25-03-2023, 23:10
Zəlzələdə dağılan binaları tikən şübhəlilərin sayı 317-ə çatıbTürkiyədə baş vermiş güclü zəlzələlər nəticəsində dağılan binaların tikintisində qanunsuzluğa yol verməkdə şübhəli bilinərək həbs olunanların sayı 317 nəfərə çatıb. Bu barədə ölkənin Ədliyyə Nazirliyindən bildirilib.
25-03-2023, 17:18
Zəlzələdə dağılan binaları tikən şübhəlilərin sayı 317-ə çatıbTürkiyədə baş vermiş güclü zəlzələlər nəticəsində dağılan binaların tikintisində qanunsuzluğa yol verməkdə şübhəli bilinərək həbs olunanların sayı 317 nəfərə çatıb. Bu barədə ölkənin Ədliyyə Nazirliyindən bildirilib.
25-03-2023, 15:01
İki yolumuz var: ya Qarabağdan çıxmaq, ya da döyüşmək - ArutyunyanErməni separatçılarının başçısı Arayik Arutyunyan bu yaxınlarda Moskvada "işgüzar" səfərdə olub. Bu barədə Ermənistanın “Hraparak” qəzeti yazıb. Bildirilib ki, Arutyunyan bir neçə gün əvvəl geri qayıdıb. Sosial şəbəkələrin erməni seqmentində yayılan məlumata görə, baş separatçı Moskvadan qayıtdıqdan sonra yaxın ətrafına bildirib ki, onların iki yolu var: ya Qarabağdan çıxmaq, ya da döyüşmək və lazım gələrsə, ölmək...Arayik istefa mövzusunun hələlik qapalı olduğunu, yaxın gələcəkdə "seçkilərin" olmayacağını bildirib. Bundan əlavə, erməni mənbələri qeyd edib ki, Arayik yeni müharibəyə hazırlaşmaq və silahlanmaq barədə göstəriş verib.
25-03-2023, 14:55
Ölkəmiz bu müharibəyə tab gətirə bilməz - QaribaşviliBu gün çox ciddi təhdidlər və müharibə çağırışları mövcuddur. Bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili deyib. Baş nazir bildirib ki, bəzi qüvvələr Gürcüstanı müharibəyə cəlb etmək istəyir. O, avropalı siyasətçiləri sərt tənqid edərək, ölkəsinin yeni müharibə istəmədiyini söyləyib. "Gürcüstanın müharibəyə cəlb olunması üçüncü dünya müharibəsinə səbəb ola bilər və ölkəmiz bu müharibəyə tab gətirə bilməz”, - deyə Baş nazir vurğulayıb.
25-03-2023, 14:37
ABŞ F-16 qırıcıları ilə İran hərbi bazalarına zərbələr endirdiABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcıları İranın Suriyada yerləşən hərbi bazalarına zərbələr endirib. Bu barədə xarici mətbuat məlumat yayıb. Hücumun detalları və itkilər barədə əlavə məlumat verilməyib. Qeyd edək ki, Suriyanın şərqində yerləşən Deyrizor rayonunda İranın dəstəklədiyi terrorçu qruplaşmalar ABŞ qüvvələrinin nəzarətində olan Ömer petrol və Kuniko qaz sahələrinə raketlə hücum edib. ABŞ qüvvələri hücumlara top və raketlə cavab verib. Hücum zamanı ABŞ hərbçiləri arasında yaralananlar olub.
25-03-2023, 14:31
İranla münaqişəyə can atmırıq, amma.. - BaydenABŞ Prezidenti Co Bayden ölkəsinin Suriyada yerləşən hərbi bazasının İranın dəstəklədiyi qüvvələr tərəfindən raket hücumuna məruz qalmasına münasibət bildirib. Bayden ABŞ-ın İranla hərbi münaqişəyə girmək istəmədiyini söyləyib. “İranla münaqişəyə can atmırıq. Lakin vətəndaşlarımızın müdafiəsi üçün qətiyyətlə addım atmağa hazırıq”, - deyə prezident vurğulayıb. Qeyd edək ki, Suriyanın şərqində yerləşən Deyrizor rayonunda İranın dəstəklədiyi terrorçu qruplaşmalar ABŞ qüvvələrinin nəzarətində olan Ömer petrol və Kuniko qaz sahələrinə raketlə hücum edib. ABŞ qüvvələri hücumlara top və raketlə cavab verib. Hücum zamanı ABŞ hərbçiləri arasında yaralananlar olub.
25-03-2023, 14:11
Cəsur əsgərlərimizi ön cəbhəyə göndərə bilmərik - ZelenskiUkrayna ordusu silah çatışmazlığı səbəbindən əks-hücuma keçməyə hazır deyil. Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski bildirib. “Hələ başlaya bilmərik. Tanklar, artilleriya və HIMARS olmadan biz cəsur əsgərlərimizi ön cəbhəyə göndərə bilmərik”, - deyə Zelenski vurğulayıb. Prezident qeyd edib ki, hazırda Ukrayna ordusunda ciddi silah-sursat çatışmazlığı yaşanır.
25-03-2023, 14:05
İran Naxçıvana sərhədində hərbi təlimə start verirİran Naxçıvan sərhədi yaxınlığında yeni hərbi təlim keçirməyə hazırlaşır. Bu barədə SEPAH-a yaxın "Telegram" kanalında məlumat yayılıb. Bölgəyə 300-dən çox hərbi texnika və tankın göndərildiyi bildirilib.
24-03-2023, 23:55
İran Naxçıvanla sərhədində hərbi təlimə start verirİran Naxçıvan sərhədi yaxınlığında yeni hərbi təlim keçirməyə hazırlaşır. Bu barədə SEPAH-a yaxın "Telegram" kanalında məlumat yayılıb. Bölgəyə 300-dən çox hərbi texnika və tankın göndərildiyi bildirilib.
24-03-2023, 23:47
Rusiya İrəvanın mövqeyi ilə bağlı hələ də izahat almayıb - PeskovErmənistan Konstitusiya Məhkəməsi Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Statutunun öhdəliklərini tanıdıqdan sonra Rusiya İrəvanın mövqeyi ilə bağlı hələ də izahat almayıb. Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. "Biz bunu tərəfdaşlarımızla müzakirə edəcəyik”, - deyə Dmitri Peskov vurğulayıb. Xatırladaq ki, bu gün Ermənistan Konstitusiya Məhkəməsi Beynəlxalq Cinayət Məhkəməsi (BCM) haqqında Roma Statutunda təsbit olunmuş öhdəlikləri konstitusiyaya uyğun hesab edib. Bundan əvvəl Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putinin həbs edilməsi barədə order çıxarıb. BCM-nin qərarına əsasən, Putin məhkəmənin qərarını tanıyan ölkələrin ərazisində olan zaman həbs olunmalıdır. Rəsmi Moskva BCM-nin məlum qərarını tanımadığını, bu qərarın Rusiya Federasiyası üçün əhəmiyyətsiz olduğunu açıqlayıb.