İranda matəm elan edildi .....                        Sərxoş sürücü ağır qəza törətdi .....                        Tramp İranda hərəkətə keçir .....                        İranda 38 polis öldürülüb .....                        Qara Qarayevə yeni vəzifə verildi .....                        Minaya düşən şəxsin son durumu AÇIQLANDI .....                        İran hökuməti dəyişikliyə hazırdır - Pezeşkian .....                        Venesuelanı ABŞ qoruyacaq .....                        Ukrayna Xəzərdə neft obyektinə ZƏRBƏ ENDİRDİ .....                       
21-06-2023, 21:21
Fransada güclü partlayış - 16 nəfər xəsarət aldı, 7 nəfər ağır vəziyyətdədir


Fransada güclü partlayış - 16 nəfər xəsarət aldı, 7 nəfər ağır vəziyyətdədir

Fransanın paytaxtı Paris şəhərində güclü partlayış olub. Bu barədə "Le monde" qəzeti məlumat yayıb. Yerli polis bildirib ki, partlayışdan sonra binalardan birinin fasadı uçub, yanğın başlayıb. BMF kanalı qeyd edib ki, ilkin məlumatlara görə, 16 nəfər xəsarət alıb, 7 nəfərin vəziyyəti ağırdır. Partlayış "Paris Amerika Akademiyası" dizayn məktəbində baş verib.
21-06-2023, 20:30
Reznikov ilk dəfə israilli həmkarıyla danışdı


Reznikov ilk dəfə israilli həmkarıyla danışdı

Ukraynanın müdafiə naziri Aleksiy Reznikov israilli həmkarı Yoav Qalantla ilk dəfə telefon danışığı aparıb. Bu barədə Reznikov “Twitter” səhifəsində yazıb. Reznikov bildirib ki, tərəflər çox məhsuldar danışıq aparıblar. "Biz mövcud vəziyyəti və ölkəni havadan gələn təhdidlərdən qorumaq layihəsinin perspektivlərini müzakirə etdik. İranın pilotsuz uçuş aparatı hər iki ölkə üçün təhlükəsizlik təhdididir. Biz buna qarşı çıxmaqda İsrailin köməyinə ümid edirik", - İsrailin müdafiə naziri yazıb.
21-06-2023, 17:27
Putin və Zelenski əks-hücumla bağlı açıqlama verdi


Putin və Zelenski əks-hücumla bağlı açıqlama verdi

Ukrayna silahlı qüvvələrinin əks-hücum bölgələrində müəyyən sakitlik müşahidə edilir. Bunu Rusiya prezidenti Vladimir Putin “Rossiya” telekanalının efirində deyib. O iddia edib ki, bu sakitlik Ukrayna ordusunun şəxsi heyəti və texnika itkiləri ilə bağlıdır. “Hazırda biz sakitlik müşahidə edirik, çünki düşmən ciddi itkilər verir. Lakin Ukrayna Silahlı Qüvvələrinin hücum potensialı hələ tükənməyib", - Putin bildirib. Ukrayna Prezidenti Volodimir Zelenskinin sözlərinə görə, Rusiya ordusu 200 min kvadratkilometr ərazini minaladığı üçün Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı çətinləşib. O, "insanların həyatı təhlükə altında olduğunu", buna görə döyüş meydanında "lazım bildikləri kimi" irəliləyəcəklərini qeyd edib.
21-06-2023, 14:22
Ərdoğan Kılıçdaroğlunun açıqlamasına münasibət bildirdi


Ərdoğan Kılıçdaroğlunun açıqlamasına münasibət bildirdi

"Əvvəl 6 masa deyirdi, indi 16 masa deyir”. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan CHP lideri Kamal Kılıçdaroğlunun açıqlamasına münasibət bildirərkən söyləyib. Türkiyə lideri deyib ki, onlar üçün 16 masa da kifayət deyil: "Daha da artırmaq lazımdır. Masada partnyorların təkrarlanması nəticə vermir. Bu insanlara iradə lazımdır. İş istəyir, xidmət istəyir. Yalanla heç bir yerə çata bilməyəcəksiniz. Qlobal güc mərkəzlərindən yaxşı nəticə əldə etmək üçün LGBT bəlasını qanuniləşdirməyə çalışdınız. Sən də, yanındakılar da LGBT tərəfdarısınız. Amma nə AK Partiyanın, nə MHP-nin, nə də digər üzvlərimizin belə bir problemi yoxdur".
Qeyd edək ki, Kılıçdaroğlu altı yox, lazım olsa 16-lı masa quracağını açıqlayıb.
21-06-2023, 13:56
Ukrayna qalib gələnə qədər əks-hücumunu dəstəkləyəcəyik - Rişi Sunak


Ukrayna qalib gələnə qədər əks-hücumunu dəstəkləyəcəyik - Rişi Sunak

Böyük Britaniya müttəfiqləri ilə birlikdə Rusiyanın onlara qarşı apardığı müharibədə ukraynalılar qalib gələnə qədər Ukraynanın müdafiəsini və əks-hücumunu dəstəkləməyə davam edəcək. Bunu Londonda Ukraynanın bərpası üzrə beynəlxalq konfransın açılışı zamanı Böyük Britaniyanın baş naziri Rişi Sunak deyib. "Müttəfiqlərimizlə birlikdə biz Ukraynanın müdafiəsini və əks-hücumunu dəstəkləməyə davam edəcəyik. Biz Ukrayna bu müharibədə qalib gəlməyə davam etdikcə, biz lazım olduğu müddətcə onun yanında olacağıq", - deyə o ifadə edib.
21-06-2023, 13:03
Sabiq erməni prezidentinə yeni cinayət işi açıldı


Sabiq erməni prezidentinə yeni cinayət işi açıldı

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi Serj Sarkisyanın rəhbərliyi dövründə Müdafiə Nazirliyinin torpaq alqı-satqısı zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı yeni cinayət işi açıb. Bu barədə “Sputnik Armenia” məlumat yayıb. Məlumata əsasən, Serj Sarkisyanın müdafiə naziri olduğu 2004-cü ildə nazirlik İrəvanda azı 500 min dollar dəyərində olan torpaq sahəsini banklardan birinə 90 min dollara satıb.
21-06-2023, 12:23
Türkiyə üçün lazım olsa, 16 partiyadan ibarət masa quracağam - Kılıçdaroğlu


Türkiyə üçün lazım olsa, 16 partiyadan ibarət masa quracağam - Kılıçdaroğlu

Türkiyə üçün lazım olsa, altılı masa deyil, 16 partiyadan ibarət masa quracağam. Bunu Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu deyib. Onun yeni ittifaqla bağlı çıxışı sosial şəbəkələrdə tənqidlərə məruz qalıb. Bolunun CHP-dən olan bələdiyyə sədri Tanju Özcan Kılıçdaroğluna belə cavab verib: "Hörmətli lider mühasibdir, amma 16 ədəd masanın siyasi xərcini yenidən hesablamasını tövsiyə edirəm". Qeyd edək ki, Türkiyənin 6 müxalif partiyasından ibarət "Millət İttifaqı" son seçkilərdə Kılıçdaroğlunun namizədliyini irəli sürüb. O, seçkilərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məğlub olub.
20-06-2023, 19:06
ABŞ-dan Ukraynaya yeni hərbi yardım paketi


ABŞ-dan Ukraynaya yeni hərbi yardım paketi

İyunun 21-də ABŞ Ukraynaya yeni hərbi yardım paketini açıqlayacaq. Bu barədə ABŞ dövlət katibi Entoni Blinkenin məlumat verib. Bildirilir ki, Londonda Ukraynanın bərpasına dair konfrans keçiriləcək və görüşdə 60-dan çox ölkədən 1000-dən çox xarici rəsmi, eləcə də biznes liderləri və qlobal investorlar ölkənin bərpasına necə kömək edəcəyini müzakirə edəcəklər. Qeyd olunur ki, sabah konfrans zamanı ABŞ yeni güclü yardım paketi də elan edə bilər.
20-06-2023, 16:42
Akşener “Millət İttifaqı”ndan ayrılır


Akşener “Millət İttifaqı”ndan ayrılır

Türkiyədə müxalif İYİ Partiyanın sədri Meral Akşener həftəsonu keçiriləcək qurultayda partiyanın "Millət İttifaqı"ndan ayrıldığını elan edəcək. Bu barədə məşhur jurnalist İsmail Saymaz mənbələrinə istinadla məlumat verib. O qeyd edib ki, Akşener İYİ Partiyanın gələn il baş tutacaq bələdiyyə seçkilərinə müstəqil şəkildə qatılacağını da açıqlayacaq. "Belə olan halda İstanbul, Ankara, Hatay, Adana və Antalyada müxalifətin qələbəsi xeyli riskli hala gəlir", - jurnalist yazıb.
20-06-2023, 15:51
Kiyevin hazırkı mövqeyi danışıqlar üçün sabit əsas vermir - Peskov


Kiyevin hazırkı mövqeyi danışıqlar üçün sabit əsas vermir - Peskov

"Putin Ukrayna mövzusu üzrə dialoqa və təmaslara açıqdır, lakin Kiyevin hazırkı mövqeyi danışıqlar üçün sabit əsas vermir". Bunu Kremlin sözçüsü Dmitri Peskov deyib. "Rusiya Çin və ABŞ arasında proqnozlaşdırıla bilən münasibətlərin qurulmasının vacibliyini heçə saymır. Moskva ilə Pekin arasında münasibətlərin səviyyəsi Çinin digər ölkələrlə tərəfdaşlığının heç vaxt Rusiya Federasiyasına qarşı yönəlməyəcəyini təsdiq etməyə imkan verir. Məhkumların dəyişdirilməsi ilə bağlı işlər sükutla aparılmalıdır. Kreml sərhəd qoşunlarının ayrıca qurum kimi yenidən yaradılması ilə bağlı iddia edilən qərarla bağlı xəbərləri təsdiq edə bilmir. Putin və Afrika liderləri taxıl tədarükünün davam etdirilməsinin vacibliyini qeyd ediblər. Moskva Suriya nizamlanması üçün səylərini davam etdirəcək", - Rusiya prezidentinin mətbuat katibi bildirib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!