İranda matəm elan edildi .....                        Sərxoş sürücü ağır qəza törətdi .....                        Tramp İranda hərəkətə keçir .....                        İranda 38 polis öldürülüb .....                        Qara Qarayevə yeni vəzifə verildi .....                        Minaya düşən şəxsin son durumu AÇIQLANDI .....                        İran hökuməti dəyişikliyə hazırdır - Pezeşkian .....                        Venesuelanı ABŞ qoruyacaq .....                        Ukrayna Xəzərdə neft obyektinə ZƏRBƏ ENDİRDİ .....                       
23-06-2023, 12:37
Makron: “Əgər Putin özü mənə zəng eləsə, onunla danışaram”


Makron: “Əgər Putin özü mənə zəng eləsə, onunla danışaram”

Fransa prezidenti Emmanuel Makron rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparmağın mümkünlüyü barədə sualı cavablandırıb. Makron bunun yalnız bir halda baş verə biləcəyini söyləyib. "Əgər Putin özü mənə zəng eləsə, onunla danışaram. Amma mən Rusiya prezidentinə telefon açan deyiləm", - o qeyd edib. Fransa prezidenti qərarını səbəbsizliklə əlaqələndirib. Makronun sözlərinə görə, rəsmi Moskva ilə dialoq yalnız müharibədən sonra baş tuta bilər. Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.
23-06-2023, 11:40
Ukraynaya silahları İrana görə vermirik - İsrail


Ukraynaya silahları İrana görə vermirik - İsrail

İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, ölkəsi Ukraynaya silahların İranın əlinə keçə biləcəyi ehtimalına görə təhvil vermir. Bu barədə Baş nazir “The Jerusalem Post” qəzetinə müsahibəsində bildirib. "Ukraynadakı faciəyə, dəhşətli insan itkisinə görə kədərlənirik. Biz bunun bitməsini istəyirik. Düşünürəm ki, gələcəkdə biz buna son qoymağa kömək edə bilərik. Ancaq bunun baş verəcəyinə əmin deyiləm", - deyə Netanyahu qeyd edib.
22-06-2023, 17:05
Ərdoğan 68 nazir müavininin təyin edilməsi haqqında sərəncam imzaladı


Ərdoğan 68 nazir müavininin təyin edilməsi haqqında sərəncam imzaladı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 68 nazir müavininin təyin edilməsi haqqında sərəncam imzalayıb. Bu barədə Türkiyənin rəsmi qəzetində məlumat yayılıb. Prezidentin sərəncamına əsasən, hər bir nazirin 4 müavini olacaq. Türkiyənin keçmiş xarici işlər naziri Mövlud Çavuşoğlunun dövründə nazir müavinləri vəzifəsində çalışmış Yasin Ekrem Sərim, Burak Akçapar və Mehmet Kamal Bozay vəzifələrində qalıblar. XİN başçısının dördüncü müavini Ahmet Yıldız olub. Ahmet Yıldız 2016-2018-ci illərdə nazir müavini vəzifəsində çalışıb, daha sonra istefa verərək deputat seçilib. Bundan əvvəl isə Türkiyə Xarici İşlər Nazirliyinin Yaxın Şərq, İraq, kəşfiyyat, konsulluq məsələləri və protokol xidməti üzrə məsul departamentlərində çalışıb. Müxtəlif ölkələrdə baş konsul, müşavir və səfir kimi fəaliyyət göstərib.
22-06-2023, 15:51
Türkiyə, Suriya və İran yol xəritəsi konsepsiyasını qəbul edir


Türkiyə, Suriya və İran yol xəritəsi konsepsiyasını qəbul edir

"Türkiyə, Suriya və İran yol xəritəsi konsepsiyasını qəbul edir". Rusiya prezidenti Vladimir Putinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev deyib. O, Türkiyə, Suriya və İranın Rusiyanın Ankara-Dəməşq münasibətlərinin normallaşmasına dair təqdim etdiyi yol xəritəsi konsepsiyasını qəbul etdiyini bildirib. Prosesin bir qədər vaxt aparacağını söyləyən Lavrentyev əlavə edib ki, ən önəmlisi prosesin irəliləməsidir. "Bu mərhələli bir prosesdir. Çox uzatmaq olmaz və bütün tərəflər bunu qəbul edib", - o vurğulayıb.
22-06-2023, 14:07
Rusiya və Belarusdan Ukraynaya kitab idxalı qadağan olundu


Rusiya və Belarusdan Ukraynaya kitab idxalı qadağan olundu

Ukrayna prezidenti Volodimir Zelenski ölkənin Ali Radası tərəfindən qəbul olunmuş kitablar haqqında qanunu imzalayıb. Qanun rəsmi olaraq təsdiqlənərək qüvvəyə minib. Müvafiq qanuna əsasən, Rusiya və Belarusdan Ukraynaya kitab idxalı qadağan olunub.
22-06-2023, 13:42
Avropa İttifaqı Ukraynaya 1,5 milyard avroluq yardım etdi


Avropa İttifaqı Ukraynaya 1,5 milyard avroluq yardım etdi

Avropa İttifaqı Ukraynaya daha 1,5 milyard avroluq makromaliyyə yardımı köçürüb. Bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen yazıb. "Bu gün biz Ukraynaya daha 1.5 milyard avro makromaliyyə yardımı ödəyirik. Biz Ukraynanın azadlıq uğrunda cəsarətli mübarizəsində onun xidmətlərini və infrastrukturunu ayaqda saxlamağa kömək edirik", - deyə o qeyd edib.
Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.
22-06-2023, 13:24
Zelenskinin AES-də terror aktıyla bağlı dedikləri növbəti yalandır - Peskov


Zelenskinin AES-də terror aktıyla bağlı dedikləri növbəti yalandır - Peskov

"Kreml Ukrayna Silahlı Qüvvələrinin Çonqarski körpüsünü atəşə tutmasına münasibət bildirmir". Bunu Kremlin sözçüsü Dmitri Peskov deyib. "Rusiya və AEBA Zaporojye AES-də əməkdaşlığı davam etdirməkdə maraqlıdır. Qərb Kiyevə maksimum təzyiq göstərir ki, son əsgərinə qədər döyüşməyə davam etsin. Zelenskinin Rusiya Federasiyasının guya Zaporojye Atom Elektrik Stansiyasında terror aktı hazırlaması ilə bağlı dediyi sözlər növbəti yalandır. Kreml Moldova hakimiyyətinin Qələbə Gününü ləğv etmək fikrinə son dərəcə mənfi yanaşır, bu qərarlar veteranların ürəyini ağrıdır. Putinlə Qətərin baş naziri arasında keçiriləcək danışıqlarda digər məsələlərlə yanaşı, enerji sektorundakı vəziyyət də müzakirə olunacaq", - o qeyd edib.
22-06-2023, 13:18
Türk hərbiçi şəhid oldu


Türk hərbiçi şəhid oldu

Türkiyə ordusunun hərbçisi Alpay Aras şəhid olub. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi tviter səhifəsində məlumat verilib. Qeyd olunub ki, A.Aras bu gün şəhid olub. Türkiyənin milli müdafiə naziri Yaşar Güler öz adından və nazirliyin kollektivi adından şəhidin kədərli ailəsinə və türk millətinə başsağlığı verib.
22-06-2023, 13:06
Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə müşavirə keçirdi


Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə müşavirə keçirdi

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə müşavirə keçirib. Putin müdafiə naziri Sergey Şoyqudan Ukraynadakı döyüş bölgəsindəki vəziyyət barədə məlumat verməsini istəyib. Şoyqu bildirib ki, Ukrayna qoşunları fəaliyyətini azaldıb və yenidən qruplaşır. Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri 16 gün ərzində hücum əməliyyatı keçirməyə çalışsa da, hazırda onların tempi azalıb. Rusiya müdafiə naziri Ukrayna Silahlı Qüvvələrinin hələ də hücum əməliyyatı aparmaq gücünün olduğunu söyləyib.
22-06-2023, 12:43
Rusiya Zaporojye AES-də terror aktı ssenarisini nəzərdən keçirir - Zelenski


Rusiya Zaporojye AES-də terror aktı ssenarisini nəzərdən keçirir - Zelenski

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın Zaporojye AES-də terror aktı törədəcəyi barədə kəşfiyyat məlumatlarına malik olduqlarını bəyan edib. Bu barədə "Ukrinform" məlumat yayıb. "Kəşfiyyata məlumat daxil olub ki, Rusiya Zaporojye AES-də terror aktı - radiasiyanın yayılması ilə terror aktı ssenarisini nəzərdən keçirir. Onlar bunun üçün hər şeyi hazırlayıblar", - deyə Zelenski rəsmi teleqram kanalında yazıb.
Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!