İlham Əliyevdən PKK-nın ləğvinə reaksiya .....                        Gəncədəki yanğınla bağlı rəsmi AÇIQLAMA .....                        Şoyqunun hərbi xidmət müqaviləsi 5 il uzadıldı .....                        Yük maşını traktorla toqquşdu - Xəsarət alanlar var .....                        Sumqayıtda fəhlə zavodda yıxılaraq xəsarət aldı .....                        Müəllimlərin vakansiya seçiminin nəticələri AÇIQLANDI .....                        Hakan Fidandan PKK-nın ləğvinə reaksiya .....                        Azərbaycan-Bəhreyn parlamentlərarası əməkdaşlıq müzakirə olundu .....                        Evində kirayə yaşaydığı qohumunun pulunu oğurladı, həbs edildi .....                       
28-12-2022, 18:31
Ərdoğandan ölkə iqtisadiyyatıyla bağlı iddialı açıqlama


Ərdoğandan ölkə iqtisadiyyatıyla bağlı iddialı açıqlama

"Türkiyə dünyanın 10 iqtisadiyyatından biri olacaq". Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan elm mükafatları mərasimindəki çıxışı zamanı deyib. "Sadəcə son 1 ildə 174 universitet və 3 mindən çox tədqiqat-inkişaf mərkəzinə 15 milyard lirədən çox vəsait xərcləmişik. Gördüyümüz işlərlə beyin axının istiqamətini dəyişmişik. Türkiyə dünyanın 10 iqtisadiyyatından biri olacaq. Bunun üçün səy göstəririk", - deyə Ərdoğan söyləyib. "Elmə və texnologiyaya etdiyimiz yatırımların hər sahədə meyvələrini toplayırıq və bunun sevincini yaşayırıq", - Türkiyə prezidenti əlavə edib.
28-12-2022, 18:03
Rusiya Ukraynaya şərt irəli sürdü


Rusiya Ukraynaya şərt irəli sürdü

“Rusiyanın dörd yeni regionunun tanınması Ukrayna üçün “sülh planı”nın əsas komponentidir. Bu maddə olmadan vəziyyəti həll etmək mümkün deyil”. Bunu Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib. Eyni zamanda, Peskov bildirib ki, bu gün prinsipcə münaqişənin həlli üçün yazılı “sülh planı” yoxdur, lakin o tərtib edilərsə, müəlliflər yeni reallıqları nəzərə almalı olacaqlar. “Ukraynanın belə bir “sülh planı” ola bilməz ki, bugünkü reallıqları - Rusiyaya yeni bölgələrin daxil olmasını nəzərə almasın”, - Kreml sözçüsü deyib. Xatırladaq ki, Rusiya Ukraynanın dörd regionunu – Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərini işğal edəndən sonra onları bu il sentyabrın 30-da öz ərazisinə daxil edilib.
28-12-2022, 17:58
Qarabağ ermənilərinə 500 min dollar ayrıldı


Qarabağ ermənilərinə 500 min dollar ayrıldı

Fondun Himayəçilik Şurasının iclasında Azərbaycanın Laçın dəhlizinin bağlanması şəraitində Dağlıq Qarabağa yardımın göstərilməsi məsələsi müzakirə olunub. “Hayastan” ümumerməni fondu Qarabağ ermənilərinə humanitar yardım göstərmək üçün 500 min dollar ayırıb. Dekabrın 27-də Fondun Himayəçilik Şurasının iclası keçirilib və Qarabağ ermənilərinə yardımın göstərilməsi məsələsi müzakirə edilib. İclasa Şuranın rəhbəri, Ermənistan prezidenti Vaaqn Xaçaturyan sədrlik edib. Onlayn iclasda şuranın 20 üzvü, eləcə də Fondun yerli qurumlarının nümayəndələri iştirak ediblər. Fondun ABŞ-dakı yerli orqanı Qarabağ ermənilərinə ərzaq yardımı üçün dərhal 500 min dollar ayırmağa hazır olduğunu bildirib. Qeyd olunub ki, 2021-2022-ci illərdə Fond Qarabağ ermənilərinə yönəlik 32 milyard dram dəyərində humanitar proqramlar həyata keçirib.
28-12-2022, 14:48
Zaxarovadan Ukrayna XİN başçısına münasibət


Zaxarovadan Ukrayna XİN başçısına münasibət

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova Ukrayna XİN başçısı Dmitri Kulebanın Rusiyanın BMT Təhlükəsizlik Şurasının çıxarılması ilə bağlı açıqlamasına münasibət bildirib. Zaxarova bu barədə "Sputnik"in efirində jurnalistin sualını cavablayarkən danışıb. "Heç nə etmək lazım deyil. Bu o situasiyadır ki, it hürür, karvan isə yoluna davam edir", - Zaxarova söyləyib. Qeyd edək ki, bundan əvvəl Dmitri Kuleba Ukraynanın Rusiyanı BMT TŞ-dən çıxarmaq üçün rəsmi addımlar atacağı və BMT-yə müraciət göndərəcəyi barədə açıqlama vermişdi.
28-12-2022, 14:24
Almaniyanın kanslerindən Ukraynayla bağlı maraqlı açıqlama


Almaniyanın kanslerindən Ukraynayla bağlı maraqlı açıqlama

Ukrayna böhranının nizamlanmasında iştirakıma “dəyməz”. Bunu Almaniyanın sabiq Baş kansleri Angela Merkel deyib. Merkel Ukraynadakı münaqişənin necə bitəcəyi ilə bağlı məsələyə də münasibət bildirib: "Bütün müharibələr danışıqlar masası arxasında bitir. Bu müharibə də danışıqlar masasında həll olunacaq. Doğrudur, bir çoxları kimi mənim də istəmədiyim sülh danışıqları ilə dostluq danışıqları arasında fərq var. Ancaq daha heç nə əlavə etmək istəmirəm”. Sabiq kansler çıxışının sonunda özünün Rusiya və Ukraynaya qarşı yürütdüyü siyasəti müdafiə edib: "Mən müharibənin bitməsi ilə bağlı əlimdən gələni etdim. Bu alınmadı, ancaq o demək deyil ki, cəhd etmək düzgün deyildi".
27-12-2022, 23:58
Avropa Parlamenti Gürcüstana xəbərdarlıq etdi


Avropa Parlamenti Gürcüstana xəbərdarlıq etdi

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili həbsdə ölərsə, Avropa Parlamenti (AP) Gürcüstanın Avropa İttifaqına (Aİ) üzvlük iddiasını təsdiqləməyəcək. Bunu parlamentin aparıcı partiyası - Avropa Xalq Partiyasını təmsil edən polşalı deputat Yaçek Saryuş-Volski bildirib. “Saakaşvili ilə Gürcüstanın Aİ-yə daxil olması perspektivləri arasında paralellər prinsipcə imperativdir! Hər ikisi ayrılmazdır. Keçmiş prezident həbsdə ölərsə, Avropa Parlamenti heç vaxt Gürcüstanın Aİ-yə üzvlüyünə səs verməyəcək ", - deyə Sarıuş-Volski "Twitter"də yazıb. Gürcüstan 2022-ci il martın 3-də Moldova ilə eyni gündə və Ukraynadan iki gün sonra Aİ-yə üzvlük üçün müraciət edib. 2022-ci ilin iyununda Avropa Komissiyası Gürcüstana namizəd statusu verilməsini tövsiyə etməkdən imtina edib. Bildirilib ki, Gürcüstan yalnız müəyyən şərtlər yerinə yetirildikdən sonra namizəd statusu alacaq.
27-12-2022, 23:54
Almaniya XİN-dən Rusiyayla bağlı açıqlama


Almaniya XİN-dən Rusiyayla bağlı açıqlama

Hazırda Almaniya hakimiyyəti Rusiya ilə normal münasibətləri mümkün hesab etmir. Bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib. “Aydın danışmalıyıq, bugünkü Rusiya ilə normal münasibətlər ola bilməz”, - deyə nazir Berlinin mövqeyini açıqlayıb. O, həmçinin Almaniyanın Ukraynada münaqişə davam etdiyi müddətdə Rusiyaya qarşı sanksiyaları sərtləşdirəcəyini diqqətə çatdırıb. "Ukrayna münaqişə zamanı digər məsələlərlə yanaşı, Avropanın azadlığını da müdafiə edir, ona görə də Almaniya lazım olduğu qədər onun yanında olacaq. Bu, həm maliyyə, həm humanitar yardıma, həm də hərbi yardıma aiddir", - almaniyalı nazir vurğulayıb.
27-12-2022, 23:48
Putin neftin satışına qadağa qoydu


Putin neftin satışına qadağa qoydu

Rusiya prezidenti Vladimir Putin neftin qiymətinin yuxarı həddinin tətbiqinə cavab olaraq xüsusi tədbirlər haqqında fərman imzalayıb. Sənəd neft qiymətinin yuxarı həddini tətbiq edən ölkələrə Rusiya neftinin və neft məhsullarının satışını qadağan edir. Sənəd fevralın 1-dən qüvvəyə minir və 2023-cü il iyulun 1-dək qüvvədədir. Fərman ABŞ və müttəfiqlərinin qeyri-dost, beynəlxalq hüquqa zidd hərəkətləri ilə əlaqədar, eləcə də milli maraqların müdafiəsi məqsədilə qəbul edilib.
27-12-2022, 23:21
İranda polis ölümüylə nəticələnən silahlı toqquşma


İranda polis ölümüylə nəticələnən silahlı toqquşma

İranın Gelşən şəhərində silahlı toqquşma baş verib. Polislə narkotik qaçaqmalçıları arasında atışma olub. Hadisə nəticəsində bir polis əməkdaşı ölüb. Qaçaqmalçılardan 5-i həbs edilib. Bildirilir ki, polis ümumilikdə 410 kiloqram narkotik maddəni müsadirə edib.
27-12-2022, 22:50
Qriqoryanın açıqlaması təxribat xarakteri daşıyır - Peskov


Qriqoryanın açıqlaması təxribat xarakteri daşıyır - Peskov

Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Moskvanın İrəvana təzyiqləri barədə açıqlamasını şərh edib. Peskov bu barədə "news.am"a açıqlama verib. O qeyd edib ki, Qriqoryanın açıqlaması təxribat xarakteri daşıyır: "Rusiya rəsmilərindən heç kim bu barədə açıqlama verməyib. Ermənistana bu məsələ ilə bağlı heç nə çatdırılmayıb". Qeyd edək ki, A.Qriqoryan Rusiyanın Ermənistana ittifaq dövlətinə qoşulmaq və Azərbaycana dəhliz vermək üçün təzyiq etdiyi barədə açıqlama vermişdi.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!