Xankəndidə atəşfəşanlıq - FOTO .....                        Avtobus bir göz qırpımında idarəetməni itirdi... .....                        36 yaşlı qadın qətlə yetirildi - Şübhəli həyat yoldaşıdır .....                        Xankəndidə şəhər günü münasibətilə möhtəşəm konsert - FOTO .....                        Bakıdakı yarışın qalibi bəlli oldu .....                        Naxçıvanda avtobus qəzası: yaralı sayı 16-dır - YENİLƏNİB .....                        Keçmiş səfirə yeni vəzifə verildi .....                        Azərbaycanlı general Serbiyadakı paradda .....                        İlham Zəkiyev Avropa çempionu oldu .....                       
17-03-2023, 00:04
Rusiya XİN Paşinyanın açıqlamasına münasibət bildirdi


Rusiya XİN Paşinyanın açıqlamasına münasibət bildirdi

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova Ermənistanın Baş naziri Nikol Paşinyanın açıqlamasına münasibət bildirib. Bu barədə o, rus jurnalistin sualını cavablandırıb. Məlumat üçün qeyd edək ki, Paşinyan bir neçə gün əvvəl keçirilən mətbuat konfransında demişdi ki, Rusiya Qarabağın təhlükəsizliyinin zəmanətçisidir. Zaxarova buna cavab olaraq söyləyib ki, Rusiya tərəfinin üzərinə götürdüyü öhdəliklər üçtərəfli bəyanatda dəqiq yazılıb: "Sadəcə bu sənədi açıb baxmaq lazımdır ki, ölkəmiz hansı öhdəliyi üzərinə götürüb, hansını götürməyib". Rusiya XİN sözçüsü bildirib ki, burada çox şey tərəflərin hərəkətlərindən və bəyanatlarından asılıdır. "Biz Ermənistan tərəfinin bəyanatlarına Avropa İttifaqının himayəsi ilə Praqada keçirilən sammitdə götürülən xəttin davamı kimi baxırıq. Buna görə də, Qarabağın taleyinə görə məsuliyyəti üçüncü tərəfin üzərinə yıxmağı Ermənistan rəhbərliyinin vicdanına buraxırıq”, - Zaxarova sözlərini yekunlaşdırıb.
16-03-2023, 23:58
Millətimiz bu dəstəyinizi heç bir zaman unutmayacaq - Ərdoğan


Millətimiz bu dəstəyinizi heç bir zaman unutmayacaq - Ərdoğan

Fevralın 6-da yaşadığımız zəlzələnin yol açdığı dağıntılar səbəbindən beynəlxalq yardım çağırışı etdik. Türk dünyası köməyə ilk çatanlar arasında yer aldı. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan martın 16-da Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Fövqəladə Zirvə görüşündə çıxışı zamanı deyib. Türkiyə Prezidenti bildirib ki, türk dövlətlərindən olan xilasedicilər bir çox vətəndaşımızı yenidən həyata qaytardı. “Əziz millətimiz bu dəstəyinizi heç bir zaman unutmayacaq. Avropa İttifaqı Komissiyası və hazırkı sədr İsveç tərəfindən martın 20-də Beynəlxalq Donorlar Konfransı təşkil ediləcək. Bu beynəlxalq yardım fəaliyyətinə də dəstək verəcəyinizə şübhə etmirəm”, - deyə Ərdoğan vurğulayıb.
16-03-2023, 23:55
Səudiyyə Ərəbistanı və İran hərbi qarşıdurmaya girməmək qərarına gəldilər


Səudiyyə Ərəbistanı və İran hərbi qarşıdurmaya girməmək qərarına gəldilər

Səudiyyə Ərəbistanı və İran birbaşa hərbi qarşıdurmaya girməmək barədə razılığa gəliblər. Bu barədə Səudiyyə Ərəbistanının yüksək rütbəli məmuruna istinadən “Al Arabiya” telekanalı məlumat yayıb. Bildirilir ki, Ər-Riyad və Tehran, həmçinin bundan sonra bir-birinə qarşı kəşfiyyat fəaliyyəti həyata keçirməmək barədə qərar qəbul ediblər. “Dövlətlər müdafiə və təhlükəsizlik sahəsində öhdəliklər götürüblər”, - nəşr yazıb. Qeyd edək ki, bir neçə gün əvvəl Səudiyyə Ərəbistanı və İran Çinin vasitəçiliyi ilə münasibətləri normallaşdırmaq barədə razılığa gəliblər.
16-03-2023, 23:52
Özbəkistan Hatayda məktəb tikməyi planlaşdırır


Özbəkistan Hatayda məktəb tikməyi planlaşdırır

Özbəkistan Türkiyənin Hatay bölgəsində müasir evlər, məktəblər tikmək və infrastruktur yaratmaq niyyətindədir. Bu barədə Özbəkistan prezidenti Şavkat Mirziyoyev Türk Dövlətləri Təşkilatının (TDT) Türkiyədə keçirilən Fövqəladə Zirvə Toplantısında çıxışı zamanı danışıb. O bildirib ki, Özbəkistan Hatayda müasir evlər, məktəblər, sosial infrastruktur obyektləri tikməyi planlaşdırır. Mirziyoyev bu vilayətdən olan gəncləri yay aylarında Özbəkistana səfərə dəvət edib. Qeyd edək ki, Özbəkistan oxşar təşəbbüslə çıxış edərək, Azərbaycanın işğaldan azad olunmuş Füzuli şəhərində orta məktəb binası inşa etdirir.
16-03-2023, 20:49
Erməni general Paşinyana sərt cavab verdi


Erməni general Paşinyana sərt cavab verdi

Ermənistanın baş naziri Nikol Paşinyan bir neçə gün əvvəl keçirdiyi mətbuat konfransında ölkəsinin İkinci Qarabağ müharibəsindəki məğlubiyyətindən danışıb. Ermənistanın döyüş meydanında Azərbaycana məğlub olduğunu deyən baş nazir bunun səbəbini ordudakı "5-ci kolon"la əlaqələndirib. "Biz müharibədə məğlub olduq. Bunun səbəbi ordumuzdakı 5-ci kolonla bağlıdır. Uduzduq, çünki ordumuzda 5-ci kolon var idi. Bu fikrim vəziyyətin və faktların öyrənilməsinə əsaslanır. 44 günlük müharibə zamanı silah çatışmazlığı yox idi. 2018-2020-ci illərdə respublika əvvəlki 10 ilin cəmindən daha çox silah əldə etmişdi. 2020-ci ildəki müharibənin bu gün dünyada baş verənlərlə əlaqəsi var", - deyə Paşinyan bildirib. Onun məğlubiyyətlə bağlı açıqlaması Ermənistanda birmənalı qarşılanmayıb. Ermənistan ordusunun keçmiş baş qərargah naziri, general Movsis Akopyan Paşinyana sərt cavab verib və "5-ci kolon"un başında duran şəxsin baş nazirin özü olduğunu söyləyib."Hraparak" nəşrinin yaydığı məlumata görə, Akopyan bildirib ki, orduda olan general və komandirlərin heç biri Paşinyanın fikirləri ilə razılaşmır, etirazlarını bildirirlər. Onun fikrincə, Ermənistanın biabırçı məğlubiyyətinin səbəbi "5-ci kolon" deyil, Nikol Paşinyanın yol verdiyi dağıdıcı səhvlərdir.
16-03-2023, 14:43
İsrail Ukraynaya silah satışı üçün müdafiə ixracı lisenziyasını təsdiqləyir


İsrail Ukraynaya silah satışı üçün müdafiə ixracı lisenziyasını təsdiqləyir

İsrail Ukraynaya dron əleyhinə sistemlərin satışına icazə verib. Dron əleyhinə sistemlər hazırlayan iki İsrail şirkəti - "Elbit" və "Rafael" üçün lisenziyalar təsdiqlənib. Qeyd olunub ki, İsrailin bu lisenziyaları təsdiqləməsinin səbəblərindən biri də sistemlərin İran dronlarına qarşı necə işlədiyini görməkdir. "Rusiyanın Ukraynaya təcavüzündən sonra ilk dəfədir ki, İsrail Ukraynaya silah satışı üçün müdafiə ixracı lisenziyasını təsdiqləyir", - deyə əlavə olunub.
16-03-2023, 14:41
Erməni nazir tapşırıq verdi: "Artsax” sözünü işlətməyin


Erməni nazir tapşırıq verdi: "Artsax” sözünü işlətməyin

Ermənistanın müdafiə naziri Suren Papikyan ötən gün gizli əmrlə Müdafiə Nazirliyinin bölmələrinin komanda heyətinə tapşırıq verib. Bu barədə "Hraparak" qəzeti yazıb. Bildirilir ki, nazir hərbçilərə “Artsax” ifadəsini işlətməyi qadağan edib. Bölmələrə göndərilən gizli əmrdə qeyd olunub ki, "Artsax” sözünü leksikondan çıxarmaq, yalnız “Dağlıq Qarabağ” sözlərindən istifadə etmək lazımdır.
16-03-2023, 14:36
Makron pensiya yaşının artırılmasıyla bağlı nazirlərlə görüşüb


Makron pensiya yaşının artırılmasıyla bağlı nazirlərlə görüşüb

Fransa prezidenti Emmanuel Makron martın 15-də Yelisey sarayında baş nazir Elizabet Born və pensiya yaşının artırılmasında maraqlı olan digər nazirlərlə görüşüb. İclasda pensiya islahatından imtina edildiyi təqdirdə parlamentin aşağı palatasının buraxılmasının mümkünlüyü müzakirə olunub. Bildirilib ki, martın 16-da Makron palatadakı səsvermədə şəxsən iştirak etmək niyyətindədir. Məlumata görə, kabinet islahatın parlamentdə səsvermə olmadan təsdiqlənməsinə imkan verən konstitusiya müddəasına da müraciət edə bilər. Fransa hakimiyyəti Milli Assambleyanın uğursuz səsvermə nəticəsində buraxılması ilə bağlı hələlik yekun qərar qəbul etməyib. Ölkə hökuməti hələ də pensiya yaşının artırılmasına dəstək verə biləcək deputatlar axtarır. Martın 16-da bu məsələ ilə bağlı məsləhətləşmələrin davam edəcəyi gözlənilir. Fransa baş naziri Elizabet Born da mövzu ilə bağlı danışıb: "Heç nə qərar verilməyib, biz səsvermə üçün çalışmağa davam edirik". Qeyd edək ki, Fransa hökuməti 2030-cu ilə qədər pensiya yaşını 62-dən 64-ə qaldırmağı planlaşdırır. 2023-cü ilin sentyabrından pensiya yaşının mərhələli şəkildə artırılması planlaşdırılır. Fransa Senatı qanun layihəsini martın 12-də təsdiqləyib. Onun qəbulu üçün sənəd deputatlar tərəfindən dəstəklənməlidir. Sosioloqların fikrincə, fransızların 67%-i islahatların əleyhinədir. Pensiya islahatı ölkədə etirazlara səbəb olub. Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, martın 11-də ölkə boyu keçirilən 7-ci ümummilli etiraz aksiyasında 368 min nəfər iştirak edib, onlardan 48 mini Parisdə toplaşıb. Etirazçılarla polis arasında toqquşma yaşanıb.
16-03-2023, 14:33
Bakıya aldığı sənədlə bağlı cavab təkliflərini təqdim edəcəyik - Paşinyan


Bakıya aldığı sənədlə bağlı cavab təkliflərini təqdim edəcəyik - Paşinyan

"Ermənistan yaxın vaxtlarda Bakıya bu yaxınlarda aldığı sənədlə bağlı öz cavab təkliflərini təqdim edəcək". Bunu hökumətin iclasında Ermənistanın baş naziri Nikol Paşinyan deyib. "İrəvan sülhün bərqərar olmasına sadiqdir", - deyə Paşinyan əlavə edib. Qeyd edək ki, bundan əvvəl Ermənistan baş naziri Azərbaycandan sülh müqaviləsinin mətni ilə bağlı cavab aldıqlarını açıqlamışdı.
16-03-2023, 14:24
Suriya prezidenti Ərdoğanla mümkün görüşü barədə danışdı


Suriya prezidenti Ərdoğanla mümkün görüşü barədə danışdı

Suriya prezidenti Bəşər Əsəd Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla mümkün görüşü barədə danışıb. O, "RİA Novosti"yə müsahibəsində Türkiyə hərbçiləri ölkəsini tərk etdikdən sonra Ərdoğanla görüşəcəyini bildirib. Onun fikrincə, bu cür danışıqlar Suriyadakı hərbi münaqişəyə son qoymalıdır: "Ərdoğanla görüşə gəlincə, bu, Türkiyənin Suriya ərazisindən qoşunlarının tam çıxarılması halında olacaq. Suriyada müharibə başlamazdan əvvəl vəziyyət necə idi? Bu, mənim Ərdoğanla görüşümün baş tuta biləcəyi yeganə variantdır”, - Bəşər Əsəd söyləyib. Suriya prezidenti həmçinin Suriya ilə Türkiyə arasında münaqişənin həlli məsələsində vasitəçi kimi fəaliyyət göstərdiyi üçün Rusiyaya güvəndiyini bildirib: “Bu məqsədlə Rusiya Suriya ilə birgə işləyir, Cenevrə, Astana və digər formatlarda məsələni həll etməyə çalışır. Bütün bu formatların bir məqsədi var - Suriyada sabitliyi bərpa etmək”. Əsəd vurğulayıb ki, Rusiyanın Suriyadakı hərbi mövcudluğu müvəqqəti olmamalı və yalnız terrorla mübarizə ilə məhdudlaşmamalıdır. “Terrorizmlə mübarizə bu günün mövzusudur, lakin müvəqqətidir. Rusiyanın hər hansı bir ölkədə hərbi mövcudluğu müvəqqəti heç nəyə əsaslanmamalıdır. Söhbət beynəlxalq balansdan gedir və Rusiyanın Suriyada olması Aralıq dənizində yerləşən bir ölkə kimi dünyada güc balansı ilə bağlı bir məna daşıyır”.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!