20-10-2022, 14:45
Rusiyada miqrasiya qaydaları sərtləşdirilirRusiyada miqrasiya qaydalarının sərtləşdiriləcəyi gözlənilir. Bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib. Onun sözlərinə görə, şuranın bu gün keçirilən iclasında miqrasiya prosesləri ilə bağlı məsələlər müzakirə olunub. Patruşev vurğulayıb ki, miqrantların sıx yaşadıqları ərazilərdə genişmiqyaslı yoxlama tədbirləri keçirilməsi nəzərdə tutulub. Bundan başqa, qanunvericiliyə miqrasiyaya, eləcə də əcnəbi vətəndaşların qeydiyyat qaydalarını pozmasına görə məsuliyyətinə nəzarətin sərtləşdirilməsinə dair dəyişikliklər ediləcək. Təhlükəsizlik Şurasının katibi güc strukturlarına beynəlxalq terror və ekstremist təşkilatlarının üzvlərini tapıb üzə çıxarmaq barədə tapşırıq verildiyini qeyd edib.
20-10-2022, 14:43
Putin inanılmaz dərəcədə çətin vəziyyətdədir - Bayden ABŞ prezidenti Co Bayden Rusiya lideri Vladimir Putinin çətin vəziyyətdə olduğunu deyib. Bu barədə o, Ağ Evdə jurnalistlərin suallarını cavablandıran zaman danışıb.“Mən hesab edirəm ki, Vladimir Putin inanılmaz dərəcədə çətin vəziyyətdədir və mənim fikrimcə, onun üçün yeganə vasitə Ukraynanın ayrı-ayrı vətəndaşlarını qorxutmaq və onları təslim olmağa məcbur etmək üçün onlara qarşı qəddar rəftar etməkdir”, - Bayden qeyd edib.
20-10-2022, 14:29
ATƏT Ermənistana qiymətləndirmə qrupu göndərirATƏT Ermənistan hakimiyyətinin dəvəti ilə İrəvana ehtiyacların qiymətləndirilməsi üçün qrup göndərəcək. Bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb. Oktyabrın 21-27-də baş tutacaq səfərin məqsədi ATƏT-in inteqrasiya olunmuş təhlükəsizlik konsepsiyası çərçivəsində onun mandatı və təcrübəsi əsasında sərhədyanı ərazilərdə vəziyyəti qiymətləndirməkdir. Texniki qrup Ermənistan-Azərbaycan sərhədi boyunca yerləşən ərazilərə səfər edəcək.
20-10-2022, 14:27
Hulusi Akar amerikalı həmkarı ilə danışıqlar apardı Türkiyənin milli müdafiə naziri Hulusi Akar amerikalı həmkarı Lloyd Ostinlə telefon danışığı aparıb. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Telefon danışığı zamanı NATO, həmçinin ikitərəfli və regional müdafiə məsələləri müzakirə olunub.
20-10-2022, 14:22
İstefa verən nazirin yerinə Consonun kadrı gətirildiBöyük Britaniyanın istefa vermiş daxili işlər nazirinin yerinə yeni təyinat olub. Bu barədə Britaniya hökuməti məlumat yayıb. Qrant Şapps Britaniyanın daxili işlər naziri vəzifəsinə gətirilib. O, Böyük Britaniyanın keçmiş baş naziri Boris Consonun hökumətində nəqliyyat naziri vəzifəsində çalışıb. Qeyd edək ki, 43 gün əvvəl baş nazir Liz Trass tərəfindən təyin edilən daxili işlər naziri Braverman şəxsi elektron poçt ünvanından rəsmi sənəd göndərməklə təhlükəsizlik qaydalarını pozub və bu səbəbdən vəzifəsindən istefa verib.
20-10-2022, 14:14
Britaniyanın daxili işlər naziri istefa verdiBöyük Britaniyanın daxili işlər naziri Suella Breverman istefa verib. Bu barədə BBC agentliyi məlumat yayıb. Bildirilir ki, o, şəxsi elektron poçtundan rəsmi sənəd göndərərək təhlükəsizlik qaydalarını pozub. DİN rəhbəri istefa məktubunda səhvə yola verdiyini etiraf edib: “Mən səhv etdim, məsuliyyəti qəbul edirəm, istefa verirəm".
19-10-2022, 20:29
Putin işğal olunan 4 regionda hərbi vəziyyət elan etdiRusiya Prezidenti Vladimir Putin ölkənin 4 yeni regionunda hərbi vəziyyətin elan olunması haqqında fərman imzalayıb. Bu barədə Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə keçirilən müşavirədə bildirib. Putin deyib ki, söhbət 30 sentyabrdan etibarən Rusiya ərazisinə daxil edilən Donetsk və Luqansk Xalq Respublikalarından, Zaporojya və Xerson vilayətlərindən gedir:"Mən Rusiya Federasiyasının bu dörd subyektində (DNR, LNR, Zaporojye və Xersonda) hərbi vəziyyətin tətbiqi haqqında fərman imzaladım. Fərman dərhal Federasiya Şurasına və Dövlət Dumasına təsdiq üçün göndəriləcək. Qərar barədə məlumat veriləcək".
19-10-2022, 20:27
Ərdoğan qaz məsələsində Putinlə razılığa gəldiTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə qaz qovşağı ilə bağlı razılığa gəldiyini bildirib. Ərdoğanın qeyd etdiyi kimi, Avropa Rusiya qazından Türkiyə vasitəsilə istifadə edə bilər. Türkiyə lideri bu barədə partiyasının parlamentdəki toplantısında bildirib:"İndi Avropa qarşıdan gələn qış dövründə özünü enerji ilə necə təmin edəcəyini düşünür. Allaha şükürlər olsun ki, bizdə belə bir problem yoxdur. Üstəlik, cənab Putinlə son görüşümüzdə Türkiyədə qaz qovşağı yaratmağa razılaşdıq. Onun bəyan etdiyi kimi, Avropa Rusiya qazından Türkiyə vasitəsilə istifadə edə bilər”. Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiya Federasiyası qaz tranzitini “Şimal axını”ndan Qara dəniz regionuna və Türkiyəyə daşıya bilər. Rusiya lideri bu ideyanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla müzakirə edib. Onlar məsələni ətraflı və tez bir zamanda həll etməyi tapşırıblar.
19-10-2022, 19:52
Türkiyə və Rusiya razılığa gəldi - Qaz mərkəzi yaradılırTürkiyə və Rusiya təbii qaz mərkəzinin yaradılması ilə bağlı razılığa gəlib. Qərara əsasən, mərkəz Türkiyə ərazisində inşa olunacaq. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. Türkiyə lideri qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putinlə son görüşü zamanı razılıq əldə olunub.
19-10-2022, 14:23
Türkiyə və Rusiya razılığa gəldi - Qaz mərkəzi yaradılırTürkiyə və Rusiya təbii qaz mərkəzinin yaradılması ilə bağlı razılığa gəlib. Qərara əsasən, mərkəz Türkiyə ərazisində inşa olunacaq. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. Türkiyə lideri qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putinlə son görüşü zamanı razılıq əldə olunub.