmişik, o, donuzlarda aşkar edilən viruslara çox oxşayır. Yaxın təmaslara nəzarət edilməsi və mümkün olan hər hansı yoluxmanın azaldılması üzərində iş aparırıq. Müəyyən edilmiş protokollara əsasən, həmin insanın necə yoluxduğunu öyrənmək və əlaqədar halların hələ də mövcud olub-olmadığını qiymətləndirmək üçün araşdırmaları davam etdiririk”, – deyə agentliyin direktoru Mira Çand bildirib.
27-11-2023, 20:57
Qəzza zolağında atəşkəs daha iki gün uzadıldı


Qəzza zolağında atəşkəs daha iki gün uzadıldı

Qətər Xarici İşlər Nazirliyi və HƏMAS hərəkatı Qəzza zolağında noyabrın 24-dən qüvvədə olan müvəqqəti atəşkəsin daha iki gün uzadıldığını açıqlayıb.
Bu barədə "Əl Cəzirə" kanalı məlumat yayıb.
Qətərin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari telekanala bildirib ki, atəşkəsin uzadılması qərarı İsrial və HƏMAS tərəfindən dəstəklənib və atəşkəsin bitmə tarixi 29 noyabr müəyyən edilib.
HƏMAS hərəkatı bildirib ki, “Qətər və Misirin vasitəçilik rolu” sayəsində atəşkəs razılaşmasına nail olmaq mümkün olub. Onlar, həmçinin girovların azad edilməsi ilə bağlı danışıqları davam etdirməyə hazır olduqlarını bildiriblər, lakin hələlik konkret razılaşmaların əldə olunmadığı vurğulanır.
İsrail televiziyasının 12-ci kanalı qeyd edir ki, İsrail hələ də atəşkəsin uzadılması ilə bağlı qərarla razılaşmayıb. Bununla belə, telekanalın mənbələri bildirir ki, HƏMAS gecə yarısına qədər azad ediləcək 20 girovun adını verərsə, ölkə hakimiyyəti Qəzzada fasiləni 2 gün uzatmağa hazırdır.
Qəzza zolağında girovların azad edilməsi müqabilində atəşkəs razılaşması noyabrın 24-dən qüvvəyə minib. Dünən, noyabrın 26-da HƏMAS üçüncü məhbus qrupunu azad edib. CNN-in məlumatına görə, İsrail artıq azad ediləcək dördüncü girov qrupunun siyahısını alıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!