İlham Əliyevdən PKK-nın ləğvinə reaksiya .....                        Gəncədəki yanğınla bağlı rəsmi AÇIQLAMA .....                        Şoyqunun hərbi xidmət müqaviləsi 5 il uzadıldı .....                        Yük maşını traktorla toqquşdu - Xəsarət alanlar var .....                        Sumqayıtda fəhlə zavodda yıxılaraq xəsarət aldı .....                        Müəllimlərin vakansiya seçiminin nəticələri AÇIQLANDI .....                        Hakan Fidandan PKK-nın ləğvinə reaksiya .....                        Azərbaycan-Bəhreyn parlamentlərarası əməkdaşlıq müzakirə olundu .....                        Evində kirayə yaşaydığı qohumunun pulunu oğurladı, həbs edildi .....                       
1-01-2023, 15:37
Can Azərbaycanla birgə 12 təlim gerçəkləşdirdik - Ərdoğan


Can Azərbaycanla birgə 12 təlim gerçəkləşdirdik - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilin yekunları ilə bağlı hesabat yayımlayıb. O, bu barədə "Twitter" hesabında paylaşım edib. “Can Azərbaycanla birgə 12 təlim gerçəkləşdirərək hərbi imkanlarımızı nəzərdən keçirdik. Qara dənizdə və Azərbaycanda milli texnologiya hərəkatımızın lokomotivi olan "Teknofest"i keçirdik. 18,1 milyard türk lirəsi sərmayəsi ilə yüksək əlavə dəyərə malik 100 layihəyə dəstək verdik", - deyə o qeyd edib. O bildirib ki, Azərbaycanda 279 kvadrat kilometr ərazi minalardan təzmilənib.
1-01-2023, 15:32
Avropa İttifaqından Moldovaya maddi dəstək


Avropa İttifaqından Moldovaya maddi dəstək

Avropa İttifaqı (Aİ) 2023-cü ildə Moldovaya 250 milyon avro maliyyə yardımı ayırmağa hazırlaşır. Bu barədə Aİ-nin Kişinyovdakı nümayəndəliyi məlumat yayıb. “Biz Aİ-nin Moldovanın avropayönümlü istəklərini dəstəkləməyə davam etmək niyyətini təsdiqləyən daha bir ili problemlər və uğurlarla başa vururuq. Növbəti dövrdə Aİ Moldovaya 250 milyon avro məbləğində maliyyə dəstəyi verəcək”, - diplomatik departamentin məlumatında deyilir. Açıqlamada qeyd olunub ki, Aİ Moldovada enerji, nəqliyyat və tibb sahələrinə ən azı 150 milyon avro sərmayə qoymağa hazırlaşır.
1-01-2023, 15:19
Ukraynanın 140 hərbiçisi əsirlikdən azad edildi


Ukraynanın 140 hərbiçisi əsirlikdən azad edildi

Ukrayna ordusunun 140 hərbi qulluqçusu əsirlikdən azad edilib. Bu barədə UNIAN agnetliyi məlumat yayıb. Azad edilən hərbçilər arasında yaralıların olduğu bildirilir. Azad edilən hərbçilər Mariupolun və Zmeyninin müdafiəçiləri, eləcə də digər döyüşçülərdir. Geri qaytarılan hərbçilərdən 132-si kişi və 8-i qadındır.
1-01-2023, 15:17
Rusların raket zərbələri əcnəbi jurnalistdən yan keçmədi


Rusların raket zərbələri əcnəbi jurnalistdən yan keçmədi

Rusiyanın Kiyevə raket zərbələri nəticəsində xarici jurnalist yaralanıb. Bu barədə Kiyevin meri Vitali Kliçko məlumat yayıb. Zərbə nəticəsində yaralanan jurnalist Yaponiyanın “The Asahi Shimbun” qəzetinin müxbiri Vataru Sekitadır. Yaralı şəxsə yardım göstərilib. Qeyd edək ki, bu gün Kiyevə raket zərbələri nəticəsində ölən və yaralananlar olub.
1-01-2023, 15:06
Ərdoğan Türkiyənin yeni il hədəflərini açıqladı


Ərdoğan Türkiyənin yeni il hədəflərini açıqladı

"Türkiyənin 2023-cü il üçün hədəfi siyasətdə və iqtisadiyyatda dünya liderlərindən birinə çevrilməkdir". Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan həmv Yeni il müraciətində deyib. “İndi məqsədimiz təkcə qlobal siyasətdə və iqtisadiyyatda ən yüksək pillələlərə yüksəlmək deyil, həm də orada qalmağa imkan verəcək siyasi və iqtisadi güc əldə etməkdir” - Ərdoğan bildirib. O qeyd edib ki, 2023-cü il Türkiyə üçün xüsusi il olacaq, çünki gələn il cümhuriyyətin elan edilməsinin 100-cü ildönümü qeyd ediləcək:“Türkiyə təkcə yeni ili qeyd etmir, həm də cümhuriyyətin qurulmasının birinci yüzilliyinin arxada qalacağı və yeni əsrin başlayacağı bir dövrə qədəm qoyur”.
1-01-2023, 14:32
Hava şəraitiylə əlaqədar Moskvada uçuşlar ləğv edildi


Hava şəraitiylə əlaqədar Moskvada uçuşlar ləğv edildi

Hava şəraiti ilə əlaqədar Moskva hava limanlarında 100-dən çox reys gecikib və ya ləğv edilib. Təkcə Domodedovoda 18 reys gecikib, bir uçuş ləğv edilib, Şeremetyevoda isə 53 reys gecikib, Vnukovoda dörd reys ləğv edilib, 15-i gecikib. Qeyd olunur ki, hazırda Moskvanın hava limanlarında uçuş-enmə zolaqları qardan təmizlənir, təyyarələri soyuq havadan qorumaq üçün lazımi tədbirlər həyata keçirilir.
30-12-2022, 22:19
Finlandiyanın NATO-ya üzv olunacağı tarix açıqlandı


Finlandiyanın NATO-ya üzv olunacağı tarix açıqlandı

Finlandiyanın müdafiə naziri Antti Kaykkönen ölkəsinin gələn ilin yayına kimi NATO-ya üzv olacağını düşünür. Bu barədə "Kommersant" nəşri yazıb. Kaykkönenin fikrincə, Finlandiyanın NATO-ya üzv olması alyansın 2023-cü il iyulun 11-12-də keçiriləcək Vilnüs sammitindən əvvəl baş verə bilər. Nazir Finlandiyanın NATO-ya üzvlük meyarlarına cavab verdiyini, Finlandiya, İsveç və Türkiyənin Madrid sammitində imzaladığı anlaşma memorandumuna sadiq olduğunu vurğulayıb. “Düşünürəm ki, Vilnüs sammiti zamanı Finlandiyanın NATO-ya üzv olacağına inanmaq üçün kifayət qədər əsaslar var”, - o qeyd edib.
30-12-2022, 22:15
Cənubi Koreya yeni kosmik raketini sınaqdan keçirdi


Cənubi Koreya yeni kosmik raketini sınaqdan keçirdi

Cənubi Koreya yeni kosmik raketini sınaqdan keçirib. Bu barədə ölkənin "Yonhap" agentliyi məlumat yayıb. Cənubi Koreya Milli Müdafiə Nazirliyi bərk yanacaq daşıyan raketin sınaq uçuşunu uğurla başa vurduğunu bildirib. Rəsmi Seul gələcəkdə peyklərin buraxılması üçün bu raketlərdən istifadə etməyi planlaşdırır. Sınaq Şimali Koreyanın yüksək təzyiqə malik raket mühərrikini sınaqdan keçirməsindən sonra həyata keçirilib.
30-12-2022, 22:11
Putin Avropa liderlərindən yalnız iki nəfəri təbrik etdi


Putin Avropa liderlərindən yalnız iki nəfəri təbrik etdi

Rusiya Prezidenti Vladimir Putin Avropa liderlərindən yalnız Serbiya prezidentinə və Macarıstanın baş nazirinə Yeni il təbriki göndərib. Kremlin saytında Putinin Milad və Yeni il bayramları münasibətilə xarici dövlət və hökumət başçılarına təbrik məktubları dərc edilib. Təbrik göndərilənlər arasında Avropa liderlərindən yalnız iki nəfər - Serbiya Prezidenti Aleksandar Vuçiç və Macarıstanın Baş naziri Viktor Orban yer alıb. Jurnalistlər Kremlin mətbuat katibi Dmitri Peskova Putinin ABŞ, Fransa və Almaniya liderlərini Yeni il münasibətilə təbrik edib-etməyəcəyi ilə bağlı sual ünvanlayıblar. “Hazırda onlarla heç bir əlaqəmiz yoxdur. Prezident adı çəkilən ölkə liderlərinin qeyri-dost hərəkətlərini nəzərə alaraq onları təbrik etməyəcək”,- deyə Peskov bildirib.
30-12-2022, 21:20
Britaniyadan İrana xəbərdarlıq mesajı


Britaniyadan İrana xəbərdarlıq mesajı

“İran rejimi məsuliyyətə cəlb olunanadək dayanmayacağıq”. Bunu Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli özünün "Twitter" hesabında yazıb. O qeyd edib ki, İranda 22 yaşlı Məhsa Əmininin ölümündən sonra 47 nəfərə sanksiya tətbiq edilib: “Biz həmçinin İranı BMT-nin Qadın Statusu Komissiyasından uzaqlaşdırdıq və SEPAH-a sanksiya tətbiq etdik”.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!